204
SXEM 2
M+T/Z+X=(M=T+Z+X; Z+T=M+X; T=Z+X; Z=T+X vә s..)
M=mübtәda
T= tamamlıq
Z=zәrflik
X=xәbәr
T (M) R (TZX)
1.
Dost = acı söyler (Türk.)
Süyji dil =ýylanı hininden çykarar (Türkmәn.)
Aqil = bozorda sotilmaydi (Özbәk.)
T(ZT) R(MX)
2.
Sürüden ayrılan koyunu = kurt kapar (Türk.)
Sürüdәn ayrılan qoyunu =qurd yeyәr (Azәrb.)
Sürüden azaşan goynu =gurd alar (Türkmәn.)
Podadan ayrilgan qo’yni =bo’ri yer (Özbәk.)
Bölingendi =böri ceydi(Qazax.)
T(T) R(ZX)
3.
Ayağını = yorganına göre uzat (Türk.)
Ayağını = yorğanına görә uzat (Azәrb.)
T(Z) R(TX)
Yorgana görä = ayak uzat (Türkmen.)
Körpängä karap = ayak uzat (Özbәk.)
Körpeňe qaray = ayağıňdı kösil (Qazax.)
Göründüyü kimi, sözügedәn cümlә-mәtnlәrdә vә ümumiyyәtlә dilin sintaktik sistemindә
söylәnilәn bәlli olan–bilinәn (tema) vә bәlli edilәn–yeni söylәnәn (rema) semantik-funksional
parçalar vә ya sintaqmlar olaraq müәyyәnlәşdirilir. Belә bir araşdırma-öyrәnilmә yönümü vә
yöntәmi cümlә üzvlәrinin әnәnәvi tәsniflәndirmәsindәn fәrqlidir. Belә ki, yuxarıda gәtirilәn
birinci müqayisәli atalar sözü kontekstindә “tamamlıq/zәrflik/xәbәr qrupu” xәbәrliklә vә ya bәlli
edilәnlә (rema ilә) işlәnilir. İkinci müqayisәli atalar sözü kontekstindә mübtәda xәbәrlә birlikdә
205
xәbәrlik vә ya bәlli edilәn (rema) qrupunu tәşkil edir. Üçüncü müqayisәli atalar sözü
kontekstindә isә sadә cümlә parçalarının sintaktik kontekstdәki semantik-funksional yerlәşmәsi
birinci vә ikinci kontekstdәkilәrdәn fәrqli bir sıralanma ilә gerçәklәşir. Belәliklә, Türkiyә vә
Azәrbaycan türkcәlәrindәn gәtirilәn örnәklәrin temaya vә remaya görә tәsniflәndirilmәsi T=Z+X
formuluna dayanır. Türkmәn, özbәk, qazax türkcәlәrindәn gәtirilәn örnәklәrin temaya vә remaya
görә tәsniflәndirmәsi Z=T+X formuluna әsasәn müәyyәnlәşdirilir. Mürәkkәb cümlә örnәyindә
tema-rema aktual üzvlәnmәsindәn isә aşağıda bәhs edilәcәkdir.
Müasir dilçilikdә hәr hansı bir dildәki cümlә üzvlәrinin semantik-funksional parçalara
ayrılmasının linqvistik-sintaktik formulları mәtnә vә ya öyrәnilәn dilin sabit vә iniversiyalı
sıralanmalarına görә gerçәklәşәn ontoloji sәciyyәli әsl mәtn örnәyinә görә öyrәnilir. Sözügedәn
әsl mәtn örnәyinin yazılı vә şifahi olaraq gerçәklәşәn müxtәlif formaları kontekstә, dilin
işlәnildiyi sosyolinqvistik ortama, diskursa vә ya canlı dilin danışıq-xәbәrlәşmә vasitәsi olaraq
hәr şәkildәki işlәnilişninә görә müәyyәnlәşir. Bu baxımdan sözügedәn semantik-funksional
parçaların, yәni tema vә remaların hәr hansı bir mәtlinqvistik ortamdakı sayı istәr türk әdәbi
dillәrindә, istәrsә dә digәr dünya dillәrindә bir universal-linqvistik amil olaraq fakültativ
sәciyyәlidir. Bunların sayı hәr hansı bir dilin müxtәlif dil-danışıq sahәlәrindәki işlәnilmә
potensialına bağlı olaraq ortaya çıxar (Musayev 2011: 39-42).
Sintaktik konstruksiyaların polipredikativlik dәrәcәlәrinin sözügedәn qavram vә
kateqoriyalaşdırma baxımından müәyyәnlәşdirilmәsi dilçilikdә nisbәtәn yeni bir istiqamәtdir.
Burada polipredikativlik dәrәcәsindәn asılı olaraq, birdәn artıq predikativ vә yarımpredikativ
mәrkәzlәri olan “mürәkkәblәşmiş” sadә geniş cümlәlәr vә bütün mürәkkәb cümlәlәr birlikdә
polipredikativ
quruluş
kimi
tәdqiq
olunur
(Черемисина,
Колосова
1987).
İnformasiyavericilikdә birincilәrlә ikincilәr frazadanböyük vahidlәrin tәrkibindә belә eynitipli
çoxmәrhәlәli aktual üzvlәnmәyә mәruz qalır. Müq.et.:
(1) – Azәrb. Şamxal/ anasını gözü yaşlı görüb // evdә// bәdbәxt bir hadisә baş verdiyini /
zәnn etdi (İ. Şıxlı. Dәli Kür, 1968, s. 28).
T[ (T
1
s - R
1
v) – ( T
2
s - R
2
v)] –asılı hissә – R – әsas hissә.
(2) – Adam da // yıxılıb ölür./ Bir at // nәdir ki // özünü üzürsәn.
( F. Kәrimzadә. Xudafәrin Körpüsü, 1982, s. 104).
206
R [( T
1
s – R
1
v) – (T
2
s – R
2
v)] – әsas hissә – T – asılı hissә
30
Frazadanböyük konstruksiyanın tәrkibindәki “Bir at// nәdir ki// özünü üzürsәn” xususi-
mürәkkәb quruluşlu ikinci polipredikativ vahid mürәkkәb cümlәdir. “Şamxal/ anasını gözü yaşlı
görüb // evdә// bәdbәxt bir hadisә baş verdiyini / zәnn etdi” xususi-mürәkkәb quruluşda olmayan
birinci polipredikativ vahid isә sadә genişlәnmiş cümlәdir. Hәr iki sintaktik vahid yalnız ifadәnin
formasına görә bir-birindәn fәrqlәnir. İfadәnin mәzmun planına, yәni semantik-funksional
sahәlәrin reallaşmasına görә isә hәr iki sintaktik konstruksiya bir-birinә bәnzәyir. Daha
doğrusu, hәr iki polipredikativ vahid sәbәb-nәticә әlaqәli linqvistik bir qavrama (qavrayışa) görә
ayrı-ayrı konkret sintaktik vahidlәr sәviyyәsindә gerçәklәşmişdir (Musayev 2011: 80).
1.2.2.2. Mürәkkәb cümlәnin aktual üzvlәnmәsi
Dilçilikdә aktual üzvlәnmәdәn, daha doğrusu, sintaktik vahidlәrin kommunikativ
vәzifәsindәn vә müәyyәn informativ hissәlәrә ayrılmasından ilk dәfә sadә cümlә sәviyyәsindә
bәhs edilmişdir (Крушельницкая 1956: 55-67; Русская грамматика 1980: 190-203). Bu da
tәsadüfi deyildir ki, bir dil-nitq hadisәsi kimi aktual üzvlәnmәnin sadә cümlә sәviyyәsindә daha
asan öyrәnilmәsi linqivistik әdәbiyyatda xüsusi olaraq qeyd edilmişdir (Золотова 1982: 293).
Bununla belә, aktual üzvlәnmә mürәkkәb cümlә vә mәtn sәviyyәlәrindә dә tәdqiqata cәlb
edilmişdir (Шешукова 1972: 69-111; Распопов 1973: 148-186; Страхова 1977: 40-52;
Слюсарева 1979: 3-15; Кормановская 1987: 102-110; Крылова, Матвеева 1990: 60-70). O da
qeyd olunmalıdır ki, ilk әvvәllәr mürәkkәb cümlәlәrin aktual üzvlәnmәsi ilә struktur-semantik
aspektdә tәdqiqi mәsәlәlәri dilçilikdә qarışdırılmışdır. Daha doğrusu, burada aktual üzvlәnmә adı
altında әslındә xüsusi-mürәkkәb polipredikativ vahidlәrin struktur-semantik tiplәrindәn bәhs
edilmiş vә mürәkkәb cümlә komponentlәri heç informativ-sintaktik qütblәrә dә ayrılmamışdır
(Распопов 1964: 137-194). Halbuki xüsusi-mürәkkәb polipredikativ vahidlәrlә, elәcә dә
bütövlükdә cümlәnin struktur-semantik aspektdә tәdqiqi ilә onun aktual üzvlәnmәsinin öyrәnil-
mәsi tamamәn eynilәşdirilә bilmәz. Ona görә ki, әgәr birincidә semantik-funksional sahәlәrә
(obyekt, zaman, sәbәb, tәrz, şәrt, vә s.) vә formal-paradiqmatik әlamәtlәrә (bağlayıcı vasitәlәrә,
komponentlәrin düzülüşü ilә şәrtlәnәn tabeliliyin xarakterinә vә s.) görә cümlәnin dil
30
T – tema, R – rema, S – mübtәda, yaxud hәr hansı başqa bir substantiv element, v – xәbәr vә ya hәr hansı bir polipredikativ
mәrkәz. Mötәrizәdә aktual üzvlәnmәnin ikinci mәrhәlәsi göstәrilmişdir. /xәtt ilә aktual üzvlәnmәnin birinci, // xәtt ilә isә aktual
üzvlәnmәnin ikinci mәrhәlәsi işarә edilmişdir. Oxşar örnәklәr eyni bir sıra nömrәsi ilә verilmişdir.