289
-
Ay zolağı, yağış anı, ay axşamı
kimi söz birlәşmәlәri vә s.
Romanda işlәnilәn “Professor” sözünün üzәrindә ayrıca olaraq durmaq
istәyirәm. “Professor” sözünün lüğәvi mәnası, mәlum olduğu kimi,
“elmi ad” demәkdir.
Müәllif “Unutmağa kimsә yox” romanında hәmin sözdәn bir әdәbi
-
bәdii sәciyyәli özәl
mәtnqurucu işarә olaraq istifadә edir. Müәllifin “Dilçiliyә sәyahәt”
(2010)
әsәrindә dә
sözügedәn söz özәl mәtnqurucu işarә yerindә işlәnilir.
Mәlum olduğu kimi, dilçi
-
akademik Mәmmәdağa Şirәliyev bu adı Azәrbaycanda
çox gәnc yaşlarında ilk alan alimlәrdәn biri olmuşdur. XX. yüzildә Azәrbaycan dilçiliyinin
qurucularından olan akademik Mәmmәdağa Şirәliyev istәr xalq arasında, istәrsә dә
elmi-
pedaqoji içtimaiyyәtdә “Professor” olaraq adlandırılır vә hәmin adla da çağrılırdı.
Hәtta o zamankı Sovetlәr Birliyinin digәr şәhәrlәrindә dә Mәmmәdağa Şirәliyevә bu adla
müraciәt edirdilәr. Moskvada, Leninqradda, Daşkәnddә,
Alma-Atada
, Aşqabatda vә
s.
Çünki bu söz görkәmli alimin bütün elmi, pedaqoji, insani keyfiyyәtlәrinә vә rәsmi dövlәt
işlәrindәki fәaliyyәtlәrinә bir bütün olaraq işarә edirdi. Romanın mәtnindә “Professor”
sözünün lüğәvi mәnasının ifadә etdiyi anlam sahәsi, hәmin sözün rәhmәtlik
Mәmmәdağa Şirәliyevin şәxsiyyәtinә aid bildirdiyi digәr elmi, pedaqoji, rәsmi dövlәt
işlәrindәki fәaliyyәtlәrinә dair anlam sahәlәri ilә eyni bir müstәvidә ayrı
-
ayrı “konseptual
çәrçivә”lәr olaraq metakontekstә
görә bir yerdә çәrçivәlәnir. Buna görә dә sözügedәn
söz
-
işarә burada söhbәtin mövzusuna çevrilir.
Belәliklә, müәllif әdәbiyyatımızda ilk dәfә olaraq rәhmәtlik akademik
Mәmmәdağa Şirәliyevin parlaq bәdii obrazını yaratmışdır. Sağ olsun!
Qeyd:
Burada rәhmәtlik Aydın Mәmmәdov
un 1979-
cu ildә akademik
Mәmmәdağa Şirәliyevin 70 yaşının tamam olması münasibәtilә yazdığı “Professor”
mәqalәsini xatırlamaq yerinә düşәr. Mәqalә “Әdәbiyyat vә incәsәnәt” qәzetindә
yayımlanmışdı. Sözügedәn
mәqalәdә Mәmmәdağa Şirәliyevә hәm Ali Attestasiya
Komissiyasının, hәm dә xalqın verdiyi “Professor” adının ifadә etdiyi “konseptual mәna
çәçivә”si çox yaxşı açılırdı.
Bu baxımdan
romanda Mübariz kişi obrazını yaratmaq üçün özәl mәtnqurucu
işarә olaraq işlәdilәn “burun” sözünün
“konseptual anlam çevrә”lәri
nin
göstәril
m
әsi dә
yerinә düşәr. Hәmin sözün müstәqim lüğәvi mәnası
“insan vә heyvanın üzündә olan
iybilmә vә tәnәffüs orqanı”nın adını bildirmәkdәn ibarәtdir. Bu söz
müxtәlif şeylәrin,
alәtlәrin vә s.
uc tәrәfi, irәli çıxan hissәsi mәnasında isimlәrlә dә işlәnilir. Onda mәcazi
anlamlı müәyyәn vә
qeyri-
müәyyәn sabit ismi vә bәzәn dә feli birlәşmәlәr әmәlә gәlir.
Mәsәlәn: Çәkmәnin burnu, dәhrәnin burnu, Zığ burnu, Ümid burnu; burun
vurmaq (tәnәklәrin ucunu kәsmәk) vә s. Vә ya “burun” sözü feli vә adverbial frazeoloji
ifadәlәrin qurucu komponenti olaraq işlәnilir. Mәsәlәn: Burnu qanamamaq, burnu
ovulmaq, burnundan düşmәk, burnundan gәlmәk, burnunu yuxarı tutmaq, burnunu
ovmaq, burnunun ucu göynәmәk, burnunun ucunda//burnunu dibindә (Azәrbaycan
di
linin izahlı lüğәti
1964: 330).
Romanda
Mübariz kişinin burnu Cәlil Mәmmәdquluzadәnin “Danabaş kәndinin
әhvalatları” әsәrindә yer alan Xudayar bәy obrazının burnu ilә müqayisә edilir. Müәllif
belә bir nәticәyә gәlir ki, müxtәlif parallel dünyalarda çox şey dәyişmir. Dәyişәn çox vaxt
müәyyәn zahiri әlamәtlәr olur: “F.Q. Mübariz kişinin uzun burnuna yenә diqqәtli bir
nәzәr saldı. Әslindә, gözlәrini ha çalışsa da qaçırsın, bu burun özü gәlib girirdi onun
gözlәrinin içinә. Mübariz bunu duydu, hәqiqәtәn yazıq Mübariz özü dә bәzәn bilmirdi,
burnunu hara gizlәtsin, yeri gәldi
-
gәlmәdi cibindәn dәsmal çıxarıb sәliqәylә onu silirdi.
F.Q.-
nin yadına yenә Mirzә Cәlilin Xudayar bәyi gәlib düşmәdimi, düşdü vә o,
290
tәbәssümünü zorla gizlәtdi: adamlar, onların duyğuları, hisslәri, qulaqları, burunları
zamandan zamana dәyişmir. Dәyişәn zahiri formadır
-
paltardır, saç düzümüdü, әtirin,
-
kirşanın növlәridi, bir balaca da ağlın (o da әgәr varsa) azlığı, çoxluğudu…” (Abdulla
2011: 380).
Ancaq obrazlar arasındakı fәrq bundan ibarәtdir ki, Xudayar bәy burnunu
gizlәtmәyә ehtiyac hiss etmirdi. Mübariz kişi isә hәqiqәtәn burnunun uzunluğundan çox
utanır. Sanki burnunu gizlәtmәk üçün tez
-
tez cibindәn ütülü vә qatlı dәsmalını çıxardıb
burnunu silir vә dәsmalını yenә dә cibinә qoyur. Bu sәhnә romanın ikinci parallel
dünyasında Mübariz kişi obrazının yer aldığı sәhnәlәrdә müxtәlif şәkillәrdә tәkrar olunur.
Әlbәttә, “burun” bizi әhatә edәn dünyanın qavranılmasında iştirak
edәn әn
önәmli duyğu orqanlarımızdan biridir. Çünki biz qavramları, hadisәlәri vә ya әşyanın
tәbiәtini çox zaman eşidәrәk, görәrәk vә ya duyaraq hiss edirik. Soyuqda soyuğu hiss
edәrәk әn çox üşüyәn orqanlarımızdan biri dә burundur. Elә “burnunun ucu göynәmәk”
vә ya “burnunu hara gәldi soxmaq” deyimlәrinin “frazeoloji әhatәyә vә ya çevrәlәnmәyә”
(Tağıyev
1966
) görә obrazlı dil vahidlәri olaraq müәyyәnlәşmәsindә “burun” qurucu söz
-
komponentinin tibbi baxımdan özünü göstәrәn orqanik hәssaslığının әsas alındığı
söylәnilә bilәr. Bu baxımdan “burun” sözü ilkin konseptual anlam sahәlәriylә bütövlükdә
bәdii әdәbiyyatda vә ayrılıqda “Unutmağa kimsә yox” romanının mәtnindә özәl
mәtnqurucu işarә olaraq işlәnilmişdir. Romanın ikinci parallel dünyasının konseptual
açılımında
“burun”sözünün leksik
-
frazeoloji anlam sahәlәri ilә onun bәdii
-funksional
mәtnqurucu özәlliklәri üst
-
üstә düşür.
Belәliklә, “burun” sözü әdәbiyyatda vә dildә әsas
etibarilә mәcazi mәnalarda işlәnilir vә çox vaxt da insan hәyatı, duyğu vә düşüncәlәri ilә
bağlı “fövqәladә anlamlandırmaları” (S
e
çdirmә bizimdir
- M.M.) ifa
dә edir.
Elә mәhz belә
bir özәlliyi “Unutmağa kimsә yox” romanının mәtnindә
hәmin sözün
özәl mәtnqurucu
işarә olaraq işlәnilmәsini şәrtlәndirmişdir.
3.5.
Ramiz Rövşәnin“Başı kәsik gözәl kötük” şerinin konseptual-
linqvistik tәhlili
Ramiz Rövşәn Azәrbaycan әdәbiyyatında altmışıncı illәr nәslinin әn
görkәmli nümayәndәlәrindәn biridir. O, әdәbi-bәdii prosesdә vә milli-konseptual
düşüncә tariximizdә, hәr şeydәn öncә bir şair, daha sonra isә nasir, ssenarist vә
publisist kimi dә tanınır. Onun şeirlәri altmışıncı illәr nәslinә mәnsub olan milli
poeziyamızda lirik-fәlsәfi mәzmununun intellektual dәrinliyi ilә seçilir. Şeirlәri
intellektual-anlatım tәrzi baxımından XIV yüzildә yaşamış sәlәfi, böyük
Azәrbaycan şairi İmadәddin Nәsiminin yaradıcılığını xatırladır.
Ramiz Rövşәnin şeirlәri hәm Şimali, hәm dә Cәnubi Azәrbaycanda çox
böyük maraqla oxunur. Bu, dupduru, milli, intellektual, başa düşülәn vә sadәcә
özünә mәxsus olan şirin bir poeziyadır. Oxucuları arasında hәr kәs vardır. Tәlәbә,
müәllim, alim, kәndli, fәhlә, dövlәt mәmuru, әskәr, polis… Bir sözlә, millәt, xalq
vә geniş toplum onu çox oxuyur. Çünki, o, gücün tәrәfindә deyil, haqqın
tәrәfindәdir.
Şairin yaradıcılığında “Başı kәsik gözәl kötük” adlı şeri hәm mövzusunun
konseptual dәrinliyi, hәm dә mәtninin mәtnlinqvistik olaraq açıqlana bilәn
orijinallığı ilә seçilir. Şeirdә “vәtәn//ucalıq vә vәtәn sevgisi” qavramı (konsepti)