HƏYATIN GERÇƏK MƏNŞƏYİ
254
Çiçəkli bitkilərin mənşəyi
Quruda yaşayan bitkilərin fosil tarixi və quruluş xüsusiyyətlərini təhlil
etdikdə isə yenə də qarşımıza təkamül nəzəriyyəsinin fərziyyələrinə heç uyğun
gəlməyən mənzərə çıxır. Demək olar ki, hər biologiya kitabında qarşılaşacağınız
“bitkilərin təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili yoxdur.
Bir çox bitki fosil qeydlərində bütöv qalıqlara malikdir, amma bu qalıqların heç
biri bir növdən digər növə keçid forması xüsusiyyəti daşımır. Hamısı xüsusi və
orijinal şəkildə yaradılmış, ayrı-ayrı növlərdir və bir-biriləri arasında hər hansı
təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E.K.Olsonun qəbul etdiyi kimi,
“bir çox yeni bitki qrupu ani şəkildə üzə çıxır və onlara yaxın heç bir əcdadları
yoxdur”.
342
Miçiqan Universitetində fosil bitkiləri üzərində tədqiqatlar aparan botanik
Çester A.Arnold belə şərh verir:
Uzun müddət boyu nəsli kəsilmiş bitkilərin hal-hazırda yaşayanlarının
keçirdiyi inkişaf mərhələlərinin ortaya çıxacağı ümid edilmişdir. Ancaq
açıq şəkildə qəbul edilməlidir ki, bu gözləmə sadəcə çox məhdud dərəcəyə
qədər reallaşmışdır. Halbuki paleobotaniki tədqiqatlar bir əsrdən artıq
davam edir.
343
Arnold paleobotanikanın (bitkiləri öyrənən paleontologiyanın) təkamülü
dəstəkləyən nəticə üzə çıxarmadığını: “İndiyə qədər dövrümüzə aid heç
bir bitkinin başlanğıcından bu günə qədər olan təkamül qohumluğu tarixini
izləmək imkanımız olmamışdır”, - deyərək qəbul edir.
344
Bitkilərin təkamül iddiasını ən açıq şəkildə təkzib edən fosil tapıntıları çiçəkli
bitkilərə aiddir. Çiçəkli bitkilər 43 ayrı ailəyə bölünmüşlər və bu 43 fərqli
ailənin hər biri də arxada heç bir ibtidai “ara keçid forma” izi qoymadan fosil
qeydlərində ani şəkildə üzə çıxır. Bu həqiqət XIX əsrdə də məlum olmuş və
hətta bu səbəbdən, Darvin çiçəkli bitkilərin mənşəyini
“narahatlıq verən sirr”
adlandırmışdır. Darvinin dövründən bəri aparılan bütün tədqiqatlar isə sadəcə
bu sirrin “narahatlıq verən” dozasını artırmışdır. Təkamülçü paleobotanik
N.F.Hyus “Çiçəkli bitkilərin mənşəyinin paleobiologiyası” (Paleobiology of
angiosperm origins) adlı kitabında belə etiraf edir:
Qurudakı bitkilərin ən dominant qrupu olan çiçəkli bitkilərin təkamül
mənşəyi elm adamlarını XIX əsrin ortalarından bəri təəccübləndirir...
Detallardakı bir neçə istisnadan başqa bu suala qənaətbəxş cavab tapılmır
və nəticədə bir çox bioloq bu problemin fosil qeydləri ilə həll olunmasının
qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.
345
Başqa bir paleobotanik C.B.Bek isə belə yazır:
Əslində çiçəkli bitkilərin mənşəyi və təkamülü haqqındakı sirr bu gün də
BİTKİLƏRİN MƏNŞƏYİ
255
Darvinin 1879-cu ildə bu problemi vurğuladığı zaman olduğu qədər böyük
və təsirlidir... Verəcəyimiz qəti cavab yoxdur, çünki gəldiyimiz nəticələr
daima dolayı dəlillərə əsaslanır
və təbii ki, olduqca şübhəlidir.
Daniel Akselrod isə “Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The
evolution of flowering plants, in the evolution life) adlı kitabında çiçəkli
bitkilərin mənşəyi haqqında belə şərh verir:
Çiçəkli bitkiləri əmələ gətirən ibtidai qrup fosil qeydlərində hələ müəyyən
edilməmişdir və yaşayan heç bir çiçəkli bitki bu cür əlaqəyə işarə etmir.
346
Bütün bunların bizə göstərdiyi bir nəticə var: bütün canlılar kimi bitkilər
də yaradılmışlar. İlk dəfə üzə çıxdıqları andan etibarən bütün mexanizmləri
tam şəkildə mövcuddur. Təkamülçü ədəbiyyatda işlədilən “zaman ərzində
inkişaf, təsadüfi dəyişikliklər, ehtiyaclar nəticəsində üzə çıxan adaptasiyalar
(uyğunlaşmalar)” kimi terminlər heç bir həqiqətə əsaslanmır və elmi mənaları
yoxdur.
Karbonifer dövrünə aid bu
ayıdöşəyi otu fosili Fasda
Yerada bölgəsində tapılıb.
Maraqlı olan 320 milyon
il yaşında olan bu
fosil dövrümüzdəki
ayıdöşəyi otlarından
fərqlənmir.