233
әlaqәdardır. İnformasiya texnologiyaları vә kompüter linqvistikası fәaliyyәtlәri türk dillәrindә
tәrcümә deyil, çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması mәntiqi ilә aparılmalıdır.
1990-cı illәrdәn bәri
çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması qavramı
türkoloji dilçilikdә
yeni bir filoloji sahә vә ya linqvistik fәnn sәviyyәsindә, özәlliklә dә daha çox praktik istiqamәtdә
öyrәnilmәkdәdir. Burada әn çox diqqәti çәkәn türk әdәbi dillәri arasında çeviri-tәcrübә proqram
yazılımları proyektlәrinin hazırlanmasının gündәmә gәtirilmәsindәn ibarәtdir. Bu baxımdan
Bilkәnd Üniversitetindә İlyas Çiçәklinin cümlәlәrin çevirisinә dayalı Türkcә-Tatarca bir çeviri
sistemi (
http://www.tdk.gov.tr
. 27.12.2008;22.10) vә Azәrbaycanda Atatürk Mәrkәzi,
Azәrbaycan Milli Elmlәr Akademiyası Nәsimi adına Dilcilik İnstitutu, İnformasiya
Texnologiyaları İnstitutu vә “İn Ko Tek” İnformasiya-Kommunikasiya Birliyinin
“Azәrbaycanca-Türkcә vә Türkcә-Azәrbaycanca avtomatik çeviri sistemlәrinin yaradılması” adlı
bir proyekt hazırladığı bilinmәkdәdir (Әhmәdov 2007).
Kompüterdә türk әdәbi dillәri arası linqvistik araşdırmaların vә buna uyğun praktik
işlәrin aparılması, eyni zamanda elektronik çeviri yazılımı proqramlarının hazırlanması işi
türkoloji dilçilikdә hәlәlik öünün başlanğıc mәrhәlәsindәdir. Bәs avtomatik vә ya maşın çevirisi
vә buna uyğun proqram yazılımı qavramının açıqlanmasını necә başa düşmәk olar? Bu qavramın
ayrı-ayrı alt başlıqlarının vә uyğun kateqoriyalarının müәyyәnlәşdirilmәsinә dair görülәcәk olan
әsas konkret işlәr hansılardır?
Kompüterdә yazılmış hәr hansı bir mәtnin әvvәlcәdәn seçilmiş dillәrin materialları
әsasında elektronik lüğәtlәri vә dәqiq olaraq tәsbit olunmuş qrammatik qaydaları, sözlәrdә
çoxanlamlılığı vә omonimliyi göstәrәn konkret alqoritmlәr cәdvәllәri müәyyәnlәşdirilir.
Sözügedәn qavram bütövlükdә belә bir elektronik alqoritmlәr yazılımı sistemi ilә bir türk
dilindәn digәrinә aparılan çeviri işini ifadә edir. Belә bir tamamlanmış iş hәlәlik, tәәssüflәr olsun
ki, yoxdur. Әldә olan işlәr isә sadәcә bәzi cümlә vә sözlәrin avtomatik olaraq bir türk dilindәn
gigәrinә çevrilmәsi vә ya elektronik lüğәt örnәklәrinin hazırlanmasından ibarәtdir. Bu baxımdan
әn konkret işlәrdәn biri olaraq Әhmәd Yәsәvi Universiteti, Türk Dil Qurumu vә Türkiyә
Cümhuriyyәti Mәdәniyyәt Nazirliyinin internetdә yayınladığı “Türk dillәri elektronik lüğәti”
diqqәti çәkir. Әhmәd Bican Әrcilasunun Türk Cümhuriyyәtlәrindәn olan türkoloqlarla birlikdә
tәrtib etdiyi “Müqayisәli türk dillәri lüğәti” adı ilә adlandırılan vә yeddi min sözü ehtiva edәn
kitab 1992-ci ildә Türkiyә Cümhuriyyәti Mәdәniyyәt Nazirliyi tәrәfindәn yayınlanmışdır.
234
Aşağıda hәmin lüğәtin internetdә hazırlanmış elektronik yayınından “okul, dayı vә kol” sözlәrinin
çevirilәri göstәrilmişdir.
Belәliklә, türk dillәrindә uyğun bir avtomatik çevirinin yazılım proqramı sistemi yalnız
dil-danışıq eyniliklәri, fәrqliliklәri, variantları, şәkilcә eyni vә mәnaca fәrqli olan sözlәrin anlam-
ifadә özәlliklәrinin kompüter alqoritmlәrinin tәrtib olunması ilә gerçәklәşdirilә bilәr.
Türk әdәbi dillәrinin eyniliklәri әn çox eynilikdәki fonetik, morfoloji, imla fәrqliliklәri
vә xarici dillәrdәn alınmış bәzi leksik vahidlәrin qarşılıqlarının işlәnilmәsilә seçilmәkdәdir. Bu,
Azәrbaycan dilindәki “Әli bir müәllimdir” cümlәsinin digәr türk әdәbi dillәrinә edilmiş
çevirilәrindәn dә açıq bir şәkildә görünmәkdәdir. Türk. Ali (bir) öğretmen (dir); Türkmәn: Aly
bir mugallymdyr; Özbәk: Ali (bir) o‘qituvchi; Uygur: Éli bir okutkuçi; Qazax: Әли (бир)
mұғaлим; Qırgız: Ali mugalim; Tatar: Aли (бeр) укытучы; Başqurd: Aли уkытыусы; Xakas:
Ali ügremçi poladır vә s. Yuxarıda göstәrilәn leksik müxtәliflik vә bununla bәrabәr türkmәn
dilindә yer alan uzun saitlәr (değil yerinә de:l), Türkiyә türkcәsindә felin sürәrlik mürәkkәb şәkli
(gidedur-, çıkagel- vә s.) vә ya geniş zaman şәklinin (-r,-ar, (I)r/ur: ağla-r, bak-ar vә s.)
işlәnilmәsi kimi hadisәlәr hәmin әdәbi dillәrdәki dil-danışıq fәrqliliklәrindәn bәzilәridir.
Müәyyәn bir anlamın ifadәsi ilә seçilәn, ancaq müxtәlif leksik vahid vә qrammatik şәkillәrlә
müәyyәnlәşәn dil-danışıq variantları isә әn çox qәlib sözlәr, atalar sözlәri vә deyimlәrdә vә ya
frazeologizmlәrdә müşahidә olunur. Mәsәlәn, düşmәk//düşmek frazeologizm qurucu sözü ilә
235
düzәlәn “Düşәr düşmәzi olar” deyimi Azәrbaycan türkcәsindә, “Düşmez kalkmaz bir Allah”
deyimi Türkiyә türkcәsindә orijinal şәkillәri ilә yer almaqdadır. Qazax türkcәsindә yer alan
“Berewdiki birewge qızday kerinedi. ‘Birisinin arvadı diğerine qız kibi görünür’ deyiminin
Türkiyә türksәcәsindәki variantı isә “Komşunun tavuğu komşuya kaz, karısı kız gibi görünür”
şәklindәdir.
“Düşmәk, subay, kişi” kimi leksik vahidlәr türk dillәrindә şәkilcә eyni, mәnaca fәrqli
sözlәrә örnәk göstәrilә bilәr. Bunların da Azәrbaycan vә Türkiyә türkcәlәrindә “A” hәrfi ilә
başlayanlarının lüğәti dәrsliyimizin III hissәsindә yer almaqdadır. Tәxmini olaraq aparılmış
statistik hesablamalarımıza әsasәn türk dillәrindә sözügedәn leksik vahidlәrin sayı tәxminәn on
minә qәdәrdir.
2.3.2. Çeviri yazılımı proqramları vә bunlarla bağlı görülәn linqvistik işlәr
Türk әdәbi dillәri arası uyğun çeviri yazılımı proqramlarının hazırlanması üçün, hәr şeydәn
öncә, kompüterdә dil-danışıq eyniliklәri, fәrqliliklәri vә variantlarının ümumtürk dilinin fonetik,
qrammatik, leksik vә leksikoqrafik qaydalarına әsasәn ilkin vә sonrakı alqoritmlәri
müәyyәnlәşdirilmәlidir. Ayrıca çoxmәnalı, omonim, sinonim vә nәhayәt şәkilcә eyni vә mәnaca fәrqli
sözlәrin ümumi polisemantik kontekstdә elektronik lüğәtlәri tәrtib olunmalıdır. Yalnız bundan sonra türk
әdәbi dillәri arası konkret çeviri yazılımı proqramları gerçәklәşdirilә bilәr. Çeviri yazılımı proramlarının
hazırlanması işi kompüter vә ümumiyyәtlә informasiya texnologiyaları vasitәsilә müәyyәn linqvistik
işlәrin görülmәsini dә gündәmә gәtirmәkdәdir. Türk әlifbaları, dil-danışıq özәlliklәri, sәs dәyәrlәri
әsasında ümumtürkcә millәtlәrarası fonetik transkripsiya cәdvәli; yazı-danışıq eyniliklәri, fәrqliliklәri vә
variantalarının sxemlәri; şәkilcә eyni vә mәnaca fәrqli sözlәr sinxronik olaraq tәsvir olunmalıdır.
Sözügedәn sinxronik tәsvirin yer aldığı çağdaş bir stolüstü funksional qrammatika kitabı hazırlanmalıdır.
Hәmin funksional qrammatika kitabı hәr hansı bir inkişaf etmiş türk әdәbi dillәrindәn birindә yazıla bilәr.
Bu gün dünyada müxtәlif dillәrin tәdris olunması, öyrәnilmәsi vә qlobal dil siyasәtinin
qurulması fransızca dövlәt vә ingiliscә ünsiyyәt dili әnәnәsinә dayanmaqdadır. Avropa mәrkәzli dil-
işlәnilmә modellәşmәsi isә göstәrilәn hәr iki әnәnәni bir bütün halına gәtirmәkdәdir. Bu modellәşmә “dil
hafizәsi bankı”nda әvvәlcәdәn hazır olan söz formalarının seçilәrәk işlәnilmәsilә gerçәklәşәn ünsiyyәtә vә
ya kommunikasiyaya әsasәn qurulmaqdadır. Türk dillәrindә isә söz şәkli göstәrilәn işlәnilmә formasından
fәrqli olaraq müxtәlif söz kök-gövdәsi vә şәkilçilәrin ifadә etdiyi funksiya vә mәna sahәlәrinin müәyyәn
bir ardıcıllıqla reallaşan sırası ilә gerçәklәşmәkdәdir. Mәsәlәn, rus dilindә “в его творчестве” vә ingilis
dilindә “in his works” sözlәri ilә söz sırasına әsasәn bir konkret anlam bildirilir. Türk dillәrindә isә hәmin
anlam tәk bir “yaradıcılığındakı” leksik vahidinin “yarat” söz kök-gövdәsi vә -ıcı, -lıq, -ın, -dakı