209
hadisәsinә görә müәyyәnlәşәn monopredikativ, polipredikativ komponentli hәr hansı başqa kiçik
vә ya böyük mәtnlәrin tәsnifinin konkret konsituasiyadan, verilәn informasiyadan vә
kommunikativ mәqsәddәn asılı olduğunu göstәrir.
Mürәkkәb cümlәlәrin kommunikativ-sintaktik aspektdә öyrәnilmәsi ierarxik sәciyyәli bir
xarakter daşımaqdadır. Belә bir araşdırma-öyrәnilmә işi, hәr şeydәn öncә, struktur-funksional vә
struktur-semantik sәciyyәli tәsniflәndirmәlәrin sadә cümlә sintaksisindәki tәtbiqinә dә dayanır.
Bu isә bir tәrәfdәn mono- vә polipredikativ konstruksiyalarda, frazadanböyük vahidlәrdә, elәcә
dә bütün mikro- vә makromәtnlәrdә aktual üzvlәnmәnin nitq fәaliyyәti ilә bağlılığından irәli
gәlir. Digәr tәrәfdәn isә müxtәlif sistemli dünya dillәrindә hәmin dil-nitq hadisәsinin universal-
tipoloji keyfiyyәt kimi hәlәlik lazımınca öyrәnilmәmәsi ilә dә şәrtlәnir.
Aktual üzvlәnmә dil sistemindә, hәr şeydәn öncә, nitq parçalarının intonasiyasına vә
sıralanmasına görә müәyyәnlәşir. Burada quruluş (paradiqmatik) sintaksisindәn başqa, dil-nitq
vahidlәrinin düzülüş (sintaqmatik) qanunauyğunluğu da mühüm rol oynayır.
Mürәkkәb cümlәlәrin aktual üzvlәnmәsi nitq fәaliyyәtindә qarşıya qoyulmuş, yәni
adresat, adresant vә referentin qarşılıqlı әlaqәlәrindә ifadә olunmuş konkret kommunikativ
vәzifәlәrdәn asılıdır. Sintaksisdә informativ vahidlәrin aktuallaşması üçün әvvәlcәdәn
müәyyәnlәşdirilmiş, ‘xüsusi’ formal-paradiqmatik әlamәtlәr dә mövcud deyildir. Yәni müәyyәn
aktualizatorlar söylәmdә mәtnin ümumi tәşkilindәn vә konsituasiyadan asılı olaraq özünü büruzә
verir. Belәliklә, mürәkkәb cümlә sintaksisindә aktual üzvlәnmәnin öyrәnilmәsi mәtn dilçiliyinin
gәlәçәk daha geniş tәdqiqi üçün zәruridir. Ona görә ki, gedişatın ümumi siqnifikativ mәzmununu
bildirәn müxtәlif semantik-funksiohal sahәlәrin tәzahürü nitq kәsiyi kimi frazadanböyük
vahidlәrin informativliyinә әsaslanır. Bununla da mәtnin linqvistikası, sintaksisi, elәcә dә onun
bütün paradiqmatik tәyinedicilәri aktual vә qrammatik üzvlәnmәnin vәhdәtindә tәsnif oluna bilәr.
Belәliklә, mürәkkәb cümlәlәr indiyә qәdәr struktur-funksional vә struktur-semantik
aspektlәrdә öyrәnilәrkәn onların sintaktik-kommunikativ xüsusiyyәtlәri vә mәtnin bir
komponenti sәviyyәsindә qapalı bir sintaktik quruluş olaraq işlәnilmәsi nәzәrә alınmamışdır.
Buna görә dә mürәkkәb cümlәlәrin ayrı-ayrı tiplәrinin, elәcә dә onun elmi-linqvistik tipolo-
giyasının müәyyәnlәşdirilmәsindә çox zaman semantik-funksional sahәlәrin oppozisiyasına vә
sıralanmasına әsaslanılmamışdır. Bunun әvәzinә isә paradiqmatik tәyinedicilәrә (funksional
asılılıq, bağlayıcı vasitәlәr vә s.) istinad edildiyindәn әnәnәvi dilçiliyin әsas sahәlәrindәn biri olan
mürәkkәb cümlә sintaksisindә dә tәhtәlşüur tәcrübәdәn irәli gedilmәmişdir. Mürәkkәb cümlәlәrin
210
adekvat elmi-linqvistik tәsvirini vermәk üçün, hәr şeydәn öncә, onların dil sistemindә
sintaqmatik xüsusiyyәtlәrini, o cümlәdәn semantik-funksional sahәlәrin çoxmәnalılığına
әsaslanan omomodellәrini müәyyәnlәşdirmәk lazım idi.
Sintaktik omomodellәrә görә mürәkkәb cümlәlәrin struktur-semantik tiplәrini
müәyyәnlәşdirәrkәn xüsusi-mürәkkәb quruluşlu polipredikativ vahidlәrin digәr әvvәlki aspektlәri
ilә bәrabәr, sintaktik-kommunikativ xüsusiyyәtlәri dә nәzәrә alınmalıdır. Bunsuz sintaktik
arxitoktenikanın dil-nitq dәyişmәlәrindә müәyyәnlәşәn informasiyavericilik tәrәfi kölgәdә qalar
(Musayev 2011: 99-103).
1.2.2.3. Mürәkkәb sintaktik bütövlәrin aktual üzvlәnmәsi
Mәtn dilçiliyi qavramı bütün parametrlәri vә prinsiplәri ilә 1970-ci illәrdә ortaya
çıxmışdır. Bundan sonra türkologiyada da tabesiz mürәkkәb cümlәlәr olaraq adlandırılan
sintaktik konstruksiyaların mikromәtnlәr sәviyyәsindә öyrәnilmәsinin yolu açılmışdır. Bununla
da çağdaş dilçilikdә artıq mürәkkәb cümlәlәrin klassik tabeli mürәkkәb cümlәlәr (hipotaksis) vә
tabesiz mürәkkәb cümlәlәr (parataksis) sistemi olaraq tәsniflәndirilmәsi lüzumu getdikcә ortadan
qalxmışdır. Konseptual olaraq mürәkkәb cümlәnin qavramlaşdırılması, sintaktik modellәrinә vә
mәnaca növlәrinә görә uyğun kateqoriyalaşdırılması
31
işi isә çağdaş dilçilikdә artıq tabeli
mürәkkәb cümlәlәrә görә aparılmaqdadır. Sadә vә mürәkkәb cümlә qarşılaşmasının ikinci
tәrәfindә tabeli mürәkkb cümlәlәr işqlandırılmaqdadır. Daha doğrusu, artıq sadәcә söz
birlәşmәlәri vә qrupları, sadә vә mürәkkәb cümlәlәr (tabeli
mürәkkәb cümlәlәr) sintaksisin әsas
kateqoriyaları olaraq tәsniflәndirilmәkdәdir (Гурeeв 2002: 37-48). Tabesiz mürәkkәb cümlәlәr
vә ona bәnzәr digәr sintaktik konstruksiyalar isә müasir linqvistikada
sadә quruluşlu mürәkkәb
sintaktik vahidlәr olaraq öyrәnilmәkdәdir.
1.2.2.3.1. Sadә quruluşlu mürәkkәb sintaktik bütövlәrin aktual üzvlәnmәsi
Bu kontekstdә tabesiz mürәkkәb cümlәlәr olaraq tәsniflәndirilәn sintaktik konstruksiyalar
çağdaş dilçilikdә sintaksis vә mәtn sәviyyәlәri arasındakı bağlantını tәşkil edәn aralıq bir mәrhәlә
31
Koqnitiv dilçilikdә klassik mәnası ilә insan zәkasına, müasir izahı ilә isә intellektinә vә birbaşa parçalanmayan,
bir bütün kimi dәrk olunan tәcrübәsinә dair mücәrrәd qavramlar vә bir yerdә birlәşdirilә bilәn konkret kateqoriyalar
bir-birindәn fәrqlәndirilir. Mәsәlәn, giley-güzar, tәәssüf, istәk, arzu, mәqsәd, sәbәb, nәticә vә s. bildirәn
konseptual mәna sahәlәri dünyanın insan tәrәfindәn yenidәn aparılan tәsviri ilә qavramlaşdırılır vә
kateqoriyalaşdırılır (Мурясов, Самигуллина, Федорова 2004).