273
vermәsi prosesindә isә işarәnin işarәlәnәnlә işarәlәyәn arasındakı uyğunluğu qurulmuş olur. Bu
termin müvafiq semiotik әdәbiyyatda tez-tez kommunikasiya anlayışının vә ya sözünün sinonimi
kimi dә işlәdilir. Semiosfera (yunan. sema ‘işarә’, sphaira ‘şar’) isә işarәlәrin qlobal sahәsi vә
әhatә dairәsi, mәkan vә zamanda mövcud olan işarәlәri vә dil әlaqәlәrinin bütününü ehtiva edәn
semiotik mәkandır. Semiosfera anlayışını semiotik kulturologiyada ilk dәfә olaraq Y. M. Lotman
işlәtmiş vә elmi әdәbiyyata bir termin olaraq o gәtirmişdir. Semiosfera öz obyektinә vә
mahiyyәtinә görә mәdәniyyәt kimidir. O, hәr şeydәn öncә, verici (adresant) vә alıcının (adresat)
әvvәlki kulturoloji tәcrübәsindәn vә eyni zamanda informasiya kanalından asılı olan zәruri dil
kommunikasiyalarının zәminini tәşkil edir. Semiosferanın bütün elementlәri münasibәt
formullarının bir-biri ilә davamlı olaraq transformasiya olunduğu dinamik bir durumda yerlәşir
(
Стариченок 2008: 539-540
).
İndi semiotika elmi getdikcә daha geniş yayılır vә inkişaf edir. Bu elm insan beyninә xas
olan gerçәkliyin vә ya substansiyanın quruluşunu öyrәnir. Buna görә dә ayrıca bir tәhlil üsulu vә
ya bir elmi metod kimi dә xarakterizә oluna bilәr. Belә bir analiz bizi әhatә edәn әtraf mühitin,
obyektiv vә subyektiv gerçәkliyin vә insan tәrәfindәn yaradılan obyektlәrin vә predmetlәrin
qavranılması ilә dә bağlantılıdır. Semiotika müxtәlif tәbiәtli obyektlәrin universal bir analizi
olaraq sәciyyәlәndirilir. Burada vahid bir tәhlil üsulu ilә gerçәkliyin vә obyektlәrin quruluşunun
ümumi vә xüsusi cәhәtlәri daha dәqiq bir şәkildә müәyyәnlәşdirilir
(Почепцов 2002).
2000-ci illәrdәn etibarәn semiotikaya dair yayımlanan araşdırmalar, monoqrafiyalar,
dәrs kitabları vә vәsaitlәri, mәcmuәlәr vә dәrgilәrin sayı getdikcә çoxalmaqdadır. Bu әsәrlәrdә;
semiotik işarәlәr, işarә sistemlәri vә semiotik fәaliyyәt haqqında geniş mәlumat verilir. Sözlü vә
sözsüz vә ya şifahi semiotikanın özәlliklәri göstәrilir. Dil vә әdәbiyyat sahәlәri filologiyada
semiotik baxımdan yenidәn öyrәnilir vә uyğun dil-әdәbiyyat araşdırmalarının bir-birinә çox
yaxınlaşdığı vә çox vaxt da bir-biri ilә qarışdığı tәsbit edilir (Семиотика 2001; Соломник 2004;
Крейдлин 2004). Sözügedәn dövrdә uyğun sahәyә aid yayımlanmış dәrs vәsaitlәri vә
kitablarında isә semiotikanın humanitar elmlәr içәrisindәki yeri, onun әsas anlayışları vә
terminlәri, semiotik analizin metodik vә mtodoloji prinsiplәri göstәrilir. İşarәnin hәyatı, işarә vә
mәna, işarә vә onun özәlliklәri, işarә vә mәtn vә s. kimi mәsәlәlәr dә öz geniş izahını tapır.
Semiotikanın yeni elmi-praktik istiqamәtlәrindәn, insan-kompüter әlaqәlәrindәn, koqnitiv
proseslәrdәn vә süni intellektdәn dә hәmin kitablarda çox geniş bәhs olunur
(Агеев 2004; Кнабе
2004; Никитина 2006). 2000-ci illәrdә semiotikaya dair yazılmış әsәrlәr içәrisindә F.
Veysәllinin Azәrbaycan dilindә qәlәmә aldığı yuxarıda göstәrilәn kitabı xüsusi bir yer tutur.
Sözügedәn kitab ali mәktәblәr üçün dәrs vәsaiti olaraq yazılmış vә “Struktur dilçiliyin әsasları”
(morfemika vә sintaqmatika, semantika vә praqmatika) adlı “Studia Philologica” kitab seriyasının
sonuncu әsәridir (Veysәlli
2005; 2008; 2009)
. Bu әsәrdә “ünsiyyәtin modeli, semiotika vә
semiologiya” anlayışları açıqlanmış, semiotika elminin tarixinә çox geniş bir ekskursiya
edilmişdir. F. Veysәllinin kitabında semiotik sistemlәr, işarә sistemlәri vә onların tiplәri, dil
işarәlәrinin praqmatik vә sintaqmatik özәlliklәri yeri gәldikcә Azәrbaycan dili materialları ilә dә
göstәrilmişdir. Bununla da F. Veysәlli әslindә sözügedәn ümumi dilçilik mәsәlәlәrini
türkologiyanın mövzusuna çevirmişdir.
Dil vә әdәbiyyata dair yazılmış hәr cür araşdırmaları 2000-ci illәrdә aparılan semiotik
analiz baxımından dәyәrlәndirdikdә onların hamısının әsas parametrlәrinin kәsişdiyi nöqtә әdәbi-
bәdii mәtnlәr olur. Tәbii ki, yuxarıda da göstәrildiyi kimi, mәtn çox geniş bir anlayışdır. Çünki
hәr hansı bir işarәlәr sistemi yalnız bütün bir mәna ifadә etdikdә vә konkret olaraq gerçәklәşәn
struktur-semantik bağlılığa malik olduqda, bir mәtn ola bilir. Bu baxımdan şәkil, cәdvәllәr, not,
ritual, kino vә s. dә ayrı-ayrı mәtnlәrdir. Amma әdәbi-bәdii mәtn, özәlliklә dә bәdii mәtn hәm
274
özәl mәtn vә müstәqil mәnalı dil işarәlәri, hәm dә müәllif “avtosemantiklik”i ilә gerçәklәşir.
Buna görә dә bәdii mәtn әdәbiyyatşünaslıqda vә linqvistikada hәmişә geniş auralı filoloji
tәdqiqat obyekti olmuşdur.
Belәliklә, sadәcә gerçәk hәyatın vә ümumiyyәtlә bizi әhatә edәn subyektiv
psixologiyanın vә obyektiv gerçәkliyin bәdii әsәrdә necә әks olunduğunun öyrәnilmәsi artıq
2000-ci illәr filologiyasında bir problematika olmaqdan çıxmışdır. Bu gün bәdii mәtnin formal-
semantik quruluşuna dair öyrәnilәn әsas koqnitiv-konseptual problematika yazıçı dünyasını tәşkil
edәn qavramların vә buna uyğun oaraq da bәdii mәtndә tәqdim edilәn müәllif reallığının
müәyynlşdirilmәsindәn ibarәtdir. Yazıçı reallığının bәdii mәtnlәrdәki ifadәsinin detallarının işarә
sistemlәri vә proseslәrinә görә göstәrilmәsi sözügedәn problematikanın öyrәnilmәsinin elmi
tәrәflәrindәn biridir. Hәmin problematikanın bәdii mәtnlәrin gerçәklәşmәsi әsnasına görә praktik
olaraq müәyyәnlәşdirilәn özәl mәtn işarәlәri vә ya problemlәri isә daha çoxdur. Vә mәtn
linqvistikasına görә ayrı-ayrı tәsvir olunaraq öyrәnilә bilәn dil özәlliklәri dә vardır. Bütün
bunlar bәdii mәtnin әdәbi-linqvistik öyrәnilmәsi prosesindә açıqlanır.
Belәliklә, yazıçı reallığı ifadәsi koqnitiv-konseptual olaraq göstәrildikdә vә bәdii mәtnin
әdәbi-linqvistik tәhlili semiosferada konkret semiozislәrә görә aparıldıqda sözügedәn
promlematikaya dair problemlәrin hәlli dә mümkün ola bilәr.
3.3.1.
Bәdii mәtnin ümumi vә xüsusi özәlliklәri
Çağdaş filologiyada bu gün artıq bәdii mәtnin yaradıcı vә intellektual olaraq
qavranılması vә onun digәr mәtnlәrә münasibәtdә yozumu prinsiplәri müәyyәnlәşdirilir. Hәr
hansı bir mәtn yalnız mәtnlәrarası (intertekstual) kontekstdә vә ya daha böyük mәtndә
(metatekstdә) digәr bir mәtnә görә var ola bilmә özәlliklәri ilә seçilir. Eyni zamanda daha böyük
mәtn dә mәtndә vә ya “metatekst tekstdә” (Seçdirmә bizimdir- M. M.) özünü göstәrir. Bir sözlә,
kontekst mәtnә vә ya mәtn dә parçalanaraq kontekstә çevrilir. Bütün bunlar mәtnin ümumi
özәlliklәridir vә hәr yönüylә әdәbi-linqvistik tәdqiqata cәlb olunur.
İnformasiyavericilikdә ilk öncә mәtnin әsas mәnası vә ya anlamı bәşәri vә milli şüur
sәviyyәlәrinә görә dәrk edilir. Daha sonra isә hәr hansı bir әdәbi-bәdii mәtndә müәllifin verdiyi
konkret bilgilәr vә ümumilәşdirilmiş biliklәr mәnaları vә müxtәlif anlamları ilә hafizәdә vә milli
şüurda qruplandırılaraq yenidәn işlәnilir. Bunlar tәfәkkürdә konkret fikirlәr vә ya düşüncәlәr
olaraq hazır hala gәtirilir vә öz oxucularına ötürülür. Çünki hәr hansı bir mәtnin iki әsas
funksiyası vә ya özünәmәxsus özәlliklәri vardır. Bunlar uyğun bir anlamın ötürülmәsi vә mәtndә
yeni fikir vә ya fikirlәrin ifadә edilmәsindәn ibarәtdir (Словарь литературоведческих терминов
2011). Әks halda mәtn anlamsız olar vә yeni olaraq hәr hansı bir fikri ifadә etmәkdәn dә mәhrum
qalar. Belә mәtnlәr isә әslindә әdәbi-linqvistik özәlliklәri ilә seçilmәyәn adi “söz yığını”ndan
başqa bir şey olmaz.
Bәdii mәtn XX yüzil boyunca humanitar tәdqiqatçıların әsas tәdqiqat obyektlәrindәn biri
olmuşdur. Sözügedәn tәdqiqat әsnasında bәdii mәtnin digәr ümumi vә xüsusi sәciyyәli özәlliklәri
vә ya fәlsәfi, ontoloji, tipoloji, psixoloji, әdәbi vә linqvistik-filoloji yönüm vә yöntәmlәri
hәrtәrәfli olaraq işıqlandırılmışdır. İlkin tәdqiqat mәrhәlәsindә bәdii mәtnin formal-semantik
baxımdan öyrәnilmәsinә әn çox aşağıdakı konkret mәsәlәlәr cәlb olunmuşdur:
-Bәdii mәtn vә bәdii olmayan mәtn;
-Mәtnin әdәbi vә linqvistik yönümdәn dәyәrlәndirilmәsi;
-Nәsr vә nәzm;
-Mәtn vә müәllif;
-Mәtn vә dil;
-Mәtn vә dünya;