238
1980-ci illәrdәn etibarәn isә mәtn dilçiliyi, qrammatikası, quruluşu vә sintaksisi vә ya mәtnin
hәm fonetik-fonoloji vә morfonoloji, hәm dә qrammatik-leksik, leksik-leksikoqrafik vә
farazeoloji-semantik vә funksional özәlliklәri mәtn-diskurs, intertekstual vә interdiskursiv
kontekstlәrdә bir bütün olaraq araşdırılmaqdadır (
Гальперин
1981). Bu isә özәlliklә mәtn dilçiliyi
vә sintaksisinin türkoloji dilçilikdә ayrıca bir linqvistik sahә olaraq müәyyәnlәşdirilmәsini
şәrtlәndirmәkdәdir. Әslindә ilk öncә, mürәkkәb sintaktik bütövlәr, frazafövqü vә ya
cümlәdәnböyük vahidlәr vә bunlarla bağlı olaraq da mәtn sintaksisi, mәtn qrammatikası vә mәtn
quruluşu anlayışları ortaya çıxmışdır. 1980-ci illәrdәn etibarәn isә әn çox “mәtn dililçiliyi”
termininin işlәnilmәsi yayğınlaşmışdır. Bu baxımdan terminoloji adlandırmada mәtn dilçiliyi
termin-anlayışı üst qavram, “mәtn qrammatikası”, “mәtn quruluşu” vә “mәtn sintaksisi” termin-
anlayışları onun alt qavramları, “sintaktik bütövlәr, mürәkkәb sintaktik bütövlәr, frazafövqü
vahidlәr” vә s. isә onların altındakı alt qavramlar vә ya başlıqlar vә yarımbaşlıqlar olaraq
müәyyәnlәşdirilә bilәr. Dәrsliyimizin bu bölmәsindә әsas etibarilә Azәrbaycan türk bәdii
mәtninin sintaktik-kommunikativ özәlliklәri üzәrindә durulur.
Türkoloji dilçilikdә vә onun müstәqil bir şöbәsi olan Azәrbaycan dilçiliyindә sözügedәn
filoloji qavrama aid yuxarıda göstәrilәn adlandırma sәciyyәli terminlәrdәn daha çox “mәtn
sintaksisi” termini işlәdilir
(Novruzova 2002
). Bu bir tәrәfdәn, aşağıda da göstәrildiyi kimi,
sözügedәn problemin başlanğıcdan etibarәn türkoloji dilçilikdә daha çox “mürәkkәb sintaktik
bütov” vә “cümlәdәnböyük vә ya frazafövqü vahidlәr” adlı sintaktik sәciyyәli termin-
anlayışlarla işıqlandırılması, digәr tәrәfdәn isә Azәrbaycan dilçiliyindә sintaksisin vә özәlliklә dә
mürәkkәb cümlә sintaksisinin ümumi türkoloji dilçilik aurası baxımından çox geniş bir ölçüdә
tәdqiq olunması vә buna bağlı olaraq da mövzunun sövq-tәbii bir şәkildә metalinqvistik sәciyyәli
yönümdә açıqlana bilmәsiylә dә izah edilә bilәr.
XX yüzilin 40-50-ci illәrindә MSB-nin bir ortaq öyrәnilmә obyekti olaraq tәdqiqinә
dair Avropa vә rus dilçiliyindә әldә edilәn uğurlar keçmiş Sovetlәr Birliyindә yaşayan türkdilli
xalqların da dil materialları әsasında bu vә ya digәr filoloji-linqvistik istiqamәtlәrdә yeni elmi
tәdqiqatların aparılmasına güclü tәkan vermişdir. XX yüzilin 60-cı illәrindә Kazan
Universitetinin professoru M. Z. Zәkiyev mәtn sintaksisi sahәsindә uğurlar qazanan ilk tәdqiqatçı
türkoloqlardandır. Onun “Tatar dilinin sintaktik quruluşu” (1963) adlı әsәri bu baxımdan
fundamental tәdqiqat işi sayıla bilәr. Müәllif kitabın böyük bir bölmәsini mürәkkәb sintaktik
bütövlәrin quruluşuna vә onun tәrkibindәki cümlәlәrin әlaqәlәnmәsi mәsәlәsinә hәsr etmişdir.
239
Tatar türkcәsinin materialları әsasında mәtn üzәrindә araşdırmalar aparan müәllif MSB-nin
sәrhәdlәri, hәcmi, semantik xüsusiyyәtlәri, mәtndә әlaqәlәndirici vasitәlәri haqqında әtraflı
mәlumat vermişdir. Tәdqiqatçıya görә, MSB-ni tәşkil edәn cümlәlәr arasındakı bağlılığı vә ya
ierarxik münasibәtlәri, onları bağlayan mәtnlinqvistik vasitәlәri әtraflı öyrәnmәk türkoloji
dilçiliyin әsas mәsәlәlәrindәn biridir. Müstәqil-bәrabәrhüquqlu cümlәlәr arasındakı bağlılığı
öyrәnmәk üçün lazım olan tәlәblәrә әlaqәli nitqin hansı hissәsi cavab verirsә, MSB-nin dә
hüdudları ondan asılı olaraq müәyyәnlәşir (
Закиев 1963)
.
Türk әdәbi dillәrindә mәtn sintaksisinә dair tәdqiqatlar, başlıca olaraq mәtnin
qrammatikası vә semantikası, mәtn vә üslubiyyat istiqamәtlәrindә aparılan araşdırma işlәrinin
mövzusu olmuş vә әn çox da mәtnin komponentlәrinin bir-biri ilә bağlanması, bağlayıcı
vasitәlәri, sәrhәdlәri vә hәcmi kimi mәsәlәlәri öyrәnilmişdir. Türkoloji dilçilikdә isә mәtn
dilçiliyi terminlәrinin dәqiqlәşdirilmәsinә cәhd göstәrilmişdir. Türk әdәbi dillәri materialları
әsasında mәtn sintaksisinә aid araşdırmalar әsasәn ayrı-ayrı yazıçıların yazdığı bәdii mәtnlәr
üzәrindә aparılmışdır. Bunun әsas sәbәbi bәdii mәtnlәrin üslub zәnginliyi vә bәdii әsәrlәrdә fәrdi
mәtn quruculuğunun daha rәngarәng formalarının mövcudluğu ilә әlaqәlidir. Lakin türk әdәbi
dillәrinә dair qәdim yazılı abidәlәrin mәtnlәri vә folklor mәtnlәri dә zaman-zaman mәtn dilçiliyi
baxımından tәdqiqat mövzusu olmuşdur.
Mәtn şifahi vә ya yazılı olaraq gerçәklәşir. Klassik filologiyada daha çox yazılı olaraq
gerçәklәşәn mәtnlәr öyrәnilmişdir. Yazılı abidәlәrimizin tәnqidi mәtnlәri, hәr şeydәn öncә,
әdabiyyatşünaslıq elmi vә onun tәrkib hissәlәri olan әdәbiyyat tarixi, әdәbiyyat nәzәriyyәsi vә
әdәbi tәnqidin elmi prinsiplәri baxımından hazırlanmışdır. Vә daha çox әdәbiyyat tariximizin
içәrisindә yer tutan vә dәyәrlәndirilәn bu elm sahәsi filologiyamızda tekstologiya termini ilә
adlandırılmışdır. Mәtn nәzәriyyәsi kimi bilinәn ümumi elm sahәsindә isә istәr әdәbiyyatşünaslıq
vә mәtn dilçiliyi, istәrsә dә üslubiyyat vә semiotika arasındakı fәnlәrarası әlaqәlәr
işıqlandırılmışdır. Müasir mәtn dilçiliyindә isә müәyyәn bir ierarxik bütövlüyә malik olan mәtnin
quruluş qaydaları vә hәmin qaydalara әsasәn müәyyәnlәşdirilәn semantik-funksional әlaqәlәr
öyrәnilir. Mәtn araşdırmaları bir elm sahәsi olaraq bütövlükdә filologiyanın içәrisindә yer alır
(ЛЭC 1990: 507).
Semiotkada hәr cür sistemli, ardıcıl vә mәnalı işarәlәr vә ya kommunikativ
şәkillәnmәlәrlә bәrabәr; müәyyәn bir tәdbir, mәrasim, rәqs, yuxu, oyun vә s. kimi fәrdi, kütlәvi
vә etnik-milli fәaliyyәtlәr vә ya fenomenlәr dә ayrı-ayrı mәtnlәr olaraq tәrif edilir. Burada