M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə84/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   80   81   82   83   84   85   86   87   ...   171

209 

 

hadisәsinә görә müәyyәnlәşәn monopredikativ, polipredikativ komponentli hәr hansı başqa kiçik 



vә  ya  böyük  mәtnlәrin  tәsnifinin  konkret  konsituasiyadan,  verilәn  informasiyadan  vә 

kommunikativ mәqsәddәn asılı olduğunu göstәrir. 

Mürәkkәb cümlәlәrin kommunikativ-sintaktik aspektdә öyrәnilmәsi ierarxik sәciyyәli bir 

xarakter daşımaqdadır. Belә bir araşdırma-öyrәnilmә işi, hәr şeydәn öncә, struktur-funksional vә 

struktur-semantik  sәciyyәli  tәsniflәndirmәlәrin  sadә  cümlә  sintaksisindәki  tәtbiqinә  dә  dayanır. 

Bu isә bir tәrәfdәn mono- vә polipredikativ konstruksiyalarda, frazadanböyük vahidlәrdә, elәcә 

dә  bütün  mikro-  vә  makromәtnlәrdә  aktual  üzvlәnmәnin  nitq  fәaliyyәti  ilә  bağlılığından  irәli 

gәlir. Digәr tәrәfdәn isә müxtәlif sistemli dünya dillәrindә hәmin dil-nitq hadisәsinin universal-

tipoloji keyfiyyәt kimi hәlәlik lazımınca öyrәnilmәmәsi ilә dә şәrtlәnir. 

Aktual  üzvlәnmә  dil  sistemindә,  hәr  şeydәn  öncә,  nitq  parçalarının  intonasiyasına  vә 

sıralanmasına  görә  müәyyәnlәşir.  Burada  quruluş  (paradiqmatik)  sintaksisindәn  başqa,  dil-nitq 

vahidlәrinin düzülüş (sintaqmatik) qanunauyğunluğu da mühüm rol oynayır. 

Mürәkkәb  cümlәlәrin  aktual  üzvlәnmәsi  nitq  fәaliyyәtindә  qarşıya  qoyulmuş,  yәni 

adresat,  adresant  vә  referentin  qarşılıqlı  әlaqәlәrindә  ifadә  olunmuş  konkret  kommunikativ 

vәzifәlәrdәn  asılıdır.  Sintaksisdә  informativ  vahidlәrin  aktuallaşması  üçün  әvvәlcәdәn 

müәyyәnlәşdirilmiş, ‘xüsusi’ formal-paradiqmatik әlamәtlәr dә mövcud deyildir. Yәni müәyyәn 

aktualizatorlar söylәmdә mәtnin ümumi tәşkilindәn vә konsituasiyadan asılı olaraq özünü büruzә 

verir. Belәliklә, mürәkkәb cümlә sintaksisindә aktual üzvlәnmәnin öyrәnilmәsi mәtn dilçiliyinin 

gәlәçәk daha geniş tәdqiqi üçün zәruridir. Ona görә ki, gedişatın ümumi siqnifikativ mәzmununu 

bildirәn  müxtәlif  semantik-funksiohal  sahәlәrin  tәzahürü  nitq  kәsiyi  kimi  frazadanböyük 

vahidlәrin  informativliyinә  әsaslanır.  Bununla  da  mәtnin  linqvistikası,  sintaksisi,  elәcә  dә  onun 

bütün paradiqmatik tәyinedicilәri aktual vә qrammatik üzvlәnmәnin vәhdәtindә tәsnif oluna bilәr. 

 Belәliklә,  mürәkkәb  cümlәlәr  indiyә  qәdәr  struktur-funksional  vә  struktur-semantik 

aspektlәrdә  öyrәnilәrkәn  onların  sintaktik-kommunikativ  xüsusiyyәtlәri  vә    mәtnin  bir 

komponenti  sәviyyәsindә  qapalı  bir  sintaktik  quruluş  olaraq  işlәnilmәsi  nәzәrә  alınmamışdır. 

Buna  görә  dә  mürәkkәb  cümlәlәrin  ayrı-ayrı  tiplәrinin,  elәcә  dә  onun  elmi-linqvistik  tipolo-

giyasının  müәyyәnlәşdirilmәsindә  çox  zaman  semantik-funksional  sahәlәrin  oppozisiyasına  vә 

sıralanmasına  әsaslanılmamışdır.  Bunun  әvәzinә  isә  paradiqmatik  tәyinedicilәrә  (funksional 

asılılıq, bağlayıcı vasitәlәr vә s.) istinad edildiyindәn әnәnәvi dilçiliyin әsas sahәlәrindәn biri olan 

mürәkkәb cümlә sintaksisindә dә tәhtәlşüur tәcrübәdәn irәli gedilmәmişdir. Mürәkkәb cümlәlәrin 




210 

 

adekvat  elmi-linqvistik  tәsvirini  vermәk  üçün,  hәr  şeydәn  öncә,  onların  dil  sistemindә 



sintaqmatik  xüsusiyyәtlәrini,  o  cümlәdәn  semantik-funksional  sahәlәrin  çoxmәnalılığına 

әsaslanan omomodellәrini müәyyәnlәşdirmәk lazım idi. 

Sintaktik  omomodellәrә  görә  mürәkkәb  cümlәlәrin  struktur-semantik  tiplәrini 

müәyyәnlәşdirәrkәn xüsusi-mürәkkәb quruluşlu polipredikativ vahidlәrin digәr әvvәlki aspektlәri 

ilә  bәrabәr,  sintaktik-kommunikativ  xüsusiyyәtlәri  dә  nәzәrә  alınmalıdır.  Bunsuz  sintaktik 

arxitoktenikanın dil-nitq dәyişmәlәrindә müәyyәnlәşәn informasiyavericilik tәrәfi kölgәdә qalar 

(Musayev 2011: 99-103).  

 

1.2.2.3. Mürәkkәb sintaktik bütövlәrin aktual üzvlәnmәsi 

 Mәtn  dilçiliyi  qavramı  bütün  parametrlәri  vә  prinsiplәri  ilә  1970-ci  illәrdә  ortaya 

çıxmışdır.  Bundan  sonra  türkologiyada  da  tabesiz  mürәkkәb  cümlәlәr  olaraq  adlandırılan 

sintaktik  konstruksiyaların  mikromәtnlәr  sәviyyәsindә  öyrәnilmәsinin  yolu  açılmışdır.  Bununla 

da çağdaş dilçilikdә artıq mürәkkәb cümlәlәrin klassik tabeli mürәkkәb cümlәlәr (hipotaksis) vә 

tabesiz mürәkkәb cümlәlәr (parataksis) sistemi olaraq tәsniflәndirilmәsi lüzumu getdikcә ortadan 

qalxmışdır. Konseptual olaraq mürәkkәb cümlәnin qavramlaşdırılması, sintaktik modellәrinә vә 

mәnaca  növlәrinә  görә  uyğun  kateqoriyalaşdırılması

31

  işi  isә  çağdaş  dilçilikdә  artıq  tabeli 



mürәkkәb  cümlәlәrә  görә  aparılmaqdadır.  Sadә  vә  mürәkkәb  cümlә  qarşılaşmasının  ikinci 

tәrәfindә  tabeli  mürәkkb  cümlәlәr  işqlandırılmaqdadır.  Daha  doğrusu,  artıq  sadәcә  söz 

birlәşmәlәri vә qrupları, sadә vә mürәkkәb cümlәlәr (tabeli

 

mürәkkәb cümlәlәr) sintaksisin әsas 



kateqoriyaları  olaraq  tәsniflәndirilmәkdәdir  (Гурeeв  2002:  37-48).  Tabesiz  mürәkkәb  cümlәlәr 

vә ona bәnzәr digәr sintaktik konstruksiyalar isә  müasir linqvistikada

 

sadә quruluşlu mürәkkәb 



sintaktik vahidlәr olaraq öyrәnilmәkdәdir.

 

 



1.2.2.3.1. Sadә quruluşlu mürәkkәb sintaktik bütövlәrin aktual üzvlәnmәsi

 

 Bu kontekstdә tabesiz mürәkkәb cümlәlәr olaraq tәsniflәndirilәn sintaktik konstruksiyalar 



çağdaş dilçilikdә sintaksis vә mәtn sәviyyәlәri arasındakı bağlantını tәşkil edәn aralıq bir mәrhәlә  

                                                 

31

 

Koqnitiv dilçilikdә  klassik mәnası ilә insan zәkasına, müasir izahı ilә isә intellektinә vә birbaşa parçalanmayan, 



bir bütün kimi dәrk olunan tәcrübәsinә dair mücәrrәd qavramlar vә bir yerdә birlәşdirilә bilәn konkret kateqoriyalar 

bir-birindәn  fәrqlәndirilir.  Mәsәlәn,  giley-güzar,  tәәssüf,  istәk,  arzu,  mәqsәd,  sәbәb,  nәticә  vә  s.  bildirәn 

konseptual  mәna  sahәlәri  dünyanın  insan  tәrәfindәn  yenidәn  aparılan  tәsviri  ilә  qavramlaşdırılır  vә 

kateqoriyalaşdırılır (Мурясов, Самигуллина, Федорова 2004).

 

 

 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə