227
kompüter, monitor, not-buk, mobil telefon, lot (qiymәtli sәhmlәrin hәr birinin dәyәri), media,
aksion, konsern, terminal, konstruktiv, tender (ihalә), konvensiya, konsolidasiya, qlobal, sammit
passionarlıq vә s. Hәmin sözlәrin bir çoxunun dilimizә alınmasında Türkiyә türkcәsinin dә müәyyәn
rolunun olduğu inkar edilә bilmәz.
Bu kontekstdә Azәrbaycan dilindәki bәzi әrәb, fars vә slavyan mәnşәli sözlәrin vә dil-danışıq
qәliblәrinin yerinә Türkiyә türkcәsindәn yeni söz vә ifadәlәrin alınması diqqәti daha çox çәkmәkdәdir.
Sözügedәn linqvistik gәlişmә son dövrlәrdә türkoloji dilçilikdә ayrıca olaraq vurğulanmaqdadır
(Musaoğlu 2002: 159-171; Melikli 2004: 125). Bu alınmalar Türkiyә vә Azәrbaycan türkcәlәrindә yeni
yaranan eyni sosiolinqvistik şәrtlәrә vә dil-danışıq ortamına bağlı olaraq ortaya çıxmaqdadır. Bunlar dil-
nitq vahidlәrinin vә digәr ünsiyyәt vasitәlәrinin çoxmәnalılığının, sinonimliyinin, omonimliyinin,
antonimliyinin vә s. inkişafının vә hәmin dillәr arasında dil-işlәnilmә, tәrcümә oluna vә çevrilә bilmә
әlaqәlәri potensialının genişlәnmәsinin әn açıq göstәricisidir. Hәmin alınmalar leksik-etimoloji mәnşәyi;
leksikoqrafik, diskursiv vә funksional işlәnilmә müxtәlifliyinә әsasәn aşağıdakı qruplara ayrıla bilәr.
2.2.1.1. Türk mәnşәli leksik-funksional alınmalar
Bu gün Azәrbaycan dilindә bәzi әrәb vә fars mәnşәli sözlәrin yerindә Türkiyә türkcәsindәn
alınan türk mәnşәli sözlәr işlәnilmәkdәdir. Qeyd olunmalıdır ki, sözügedәn leksik vahidlәr artıq
Azәrbaycan dilindә getdikcә daha çox vәtәndaşlıq hüququ qazanmaqdadır. Hәmin sözlәrә aşağıdakılar
örnәk olaraq göstәrilә bilәr:
-“Hadisә” yerinә “olay”, “tәhqiqat vә tәdqiqat ” yerinә “araşdırma”;
-“İnkişaf vә ya tәrәqqi” yerinә “gәlişmә//gәlişim vә dәyişmә//dәyişim”;
-“İzah etmәk/şәrh etmәk” yerinә “açıqlamaq”;
-“İzah vә ya şәrh” yerinә “açıqlama vә ya “açıqlanma”;
-“Әhәmiyyәt” yerinә “önәm”, “әhәmiyyәtli” yerinә “önәmli”;
-“Nәşr etmәk/çap etmәk” yerinә “yayınlamaq//yayımlamaq”, “nәşr/çap” yerinә “yayın//yayım”;
-“İclas” yerinә “toplantı”, “vәziyyәt” yerinә durum”, “xüsusi” yerinә “özәl”;
-“Hәsrәt çәkmәk” yerinә “özlәmәk”, “kәdәrlәnmәk” yerinә “üzülmәk”;
- “Mәnbә vә ya mәxәz” yerinә “qaynaq” vә s.
2.2.1.2. Sinonim xarakterli vә yaxınmәnalı leksik-funksional alınmalar vә ya yeni dil-
danışıq normaları vә normalaşmaları
Bәzi sinonim xarakterli sözlәr vә dil-ifadә qәliblәri bu gün çağdaş Türkiyә vә Azәrbaycan
türkcәlәrindә paralel olaraq işlәnilmәkdәdir. Sözügedәn sözlәr vә dil-ifadә qәliblәrinin çağdaş Azәrbaycan
228
türkçәsindә işlәnilmәsinini bütövlükdә millәtlәrarası yeni sosial aura vә buna bağlı olaraq da iqtisadi,
siyasi vә kültürәl әlaqәlәr müәyyәnlәşdirmәkdәdir. Bәs bugünkü funksional Azәrbaycan türkcәsindә
sözügedәn dil-danışıq normalaşmasının vә normalarının tәşәkkül tapmasını konkret olaraq şәrtlәndirәn
başlıca konseptual amillәr hansılardır?! Bu funksional normalaşma, hәr şeydәn öncә, Azәrbaycanın
müstәqil bir dövlәt, Azәrbaycanın dilinin dә onun rәsmi dövlәt dili olmasına әsaslanır. Azәrbaycan dili
müstәqil rәsmi dövlәt dili olmaqla bәrabәr, hәm dә ana dili vә ortaq dildir. O, kütlәvi informasiya
vasitәlәri vә texnologiyalarının dili vә ya qısaca olaraq e-dil
33
kimi dә әdәbi dildәki normalaşma vә
normaların müәyyәnlәşmәsini şәrtlәndirmәkdәdir. Bu normalaşmanın vә ya konkret olaraq da dil-danışıq
normalarının tәşәkkülü Azәrbaycan dilindә әn çox onun ümumişlәk leksikonundan müәyyәn söz vә
ifadәlәrin seçilәrәk funksional әdәbi dildә daha aktiv işlәnilmәsi ilә bağlıdır. Belәliklә, bu әdәbi dil-
danışıq prosesi Türkiyә türkcәsindәn, daha çox da Türkiyә türkcәsinin vә digәr ekstralinqvistik amillәrin
tәsiri ilә Azәrbaycan dilinin ümumişlәk leksikonundan alınan uyğun sözlәrin vә dil-ifadә qәliblәrinin
hesabına genişlәnir. Mәsәlәn, örnәk, bölgә, birlik, qırmaq//qırılmaq, qavram//qavrayış, qatılmaq kimi
sözlәr, әlbәttә, Azәrbaycan dilinin ümumişlәk leksikonunda әvvәllәr dә müxtәlif leksik mәnalarda
işlәnilirdi. Ancaq bu gün belә söz vә ifadәlәr dilimizdә yeni-yeni funksional anlam yükü qazanaraq
interaktiv ünsiyyәtdә daha sıx işlәnilmәkdәdir. Hәmin sözlәrә vә dil-ifadә qәliblәrinә aşağıdakılar konkret
örnәk olaraq göstәrilә bilәr.
A. Sözlәr:
-“Gündәlik” lә bәrabәr “gündәm”; “rayon”la bәrabәr “bölgә”; “müasir”lә bәrabәr “çağdaş”;
-“Bilik, mәlumat”la bәrabәr “bilgi”; “müәssisә” ilә bәrabәr “qurum”;
“Yazıçı” ilә bәrabәr “yazar”; “ittifaq”la bәrabәr “birlik”; “әvvәl//әvvәlcә ilә bәrabәr “öncә”;
-“Müsbәt”lә bәrabәr “olumlu”; “hәyat”la bәrabәr “yaşam”; “kömәkçi” ilә bәrabәr “yardımçı”;
-“Әlaqә” ilә bәrabәr “bağlantı”; “ifadә” ilә bәrabәr “deyim”; “mәqsәd”lә bәrabәr “hәdәf”;
-“Azad//azadlıq”la bәrabәr “özgür//özgürlük”; “adam”la bәrabәr “insan”;
-“Kefinә dәymәk//incimәk”lә bәrabәr “qırmaq//qırılmaq”; “әsr”lә bәrabәr “yüzil”;
-“Başa düşmәk//başa düşülmәk”lә bәrabәr anlamaq//anlaşılmaq; “mәna” ilә bәrabәr “anlam”;
-“Mәdәni” ilә bәrabәr “kültürәl”; “sistem”lә bәrabәr “düzәn”; “dövr”lә bәrabәr “dönәm”;
-“Fikirlәşmәk”lә bәrabәr “düşünmәk”; “işlәmәk”lә bәrabәr “çalışmaq”;
33
Elektronik dil (e-dil) sözün dar mәnasında müxtәlif informasiya texnologiyalarında vә ya informatikada,
özәlliklә dә kompüterdә işlәnilәn dil mәnasına gәlir. Әlbәttә, e-dil şәrti olaraq işlәnilәn vә başa düşülәn
bir ifadә-anlayışdır. Çünki hәmin dil ingiliscә, rusca, fransızca, almanca, türkcә (Türkiyә türkcәsi),
Azәrbaycanca vә s. dillәr ola bilәr. İndi buna bağlı olaraq e-dövlәt, e-iqtisadiyyat, e-turizm vә s. qavramlar
da ortaya çıxmışdır. Bunlar hamısı müxtәlif elm vә texnologiya, iqtisadiyyat, sәnaye, tәdris kimi sahәlәrin
sürәtlә kompüterlәşmәsi, informatikanın vә ya informasiya texnologiyaları vasitәlәrinin sözün geniş
mәnasında e-dildә işlәnilmәsi vә bununla da mediologiyanın müstәqil elm olaraq formalaşması ilә
bağlıdır.