SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
257
təbii amilin məhsulu hesab edilir? Elə burada darvinizmin əl atdığı anlayış
“reduksiya edilə bilən” anlayışıdır. Sözügedən sistemlərin daha bəsit hala
reduksiya olunduğu və sonra da mərhələli şəkildə inkişaf etdikləri iddia
edilir. Hər mərhələ canlıya daha artıq üstünlük verir, beləliklə, canlı təbii
seçmə vasitəsilə seçilir. Daha sonra təsadüfən kiçik bir inkişaf da olacaq, bu da
canlıya üstünlük qazandıracaq, canlı seçiləcək və bu proses davam edəcəkdir.
Bu sayədə darvinizmin iddiasına görə, əvvəlcədən gözü olmayan canlı növü
qüsursuz gözə sahib olacaq, əvvəl uça bilməyən başqa növ də qanadlanıb uça
biləcəkdir.
Bu hekayə təkamülçü mənbələrdə çox inandırıcı və mümkün olan bir
şey kimi danışılır. Halbuki bir az düşündükdə ortada çox böyük xəta olduğu
görülür. Bu xətanın birinci tərəfi kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz
mövzudur: mutasiyaların təkmilləşdirici deyil, məhvedici mexanizm olması.
Yəni canlıların məruz qaldığı təsadüfi mutasiyaların bu canlılara “üstünlük”
təmin etməsi, həm də bunu min dəfələrlə etmələri bütün elmi müşahidələrə
zidd olan xəyaldır.
Ancaq xətanın bir də çox mühüm bir tərəfi də var. Diqqət edilsə, darvinist
nəzəriyyə bir cəhətdən başqa bir cəhətə (məsələn, qanadsız canlıdan qanadlı
canlıya) doğru gedən mərhələlərin hamısının tək “üstünlüklü” olduğunu tələb
edir. A-dan Z-yə doğru gedən bu təkamül prosesində B, C, Ç, D…, U, Ü, V və
Y kimi bütün “ara” mərhələlər canlıya mütləq üstünlük təmin etməlidir. Təbii
seçmə və mutasiyanın şüurlu şəkildə əvvəlcədən hədəf müəyyən etmələri
mümkün olmadığına görə, bütün nəzəriyyə canlı sistemlərinin üstünlük
qazandıran kiçik mərhələlərə “reduksiya edilə biləcəyi” fərziyyəsinə əsaslanır.
Elə Darvin bu səbəbdən: “əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə
kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə,
nəzəriyyəm tamamilə məhv olacaqdır”, - demişdir.
Darvin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində canlıların reduksiya
olunan quruluşa malik olduqlarını düşünə bilər. Ancaq XX əsrin elmi kəşfləri
əslində canlılardakı bir çox sistem və orqanın sadələşdirilməz olduğunu aşkar
etmişdir. “Sadələşdirilməz komplekslik” adlanan bu fakt darvinizmi elə
Darvinin
narahat olduğu kimi, “qəti şəkildə” məhv edir.
Bakteriya qamçısı
Sadələşdirilməz komplekslik anlayışını elm dünyasının gündəminə gətirən
ən mühüm şəxs ABŞ-dakı Lihay Universitetindən biokimyaçı Maykl C.Behedir.
Behe 1996-cı ildə nəşr olunmuş “Darvinin qara qutusu: Təkamülün biokimyəvi
təkzibi” (Darwin’s black box: The biochemical challenge to evolution) adlı
kitabında canlı hüceyrəsinin və digər bəzi biokimyəvi formaların sadələşdirilməz