HƏYATIN GERÇƏK MƏNŞƏYİ
260
aydın görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni həyatınız boyu
heç səhv etmədən hər saniyə həyata keçirir. Fotoqraflar eyni tənzimləməni
fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı əldə etmək üçün bəzən
uzun müddət çalışırlar. Müasir texnologiya son 10-15 ildə avtomatik fokuslama
edən kameralar istehsal etmişdir, amma heç bir kamera göz qədər sürətli və
qüsursuz şəkildə fokuslaya bilmir.
Gözün görməsi üçün isə bu orqanı təşkil edən təqribən 40 əsas hissənin
hamısı eyni anda birlikdə mövcud olmalı və ahəng içində işləməlidir. Göz
bülluru bunlardan sadəcə biridir. Buynuz qişa, gözün selikli qişası, gözün
qüzehli qişası, göz bəbəyi, gözün tor qişası, orta qişa, göz əzələləri, göz yaşı
vəzləri kimi bütün digər hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz
qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını itirər.
Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz olunmasa,
göz
bir neçə saat ərzində quruyar, yapışar və kor olar.
Gözün bu kompleks quruluşu qarşısında təkamül nəzəriyyəsinin
“sadələşdirilə bilən” iddiası bütün mənasını itirir. Çünki göz işə yararlı olması
üçün eyni anda bütün hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və
mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini, bu orqanoidlərə
son mərhələyə qədər heç bir “üstünlük” təmin etmədən əmələ gətirmələri,
əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı sətirləri
ilə qəbul edir:
Üçüncü etiraza cavab vermək çox çətindir. Kompleks bir orqanın, faydalı
olsa da, birdən-birə əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn,
onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək üçün lazımlı
olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin
görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz
bülluru əmələ gəlsə belə, tor qişa olmadan faydası olmaz. Görmə üçün
bütün orqanoidlərin birlikdə eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-
ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız
olar, həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən
təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda
mövcud olmasını tələb edir.
349
Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə ifadə
etdiyi həqiqət əslində “qeyri-mümkünlükdür”. Gözün təsadüflərin məhsulu
olması qeyri-mümkündür. Darvin də bu həqiqət qarşısında sıxıntı keçirmiş
və hətta bu səbəbdən, bir məktubunda: “gözləri düşünmək çox vaxt məni
nəzəriyyəmdən soyudur”, - deyə bunu etiraf etmişdir.
350
Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında
ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai, bəzilərinin
SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
261
isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks gözlərin ibtidai
gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia etmişdir. Ancaq bu iddia da
həqiqətə uyğun deyil. Paleontologiya canlıların yer üzündə olduqca kompleks
quruluşları ilə birlikdə ortaya çıxdığını göstərir. Məlum olan ən qədim görmə
sistemi
trilobit gözüdür. 530 milyon illik bu pətək göz sistemi əvvəlki bölmələrdə
dediyimiz kimi cüt mərcək sistemi ilə işləyən “optik möcüzədir”. Bu vəziyyət
Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib” fərziyyəsini
də tamamilə əsassız edir.
“İbtidai gözün” sadələşdirilməz quruluşu
Darvinin “ibtidai göz” kimi bəhs etdiyi orqanlar da əsla təsadüflərlə
açıqlana bilməyən kompleks və sadələşdirilməz quruluşa malikdirlər. Ən sadə
formalı belə olsa, “görmənin” əmələ gəlməsi üçün bir canlının bəzi hüceyrələri
işığa həssas olmalı, bu həssaslığı elektrik siqnallarına çevirən qabiliyyətə malik
olmalı, bu hüceyrələrdən beyinə gedən xüsusi sinir şəbəkəsi əmələ gəlməli və
beyində də bu məlumatı dəyərləndirən “görmə mərkəzi” meydana gəlməlidir.
Bütün bunların təsadüfən və eyni anda, eyni canlıda əmələ gəldiyini irəli sürmək
isə ağlasığmazdır. Təkamülçü yazıçı Camal Yıldırım təkamül nəzəriyyəsini
müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik”
adlı kitabında bu həqiqəti belə qəbul edir:
Görmək üçün çox sayda mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün
daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı
İnsan gözü təxminən 40 ayrı hissənin birgə işləməsi ilə görür. Bu hissələrin biri
olmazsa, göz öz funksiyasını itirər. Bu 40 ayrı hissənin hər biri öz içində mürəkkəb
dizayna sahibdir. Məsələn, gözün arxa hissəsindəki tor qişa təbəqəsi 11 ayrı ayrı
təbəqədən ibarətdir. (Sağda). Bu təbəqələrdən hər birinin ayrı vəzifəsi vardır.
Təkamül nəzəriyyəsi bu cür mürəkkəb bir orqanın necə əmələ gəldiyinə cavab verə
bilmir.