283
-
Yol vә yolun sonu vә ya heç bitmәyәn yol;
-Ruh, ruhun
özü vә
gözü;
-
Tәnhalıq; tәklik vә tәkcәnәlik
43
;
-
Sirr vә sirr içindәlik
,
mübhәmlik, görünmәzlik
vә ya
bilinmәzlik;
-
Qәriblik vә yalnızlıq;
-
Xatirә, anı, unutqanlıq vә unutmağa kimsә yox
luq;
-Oyun
vә oyunbazlıq
;
-
Günah
vә günah içindәlik
;
-Qisas
vә qisasçılıq
;
-
Sufilik vә tәsәvüff;
-
Mif vә tarix; mifin vә ya tarixin Kamal Abdulla tәbiri vә bәdii açıqlaması
ilә
tәkcәnәlәşdirilmәsi
vә ya konseptual kontekstdә fәrdilәşdirilәrәk yozumlanması
;
-
Azәrbaycançılıq
vә Türkçülük
müstәvisindә
etnik müәyyәnlik vә milli
kimlik
anlayışları vә
bunun
la bağlı olaraq
Türk dili,
Az
әrbaycan dili, Türkcә, Azәrbaycan
Türkcәsi, Türkiyә Türkcәsi qavrayışları.
Kamal Abdulla m
әtnindә yer alan vә artıq әdәbiyyatşünaslığımızda da fәrq
edilәn bәzi ümumi qavramlaşdırmalar isә daha çox bilvasitә vә ya bәşәri sәciyyәlidir
.
Onlar
intertekstual meta kontekstdә müәllifin әlavә etdiyi mәntiqi
-
fәlsәfi çalarlarıyla
seçil
ir. Bunlara
isә
a
şağıdakılar aid edilә bilәr:
“
-
Hәyat vә ölüm;
-
Әdәbi vә
fani;
-
Rәbbani vә әrzani;
-
Ruh vә
cisim;
-
İdeal vә gerçәk;
-
Batin vә
zahir;
-
Azadlıq vә zәrurәt;
-
Fәrd, cәmiyyәt
, toplum
vә nәhayәt şair
-
hökmdar” qavramlaşdırmaları” (Hacılı
2010: 61).
Kamal Abdulla m
әtni vә onun paradiqmatik sistemi çağdaş әdәbi
-
bәdii prosesdә
әdibin müasiri olduğu digәr yazıçıların әdәbi
-
bәdii yazılarından
xeyli dәrәcәdә fәrqlәnir.
Hәmin mәtn mәhz qavramların yazıçının tәxәyyülündә anlamlandırılması vә
tәfәkküründә fikir vә düşüncә komponentlәrinin konseptual çәrçivәlәri vә mürәkkәb
obrazları olaraq formalaşdırılması özәlliklәrinә görә başqalarının mәtnlәrindәn seçilir. Bu
qavramların özәl mәtn işarәlәri vә onların ana dili ilә homojen olaraq ifadәsi isә
sözügedәn mәtnin, yuxarıda göstәrildiyi kimi, әn orijinal mәtnyaradıcı cәhәtlәrindәndir
.
Bu böyük mәtnin sintaqmatik ierarxiyası vә ya funksional olaraq ifadәsi isә sözügedәn
qavramların özәl mәtn işarәlәrinin vә ana dilinin әn müxtәlif әdәbi
-
bәdii formalarda vә
janrlarda işlәnilmәsilә müәyyәnlәşir. Mәsәlәn, tezis, elmi monoqrafiya, dәrs vәsaiti,
mәqalә; roman, hekayә, povest, pyes, şeir, qissә, esse vә s. olaraq. Sözügedәn
43
Sözügedәn leksik vahid yazıçının leksikonuna mәxsus olan bir sözdür. Tәnha olma vә tәk olma durumunu ifadә
etmәkdәdir. Müәllif hәr halda sözügedәn kәlmәni insana mәxsus özәl bir ruh dünyasını ifadә etmәk vә hәmin
dünyanı ayrıca bir fenomen sәviyyәsindә dәrindәki vә üzdәki quruluşları ilә qavramlaşdırmaq üçün işlәtmişdir. İstәr
sözügedәn kәlmә, istәrsә dә müәllifin dilinә mәxsus olan digәr oxşar söz vә ifadәlәr bütövlükdә postmodernist
tәhkiyәnin, ayrılıqda isә Kamal Abdulla bәdii mәtninin orijinal bir konseptual-mәtnlinqvistik özәlliyi olaraq
qiymәtlәndirilmәlidir. Әslindә bәnzәri söz vә ifadәlәr ayrıca bir filoloji-linqvistik araşdırmanın konkret mövzusu ola
bilәcәk bir sәviyyәdәdir.
284
metamәtndә yuxarıda göstәrilәn janrların әdәbi, bәdii, texniki, semiotik vә işarәvi
mәtnqurucu potensialından maksimum dәrәcәdә istifadә olunur.
Yuxarıda göstәrilәn vә nisbi olaraq bilvasitә vә bilavasitә sәciyyәl
i qavramlar
olara
q tәsniflәndirilәn qavrayışlar sıralanması yazıçı tәrәfindәn
bütövlükdә dәrk olunur.
Y
azıçının tәfәkküründә
müәyyәnlәşәn bәdii qavramlar dünyasının xәritәsi “Unutmağa
kimsә yox” romanı
mәtnindә, әsasәn, üç ana tәmәlә vә ya әsasa dayanılaraq çәkilir. Bu
әsaslar, yuxarıda da göstәrildiyi kimi, aşağıdakılardan ibarәtdir:
-
Paralel dünyalar;
-
Möhtәşәm ahәng;
-
Hadisәlәrin üfüqü…
Bәs paralel dünyalar, möhtәşәm ahәng vә hadisәlәrin üfüqü qavrayışları nә
demәkdir?! Bunlar nәyi ifadә edir?
B
ütün bunları, tәbii ki, әsәrin ümumi süjet
-fabula
xәttini tәşkil edәn böyük vә kiçik hadisәlәrin,
müxtәlif tarixi gedişatların vә bunlara
paralel olaraq da
әsәr
qәhrәmanlarının daxili
-
psixoloji dünyasının
tematik-
bәdii açılımı
prosesindә anlamaq mümkündür.
Rom
andakı hadisәlәr öncә şәhәrdә baş verir.
“Dil vә tәfәkkür İnstitutu”nda baş
verәnlәr canlandırılır vә Professor, Patriarx, Zabitә xanım, Vahid müәllim, Nәriman
müәllim, Ayxan Әlәkbәrov vә digәr yaddaqalan bәdii obrazlar yaradılır. Sonra hәmin
hadisәlәr bir
dağ kәndindә, yәni ikinci parallel dünyada cәrәyan edir. Bәhram dayı,
Mübariz kişi, Gülsüm vә s. obrazlar da bu bölmәdә yer alır. Hadisәlәrin inkişafının orta
әsrlәr dövrü bundan sona başlanır. Bu üçüncü paralel dünyadır. Burada Mirzә Pirqulu,
Әliqumral yüzbaşı, Mir Hәsәn vә mifik qurd obrazı vardır. Sonra
bu qat üzәrindә parallel
dünyaların dördüncüsü “yuxu müstәvisi”ndә (Әliyev
2011
) ortaya çıxır. Әn son parallel
dünya olaraq isә qәdim yunan miflәri, Troya müharibәsi, nifaq alması ilә bağlı hadisәlәr
vә qәhrәmanlar qәlәmә alınır.
Belәliklә, roman
mәtnindә әsәrin
süjet
-
fabula xәttini tematik olaraq tәşkil edәn
hadisәlәrin gedişatının әsas etibarilә retrospektiv vә ya
bu gündәn keçmişә doğru
davam edәn
bir
inkişaf projeksiyası izlәnilir. Ancaq
romanda müxtәlif gedişatların
prospektiv vә ya olay vә fenomenlәrin bu günә,
gәlәcәyә vә interospektiv vә ya
olay v
ә
fenomenlәrin milli “öz”ә,
ment
alitetә görә
bәdii qavramlar dünyası olaraq tәsvir olunması
da diqqәti çәkir. Hadisәlәrin üfüqü isә istәr retrospektiv vә
prospektiv, istәrsә dә
interospektiv projeksiyalarda vә ya görünümlәrdә
izlәnilәn hәr cür inkişafın nәticәlәrinin
göründüyü vә dolğun anın grçәklәşdiyi sәrhәddir. Möhtәşәm ahәng bütün bunları eht
iva
edәn düzәndir. Bu sistemi
düzәnlәyәn isә İlahi
mәntiq vә ya tәqdiri
-
İlahidir.
3.4.1. “Unutmağa kimsә yox” romanında semasioloji vә semioti
k
işarәlәr
İnsan beynindә
dil vasitәsilә ayrılıqda müxtәlif mәlumatlar, mövzular, prototiplәr,
sxematik çәrçivәlәr, tәsvirlәr, tәsәvvürlәr, illuziyalar, allüziyalar vә s., bütövlükdә isә
dünyagörüşü vә bilik sәviyyәlәri әks olunur. Bütün bunlar dәrk etmә//şüur//tәfәkkür müstәvisindә
konseptual-iradi olaraq hafizәdә yenidәn işlәnilir, orada eninә vә boyuna görә ayrı-ayrı yığılır vә
ya yığımlanır. İntellektual-konseptual sәciyyәli hәmin “yığılmalar vә ya yığımlanmalar”
(Seçdirmә bizimdir-M. M.) elmdә indi artıq insan biliyi vә düşüncәsinin üst vә alt sәvviyyәlәri
olaraq tәniflәndirilir. Sözügedәn tәsniflәndirmәlәr vә ya qavramlaşdırmalar müasir sosial elmlәrә
dair tәdqiqatlarda koqnitiv elmin vә ya koqnitologiyanın araşdırma-öyrәnilmә prinsiplәrinin cәmi
kimi dәrk olunur. Sintetik vә sinerjik sәciyyәli koqnitiv elmdә üst qavramlar vә kateqoriyalar ilә
alt qavramlar vә kateqoriyalar bir-birilә bağlantılı vә sistematik olaraq öyrәnilir. Bu baxımdan