250
Folklorik bir növ olaraq atalar sözlәri vә mәsәllәrin yaranması çox vaxt tarixdә baş
vermiş ayrı-ayrı konkret ibrәtamiz hadisәlәrdәn nәşәt tapır. Vә ya etnik, etnoqrafik sәciyyәli
gedişat vә gәlişmәlәri meydana gәtirәn canlı faktorlarla, müxtәlif semiotik işarәlәrlә sıx bağlı
olur. Buna görә dә hәr hansı bir atalar sözü örnәyindә bütün bunları söylәyәn müdrik bir danışan
vә düşünәn atamız vә bir dә onu dinlәyәn oğullar vә qızlarımız vardır. Xalq mahnısında isә belә
deyildir. Xalq mahnısında danışan ozandır vә ya aşıqdır. O, yuxusunda “buta” verilmiş bir haqq
aşiqidir. Dinlәyәn dә sıradan adi bir vәtәndaş deyildir. Dinlәyәn, yәni müraciәt olunan şәxs
burada sayılan, sevilәn vә seçilәn bir Azәrbaycan türk gözәlidir! Uzunboylu, incәbelli, gülәrüzlü,
telli-toqqalı, uzunhörüklü Sarı Gәlindir vә ya Sara Gәlindir, Dilbәrimdir, Qara Gilәdir,
Azәrbaycan Maralıdır!
Xalq mahnılarımızda müәyyәn bir bitkin mәna, anlam vә mәzmun ardıcıllığı vardır.
Onlarda çox yığcam olaraq konkret bir bәdii fikir ifadә olunur. Hәmin fikir Azәrbaycan türk
qavramlar dünyasının ana xәritәsi vә ya Azәrbacançılıq ideologiyası ilә bağlı olur. Çünki, türk-
islam mәdәniyyәtinә bağlı “Tanrı haqqı, axirәt, qәdәr, qonşuluq әlaqәlәri, ailә, bakirәlik,
qәhrәmanlıq, yol, sevgi, eşq, mәhәbbәt, hәsrәt, qonaqpәrvәrlik, nifrәt” kimi qavramların
bәdii açıqlanması da ümumtürk mәtninin poetik-folklorik tәhkiyәsindә geniş yer tutur. Hәmin
qavramlara әsasәn gerçәklәşәn bәdii mәtnlәşmә vә ya diskursiv anlatım isә türkcә olaraq
konseptual-linqvistik sәciyyәli mikro- vә makromәtn komponentlәrinin dialoji-çәrçivәli vә
ontoloji-sintaktik sıralanmamalrı vә sintaktik paralellәrlә qurulur. Sözügedәn qavramlar
xәritәsindә yer alan ailә, bakirәlik; bakir vә bakirә; sevgi vә gözәllik; eşq, mәhәbbәt vә hәsrәt
duyğularının “izoqlosları” mәhz Azәrbaycan adlı etnoqrafik-folklorik coğrafiyada da yanıb-
sönür. Hәmin qavramları vә onların Azәrbaycan türk kontekstindәki semiotik işarәlәrini poetik-
musiqili mәtndә canlı bir ifa vә qolça qopuzu ilә tәqdim edәn uzaq keçmişimizdә ozanlarımız
olmuşdur. Sonralar hәmin işi telli sazı ilә aşıqlarımız, yaxın keçmişimizdә vә günümüzdә isә
milli musiqi komponentlәri ilә xanәndәlәrimiz vә müğәnnilәrimiz yerinә yetirmәkdәdir. Daha
doğrusu, hәr hansı bir xalq mahnımızın vә “Sarı gәlin” mahnısının da mütlәq bir ilk Azәrbaycanlı
türk ifaçı yaradıcısı vә ya dilә gәtirәni olmuşdur. Bu baxımdan sözügedәn xalq mahnımızın
yaranmasının müxtәlif hadisә vә rәvayәtlәrlә әlaqәlәndirilmәsi tәbiidir vә әn yaxşı halda xoş
niyyәtli xalq etimologiyasından başqa bir şey deyildir.
251
Qeyd: “Sarı gәlin” xalq mahnısının tarixi mәzmunu, yaranması vә ya semantik
etimologiyası haqqında çox maraqlı folklorik hekayәtlәr, rәvayәtlәr vә müxtәlif tәzadlı fikirlәr dә
vardır. Mәsәlәn, Sarı Gәlin proobrazının “Günәş” vә ya bir slavyan, gürcü, ermәni gözәli olduğu
söylәnilir. Hәtta hәmin gözәlin bir xristian dininә mәnsub olan qıpçaq türkü olduğu da deyilir.
“Apardı sellәr Saranı” xalq mahnımıza әsaslanılaraq “Sarı Gәlin” ifadәsinin “Sara Gәlin”dәn
a//ı sәs dәyişmәsi nәticәsindә әmәlә gәldiyini söylәyәnlәr dә vardır. Ancaq bir çox rәvayәtdә
xristian dininә mәnsub olan gözәlә aşiq olanın mәhz bir türk olduğu nәticәsinә dә gәlinir. O
zaman hәmin igidin xristian bir qıpçaq türkü olması da istisna deyildir! Sözügedәn mahnı
mәtninin müxtәlif folklorik variantları vardır. Qıpçaq, Azәrbaycan vә Әrzurum variantları
bunların içәrisindә әn yayğın olanlarıdır. Bu isә mahnı mәtninin ilkin folklorik variantlarının
mәhz Türk-Qıpçaq-Oğuz dünyasının yovşanlı çöllәrindә, axarı-baxarlı ellәrindә vә obalarında
meydana gәlmәsinә dәlalәt etmirmi?! Belәliklә, bütövlükdә xalq әdәbiyyatı növlәrinә mәxsus olan
folklorik örnәklәrin çox variantlılıq hadisәsi burada hәm sözügedәn mahnı mәtninin
söylәnilmәsindә, hәm dә onun yaranmasına dair hadisә vә rәvayәtlәrin müxtәlifliyindә özünü
göstәrir.
Azәrbaycanda xalq mahnılarımız daha XIX yüzildәn etibarәn görkәmli elm vә fikir
adamlarının, maarifçilәrin, şairlәrin, yazıçıların, müәllimlәrin vә böyük dövlәt adamlarının
diqqәtini özünә cәlb etmişdir. M. F. Axundzadәnin, F. Köçәrlinin, R. Әfәndiyevin, M.
Mahmudbәyovun, M. İbrahimovun, S. Vurğunun, B. Mәmmәdovun, Ü. Hacıbәylinin, B.
Vahabzadәnin vә nәhayәt ulu öndәr Heydәr Әliyevin xalq mahnılarımız haqqında söylәdiyi çox
qiymәtli fikirlәr vardır. Bu baxımdan ulu öndәr Heydәr Әliyevin xalq artisti Әlibaba
Mәmmәdova yazdığı mәktubunda onun qoşduğu mahnıları vә ümumiyyәtlә xalq mahnılarımızı
çox yüksәk qiymәtlәndirmәsi ibrәtamizdir. Ulu öndәrin özünün dә xalq mahnılarımızın sözlәrini
çox yaxşı bildiyini vә yeri gәlәndә onları әzbәr söylәdiyini vә hәtta oxuduğunu belә bu gün
hamımız çox yaxşı xatırlayırıq.
Xalq mahnılarımız musiqili poetik-folklorik mәtnlәrdәn ibarәtdir. Hәmin anonim
mәtnlәr keçmiş zamanlardan etibarәn başlanğıcda ayrı-ayrı müәlliflәr tәrәfindәn bәstәlәnәrәk vә
ya qoşularaq mahnı kimi oxunmuşdur. Bu baxımdan XIX әsrin axırları vә XX әsrin әvvәllәrindә
yaşamış xanәndә Cabbar Qaryağdıoğluna istinad edilәn 500-dәn artıq xalq mahnımızı xatırlamaq
yerinә düşәr. Hәmin mahnıların bir çoxunun sadәcә musiqisini deyil, sözlәrini dә Cabbar
Qaryağdıoğlunun yazdığı söylәnilir. Onun hәr hansı bir şәhәrә vә ya bir yerә el şәnliyinә