254
filoloq, türkoloq vә tәlәbәlәrimizin diqqәtini sözügedәn elmi-filoloji zәmindә xalq
mahnılarımızın bәzi әdәbi-linqvistik özәlliklәrinin diaxronik-arxetipik görünümdә konseptual
olaraq öyrәnilmәsinә cәlb etmәk istәdik.
Azәrbaycan türk poetik-folklorik mәtnindә yer tutan, ancaq sözlü olaraq ifadә edilmәyәn
“ozan-aşiq” vә “Sarı gәlin” prototiplәri әdәbiyyatımızın mifoloji dövrdәn dastan çağına keçid
dönәmindә şәkillәnәn arxetipik proobrazlarındandır. Onlar poetik-folklorik mәtnyaratmada özәl
mәtnqurucu semiotik işarәlәr olaraq işlәnilir. Bu baxımdan “Sarı gәlin” xalq mahnısında müraciәt
edәnin vә müraciәt olunanın etnik-milli kimliyi şeirlә ifadә olunan әsas qavramın vә ya
qavrayışın (konseptin) mәzmunu ilә çox yaxından bağlıdır. Hәmin mәzmun әslindә öncә
“Türklük” vә “Azәrbaycançılıq” qavramlarının, sonra isә onlara bağlı olaraq abır-hәya, sevgi-
mәhәbbәt duyğularının bәdii açıqlanmasıdır. Bu açıqlanma vә ya milli-folklorik fikir reallığı
Beyrәklә Banuçiçәk, Aşıq Qәriblә Şahsәnәm sevgisi vә hәsrәti bәdii gerçәkliyinin eynisidir, Әsli
vә Kәrәm arasındakı eşqdәn isә tamamilә fәrqlidir. Vә bütövlkdә saf vә müqәddәs mәzmunu ilә
seçilәn vә xalq şerimizdә bütün bu incәliklәri ilә ifadә olunan әlçatmaz “әflatuni sevgi-hәsrәt”dәn
ibarәtdir. Bu hәsrәt şeirdә ikinci bәndin orta mәrhәlәsini vә söylәnilәn әsas fikrin mәğzini tәşkil
edәn “Nә ola bir gün görәm, Nazlı yarın üzünü” misraları ilә çox açıq bir şәkildә ifadә olunur.
Sözügedәn xalq mahnısı, yәni yeddihecalı klassik gәraylı xalq şeri “aaba” şәklindә
qoşulmuşdur. Bütün bәndlәrdә birinci, ikinci, dördüncü misralar hәmqafiyә, üçüncü misra isә
sәrbәstdir. Şeir üç bәnddәn ibarәtdir. Hәr üç bәndin sonunda gәlәn “Neynim aman, aman, sarı
gәlin” nәqәratı Azәrbaycan türk şerindә çox tәsadüf edilәn bir sintaktik tәkrir olaraq da
qiymәtlәndirilә bilәr.
Sözügedәn sintaktik tәkrir folklorik-әdәbi makromәtni tәşkil edәn hәr üç mürәkkәb
sintaktik bütövün sonluq-komponenti yerindә işlәnilir. Bu isә hәmin sintaktik tәkririn hәm
bütövlükdә folklorik-әdәbi makromәtnin, hәm dә sözügedәn mürәkkәb sintaktik bütövlәrin
konseptual sәciyyәli mәtnqurucu әlamәti olaraq işlәnildiyini göstәrir.
Maraqlıdır ki, birinci bәndin ikinci misrasının sonunda, digәr bәndlәrin vә elә birinci
bәndin dә sonunda “Neynim aman, aman” yardımçı dil-nitq vasitәlәri ilә işlәnilәn “Sarı Gәlin”
müraciәt-ifadәsi gәlmәkdәdir. Bu, fikrimizcә, makromәtni tәşkil edәn mikromәtnlәrdә, yәni
mürәkkәb sintaktik bütövlәrdә sıralanan sintaktik paralellәrin qrammatik-sintaktik formalaşması
ilә dә bağlıdır. Birinci bәnddә vә ya mürәkkәb sintaktik bütövdә felin inkar şәklindә, qeyri-
müәyyәn gәlәcәk zamanla ifadә olunan bir geniş zaman anlayışı vardır. Qeyd olunmalıdır ki,
255
qeyri-müәyyәn gәlәcәk zamanla geniş zaman anlayışının çox açıq olaraq ifadә edilә bilmәk
özәlliyi türk dillәri arasında әn çox Azәrbaycan dilinә mәxsusdur. Çәrçivәlәnmәyәn hәmin geniş
zaman anlayışı şerin ilk iki misrasıda “Saçın ucun hörmәzlәr, Gülü sulu dәrmәzlәr, sarı gәlin”
deyim-frazeologizm quruluşundakı interospektiv sәciyyәli qәlib-ifadәlәrlә ifadә olunmuşdur. Bu
isә şerin birinci bәndindә “Sarı gәlin” ifadәsinin iki dәfә işlәnilmәsini zәruri edәn mәtnlinqvistik
sәbәblәrdәn biridir.
Mәtn dilçiliyi baxımından “Sarı gәlin” Azәrbaycan xalq mahnısının makromәtni üç
mikromәtndәn, yәni mürәkkәb sintaktik bütövdәn tәşkil olunur. Daha doğrusu, şerin hәr bir bәndi
müstәqil bir mürәkkәb sintaktik bütövdәn ibarәtdir. Burada abzas, bәnd vә mürәkkәb sintaktik
bütövlәrin sәrhәdlәri üst-üstә düşür. Şerin poetik-folklorik uğurunu şәrtlәndirәn mәtnlinqvistik
özәlliklәrdәn biri, bәlkә dә birincisi elә budur! Hәmin bәndlәrdә vә ya sintaktik bütövlәrdә isә
birinci, ikinci vә dördüncü misralar sintaktik paralellәrlә ifadә edilir. Şerin bütün bәndlәrindә
birinci vә ikinci misralar mürәkkәb sintaktik bütövün baş, üçüncü vә dördüncü misralar orta,
“Neynim aman, aman, sarı gәlin” sintaktik tәkriri ilә ifadә olunan komponenti isә onun sonluq
mәrhәlәsini tәşkil edir.
Sözügedәn xalq mahnısı ümumtürk mәtninin әsas qurucu vasitәlәrindәn biri olan
sintaktik paralelizm hadisәsinin işlәnilmәsilә qәdim türk epik şerinin formalaşdığı erkәn
dönәmdә tәşәkkül tapmış folklorik bir mәtn örnәyidir. Bunu, hәr şeydәn öncә, yuxarıda Oğuz
qrupu türk dillәrindәn gәtirilәn “Anasına bax, qızını al, qırağına bax, bezini al.” “Atalar sözü
konteksti” ilә aparılan konseptual-linqvistik müqayisә dә sübut edir. Belә ki, hәmin kontekstdә
ifadә olunan vә Azәrbaycan türk gözәlinә aid edilәn “abır-hәya, ismәt, utancaqlıq vә bütün
bunlara bağlı olaraq da eşq-mәhәbbәt qavram”ı sözügedәn xalq mahnısının da konseptual
mәzmununu tәşkil edir.
Belәliklә, çox zaman bir sadә geniş cümlә vә ya yuxarıda göstәrildiyi kimi, sadә
quruluşlu mürәkkәb sintaktik bütövlәrlә ifadә edilәn atalar sözlәrimiz daha ilk folklor mәtnlәrinin
yarandığı “Animizim, totemizim vә antropomorfizm epoxası”ndan “Mifologiya çağı”na keçid
dönәmindә ortaya çıxmışdır. Sözügedәn “Sarı gәlin” xalq mahnısı isә öncәkilәrdәn fәrqli olaraq
artıq mürәkkәb quruluşlu sintaktik bütövlәrlә ifadә olunur. Burada da sintaktik bütövlәri tәşkil
edәn sintaktik paralellәr, atalar sözü örnәyindә olduğu kimi, sadә cümlәlәrdәn ibarәtdir. Ancaq
“Sarı gәlin” vә heca vәznindә yazılan digәr qafyәli xalq şeirlәrimiz sözügedәn sәlәf-xәlәf
münasibәtlәri kontekstindә vә ya türk epik şerinin “bayatı, xalq mahnısı” kimi müxtәlif