285
Kamal Abdullanın “Unutmağa kimsә yox” romanının mәtnindә dә paralel dünyalar, möhtәşәm
ahәng vә hadisәlәrin üfüqü vә ya üfüq çizgisi anlayışları eyni zamanda ayrı-ayrı üst qavramlar
sәciyyәsi daşıyır. Müәllif dәrk etmә әsnasında müәyyәnlәşәn qavrayışları semiotik işarәlәrin vә
proseslәrin vә ya semiozislәrin müxtәlif zaman vә mәkan semiosferalarındakı hәrәkәtlәri ilә bir
әdәbi-bәdii yazıçı gerçәkliyi olaraq ifadә edir. Qısacası, paralel dünyaların, ilahi mәntiqin vә ya
ahәngin inkişaf mexanizmini onun alt qavramları vә kateqoriyaları ilә açır. Vә müxtәlif tarixi
hadisәlәrin, psixoloji yazıçı tәhkiyәlәrinin, qissәvari rәvayәt vә hekayәtlәrin bәdii-ritorik açılımı
әsanasında isә oxucusuna yeni bir bәdii qavramlar dünyası tәqdim edir.
Kamal Abdulla mәtni türkoloji filologiyada bütövlükdә koqnitiv elmә (koqnitologiyaya),
ayrılıqda isә müasir әdәbi-linqvistik tәhlilә qavramlar dünyası vә ya qavramlardan hәrәkәtlә
davam etdirilәcәk filoloji tәdqiqatların vә araşdırmaların qapılarını axıra qәdәr açır. Sözügedәn
mәtn artıq XXI yüzilin lap әvvәllәrindә “Azәrbaycan dili açar sözü”nü (Seçdirmә bizimdir-
M.M.) bütün semantik-funksional çalarları vә әdәbi-bәdii ifadә potensialı ilә bizlәrә vә gәnc
nәsillәrә tәqdim edir.
Bu gün çağdaş yozumlanması ilә insanoğlunun intellektinә vә onun bir bütün olaraq
dәrk edilәn tәcrübәsinә dair mücәrrәd vә konkret qavramların birlәşdirilә bilәn bütün mümkün alt
kateqoriyaları ilә fәrqli konseptual açıqlanmalardakı tәsviri işini bütövlükdә koqnitologiya elmi
hәyata keçirir. Ayrılıqda isә hәmin işi koqnitiv xarakterli yeni yönüm vә yöntәmlәrlә dilçilik vә
әdәbiyyatşünaslıq vә ya müasir filologiya elmi vә eyni zamanda digәr uyğun elm sahәlәri yerinә
yetirir. Yuxarıda da göstәrildiyi kimi, dünyanın dil xәritәsini “kainat, kosmos, yol, din, dil,
inanc, müharibә, sülh, demokratiya, xoşbәxtlik, düşmәnlik, dostluq, acı, ağrı, mәrhәmәt vә
s.” ümumi kulturoloji әsaslı qavramlar tәşkil edir. Bu qavramlar koqnitiv linqvistikada insana
mәxsus özәlliklәrә bağlı olaraq gerçәk prototiplәri ilә müәyyәnlәşdidrilir. Onlar dil sistemindә
“mәzәmmәt etmәk, tәәssüf, niyyәt, istәk, arzu, sәbәb, mәqsәd, dәyәrlәndirmә, sevgi, nifrәt, sevinc
vә s.”kimi semantik anlam sahәlәrini ehtiva edәn özәlliklәri ilә ifadә olunur. Bu kontekstdә
“mәhәbbәt-mәrhәmәt” vә ya
“sevgi-nifrәt” kimi linqvistik qavramlar konkret diskursiv
variantları ilә diqqәti çәkir. Belәliklә, hәm konkret dil göstәricilәri, hәm dә konseptual amillәrlә
ifadә edilәn anlayışlar linqvistik qvramlar olaraq tәrif edilir.
Qeyd. Linqvistik qavram anlayışı, yuxarıda da göstәrildiyi kimi, insanoğlu tәrәfindәn
antrpoloji sәviyyәdә dәrk edilәn vә koqnitiv-konseptual bir şüur düzәnindә kamillәşdirilәn
tәfәkkürün tәşәkkülü vә inkişafı prosesinin formalaşmasına vә dil çәrçivәli amillәrlә getdikcә
sürәtlәndirilmәsinә bağlı olaraq müәyyәnlәşdirilmәkdәdir. Bu baxımdan yuxarıda haqqında bәhs
edilәn “çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması, ona uyğun elm vә tәcrübә” anlayışı bir
linqvistik qavram olaraq tәrif edilmәkdәdir. Bәdii mәtnlәrin özәl mәtnqurucu işarәlәri anlayışı da
çağdaş informatika vә ya informasiya texnologiyaları epoxası elmşünaslığında bir linqvistik
qavram olaraq XX yüzilin son qәrinәsindәn etibarәn yer almaqdadır.
Әslindә hәr bir yazıçının özünә mәxsus olan vә bәdii yazılarında ifadә olunan
bir qavramlar dünyası vә buna bağlı olaraq ifadә etdiyi konkret bir yazıçı gerçәkliyi
vardır. Bu qavramlar dünyası vә yazıçının özünә mәxsus olan dәrk etmә vә fikir
gerçәkliyi onun işlәtdiyi bәdii dil vә özәl әdәbi
-
bәdii mәtnqurucu işarәlәrin hәrәkәtlәri ilә
ifadә olunur. Yazıçı hәr hansı bir bәdii mәtni qurarkәn sadәcә fonemlәrdәn,
morfemlәrdәn, sintaktik vahidlәrdәn, leksemlәrdәn vә frazemlәrdәn gәlişigözәl olaraq
istifadә etmir
44
. O, öz yazıçı gerçәkliyini ifadә etmәk üçün, hәr şeydәn öncә, milli dilә vә
44
Hәr hansı bir bәdii әsәr sadәcә göstәrilәnlәrdәn ibarәt olsaydı, onda hәmin әsәr monoton cümlәlәrdәn
tәşkil olunan söz yığınından başqa bir şey olmazdı.
286
mentalitetә mәxsus olan semiotik mahiyyәtli vә özünün şәkillәndirdiyi әn müxtәlif
mәtnqurucu işarәlәrdәn istifadә edir vә bәdii mәtni onlarla qurur. Fәrqli dil işarәlәri,
әdәbi vә konseptual sәciyyәli özәl mәtnqurucu işarәlәrin funksional vә
semantik
parametrlәrinin bir
-
birinin üzәrinә düşmәsi isә bәdii mәtnin uğurlu olmasını şәrtlәndirәn
başlıca amillәrdәndir. Elә Kamal Abdulla mәtnini dә uğurlu edәn başlıca amillәrdәn biri
sözügedәn işarәlәrin bir çox halda mәhz bir
-
birilә örtüşmәsidir. Aşağıda
hәrәkәtlәri bir
-
birilә üst
-
üstә düşәn vә ya örtüşәn dil vә әdәbi
-
bәdii sәciyyәli özәl mәtnqurucu işarәlәrә
qısaca
olaraq
toxunulacaqdır.
3.4.2.
İşarәlәrin seçimi dünyasında
Dildәki quruluş
-
ifadә fәrqliliyinin milli mentalitetdә dә bir özәllik vә
özünәmәxsusluq olaraq әks olunduğu çağdaş
etnolinqvistikada (
alm. Etnolinguistik, fr.
etnolinguistique, ing. ethnolinguistics, rus. Этнoлингвиcтикa)
önәmlә vurğulanır. Bu isә o
demәkdir ki, hәr hansı bir dil dillәr ailәsindә özünә mәxsus unikal bir “dünya xәritәsi”nә
malikdir.
Hәmin fikir daha XX yüzilin әvvәllәrindәn etibarәn öz mәşhur әsәrlәri vә dәrin
elmi-linqvistik
nәticәlәri ilә dilçilik tarixindә önәmli bir yer tutan dilçilәrdәn Humbolta vә
Sepir-
Uorfa mәxsusdur. Mәşhur dilçi Anna Vejbitski vә Moskva semantik dilçilik
mәktәbinin nümayәndәlәr
i d
ә sözügedәn ümumi fikri müdafiә edir
. Bu
fikrә görә hәr
hansı bir dil, hәr şeydәn öncә,
“öz xәritәsi” ilә
dә qohum olan vә olmayan digәr әn yaxın,
yaxın vә uzaq dillәrdәn seçilir.
Bu
baxımdan Kamal Abdulla mәtnindә dә Azәrbaycan
Türk dilinin sözügedәn unikal “dünya xәritәsi”dәn bir әsas yol göstәrici
olaraq yerindә vә
uğurla istifadә olunmuşdur. Bununla bәrabәr, Kamal Abdulla mәtnindә sözügedәn dünya
xәritәsini ifadә edәn hәm dil, hәm dә digәr mәtnqurucu işarәlәr tәhtәlşüur olaraq çox düzgün vә
yerindә seçilmişdir.
Biz indi neosfera vә biosfera ilә birlikdә hәm dә bәlli bir semiotik mәkanda, yәni
semiosfera (
Лотман 1984)
vә konseptosfera epoxasında yaşadığımızın fәrqindә
olmalıyıq
.
Başqa bir sözlә,
özünә mәxsus müәyyәn semiotik işarәlәrlә seçilәn
konsep
tosferadakı mövcudiyyәtimizi dәrk
e
tmәliyik. Әslindә “Biz indi işarәlәrin seçimi
dünyasında Yaradanın iradәsi ilә yaşayırıq desәk” daha doğru olar. Sözügedәn
romanda da paralel dünyalardakı roman qәhrәmanları çox zaman hәr hansı bir seçim
qarşısındadır! Hәyat vә ya ölümün seçimi, yazı vә ya mifin seçimi! Karyera, gözәllik
vә
ya hakimiyyәtin, gücün seçimi vә s.
Hәr hansı bir seçim romanda müәyyәn
semiotik
işarәlәrlә göstәrilir. Mәsәlәn, romanın qәhrәmanlarından Bәhram kişi tәki “Mağaradakı
çiçәkli yazının sirri açılsın deyә” ölümü seçir. Ölümün әsas semiotik işarәsi vә ya icra
edәni isә romanda, hәr şeydәn öncә, “Mağaranın ruhu” obrazı ilә ifadә olunur. O, hәr an
Bәhram kişini tәqib edir. Әlbәttә, ölüm konkret, gözlәgörünәn vә müşahidә edilәn, ruh
isә mücәrrәd vә gözlә görülmәyәn substansiyadır. Necә ki, hәyat fanidir, ruh isә
әbәdiyyәn mövcuddur. İnsan öldükdәn sonra ruh Allahın iradәsi ilә onun bәdәnindәn
ayrılır. Mağaranın ruhu fenomeni mifoloji sәciyyәli bir imtiyazlı sәs vә ya nәfәs olaraq
hәm dә keçmiş
imiz
dәn gәlir vә romanda özәl bir mәtnqurucu işarә olaraq çox uğurla
işlәnilir.
3.4.2.1. Kamal Abdulla mәtnindә mәtnqurucu işarәlәrin işlәnilmәsi
Bәs işarәlәr anlayışı nә demәkdir? Burada, hәr şeydәn öncә, müasir dilçilik
elminin banisi
Ferdinant de Sössürün müәyyәnlәşdirdiyi sәrbәst xarakter
li dil-nitq
işarәlәri xatırlanır (Coccюр 1977). Bunlarıın bәzilәrini yuxarıda sadaladıq. Ancaq “yol
işarәlәri, tüstü (od yanmasa, tüstü çıxmaz), sәs, qoxu”
vә bunun kimi
digәr işarәlәr dә