231
uyğunlaşdırması vә ya çeviri
34
prosesinin konseptual-linqvistik olaraq öyrәnilmәsi vә tәrif edilmәsi
mәsәlәsi dә bu gün türkoloji dilçilikdә gündәmә gәlmişdir.
Bir-birilә qohumluq әlaqәsi olmayan dillәrdә hәr hansı bir şifahi vә yazılı mәtnin birindәn
gigәrinә aparılan çevirisi tәrcümәdir. Mәsәlәn, bir xarici dildәn Azәrbaycan dilinә, Azәrbaycan dilindәn
dә hәr hansı bir xarici dilә edilәn çeviri kimi. Bir-birinә qohum olan ingilis dilindәn alman dilinә vә bir-
birinә daha uzaq olan ingilis dilindәn rus dilinә vә әksinә edilәn çevirilәr dә tәrcümәdir. 40%-80%
civarında dәyişәn “Provoslav-Kiril” vә Katolik-Latın” kültürәl komponentlәri ilә slavyan dillәri (Тoлcтoй
1977) vә qәdim türk dili әsaslı türk әdәbi dillәri isә bir-birinә әn yaxın qohum dillәrdir. Bunların birindәn
digәrinә edilәn әdәbi mәtn uyğunlaşdırması isә tәrcümә deyildir. Bu, bir çeviri vә ya әdәbi mәtn
uyğunlaşdırması işi olaraq qiymәtlәndirilә bilәr.
Bu baxımdan Mirzә Әlәkbәr Sabir daha 100 il әvvәl bir türk dilindәn digәr bir türk dilinә (o
zamana görә Osmanlı türkcәsindәn Azәrbaycan türkcәsinә) tәrcümә etmәyin mümkün olmadığını yazırdı:
“Osmanlıcadan tәrcümә türkә”- bunu bilmәm,
Gerçәk yazıyor Gәncәli, yainki hәnәkdir,
Mümkün iki dil bir-birinә tәrcümә, amma
“Osmanlıcadan tәrcümә türkә” nә demәkdir?! (Sabir 1992).
Şifahi-yazılı mәtnlәrin bir türk dilindәn digәrinә çevirildiyi vaxt özünü göstәrәn eyniliklәr,
ayrılıqlar, variantlar, şәkilcә eyni vә mәnaca fәrqli sözlәr ümumtürk dilinin fonetik, qrammatik, sintaktik,
leksik vә frazeoloji vahidlәri olaraq dәyәrlәndirilә bilәr.
Qaynaq dil çevirilәn, hәdәf dil isә çeviri edilәn vә ya çevirinin konkret olaraq hәyata keçirildiyi
dildir. Qaynaq mәtn öncә çevirilәn dildәn seçilәrәk götürülür vә hәdәf dilә çevirilir. Qaynaq mәtnin hәdәf
mәtnә uyğunlaşdırılması burada çeviri prosesini tәşkil edir. Çeviri prosesindә öncә qaynaq mәtn ümumi
mövzusu vә mәzmunu baxımından diqqәtlә öyrәnilir. Sonra fәrqli leksikonu tәşkil edәn sözlәrin, leksik-
farazeoloji birlәşmәlәrin, cümlәlәrin vә mürәkkәb sintaktik bütövlәrin hәdәf mәtndә işlәnilmәsi әn çox
çeviri edilәn dilә әsasәn müәyyәnlәşdirilir. Çağdaş türk әdәbi dillәrindәn bir-birinә mәtn sәviyyәsindә
aparılan hәr cür şifahi vә yazılı çevirilәri edәn şәxs isә “çevirmәn vә ya çevirici” olaraq bilinmәlidir.
Tәrcümәnin ikinci bir yaradıcılıq işi olduğu söylәnilir. Belә olduğu halda, çeviri hәr yönü ilә ayrıca bir
yazıçılıq vә ya “әdәbi müәlliflik” (Seçdirmә bizimdir- M. M. işidir. Bu baxımdan çevirmәn qaynaq vә
hәdәf dillәri çox yaxşı bilmәklә bәrabәr, hәm dә geniş dünyagörüşü vә yazıçılıq qabiliyyәti vә ya yetkin
bir qәlәm sahibi olmalıdır.
34
“Çeviri” sözü Türkiyә türkcәsindә “aktarma” termini ilә dә ifadә olunur. “Aktarma” termini bir-birinә
çox yaxın olan türk dillәrindә birindәn digәrinә aparılan çevirmә prosesinin türkcә olaraq
adlandırılmasıdır. Biz burada “çeviri” sözünü “aktarma” vә ya әdәbi mәtn uyğunlaşdırması” ifadәsinin
yerindә bir “işçi temrin” olaraq işlәdirik.
232
2.3.1. Tәrcümә vә çeviri işlәrinin informasiya texnologiyaları vasitәlәri ilә aparılması
Sözügedәn işlәr XX yüzilin son qәrinәsindә vә XXI yüzildә artıq qaynaq vә hәdәf dillәr vә
mәtnlәr anlayışlarının ümumi filoloji kontekstdә retrospektiv, prospektiv, perspektiv vә interospektiv
aspektlәrdә öyrәnilmәsilә gündәmә gәlmәkdәdir. Türkoloji dilçilikdә isә hәmin qavram vә onun
açıqlanması ilә bağlı olaraq aparılan araşdırmalar vә müxtәlif işlәr linqvistik yönüm vә yöntәmlәri ilә
daha çox 2000-ci illәrdәn başlayaraq müstәqil bir filoloji fәnn sahәsi olaraq ayrılmaqdadır (Uğurlu 2000;
2004; Musaoğlu 2010).
Bu gün istәr klassik vә çağdaş anlamları ilә Türk әdәbi dillәri arası әdәbi mәtn uyğunlaşdırması
elminin әsas prinsiplәrinin müәyyәnlәşdirilmәsi, istәrsә dә türk dillәri xarakterli avtomatik proqram
tәminatı vә ya yazılımının
35
(software) yaradılması işlәrinin sadәcә әn yeni filoloji-linqvistik yönümlәr vә
yöntәmlәrlә aparılması ilә uyğun nәticәlәrin әldә edilә bilәcәyi düşünülmәkdәdir. Sözügedәn dilçilik
yöntәmlәrinin hәyata keçirildiyi әn yeni elmi sahәlәr vә ya linqvistik axınlar isә aşağıdakılardan ibarәtdir:
koqnitiv elmlәr
(cognitive sciences), informatika vә ya informasiya texnologiyaları elmi
(computing sciences), koqnitiv dilçilik
(cognitive linguistics), kompüter linqvistikası
(computational linguistics).
Elmdә informasiya texnologiyaları vә kompüter linqvistikası işlәmlәrinin aparılması
konkret olaraq mәtnin avtomatik tәrcümәsinin hәyata keçirilmәsi araşdırmalarına vә praktik
işlәrinә bağlıdır. Avtomatik tәrcümәnin mümkünlüyü fikri 1946-cı ildә Amerikan alimlәri
tәrәfindәn irәli sürülmüşdür. Kompüterdә rus dilindәn ingilis dilinә ilk tәrcümә örnәyi 1954-cü
ildә Amerikada, fransız vә ingilis dillәrindәn rus dilinә ilk tәrcümә örnәklәri isә Moskvada yerinә
yetirilmişdir. Günümüzdә avtomatik tәrcümә işlәri artıq çox irәlilәmişdir. Buna baxmayaraq, hәr
cür mәtnin avtomatik tәrcümәsinin vә çevirisinin edilmәsi vә artıq kompüterin tәrcümәçinin vә
çevirmәnin vәzifәsini yerinә yetirә bilmәsi isә hәlәlik mümkün deyildir. İndilikdә sadәcә elmi,
texniki, bәzi rәsmi vә publisistik mәtnlәrin avtomatik çevirisi işi yerinә yetirilә bilmәkdәdir.
Bugünkü Hind-Avropa dillәri әsasında mәtnin avtomatik tәrcümәsinә dair işlәrdә inkişaf etdirilәn
proqram yazılımının aqqilitünativ mәnşәli türk әdәbi dillәrindә hәyata keçirilmәsindә isә indiyә
qәdәr önәmli bir nәticә әldә edilmәmişdir. Bu, hәr şeydәn öncә, türk dillәrinin Hind-Avropa
dillәrindәn fәrqli bir sәs ahәnginә, aqqilitünativ quruluşa vә sabit söz sırasına malik olması ilә
35
Biz “avtomatik proqram tәminatı” sözlәrinin yerinә Türkiyә türkcәsindә dә işlәnilәn “çeviri yazılımı (software)
proqramları” ifadәsini bir “işçi temrin” olaraq işlәdirik.