BİTKİLƏRİN MƏNŞƏYİ
251
yosun qalıqları tapılmışdır. Maraqlısı budur ki, bu çox qədim canlılar belə
kompleks və dövrümüzdə yaşayan nümunələrindən fərqsiz formalara
malikdirlər. “Science news”da dərc olunan bir məqalədə belə deyilir:
3.4 milyard il əvvələ aid mavi-yaşılımtıl yosun və bakteriya fosillərinin hər
ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı budur
ki, sianobakteriya (mavi-yaşıl dəniz yosunu) ilə müasir sianobakteriya,
demək olar ki, bir-birlərinə uyğundurlar.
340
Alman bioloq Hoymar Von Ditfurt isə “ibtidai”yosunun kompleks quruluşu
haqqında belə izah verir:
Bu günə qədər tapılmış ən qədim fosillər nüvəsiz yosun növündən olan
minerallar daxilindəki fosilləşmiş cisimlərdir və bunların 3 milyard ildən
daha çox yaşı var. Nə qədər ibtidai olsalar da, bunlar belə olduqca kompleks
və ustalıqla nizamlanmış həyat tərzini təmsil edirlər.
341
Təkamülçü bioloqlar sözügedən yosunların zaman ərzində digər dəniz
bitkilərini əmələ gətirdiklərini və 450 milyon il əvvəl “quruya çıxdıqlarını”
qəbul edirlər. Başqa sözlə, heyvanların “sudan quruya keçid” ssenarisi olduğu
kimi, bitkilərin də “sudan quruya keçid” ssenarisi var. Ancaq bu keçid ssenarisi
də heyvanlarınkı kimi əsassız və ziddiyyətlidir. Təkamülçü mənbələr hər
dəfə “yosunlar özlərini quruya atıb buraya uyğunlaşdılar” kimi nağılabənzər
və elmdənkənar izahlarla mövzunun üstündən keçməyə çalışırlar. Ancaq bu
çevrilməni qeyri-mümkün edən çox sayda amil var. Bunlardan ən mühümlərinə
qısa nəzər salaq:
1- Quruma təhlükəsi: Suda yaşayan bir bitkinin quruda yaşaması üçün əvvəla
səthi artıq su itkisindən qorunmalıdır. Əks-təqdirdə bitki quruyar. Qurudakı
bitkilərin qurumadan qorunmaq üçün xüsusi sistemləri vardır. Bu sistemlərdə
çox mühüm detallar var. Məsələn, bu qoruma elə bir yolla edilməlidir ki,
oksigen və karbondioksid kimi mühüm qazlar heç bir maneə ilə qarşılaşmadan
bitkinin içinə girib çölə çıxa bilsinlər, eyni zamanda buxarlanmanın təmin
edilməsi də əsasdır. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin
inkişaf etməsini gözləyəcək milyon illərlə vaxtı da yoxdur. Bu təqdirdə bitki bir
müddət sonra quruyar və məhv olar.
2- Qidalanma: Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa içində
olduqları sudan alırlar. Ona görə, quruya çıxıb yaşamağa çalışan su yosununun
qidalanma problemi də ortaya çıxacaqdır. Bunu həll etmədən həyatına davam
etməsi qeyri-mümkündür.
3- Çoxalma: Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün heç
fürsəti də olmaz. Çünki çoxalma hüceyrələrini yaymaq üçün sudan istifadə
edirlər. Quruda çoxalmaları üçün quru bitkilərində olduğu kimi, çox hüceyrəli
çoxalma orqanlarına malik olmalıdır. Qurudakı bitkilərin çoxalma hüceyrələri
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
252
isə onları qurumaqdan
qoruyan xüsusi hüceyrələrlə
örtülüdürlər.
Quruya
çıxan su yosununun da
bu çoxalma hüceyrələri
quruma təhlükəsinə qarşı
heç bir şəkildə qoruna
bilməyəcəkdir.
4- Oksigenin
məhvedici
təsirindən
qorunma:
Quruya
keçdiyi
iddia
edilən su yosunu oksigeni
o vaxta qədər suda həll
olunmuş şəkildə qəbul edir.
Təkamülçülərin iddiasına
görə, quruya keçdiyi anda
oksigeni daha əvvəl heç
qəbul etmədiyi şəkildə,
yəni
birbaşa
havadan
almaq məcburiyyətində qalır. Məlumdur ki, normal şərtlər daxilində havadakı
oksigenin üzvi madələrə məhvedici təsiri var. Quruda yaşayan canlıların bu
təsirdən zərər almamaları üçün xüsusi sistemləri var. Su yosunu isə su bitkisidir,
ona görə oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımi hormonlara malik
deyil. Buna görə, quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması
mümkün deyil. Belə bir sistemin əmələ gəlməsini “gözləməsi” də mümkün
deyil, çünki bu şəkildə yaşaya bilməz.
Yosunların sudan quruya keçidi iddiasını ziddiyyətli edən başqa bir cəhət də
belə bir keçidi tələb edən təbii bir amilin olmamasıdır. 450 milyon il əvvəlki
yosunların təbii mühitlərini düşünək. Dənizlərin suyu onlar üçün ideal
mühitdir. Məsələn, su onları həddindən artıq isti temperaturdan qoruyub təcrid
edir və ehtiyacları olan hər cür qeyri-üzvi mineralla təmin edir. Eyni zamanda
da fotosintez yolu ilə günəş şüalarını sorur, suda həll olan karbondioksiddən
özlərinə lazım olan karbonhidratları (şəkər və nişasta) hazırlaya bilirlər. Ona
görə də su yosunlarının quruda yaşamalarına tələbat yaradan, təkamülçü ifadə
ilə bunun üçün “seçici üstünlük” təmin edən heç bir vəziyyət yoxdur.
Bütün bunlar yosunların quruya çıxaraq quru bitkilərini əmələ gətirdikləri kimi
təkamül nəzəriyyəsinin tamamilə elmdənkənar fərziyyə olduğunu göstərir.
Okeanda sərbəst halda üzən dəniz yosunları
BİTKİLƏRİN MƏNŞƏYİ
253
Yura dövrünə aid olan təxminən 180 milyon
illik bu bitki əvvəlki dövrlərdə heç bir əcdadı
olmadan özünəməxsus və qüsursuz quruluşu ilə
ortaya çıxmışdır.
Karbonifer dövrünə aid olan
bu 300 milyon illik at dırnağı
bitkisi dövrümüzdə yaşayan
nümunələrindən fərqlənmir.
140 milyon
il yaşındakı
Archaefructus növünə
aid bu fosil bilinən
qədim angiosperm
(çiçəkli bitki)
qalığıdır. Bu günkü
oxşarlarından fərqlı
olmayan bu bitki
çiçəkləri və meyvəsi
ilə qüsursuz quruluşa
sahibdir.
Dostları ilə paylaş: |