199
–XIX yüzilin ortalarından vә ya tәnzimat dönәmindәn etibarәn başlayan dildә yenilәnmә
hәrәkatı vә buna bağlı olaraq da bir milli-әdәbi dil sәviyyәsindә müstәqil inkişafı;
–Cümhuriyyәt dövründә gerçәklәşdirilәn dil inqilabı vә türk dilinә söykәnәn
aqqilitünativ vә mürәkkәb söz düzәltmә sәciyyәli söz yaradıcılığı prosesi ilә qavramlaşdırma vә
kateqoriyalaşdırma işlәri vә ya cidd-cәhdlәri;
–Bütün rәsmi vә rәsmi olmayan dil-danışıq vә ya ünsiyyәt sahәlәrindә tәk bir әdәbi dilin
işlәnilmәsinin funksional imkanlarına vә linqvistik özәlliklәrinә sahib olunması.
Bütün bunlarala bәrabәr, Türkiyә türkcәsi әn çox çağdaş filologiya elminin bilinci vә ya
dilçilikdә ortaya çıxan yeni linqvistik nәzәriyyәlәrә, metodologiyalara vә yöntәmlәrә bәlәdliklә
kifayәt qәdәr araşdırılmamışdır. O, tәәssüflәr olsun ki, indiyә qәdәr әn çox әnәnәvi dilçilikdәn
türkologiyaya miras qalmış klassik metodlarla öyrәnilmişdir. Bunun nәticәsindә türkoloji dilçilik
elmi dilçilikdәki çağdaş inkişaf tәmayüllәrindәn, nәzәriyyә vә yöntәmlәrindәn müәyyәn qәdәr
ayrı qalmışdır.
Yuxarıda göstәrildiyi kimi, digәr türk dillәrinә dair Sovetlәr Birliyi dövründә görülmüş
olan dilçilik işlәrindә sözügedәn xüsus bir qәdәr başqa şәkildә dә qiymәtlәndirilә bilәr.
Ancaq hәmin dillәrdә dә çağdaş dilçiliyin nәticәlәrindәn kifayәt qәdәr yararlanıldığını
vә yöntәmlәrinin isә lazımi sәviyyәdә vә bilincli olaraq tәtbiq edildiyini söylәmәk mümkün
deyildir. Bu da istәr bütün Türk dünyasında, istәrsә dә Türkiyәdә dil vә cәmiyyәt, dil vә etnik-
demoqrafik mübadilә kimi әlaqәlәri digәr sosial elmlәrin imkanları ilә öyrәnәn sosiolinqvistik
araşdırmaların ortaya çıxmasına vә yayğınlaşdırılmasına mane olmuşdur. Halbuki, Türkiyәdә
sosiolinqvistik sәciyyәli araşdırmaların indiyә qәdәr yerinә yetirilmiş olması, digәr Avrasiya
türkcәlәrinin işlәnilmә vә funksional özәlliklәrinin müәyyәnlәşdirilmәsi vә dil-danışıq sahәlәri
daralmalarının öyrәnilmәsi baxımından çox yararlı olardı. Bu baxımdan çağdaş Hind-Avropa
dilçiliyindәki linqvistik әnәnәyә dayanaraq türk dilinin İrandakı sosiolinqvistik durumunun
öyәrәnilmәsi (Bosnalı 2007: 11-124) çox sevindiricidir.
1.2.2. Türkoloji dilçilikdә konseptual-funksional qrammatika anlayışı
Öncә funksional qrammatika anlayışı vә ya alt qavramının nә olduğuna diqqәt yetirәk.
Bu alt qavram vә ya qavrayış (konsept) konkret bir qrammatika sahәsi vә ya növü yerindә dilin
mәtn, cümlә, cümlә birlәşmәlәri, müxtәlif morfoloji-sintaktik quruluşlar vә s. kimi dil-nitq
vahidlәri vә diskurslarının qarşılıqlı funksiyalarını vә onların işlәnilmә qaydalarını ehtiva edir.
200
Funksional qrammatikada müxtәlif dil sәviyyәlәrindәn tәşkil olunan linqvistik sistem quruluş
(struktur) qurucu komponentlәrinin semantik vәzifәlәrinin qarşılıqlı birliyi әsasında işıqlandırılır.
Mәlum olduğu üzrә, dil materiallarının tәsvir olunmasında funksional qrammatikanın
yaradılmasının metodologiyasını tәşkil edәn prinsiplәrdәn biri olaraq başlanğıcda әnәnәvi
şәkildәn, yәni konkret dil vasitәsindәn funksiyaya vә mәnaya yönәlmә yöntәmi әsas götürülür.
Bu yöntәm funksiyadan şәklә, yәni konkret bir dil vasitәsinә yönәlmәyi qәbul edәn yönümә
uyğun hala gәtirilәrәk işlәdilir. Dilin işlәnilmә sisteminin sinxronik tәsvirindә hәr iki yönüm vә
yöntәmin qarşılıqlı olaraq bir-birinә uyğunlaşdırılması ilә tәtbiq olunması isә dilçilikdә daha
sonrakı dönәmlәrdә hәyata keçirilmişdir (Бондарко 1984;1987; ЛЭС 1990).
Ümumtürk dilinin linqvistik-kommunikativ sistemi, hәr şeydәn öncә, saitlәrin vә
samitlәrin qarşılıqlı sәs uyumuna, sözdüzәldici, sözdәyişdirici vә formadüzәldici şәkilçilәrin
aqqilütinativ sırasına vә “kәlmә mürәkkәblәşmәli” yönümlü söz yaradıcılığına görә
müәyyәnlәşdirilir. Göstәrilәn sistem qrammatikal, aspektual vә konseptual olaraq qurulur. Cümlә
üzvlәrinin mübtәda-tamamlıq-xәbәr sıralı simmetrik vә daha geniş bir müstәvidәki tәyin-
mübtәda-tәyin-tamamlıq-zәrflik-xәbәr sәciyyәli genişlәnәn asimmetrik sıralanmasının da rolu
burada yox deyildir.
Çağdaş türk әdәbi dillәrinin sinxronik dil-işlәnilmә sisteminin yuxarıda göstәrilәn yönüm
vә yöntәmlәrin funksional qrammatika metodologiyasının әsas prinsiplәrinә әsasәn qarşılıqlı
olaraq müәyyәnlәşdirilmәsi ilә tәsvir olunması mürәkkәb cümlә sintaksisinin öyrәnilmәsinә daha
uyğundur. Bu, ümumtürk dilinin sәs uyumu, aqqilütinativ vә standart sintaktik quruluşu ilә
Avropa İttifaqı vә gәlәcәk Avrasiya çoxdillilik ortamında dәyişәn dil tәdrisi vә tәlimi dәyәrlәri
(Templer 2002) arasında da ziddiyyәt tәşkil etmәyәcәkdir. Bununla bәrabәr, elm vә
informatikanın inkişafının dәyişmә sürәtinә görә әmәlә gәlәn funksional anlam sahәlәri,
mәrkәzlәri vә çalarlarının sinxronik-kommunikativ, mәtnlinqvistik vә konseptual olaraq
mühәndis dilçiliyi ilә tәsvir olunması şәrtlәndirilәcәkdir.
Qrammatika anlayışını ifadә edәn sözün (yunan. Grammatike – “gramma” sözündәn
düzәldilmişdir) lüğәvi mәnası “hәrf, yazmaq” demәkdir. Konseptual olaraq bir üst ana qavram vә
ya başlıq (sәrlövhә) mәzmununu bildirir. Bu qavramı ehtiva edәn alt qavramlar vә ya başlıqlar isә
dilçilikdә әnәnәvi olaraq göstәrilәn morfologiya, sintaksis, söz yaradıcılığı, qismәn yeni olaraq
müәyyәnlәşdirilәni isә mәtn sintaksisi vә qrammatikası sahәlәrindәn ibarәtdir. Dilçilikdә nisbәtәn
yeni elmi sahә olan fonomorfologiya vә ya morfofonologiya da bura daxil edilir.