279
vә ya mәtnә görә bәlli olandan ayrılıb әtrafındakılara nәzәr salır. Mәhz bunlar, yәni әtrafında
özünә gecәlik yer elәyәnlәr, bütövlükdә isә karvan sözügedәn durumda MSB-nin remasını tәşkil
edir. Çünki MSB-dә yeni verilәn bunlardır, mikromәtndә isә bütölükdә karvandır.
1.2. İkinci MSB: “Karvan lәhliyә-lәhliyә gecәnin sәssizliyinә batırdı. Hәrdәn dörd bir
tәrәfdә quru toprağa çöküb bir-birinә qısılmış dәvәlәrdәn kövşәyәn, atlardan kişnәyәn olurdu,
/haradansa bir az da uzaqdan ya köpәk, ya qurd sәsi idi qәrib-qәrib gәlib dürtürdü özünü adamın
qulaqlarına. /Başqa bir sәs yoxuydu, bu mәşum sakitliyi pozaydı.”
Sözügedәn MSB formal olaraq üç cümlәdәn ibarәtdir. Birinci cümlә MSB-dә baş, ikinci
cümlә orta, üçüncü cümlә isә son mәrhәlәni tәşkil edir. MSB-dә birinci vә ikinci cümlәlәr
bütövlükdә onun temasını tәşkil edir. Çünki burada mәlum olan şey sәssizlik vә oradan-buradan
eşidilәn ayrı-ayrı sәslәrdәn ibarәtdir. Hәrdәn dәvәlәrdәn eşdilәn kövşәmә vә atlardan eşidilәn
kişnәmә sәslәri. Bir dә ki, haradansa bir az da uzaqdan gәlib lap adamın qulaqlarına dürtülәn
köpәk vә ya qurd sәsi. Üçüncü cümlә isә üslubi-sintaktik şәkildә ifadә olunan subordinativ-tәyin
mәnalı vә ya tәyin budaq cümlәli mürәkkәb cümlәdir. Hәmin cümlә hәm MSB-nin remasını, hәm
dә eşgöndәrimli bir mәtnqurucu vasitә olaraq bütövlükdә mikromәtnin konseptual-predikativ
mәrkәzini tәşkil edir. Çünki yeni verilәni vә ya sәssizliyin vә orada-burada vә haradansa eşidilәn
sәslәrin xaricindәki mәşum sakitliyә işarә edir. Bu mәşum sakitlik orta әsrlәrin sirli-soraqlı Şәrq
dünyasını ifadә edәn mürәkkәb bir semiotik işarәdir. Qeyd olunmalıdır ki, sözügedәn MSB-dә
ikinci cümlә vә ya parça-orta mәrhәlә olaraq ayırdığımız sintaktik konstruksiya isә әslindә sadә
quruluşdakı parselyatikli bir MSB-dir. Parselyatik burada müvafiq surәtdә bir xәtt ilә ayrılmışdır.
1.3. Üçüncü MSB: “Orda-burda ocaq çatmışdılar, yorğunluqdan üzülmüş gün kimi çatır-
çatır yanıb közәrmәyindә idi, dәvәlәr yerә çöküb bir-birinә qısılıb üstünü mamır basmış daş kimi
hәrәkәtsiz qalmışdı, atlar, qatırlar da ki… /Qәrәz gecәlik elә buradaca dincәlәn karvan, özü dә
böyük bir kavran-heyvanı ilә, nökәri ilә, sarvanı, qulu ilә…”
Sözügedәn MSB-nin birinci cümlәsi tipindәki sintaktik konstruksiyalar әnәnәvi
qrammatika kitablarımızda, әsasәn, qarışıq tipli tabesiz mürәkkәb cümlәlәr kimi tәrif olunurdu.
Amma әslindә sözügedәn sintaktik konstruksiya iki sadә geniş cümlәdәn vә bir dә onlara qoşulan
subyekt mәnalı parselyatikdәn ibarәtdir. “Orda-burda ocaq çatmışdılar, yorğunluqdan üzülmüş
gün kimi çatır-çatır yanıb közәrmәyindә idi” sadә geniş cümlәsi MSB-nin baş mәrhәlәsindәn
ibarәtdir. “Dәvәlәr yerә çöküb bir-birinә qısılıb üstünü mamır basmış daş kimi hәrәkәtsiz
qalmışdı, atlar, qatırlar da ki…” parselyatikli parça isә MSB-nin orta mәrhәlәsidir. “Qәrәz
gecәlik elә buradaca dincәlәn karvan, özü dә böyük bir karvan-heyvanı ilә, nökәri ilә, sarvanı,
qulu ilә…” eliptik cümlәli parselyatikli üslubi-sintaktik konstruksiya isә ayrılıqda sözügedәn
MSB-nin, bütövlükdә isә mikromәtin temasıdır. Ondan әvvәlki cümlәlәr isә bütövlükdә MSB-nin
remasını tәşkil edir.
Sözügedәn paraqrafı tәşkil edәn MSB-lәrin aktual üzvlәnmәsi romandakı müәllif
fikrinin makromәtndә yer alan sonrakı bәdii açıqlanmasının mikromәtndә dә verilәn ayrı-ayrı
mәtnqurucu özәl işarәlәrinә әsasәn gerçәklәşir. Birinci MSB-dә orta әsrlәrin möcüzәli dünyasına
xitab edәn “Karvanbaşı”, “ulduz” vә “karvan”, ikinci MSB-dә “mәşum sәssizlik”, tәkrar olunan
“dәvәlәr”, “atlar” vә “qatırlar”, “köpәklәr” vә “qurdlar” özәl mәtnqurucu işarәlәri yer alır.
Üçüncü MSB-dә isә bunlara әlavә edilәn “ocaq”, “nökәr”, sarvan” vә “qul” özәl mәtnqurucu
işarәlәri işlәnilir.
Hәr hansı bir elmi, bәdii vә ümumiyyәtlә prinsipial olaraq istәnilәn әdәbi mәtn müәllifin
bir fikir vә müәyyәn konkret düşüncәlәr ifadә edәn mürәkkәb monoloğundan başqa bir şey
deyildir. Diskursiv ortamda ortaya çıxan monoloq-mәtn hәm linqvistik, hәm dә әdәbi bir әsәrә
mәxsus olan konseptual sәciyyәli özәl işarәlәrlә gerçәklәşir. Yuxarıda göstәrilәn mikromәtn dә
280
orta әsrlәrin zaman vә mәkan şәrtlәrindә yaşayan insanların arzu, xәyal vә müşahidәlәrinin hәm
özәl mәtn, hәm dә müstәqil mәnalı dil-danışıq işarәlәri ilә konkret bir ifadәsidir:
Aylı-ulduzlu gecә, özünәmәxsus gecә sәslәri, mәşum sәssizlik vә nәhayәt yorğun bir
karvan! Bütün bunlar ayrı-ayrılıqda vә mikromәtn özü bütövlükdә özәl bәdii mәtn işarәlәri olaraq
qiymәtlәndirilә bilәr. Mikromәtn üç MSB-dәn ibarәtdir. MSB-lәr sadә, sadә geniş, parselyatikli,
ellipsisli cümlәlәrlә vә üslubi-sintaktik variantlarda işlәnilәn mürәkkәb cümlәlәrlә qurulur.
Mikromәtndә “Karvanbaşı, karvan, xeylaq, qatır, dәvә, qurd, nökәr” kimi daha çox arxaik leksik
tәrkiblә ifadә olunan kәlmәlәr dә işlәnilir. Bütün bunlar isә formal ifadә planına görә yuxarıda
sözügedәn semiotik özәl bәdii mәtn işarәlәri ilә üst-üstә düşәn müstәqil mәnalı dil-danışıq
işarәlәri olaraq dәyәrlәndirilir. Bu baxımdan rәssamlıq, heykәl, rәqs, musiqi, sәhnә vә
kinematoqrafiya mәtnlәri dә özünәmәxsus semiotik işarәlәrlә qurulur. Onlar da incәsәnәtә aid
semiotika elminin müxtәlif şöbәlәrindә tәdqiqat obyekti olaraq işıqlandırılır. Belәliklә, hәr hansı
bir bәdii mәtn ümumi “Semiotika” vә daha çox sәrbәst dil işarәlәrindәn bәhs edәn “Semiologiya”
elmindә “әdәbi-linqvistik işarәlәr” (Seçdirmә bizimdir- M.M) sistemi baxımından müştәrәk
olaraq öyrәnilә bilәr (Musaoğlu 2011: 43-47).
3.4. Kamal Abdullanın “Unutmağa kimsә yox” romanının kavramlar dünyası vә
konseptual-linqvistik tәhlili
Kamal Abdulla “Yarımçıq әlyazma” vә “Sehrbazlar dәrәsi” әsәrlәrindәn sonra
“Unutmağa kimsә yox” (Abdulla 2011) romanını da yazaraq öz mәşhur trilogiyasını tamamladı.
Trilogiyanı tәşkil edәn әvvәlki iki romanın başlıqlarının nәyә işarә etdiyi hamıya çox yaxşı
mәlumdur. Birinci romanın başlığı, hәr şeydәn öncә, “Dәdә Qorqud kitabı”na, ikincisi isә
mövcudiyyәti keçmiş zamanlarda xәyal edilәn möcüzәli-әfsanәvi bir “Sehrbazlar dәrәsi” mәkani
düşüncәsinә işarә edir. Bәs “Unutmağa kimsә yox” romanının başlığı oxucusunu hansı möcüzәli,
sirli-soraqlı dünyalara götürür? Nә üçün mәhz “Unutmağa kimsә yox”?! Әslindә bu sözlәrlә
Kamal Abdulla düşüncәsinin özü vә ya fәlsәfәsi ifadә olunur.
Sözügedәn kәlmәlәrlә ifadә edilәn anlam “Unutmağa kimsә yox” romanının bir özәl
mәtnqurucu işarәsi olaraq da sәyyәlәndirilә bilәr. İlk öncә roman başlığının bir özәl mәtnqurucu
işarә olaraq nәyә işarә etdiyinә bir açıqlıq gәtirәk
40
.
Mәlum olduğu kimi, “
paralel dünyalar, möhtәşәm ahәng vә hadisәlәrin üfüqü vә ya
üfüq cizgisi” anlayışları dünyanın “qavramlar xәritәsi”nin insanlar tәrәfindәn dәrk olunmasında
indiyә qәdәr әsas amillәr olaraq özünü göstәrmәkdәdir. Hәmin “açar sözlәr” müxtәlif bәdii
әsәrlәrdә hәmişә söhbәtin mövzusu olmuş vә bundan sonra da әbәdiyyәn olacaqdır. İnsanoğlunun
dәrk edә bildiyi hәr bir şey sözügedәn üçlü sistemin mexanizminin gerçәklәşdiyi qavramlar
dünyasında bu vә ya digәr şәkildә yer alır. “Unutmağa kimsә yox” romanının başlığı da mәhz
böyük bir metamәtn olaraq yuxarıda göstәrilәnlәrә işarә edir. Kamal Abdullanın sözügedәn
romandan çox-çox әvvәl yazdığı “Unutmağa kimsә yox” adlı bir şeri dә vardır. Onun hәmin şerin
sonunda söylәdiyi yozum-nәticә vә ya rema misralar sadәcә sözügedәn romanın deyil, müәllifin
digәr bәdii әsәrlәrinin vә onun qavramlar dünyasının әsas özәl mәtnqurucu işarәsi olaraq
göstәrilә bilәr.
“Unutmağa kimsә yox” şeri:
“Mәnә deyәn gәrәk nә olub axı,
Nә çabalayırsan, söylә, nә xәbәr.
Sәn çәtin tapasan axtardığını,
40
Romanda işlәnilәn digәr özәl mәtnqurucu işarәlәr haqqında aşağıda daha geniş mәlumat verilәcәkdir.