271
leksik vahidi türk-islam dünyasının milli-mәnәvi hәyatının vә yaşam tәrzinin әn yayğın şifahi
ifadә vasitәlәrindәn biri olaraq ümumtürk dilindә çox geniş yayılmışdır. Mәsәlәn, “İt hürәr,
kavran keçәr” ifadәsindә “karvan” sözünün sözügedәn frazeologizmin qurucu komonenti olaraq
işlәnilmәsi dә bunu sübut edir.
3.3. Semiotika, semiologiya, semiosfera anlayışları vә bәdii mәtnin konseptual,
semiotik vә linqvistik tәhlili
“Semiotika” (yunan.
Semeiotike ‘işarәlәr haqqında elm, tәlim’) vә ya
“semiologiya”
(yunan. Sema ‘işarә, mәna’, logos ‘söz, elm, tәlim’) leksik vahidinin lüğәvi mәnası işarәlәr vә
işarә sistemlәrinin ümumi xüsusiyyәtlәri, quruluşu, işlәnilmәsi vә inkişafı haqqında elm
demәkdir. Semiotikada işarә adı altında informasiyanın hәr hansı maddi daşıyıcısı yerindә
işlәnilәn konkret bir amil vә ya faktor başa düşülür. Bu, ayrı-ayrılıqda barmaq vә ya ayaq izi, bir
ocağın tütsüsü, qara bulud, bayraq vә s. ola bilәr. Sözügedәn işarәlәr müәyyәn kollektivdә vә ya
cәmiyyәtdә bәlli bir informasiyanın ifadә edilmәsi şәrtilә işlәnilir. Dil işarәlәrinin sözügedәn
bariz nümunәlәrindәn biri olaraq müstәqil mәnalı sözlәr vә ya leksik vahidlәr göstәrilә bilәr
(Стариченок 2008: 540).
Semiotikanın ümumi obyektlәri vә konkret predmetlәri gündәlik yaşanılan hәyatın,
elmin vә incәsәnәtin bütün sahәlәrindә özünü göstәrir. Dildә, riyaziyyatda, bәdii әdәbiyyatda,
әdәbiyyata aid olan ayrı-ayrı әsәrlәrdә, arxitekturada, mәnzillәrin dizayn olunmasında, ailәnin
tәşkilindә, bitkilәrin hәyatında, heyvanların ünsiyyәtindә vә s. semiotikanın özünü hәr yerdә
bilvasitә olaraq göstәrәn predmetlәri informasiya daşıyan çox böyük bir sistem tәşkil edir. Belә
bir sistemin elementar nüvәsi isә ayrılıqda işarәlәr, bütölükdә isә onların yaratdığı işarә
sistemlәrindәn ibarәtdir. Belә sistemlәr harada olursa olsun, istәr cәmiyyәtdә vә tәbiәtdә, istәrsә
dә insan orqanizmindә, tәfәkküründә, bütün hallarda semiotikanın predmeti olaraq özünü
göstәrir. Bütün bu böyük sistemi tәşkil edәn isә bütövlükdә inosfera vә intertekst vә ya
informasiya dünyasıdır. Necә ki bәzәn biz öz-özümüzә deyirik: “Biz informasiya dünyasında
yaşayırıq” vә ya “Biz işarәlәr dünyasında yaşayırıq.” Әslindә isә biz bu gün artıq informasiyanın
vә işarәlәrin bu vә ya digәr şәkildә gerçәklәşәn vә gerçәklәşdirilәn seçimi dünyasında yaşayırıq.
Sözügedәn dünya isә semiotika vә ya semiolgiyada bir-birindәn müәyyәn özәlliklәri ilә ayrılan
“sintaktika, semantika vә praqmatika” aspektlәrindә tәdqiq olunur (Cтeпaнoв 2001: 5-42).
Semiotika ayrıca bir elm sahәsi vә istiqamәti kimi XIX yüzilin sonu, XX yüzilnin
әvvәllәrindә meydana çıxmışdır. Yeni tarixdә sözügedәn elmin qurucuları Amerikan filosofu vә
mәntiqçisi Çarlz Senders Pirs (1839) vә İsveçrә dilçisi Ferdinant de Sössür (1857-1913)
olmuşdur. Belә hesab edirlәr ki, “semiotika” terminini mәhz Ç. Pirs yaratmışdır. Ancaq
sözügedәn termin Ç. Pirsdәn çox-çox öncә ilk dәfә olaraq J. Lok tәrәfindәn daha XVII yüzilin
sonlarında işlәnilmişdir. J. Lok “İnsan dәrrakәsi haqqında tәcrübә” adlı әsәrindә hәmin termindәn
istifadә etmişdir. Bundan başqa, hәlә tarixin qәdim vә orta dövrlәrindә fәlsәfә, tәbiәt vә idrak
nәzәriyyәsi ilә mәşğul olan çox böyük alimlәr olmuşdur. Bu alimlәr işarәlәrә, işarәlәnәnlәrә,
hadisәlәrә, şәxsiyyәtlәrә, bütün olub-bitәnlәrә, әşyalara vә s. dair müxtәlif fәlsәfi, psixoloji,
mәntiqi vә poetik fikirlәr irәli sürmüşdür. Onların fikirlәri vә fәlsәfi әsәrlәri isә semiotika elminin
“pirsәqәdәrki mәrhәlәsi”ni tәşkil etmişdir (Veysәlli 2010: 59-64). Ferdinand de Sössür isә
sözügedәn yeni elmi “semiolgiya” termini ilә adlandırmışdır. Hәmin termin nәzәri dilçilikdә daha
geniş yayılmışdır.
Ç. Pirs önәmli semiotik anlayışları, daha doğrusu, işarә anlayışını, onun mәnasını, işarә
münasibәtlәrini vә s. xarakterizә etmәyә çalışmışdır. O, başa düşmüşdür ki, sözügedәn tәdqiqat
sahәsi ayrıca olaraq götürülәn bir elmin predmeti olmalıdır. Bu isә, onun da müәyyәnlәşdirdiyi
kimi, işarә proseslәrinin tәbiәti vә müxtәlif növlәri haqqındakı semiotika elmindәn başqa bir şey
272
ola bilmәzdi. Ç. Pirs semiotika elmi üçün işarәlәrin әsas tәsniflәndirmәsi işini aşağıdakı şәkildә
aparmışdır:1) İşarәlәr-ikonlar (icon) işarәlәnәn vә işarәlәyәnlәrin aralarındakı uyğun bağlılığı
tәsviri olaraq göstәrir; 2) İşarәlәr-indekslәr (index) zaman vә mәkanda yerlәşmәsinә görә bir-biri
ilә bağlı olan işarәlәnәn vә işarәlәyәnlәri ifadә edir; 3) İşarәlәr-simvollar (symol) sanki ilkin bir
sazişә әsasәn bәzi razılaşmalar çәrçivәsindә bir-biri ilә bağlı olan işarәlәnәn vә işarәlәyәnlәrә
işarә edir. Milli dillәr bu cür razılaşmaların bariz örnәklәridir (Abdullayev., Mәmmәdov.,
Musayev… 2012:294-298).
Ferdinand de Sössür isә semiologiyanı cәmiyyәt qavramı parametrlәri çәrçivәsindә
işarәlәrin hәyatını öyrәnәn bir elm sahәsi olaraq müәyyәnlәşdirmişdir. O, vurğulayır ki,
sözügedәn elm işarәlәrin nә oldğunu vә hansı qaydalarla idarә olunduğunu açıb bizә
göstәrmәlidir. Ç. Pirsdәn vә F. Sössürdәn sonra Amerikan alimi Çarlz Ulyam Morris Ç. Pirsin
ideyasını daha da inkişaf etdirәrәk semiotikanı sistemlәşdirmiş vә onu “sintaktika, semantika vә
praqmatika” olaraq üç şöbәyә ayırmışdır. O, 1938-ci ildә “İşarә nәzәriyyәsinin әsasları” adlı
kiçik bir kitab yayımlamışdır. Bu kitab o zamanlar yeni ortaya çıxan elmin qısa bir oçerki olaraq
sәciyyәlәndirilmişdir. Semiotikanın әsas problemlәrinin daha geniş bir şәkildә açıqlanması işi isә
onun 1946-cı ildә Nyu-Yorkda yayımlanan “İşarәlәr, dil vә davranış” adlı kitabında yerinә
yetirilmişdir. Semiotikanın müstәqil bir elm sahәsi olaraq hәm bütün parametrlәri vә arqumenlәri,
hәm dә yönüm vә yöntәmlәri ilә tanınması isә yaxın tarixi keçmişә tәsadüf etmişdir. 1995-ci ilin
avqust ayında Amerikanın Monderey şәhәrindә “Tәtbiqi semiotika vә süni intellekt” mәsәlәlәrini
müzakirә edәn bir simpozium keçirilmişdir. Sözügedәn simpoziumda semiotika hәm nәzәri, hәm
dә praktiki yönüm vә yöntәmlәriylә elm alәmindә müstәqil bir elm sahәsi olaraq qәbul edilmişdir
(Поспелов 1996).
Yuxarıda göstәrildiyi kimi, semiotika elmindә işarә vә işarә sistemlәrinin araşdırılması
vә öyrәnilmәsi üç әsas aspektә ayrılır: 1) Sintaksis vә ya sintaktikada hәr hansı yerinә yetirilәn vә
ya konkret şәkildә edilәn uyğun bir açıqlanmaya qeyd-şәrtsiz olaraq aid olan işarә sistemlәrinin
daxili özәlliklәrindәn bәhs edilir. Bu bölmәdә hәm mәtnin morfologiyası, kompozisiyası vә
sintaksisi, hәm dә bunlara bağlı olaraq nitq prosesindә işlәnilәn işarәlәr arasındakı әlaqәlәr
müәyyәnlәşdirilir; 2) Semantika işarәnin işarәlәnәnә vә ya “dünyanın statik xәritәsi” ndә yer
tutan hәr cür әşyayi-dәlilә münasibәtini vә bütövlükdә işarәlәnәnlә işarәlәyәnin әlaqәlәrini
işıqlandırır. Semiotikanın sözügedәn sahәsindә tәdqiq edilәn әsas predmet vә ya obyekt
bildirilәnlәrin vә işarәlәrin açıqlanması vә ya fikrin ifadә vasitәsi olan işarә sistemlәrinin
öyrәnilmәsidir; 3) Praqmatikada işarәnin adresatla әlaqәsi vә açıqlanma problemlәri tәdqiqata
cәlb olunur: danışan vә dinlәyәn vә ya adresant vә adresat arasındakı әlaqәlәr öyrәnilir. Bir sözlә,
semiotikanın sözügedәn bölmәsindә işarә sistemlәri vә onlardan istifadә edәnlәrin arasındakı
münasibәtlәr öyrәnilir (Cтeпaнoв 2001:5-42
)
. XX yüzilin axırlarında semiotika elminin
inkişafında yeni bir mәrhәlә başlamışdır. Y. M. Lotmanın vә müasirlәrinin әsәrlәrindә semiotika
elminә aid yeni anlayışlar, mәsәlәn “semiozis” termin-anlayışı vә onların da müxtәlif
kateqoriyaları müәyyәnlәşdirilmişdir. Y. M. Lotmanın adı ilә bağlı olaraq semiotika elmindә
böyük bir mәktәb yaranmışdır. Bundan daha öncә, XX yüzilin әvvәlәrindәn etibarәn isә elmin vә
texnikanın inkişafına, canlı dünyanın doğal zәnginliklәrinin müәyyәnlәşdirilmәsinә bağlı olaraq
elmşünaslıqda “neosfera, biosfera” kimi anlayışlar ortaya çıxmışdır. İşarә, mәna vә anlam
anlayışları isә yüzilin sonlarına doğru bütövlükdә “semiosfera” termini ilә ifadә olunmağa
başlamışdır. Bu termini Y. M. Lotman “neosfera vә biosfera” terminlәri ilә müqayisәdә
yaratmışdır (Лотман 1984)
.
Semiozis (yunan.
sema ‘işarә’) işarә prosesi demәkdir vә işarәlәrin yaratma, qurma,
hәrәkәt vә açıqlama özәlliklәrini ehtiva edir. Sözügedәn yaratma, qurma vә hәrәkәtlәrin baş