236
şәkilçilәri ilә formalaşan sırası ilә ifadә edilmәkdәdir. Türk dillәrindә köklәr vә şәkilçilәr leksik, leksik-
qrammatik vә qrammatik mәnaların yer aldığı ardıcıl vә bölünmәyәn bir sıra ilә düzülmәkdәdir.
Sözügedәn sıralanma konkret bir ünsiyyәt vә ya kommunikasiya ehtiyacına bağlı olaraq danışıq әsnasında
reallaşmaqdadır. Flektiv dillәrdә lüğәt tәrkibi vә söz sırasına әsasәn ünsiyyәt öncәsi durum sәviyyәsindә
müәyyәnlәşәn söz forması türk dillәrindә ünsiyyәt anı vә dil daxili fәaliyyәt fenomeni olaraq ortaya
çıxmaqdadır. Belә bir söz forması isә dünyanın dil xәritәsini tәşkil edәn qavramların dәrk olunmasını
leksik, leksik-qrammatik vә qrammatik şәkilçilәrin mәntiqi sıralanması ilә hәyata keçirir. Bu isә Avrasiya
mәrkәzli ikinci bir dil modellәşmәsinin funksional olaraq qurulmasında konseptual dәrk etmә әsasının
yaradılması vә orijinal bir çeviri yazılım proqramı örnәyinin hazırlanmasına imkan verә bilәr. Belәliklә,
ümumtürk dilinin potensial imkanları gerçәklәşdirilәr vә onun sәs uyumuna, aqqilütinativ quruluşuna vә
söz sırasına söykәnәn yeni bir dil modellәşmәsi konseptual dәrk etmә әsasınada qurula bilәr. Belә bir
modelin yaradıla bilmәsi üçün, hәr şeydәn öncә, maddә başı sözlәri Türkiyә türkcәsindә verilәn, mәnaları
isә müxtәlif türk әdәbi dillәrindә әn azı 500.000 kәlmә vә deyimlә açıqlanan vә sinxronik olaraq tәrtib
olunan “Böyük türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәt” hazırlanmalıdır. Bu Mahmud Qaşqarlının
yazdığı “Divani lüğәt-it türk” kimi bir әsәrin günümüzdә türkcә vә ya türk dillәrindә sinxronik olaraq
yazılması mәnasına gәlir.
2.3.3. Türk dillәri arası әdәbi mәtn çevirilәri
Әdәbi mәtn uyğunlaşdırması tәcrübәsindә sözügedәn mәtn çevirilәri Türk dünyasında günümüzә
qәdәr, әsasәn, iki formada hәyata keçirilmişdir. Bunlar aşağıdakılardan ibarәtdir:
A) Çeviri әsnasında qaynaq dil olaraq qәdim türk dili, Cağatay vә Osmanlı türkcәlәri kimi
klassik vә XIV-XVI yüzillәlәrdәn etibarәn daha çox xalq dili әsasında formlaşan yeni türk әdәbi
dillәrindәn müxtәlif lazımi mәtnlәr seçilir. Hәmin mәtnlәr tarixi-diaxronik ardıcıllığa vә sinxronik
kontekstә әsasәn әn yeni çağdaş türk әdәbi dillәrinә çevirilir.
B) Qaynaq vә hәdәf dil sәviyyәlәrindә hәm şifahi, hәm dә yazılı mәtnlәr әn yeni çağdaş türk
әdәbi dillәrindәn bir-birinә sinxronik olaraq çevirilir. Hәmin çeviri prosesindә görülәn işlәr әdәbi mәtn
uyğunlaşdırması fәaliyyәtlәrinin әsasını tәşkil edir.
Türk әdәbi dillәri arası mәtn çevirilәri prinsip etibarilә müxtәlif әdәbi mәtnlәrin qәdim türk
әdәbi dillәrindәn çağdaş türk әdәbi dillәrinә vә ikincilәrdә dә bir-birinә çevirilmәsi ilә gerçәklәşir. Bu
fәaliyyәtlәr 1990-cı illәrdәn başlayaraq getdikcә sürәtlәnir. Ancaq bu gün hәlә әdәbi mәtnlәrin daha çox
qәdim vә yeni türk dillәrindәn Türkiyә türkcәsinә, ondan da digәr türk әdәbi dillәrinә vә ya digәr türk
әdәbi dillәrindәn Türkiyә türkcәsinә çevirildiyi müşahidә olunur. Daha doğrusu, sözügedәn әdәbi
mәtnlәrin çevirilmәsi prosesi dillәrә görә qaynaq vә hәdәf mәtnlәrin yerlәrinin dәyişilmәsi ilә daha çox
Türkiyә türkcәsi ilә digәr türk yazı dillәri arasınada hәyata keçirilir. Mәsәlәn, Çingiz Aytmatovun, demәk
237
olar ki, bütün әsәrlәri öncә müxtәlif xarici dillәrdәn vә günümüzdә isә qırğız dilindәn dә Türkiyә
türkcәsinә tәrcümә olunmuş vә ya çevrilmişdir. Azәrbaycan şifahi xalq әdәbiyyatı nümunәlәrinin,
müxtәlif әdәbi mәtnlәrin vә populyar yazıçıların әsәrlәrinin çağdaş Türkiyә türkcәsinә çevirilmәsinin
tarixi isә 1950-ci illәrә qәdәr gedib çıxır. Sözügedәn çeviri prosesinin sürәtlәnmәsinә vә onun konkret
nәticәlәrinin ortaya çıxarılmasına hәm Azәrbaycanlı, hәm dә Türkiyәli alimlәr, yazıçılar, publisistlәr,
türkoloqlar vә ümumiyyәtlә ziyalılar hәmişә böyük sәy göstәrmişdir. Hәlә Sovetlәr Birliyi vaxtında
Azәrbaycandan Hәmid Araslının vә Abbas Zamanovun, Türkiyәdәn Әhmәd Cәfәroğlunun, Muharrem
Erginin, Sәadәt Cağatayın, daha sonralar isә Yavuz Akpınar vә onun yayınladığı “Qardaş Әdәbiyyatlar”
jurnalının çox böyük rolu olmuşdur (Ercilasun 2007). Günümüzdә isә Yusif Gәdiklinin, Әli Duymazın,
İldәniz Kurtulan vә digәrlәrinin Azәrbaycan Türkcәsindәn Türkiyә türkcәsinә etdiyi çevirilәr diqqәti
çәkir. Azәrbaycan yazarlarından Anarın, Elçinin vә Kamal Abdullanın bir çox әsәri bu gün Türkiyә
türkcәsindә sevә-sevә oxunmaqdadır. Bu әsәrlәrә Anarın “Ağ liman” vә “Beşmәrtәbәli evin altıncı
mәrtәbәsi”, Elçinin “Mahmud vә Mәryәm” vә “Ölüm hökmü”, Kamal Abdullanın isә “Gizli Dәdә
Qorqud”, Yarımçıq әlyazma” vә Sehrbazlar dәrsi” әsәrlәrini örnәk göstәrmәk olar. Bütün bu çeviri
işlәrinin aparılması vә onların әdәbi-linqvistik özәlliklәri ilә dәyәrlәndirilmәsi isә türkoloji dilçilikdә
ayrıca bir әdәbi mәtn uyğunlaşdırması vә ya çeviri nәzәriyyәsi vә praktikası filoloji sahәsi olaraq
ayrılmaqdadır (Musaoğlu 2010: 24-26). Qeyd olunmalıdır ki, sözügedәn filoloji sahә araşdırma-öyrәnilmә
baxımından türkoloji dilçilikdә günün әn aktual mәsәlәlәrdәn biri olaraq diqqәt mәrkәzindәdir.
3. Türkoloji dilçilikdә bәdii mәtnin yeni yönüm vә yöntәmlәrlә öyrәnilmәsi
Mәtnin cümlәdәn böyük, yәni MSB sәviyyәsindә tәdqiqi problemi dilçilikdә XX
yüzilin ikinci yarısından sonra ortaya çıxmışdır. Bütövlükdә isә mәtn sintaksisi XX yüzilin son
qәrinәsindә bütün parametrlәrinә görә bir filoloji elm sahәsi olaraq formalaşmışdır. XX yüzilin
ortalarında Avropa dilçiliyi, xüsusilә dә Praqa funksional dilçilik mәktәbi nümayәndәlәrinin
uğurları kommunikativ vә semantik mәzmunlu yeni linqvistik açıqlanmaların meydana çıxmasına
vә xüsusilә dә filologiyada MSB-nin ayrıca olaraq tәdqiqinә geniş yol açmışdır. Avropa vә
Rusiyada bu sahәdә böyük uğurlar olsa da, türkoloji dilçilikdә mәtn sintaksisi vә ya qrammatikası
mәsәlәsi o dövrdә hәlәlik nisbәtәn çox az öyrәnilmişdir.
Qeyd olunmalıdır ki, filologiyada mәtnin ümumi filoloji-әdәbi vә -linqvistik özәlliklәri
daha Antik dövrdәn, yәni Aristoteldәn başlayaraq öyrәnilmәkdәdir. Belә ki, mәtnin ümumi vә
tәfәrrüatlı filoloji tәdqiqi ilk öncә mәtnşünaslıq vә әdәbi mәtnlәrin tәnqidi nüsxәlәrinin
hazırlanması vә mәtn nәzәriyyәsi vә ya әdәbi mәtnlәrin müxtәlif funksional üslublar vә әn yayğın
әdәbiyyatşünaslıq vә dilçilik metodları baxımından müştәrәk işıqlandırılmasıyla bilinmәkdәdir.