287
semiosferada yer alır. Hәr bir elm sahәsinin vә ya incәsәnәtin müxtәlif sahәlәrinin, bәdii
әdәbiyyatın hәr birinin özünәmәxsus işarәlәr sistemi vardır. Semiotikada hәr cür
sistemli, ardıcıl vә mәnalı işarәlәr
XIX. yüziln sonlarından başlayaraq
sintaqtik, semantik
vә
praqmatik
yönümlәri
ilә
geniş şәkildә öyrәnilir (P
eirce 1983: 151-210; Erkman-
Akerson 2005: 93-116).
Yuxarıda göstәrildiyi kimi,
sintaktik
istiqamәtdә nitq zәncirindәki
vә ümumiyyәtlә zaman ardıcıllığındakı
işarәlәrin
, semantik isti
qamәtdә әşyanın mәnası
vә
işarә daşıyıcılarının, praqmatik olaraq isә işarә ilә ondan istifadә edәnlәrin arasındakı
әlaqә müәyyәnlәşdirilir (ЛЭC 1990: 441).
Müәyyәn bir tәdbir, mәrasim, rәqs, yuxu, oyun vә s. kimi işarәlәrlә qurulan fәrdi,
kütlәvi fәaliyyәtlәr dә ayrı
-
ayrı mәtnlәr olaraq tәr
if edilir
(ЛЭC 1990: 440
-442)
. Belәliklә,
praqmatik vә sintaktik olaraq gerçәklәşәn hәr hansı bir mәtnin vә ya milli
-
mәnәvi mәtn
-
tәşәkkülün bir işarәlәr sistemi vә ya dünyası vardır. Vә bütün mәtnlәr bu vә ya digәr
şәkildә işarәlәrin hәrәkәtlәri ilә qurulur. Bәdii mәtnin özәl mәtnqurucu işarәlәri isә,
әlbәttә, yazıçının özünә vә ya konkret bir durumda onun әsәrinә mәxsusdur.
Sözügedәn işarәlәr, hәr şeydәn öncә, yazıçı
-
oxucu vә ifadә edilәn gerçәkliyә müәllif
münasibәti kontekstindә praqmatik olaraq müәyyәnlәşir. Vә ümumiyyәtlә, semiotik
işarәlәr arasındakı formal vә mәzmunlu bağlantıya görә isә hәr cür mәtnqurucu işarәlәr
sintaktik özәlliklәriylә dә öyrәnilir. Bәdii mәtnlәrin başlıqları, ayrı
-
ayrı cümlәlәr, nominativ
adlandırılmalı sözlәr, frazeoloji ifadәlәr, mürәkkәb sintaktik bütövlәr, anaqrammalar,
qısaldılmış nominativ adlandırmalar, arxaik kәlimәlәr vә s. özәl mәtnqurucu işarәlәr
olaraq işlәdilir. Etnik, folklorik, etnoqrafik, demografik, demonoloji vә mifoloji mahiyyәtli
kult-
simgәlәr, müxtәlif fabulalar, paralel süjet xәtlәri, presuppozisyalar vә ya öncә
görmәlәr, hissi baş vermәlәr dә bәdii mәtnin özәl mәtnqurucu işarәlәri olaraq özünü
göstәrir. Mәsәlәn: “Unutmağa kimsә yox” romanında aşağıda göstәrilәnlәr müәllifә
mәxsus әdәbi
-
bәdii xarakterli özәl mәtnqurucu işarәlәr olaraq sәciyyәlәndirilә bilәr:
-
F.Q. qısaltması
-
müәllifin özünün vә ya zamanın yaradıcı gәncliyinin
qrafik
işarәlәrlә ifadә olunan mәtnqurucu göstәricisidir
;
-
Mifoloji sәciyyәli “Qarağac”, “Çoban papağı”, “Çiçәkli yazı”, “Vәng dağı”,
“İşıqsaçan daş”, “Bozlar”, “Mağara” vә s. sözlәr vә söz birlәşmәlәri koqnitiv mәzmunlu
mәtnqurucu özәl ad göstәricilәridir
;
-F.Q.-
nin vә Bәhram kişinin paralel yuxuları vә eyni yuxuları görmә hadisәlәri vә
ya paralel dünyalardan birinin yuxularda yazıçı gerçәkliyi olaraq gerçәklәşdirilmәsi
amillәri ayrılıqda özәl mәtnqurucu işarәlәr olaraq işlәdilmәkdәdir
;
-
Әryәnin ölümdәn qurtula bilmәsi üçün qiyabәn kәndin mollası Seyid Cәfәrә
“makintoj palto” alma sözü vermәsi olayı
da özәl mәtnqurucu işarә sәciyyәsi daşıyır vә
s.;
-
Güclü hәyati müşahidәlәrә, dәrin reminiseniativ duyuma vә duyğular kontekstinә
dayanılaraq yaradılan “Dil vә tәfәkkür institutu”nun
45
әdәbi vә bәdii
-psixoloji
obrazlaşdırılması vә s. kimi. Dilçilik İnstitutu әmәkdaşlarının Allahın rәhmәtinә gedәn vә
bir çoxu da hәlә hәyatda olan bәdii obrazları romanda çox böyük tәhtәlşüur
ümumilәşdirmә vә
Dostoyevskivari
incә bir bәdii ustalıqla yaradılmışdır. Bir sözlә, bu
gün Dilçiik İnstitutunda işlәyәnlәrin bir çoxu diqqәt etsәlәr, öz obrazlarını romanda
asanlıqla görә bilәrlәr. Hansı obrazlarını:
45
Hәmin İnstitutun prototipi bu sәtrlәrin müәllifinin dә uzun illәr boyu işlәdiyi Azәrbaycan Milli Elmlәr
Akademiyası Nәsimi adına Dilçilik İnstitutudur.
288
-
İnstitutun intellektual fikir zirvәlәri, yaradıcı düşüncә vә praktik әmәl sahiblәri
(Bunların böyük bir qismi indi, tәәssüflәr olsun ki, bu gün artıq hәyatda yoxdur.);
-
Özlәrini elmdә doğrudan da bir fikir
sahibi hesab edәnlәr,
amma basma-
qәlib
düşüncә tәrzindәn vә pedantlıq sәviyyәsindәn uzağa gedә bilmәyәnlәr
;
-
Vә nәhayәt gәnc piranilәr vә ya yaradıcılıq ehtirası ilә elmdә yenilik yaratmaq
istәyәnlәr, F.Q. vә onun kimilәr vә s. olaraq…
Sözügedәn romanın başlığı vә Kamal Abdullanın öncәki romanlarının başlıqları,
yuxarıda göstәrildiyi kimi,
çox uğurla seçilmiş özәl mәtnqurucu işarәlәr olaraq
qiymәtlәndirilә bilәr.
Kamal Abdull
anın roman mәtnindә
“Yarımçıq әlyazma” başlığıyla mifoloji
-folklorik
vә eyni zamanda әdәbi, әfsanәvi vә tarixi şәxsiyyәtlәrin mәtnaltı dünyası bir yazıçı
gerçәkliyi vә ya bәdii modeli olaraq açıqlanır.
“Sehrbazlar dәrәsi” romanının başlığıyla
vә mәtniylә sufi
-
mistik dünyamızın olub
-
bitәnlәri ruhlar dünyası vә ruhun gözü
kontekstindә mәtnlәşdirilir. “Unutmağa kimsә yox” romanının başlığıyla isә, yuxarıda da
deyildiyi kimi, bötövlükdә paralel dünyalara, möhtәşәm ahәngә vә hadisәlәrin üfüqünә
işarә edilir ki, bütün bunların da günümüz insanı tәrәfindәn unudulması mümkün
deyildir. Nә dünәn, nә bu gün, nә dә sabah!
3.4.2.2. “Unutmağa kimsә yox” romanındakı digәr mәtnqurucu işarәlәr
Romanın “Ön söz”ünü tanınmış folklorşünas alim Arif Acaloğlu yazmışdır.
Әsәrin әsas mәtni VIII fәslә ayrılmışdır.
Son söz yerindә ayrıca olaraq “Axır” adlı hissә verilmişdir.
Romanın birinci fәsli 4, ikinci fәsli 6, üçüncü fәsli 6, dördüncü fәsli 3, beşinci fәsli
6, altıncı fәsli 19, yeddinci fәsli 10 başlığa ayrılır. Sәkkizinci fәsil isә
7 başlı
qdan
vә ya
“kvaziparaqraf”dan (Әlәkbәrli
2011)
ibarәtdir. Roman mәtni toplam olaraq 61
başlıqdan
vә ya adlıq cümlәlәrlә ifadә olunan müxtәlif yarımbaşlıqlardan tәşkil olunur. Hәmin
başlıqlar müәllifin bәdii qavramlar dünyasının “açar sözlәr”i olaraq da sәciyyәlәndirilә
bilәr. Onlarla bilvasitә vә bilavasitә sәciyyәli qavramlara işarә edilir vә hәmin qavramlar
uyğun bölmәlәrdә tәrkib hissәlәri ilә açılır.
Bununla da
bütün başlıqlar vә ya
yarımbaşlıqlar bәdii cәciyyәli özәl mәtnqurucu işarәlәr olaraq seçilir
.
Qeyd:
Özәl mәtnqurucu işarәlәr yerindә Kamal Abdullanın “Tarixsiz gündәlik”
(2005) adlı
povestinin
mәtnindә dә başlıqlar işlәnilir. Oradakı başlıqlar konkret
bir
mәktәb hәyatına işarә edir. Buradakı başlıqlar isә bütün dünyaya, ilahi hәqiqәtә işarә
edir vә romanın
süjeti konseptual
-
kateqorial sәciyyәli bir mahiyyәt daşıyır. O, yeni bir
roman qurma arxitektonikası örnәyi olaraq da diqqәti çәkir.
Romanın mәtnindә müxtәlif dil
-
nitq vahidlәrindәn
özәl mәtnqurucu işarәlәr
kimi
istifadә edilir. Sözügedәn durumlarda
konkret
sözlәrlә, arxaik kәlmәlәrlә vә ya söz
birlәşmәlәri, cümlәlәr vә mürәkkәb sintaktik bütövlәrlә әdәbi
-
bәdii sәciyyәli özәl
mәtnqurucu işarәlәrin praqmatik vә sintaktik funksiyaları
üst
-
üstә düşür. Bu isә müәllif
bәdii mәtninin әsas mәziyyәtlәrindәn biri olaraq sayıla bilәr.
Mәsәlәn:
-Professor,
Günortaç,
patriarx, burun, insasanlar
46
kimi sözlәr;
46
İnsan kimilәr mәnasında
işlәnilir vә
müәllifin fonetik assosiasiya vasitәsilә düzәltdiyi vә böyük
bir
ehtimalla
“başqa planetlilәr”ә dә işarә edәn
bir
sәs tәqlidi xarakterli söz
-
ifadәdir.