M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə33/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   229

72 

 

təbii münbitliyin sadə barpası səciyyəvidir, bunun sayəsinda onun səviyyəsi 



saxlanılır.  Təbiəti  yaxşılaşdırma  aqroekosistem  tipi  onun  geniş  barpa 

olunmasına  və  təbii  münbitliyin  yüksəlməsinə  yönaldilir.  Son  vaxtlar  təbii 

tutumlu aqroekosistemlər üstünlük təşkil edir.                                           

Cədvəl 2.3 

Aqroekosistemlərin əsas tiplərinin ümumilaĢdirilmiĢ xarakteristikası 

(Qazıəhmədov, Naumova, 1996) 

        


                                      

Aqroekosistemlərdə  bəzi  proseslər  təbii  sistemlərdaki  kimi  getmir. 

Belə  ki,  təbii  ekosistemlərdə  suyun  infiltrasiyası  (süzülməsi)  yüksək  olub, 

səth sularını xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir. 

Təbii şəraitdə bitki örtüyü bütün il boyu eroziyanın qarşısını alır. 

Təbii ekosistemlərdə üzvi kalloidlər yüksək miqdarda olur, bu da tor-

pağın  ion  mübadiləsini  və  su  saxlama  qabiliyyətini  artırır.  Aqroekosistem-

lərdə  uzun  müddət  torpağın  becərilməsi,  həmçinin  suvarılması  nəticəsində 

maddələrin  oksidləşməsi  və  dağılması  ila  əlaqədar  torpaqda  kalloidlərin 



73 

 

itməsi  baş  verir.  Üzvi  maddələrin  oksidləşməsi  ilə  paralel  olaraq  həm  da 



intensiv  minerallaşma  gedir,  bu  da  üzvi  maddələrin  mütahərrik  hissəsinin 

xeyli itirilməsinə gətirib çıxarır. Aqroekosistemlərdə oksidləşmə və mineral-

laşma  prosesləri  bitki  örtüyünün  sıxlığının  azalması  və  torpağın  tem-

peraturunun artması nəticəsində güclənir. 

Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosistemə 

nisbətən  daha  qapalı  gedir,  çünki  burada  onların  böyük  hissəsi  məhsulla 

çıxarılır. Aqroekosistemlərdə torpaqdan qaz halında olan azotun itkisi təbii 

ekosistemlərlə  müqayisəda  xeyli  yüksəkdir,  bu,  denitrifikasiya  mikroor-

qanizmlərin yüksək aktivliyi nəticəsində baş verir. 

Təbii  ekosistemlərdə  bitkinin  qida  elementlərini  udma  qabiliyyəti, 

torpaqda  onların  mənimsənilmə  formalarının  əmələgəlmə  sürətindən 

yüksəkdir.  Təbii  ekosistemlərin  bitkiləri  daha  çox  müxtəlif  kök  sisteminə 

malikdir,  bu,  onun  torpaq  profilindən  tam  istifadəsinə  imkan  yaradır. 

Aqroekosistemlərdə  aqrotexnika,  həm  rütubətdən  istifadə  effektliyini  aşağı 

salır,  həm  da  yuyulma  prosesi  nəticəsində  qida  maddələrinin  torpağın  kök 

sistemi  yerləşən  qatından  da  kənara  aparılması  təhlükəsi  yaranır.  Təbii 

ekosistemlər  üç  əsas  həyattəminedici  funksiya  daşıyır  (yer,  vasitə,  şərait). 

Onlardan fərqli olaraq aqroekosistemlərdə qida, yem, dərman və xammal re-

sursunun ilkin manbəyi kimi mümkün maksimum miqdarda məhsul əldə et-

mək  formalaşır,  yəni  aqroekosistemin  funksiya  sı,  əsasən,  həyat  vasitasi 

kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstutumlu və təbiəti dağıdıcı aqro-

ekosistemlərin üstünlük təşkil etməsidir. 

Aqroekosistemin elmə əsaslanmış təşkili yerli landşafta və bütövlükdə 

ərazinin təsərrüfat istifadəsinə adekvat (tam uyğun), səmərəli təbii və təbii-

təsərrüfat infrastrukturunun yaradılmasını nəzərda tutur. 

Aqrolandşaftın  təşkili  təbii  komplekslərin  konturlarına  yaxın  olma-

lıdır,  bu,  aqrolandşaftın  optimallaşdırılması  ilə  yerinə  yetirilir.  Lakin  bu, 

ekoloji  əsaslanmış  aqroekosistemin  yalnız  görünən  hissəsidir.  Landşaft  - 

ekoloji  tarazlığı  saxlayan  kütlə  və  enerji  mübadiləsinin  «daxili»  prosesləri 

daha mürəkkəbdir. 

 

2.1.5. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası 

Məlumdur ki, yer atmosferinin yuxarı qatınm 1 sm

2

-a hər daqiqa 2 ka-



lori Günəş enerjisi düşür, bu günaş sabiti və ya konstantı adlanır. Işıq enerji-

sinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox deyildir. Günəş spek-

trinin  yalnız  FAR  (dalgasının  uzunluğu  380-710  nm,  günaş  radiasiyasının 

21-46%-ni  təşkil  edən  fotosintetik  aktiv  radiasiya)  adlanan  kiçik  hissəsi 

fotosintez prosesinda iştirak edir. Təbii və aqroekosistemlər fəaliyyət xüsu- 

siyyətlərinə görə aşağıdaki fərqli xüsusiyyatlara malikdir. 




74 

 

1.Müxtəlif  istiqamətli  seçmə.  Təbii  ekosistemlər  üçün  təbii  seçmə 



xarakterikdir,  bu  onların  əsaslı  xassəsi  -  davamlılığa  yönəldir,  qruplaşanın 

davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır. Aqro-

ekosistemlər  insan  tərəfindən  yaradılır  və  saxlanılır.  Burada  seçmənin  baş-

lıca  istiqaməti  suni  usul  olub,  məqsəd  kənd  təsərrüfatı  bitkilərinin  məh-

suldarlığını yüksəltməkdir. 

    İnsan  tərəfindən  mədəniləişdirilmiş  bitki  və  heyvan  növləiri  suni 

seçmə  hesabına  «təkamül»  keçirir  və  insanın  köməyi  olmadan  onlar  vəhşi 

növləirləi rəqabətə girmək qabiliyyətinə malik deyildir. 

2.Təbii  eekosistemlərdə  fıtosenozun  ekoloji  tərkibinin  müxtəlifliyi 

ayrı-ayrı  illərdə  hava  şəraitinin  tərəddüdü  zamanı  onun  davamlığını  təmin 

edir. Bir neçə bitki növünün məhv olması digər növləirin məhsuldarlığının 

yüksəlməsinə şəraityaradır. Bunun nəticəsində ayrı-ayrı illəirdə ekosistemdə 

fıtosenoz bütvölükləi məhsulün müəyyən səviyyədə saxlanma qabiliyyətinə 

malik  olur.  Tarla  bitkiləirinin  aqrosenozu  isə  monodominant,  çox  vaxt  isə 

eyniçeşidli qruplaşma kimi tazahür olunur. Əlverişsiz faktorların aqroseno-

zun bütün bitkiləirinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafı-

nın sıxılması (zəifləməsi) digər bitkiləirin sürətlə inkişafı ilə kompensasiya 

oluna bilməz. Bunun nəticəsində aqrosenozun məhsuldarlığınm davamlılığı 

təbii ekosistemlərdən aşağıdır. 

3.Müxtəlif  fenoloji  ritmə  malik  olan  bitkilərin  növ  tərkibinin  müx-

təlifliyinin  mövcudluğu  bütün  vegetasiya  dövründə  fıtosenoza  tam  (bütöv) 

sistem  kimi  fasiləsiz  olaraq  məhsulvermə  prosesi  həyatakeçirməyə,  istilik, 

rütubətlik  və  qida  maddə  resurslarından  tam  və  qənaətlə  istifadə  etməəa 

imkan yaradır. 

Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya 

mövsümündən qısa olur. Təbii fitosenozlarda müxtəlif bioloji ritmlara malik 

olan  növlər  vegetasiya  mövsümünün  müxtəlif  vaxtlarında  maksimum  bio-

kütləyə  çatır.  Aqrosenozlarda  isə  bitkilərin  böyüməsi  eyni  vaxtda  olur  və 

inkişaf mərhələlərinin ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır. 

Təbii  ekosistemlərdə  bitkilərin  inkişafının  müxtəlif  vaxtlarda,  aqro-

senozlarda isə eyni vaxtda baş verməsi məhsulverma prosesi ritminin müx-

təlif olmasına gətirib çıxarır. 

4.Təbii  və  aqroekosistemlərin  nıühüm  fərqi  ekosistemlərin  daxilində 

maddələr mübadiləsinin kompensasiya (əvəz) olunma dərəcəsi hesabolunur. 

Təbii  ekosistemlərdə  maddələr  dövranı  (kimyəvi  elementlər)qapalı  tsikllə, 

yaxud  kompensasiya  olunma  ilə  baş  verir:  maddələrin  müəyyən  dövrdə 

tsiklə daxil olması orta hesabla tsikldən xaric olanmaddələrin miqdarına bə-

rabər olur, bu səbəbdən də tsikl daxilində hərbloka daxil olan maddə, təxmi- 

nən oradan çıxan maddəyə bərabər olur. 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə