223
hәm rәsmi dövlәt dili, hәm dә ünsiyyәt vasitәsi olaraq işlәdilәn ortaq bir dildir. Hәmin xalqlardan rus,
gürcü, kürd, tat, talış, lahıç, lәzgi, avar, saxur vә s. göstәrmәk olar.
Yeni dünya düzәnindә ortaq dünya dillәrinin işlәnilmәsi baxımından son onilliklәrdә gündәmә
gәlәn linqvistik mәsәlәlәrdәn biri dә, yuxarıda göstәrildiyi kimi, ortaq türk dili qavramı vә onun
komponentlәrinә әsasәn konseptual olaraq açıqlanmasıdır. Çünki, türk dillәri vә ya ümumtürk dili
Avrasiya coğrafiyasında vә bütün dünyada әn çox işlәnilәn 7 dildәn biridir. Bu gün artıq 10-un üzәrindә
türk dili bu vә ya digәr şәkildә birinci vә ikinci dillәr kimi öz ölkәlәrindә hәm rәsmi dövlәt dili, hәm dә
ortaq dillәr olaraq işlәnilmәkdәdir. Buna görә dә hәmin dillәrdәn birinin hәm dünyadakı türk xalqları
arasında, hәm dә millәtlәrarası arenada vә BMT-dә bir ortaq ünsiyyәt vasitәsi olaraq işlәnilmәsi ehtiyacı
ciddi bir surәtdә ortaya çıxmaqdadır. Mәlum olduğu kimi, bu günkü durumda hәmin dil Türkiyә Türkcәsi
ola bilәr.
Türk dillәrinin әdәbi, rәsmi vә bu vә ya digәr şәkildә ortaq dillәr sәviyyәlәrindә qloballaşan yeni
dünya düzәnindә işlәnilmәsinin hәrtәrәfli öyrәnilmәsi bu gün türkoloji dilçiliyin әsas aktual istiqamәtini
vә ya başqa bir ifadә ilә “problematika”sını tәşkil etmәkdәdir. Bu gün artıq hәmin ümumi “problematika”
ilә yaxından bağlı olan mәsәlәlәr türkoloji dilçilikdә dә gündәmә gәtirilmәkdәdir. Bu baxımdan dil
portfolyosu, әdәbi dil normalaşmaları, e-dil, tәrcümә, ikidillilik vә ümumtürk mәtninin konseptual-
linqvistik tәhlili kimi mәsәlәlәr hәmin istiqamәtin müxtәlif üst vә alt başlıqları altında aşağıda tәfәrrüatlı
şәkildә öyrәnilmәkdәdir.
2.1. Avrasiya dil portfolyosu qavramı
Avropa İttifaqı ölkәlәrindә “Avropa dil portfolyosu” (European Language Portfolio) adı ilә
әsas etibarilә 2000-ci illәrdәn etibarәn hәyata keçirilәn bir “Avropa dillәrinin öyrәnilmәsinin ortaq çәrçivә
proqramı” vardır. Hal-hazırda Türkiyә Cümhuriyyәtinin uyğun tәdris müәssisәlәri vә qurumlarında da
sözügedәn proqram çәrçivәsindә hәm türk, hәm dә digәr Avropa dillәrinin öyrәnilmәsi fәaliyyәtlәri hәyata
keçirilmәkdәdir. “Avrupa dil portfolyosu” üç bölmәdәn ibarәtdir: 1. Dil pasportu; 2. Xarici dil öyrәnmә
keçmişi vә ya biblioqrafiyası; 3. Dosya vә ya xarici dillәrin öyrәnilmәsinә dair bütün sәnәdlәrin mәcmusu.
Dil pasportunda hәr hansı bir fәrdin xarici dillәri nә dәrәcәdә bildiyi ilә әlaqәdar müxtәlif biliklәr vә
texniki mәlumatlar verilir. Xarici dillәri öyrәnmә keçmişi vә ya biblioqrafiyası bölmәsindә bir dili
öyrәnәnin öyrәnmә prosesindә özünün bacarıqlarını fәrq etmәsi vә dәyәrlәndirә bilmәsi faktları göstәrilir.
Burada sözün dar mәnasında konkret dil öyrәnmә aurası, sözün geniş mәnasında isә mәdәniyyәtlәr arası
tәcrübәlәr vә müxtәlifliklәr kontekstindә bir fәrdin yazılı vә şifahi ünsiyyәt әsnasında göstәrә bildiyi
bacarıqlar haqqında mәlumatlar yer alır. Dosyada isә dil öyrәnәn bir şәxsin müxtәlif dillәrin
öyrәnilmәsinә dair aldığı sertfikatı vә diplomları, tәrtib edilәn plan-prospekt örnәklәri vә mәqalәlәr kimi
sәnәdlәr olur (Mirci 2012).
224
XX yüzilin sonlarına qәdәr xarici dillәrin tәdrisindә hәyata keçirilәn başlıca elmi-metodik
yönüm vә yöntәmlәr dünya praktikasında әsas etibarilә müxtәlif dillәrin qrammatik qayda-qanunlarının,
lüğәt tәrkibinin vә mәtnlәrinin öyrәdilmәsindәn ibarәt olmuşdur. Ancaq keçәn әsrin sonlarından etibarәn
getdikcә genişlәnәn linqvistik qloballaşma vә dünyada bәzi dillәrin ortaq ünsiyyәt vasitәsinә çevrilmәsi
sözügedәn yönüm vә yöntәmlәrin artıq modern dil öyrәnmә tәlәblәrinә cavab verә bilmәdiyini meydana
çıxartmışdır. Bununla bәrabәr, bәzi böyük milli dillәrinin ünsiyyәt-işlәnilmә sferalarının daralması, bir
çox dilin isә yox olma tәhlükәsiylә qarşı-qarşıya qalması da dil öyrәnmә praktikasında ciddi
dәyişikliklәrin aparılması vә korrektivlәrin edilmәsi zәruriyyәtini çoxdan ortaya qoymuşdur. Buna bağlı
olaraq bütün dünyada, özәlliklә dә Avropada hәr hansı bir xarici dilin öyrәnilmәsindә yeni tәlәblәr vә ya
konkret olaraq dil öyrәnmә bacarıqları bu gün әsas meyarlar olaraq götürülmәkdәdir. Hәmin meyarlar
aşağıdakılardan ibarәtdir:
1. Xarici dildә danışığı dinlәmәk vә ya hәmin dildәn hәr hansı yazılı vә ya şifahi mәtni,
söhbәti qulaq asaraq asanlıqla başa düşmәk;
2. Xarici dildә oxumaq vә ya hәmin dildәn hәr hansı yazılı bir mәtni asanlıqla oxuyub
başa düşmәk;
3. Xarici dildә danışmaq vә ya hәmin dildә dialoji, monoloji vә daxili nitqlә öz fikrini
ifadә edә bilmәk;
4. Xarici dildә yazmaq vә ya hәmin dildә öz fikrini yazılı olaraq ifadә etmәk (Mirci
2012);
5. Öyrәnilәn hәr hansı bir ortaq xarici dildә, yuxarıda göstәrilәnlәrlә vә eyni zamanda
ana dilindә milli dilin qavramlar xәritәsini konseptual olaraq dәrk etmәyi vә intellektual ifadә
alışqanlığını mühafizә etmәklә bәrabәr, düşünә bilmәk.
Türk dillәrinin istәr ana dili, istәrsә dә xarici dillәr olaraq böyük Avrasiya
coğrafiyasında sadәcә Avropa mәrkәzli linqvistik görüş vә fәaliyyәtlәr modellәrindәn hәrәkәtlә
öyrәnilmәsi vә öyrәdilmәsinin mümkün olmadığı da ortaya çıxmışdır. Buna görә indi artıq
“Avropa dil portfolyosu” ilә paralel olaraq bir “Avrasiya dil portfoliyosu” qavramının da alt
qavram sahәlәri vә kateqoriyaları ilә konseptual olaraq sxemlәşdirilmәsi lazımdır. “Avrasiya dil
portfolyosu”nun bölmәlәri ayrı-ayrı türk dillәrinin ingiliscә, rusca, ispanca, farsca, çincә,
fransızca, almanca, әrәbcә kimi dillәrlә bir yerdә danışıldığı bölgәlәrә vә millәtlәrarası ünsiyyәt
kontekstinә әsasәn müәyyәnlәşdirilmәlidir. Sözügedәn dillәr dil pasportu, dil öyrәnilmәsi keçmişi
vә dosyası әsasında tәrtib olunacaq bir
“Avrasiya dillәri öyrәnilmәsinin ortaq çәrçivә proqramı” ilә
öyrәdilmәlidir. Bu proqram tәrtib edilәrkәn Avrasiya coğrafiyasında yer alan vә bir-birinә qohum olan vә