M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə34/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   229

75 

 

Antropogen  təsir  ekosistemdə  maddələr  dövranını  pozur.  Aqrose-



nozlarda maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür. 

5.  Təbii  ekosistemlər  «avtotənzimləyici»  sistemdir,  aqrosenozlar  isə 

insan  tərəfindən  idarə  olunur.  Məqsədinə  çatmaq  üçün  insan  aqrosenozda 

təbii  faktorların  təsirini  dəyişir  və  ya  ona  nəzarət  edir,  bitkinin  böyümə  və 

inkişafına, xüsusilə qida məhsul vermə komponentlərə üstünlükverilir. Bu-

nunla  əlaqədar  əsas  vəzifə  minimal  enerji  və  maddə  sərf  etməklə  məhsul-

darlığın  yüksəlməsinə  şərait  tapmaq,  torpağın  münbitliyini  artırmaqdır.  Bu 

vəzifənin  həlli  aqrofıtosenozlar  tərəfındən  təbii  resurslardan  daha  tam 

istifadə  etmək  və  aqrosenozlarda  kimyəvi  elementlərin  kompensasiya  olu-

nan tskillərini yaratmaqdır. Resurslardan istifadə dolğunluğu şortun genetik 

xüsusiyyatləri,  vegetasiyanın  uzunluğu,  birgə  səpinlərdə  komponentlərin 

müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur. Buna görə M.S.Sokolov və b. 

(1994)  belə  nəticəyə  gəlir  ki,  aqrosistemlərin  vəziyyətinə  ən  ciddi  nəzarət 

daha  çox  enerji  sərfı  tələb  olunan  qapalı  sahədə  yerinə  yetirilə  bilər.  Bu 

qrupa  yarımaçıq  sistemlər  aiddir,  burada  xarici  mühitlə  (istixana,  heyvan-

darlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral 

və üzvi maddələrin dövranı tənzimlənir və yüksək dərəcəda nəzarət olunur. 

Bu  idarəolunan  aqroekosistemlərdir.  Qalan  digər  aqroekosistemlər  -  açıq 

sistemlərdir. İnsan tərəfindən effektiv nəzarət nə qədər çox olarsa, onlar bir 

o qədər sadə olar. 

Yarımaçıq və açıq sistemlərda insanın sayi orqanizmlərin böyüməsinə 

optimum şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur. 

Buradan aşağıdaki praktiki məsələlər meydana gəlir: 

-birincisi, mümkün qədər arzu olunmayan növləri tam kanarlaşdırmaq; 

-ikincisi,  yüksək  potensial  məhsuldarlığa  malik  olan  genetik  tiplərin 

seçilməsi; 

-bütövlükdə  qurumuş  bitkilər  və  ölmüş  fıtofaqlarla  birlikdə  əvvəl 

udulmuş enerjinin ölü üzvi maddələrin tərkibinda saxlanır, ondan bir qədər 

çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kanar edilir. 

Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə 

zəruri  olan  qida  və  bir  çox  texniki  resursları  əldə  edir.  Qeyd  edildiyi  kimi, 

sayca  artan  bəşəriyyətin  qida  (ərzaq)  ilə  təmin  edilməsi  problemi  -başlıca 

olaraq  aqroekosistemin  (kənd  təsərrüfatının)  məhsuldarlığını  yüksəltmək 

problemi hesab olunur. 

Ekoloji  sistemlərin  insanın  təsiri  ilə  əlaqədar  dağılması  və  ya  çirk-

lənməsi  bilavasitə  enerji  axınının  maddələrə  daxil  olmasının  kəsilməsinə 

(dayanmasına),  deməli,  ekosistemin  məhsuldarlığının  aşağı  düşməsinə  sə-

bəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə - aqroekosistemin 

məhsuldarlığının aşağı düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olun-



76 

 

duqdan  sonra  ikinci  mühüm  vəzifənin  -  məhsuldarlığın  artırılması  vəzi-



fəsinin həlli mümkün ola bilər. 

XX  əsrin  90-cı  illərində  şumlanan  torpaqların  ilk  illik  məhsuldarlığı 

planetimizdə 8,7 mld. ton, enerji ehtiyatı isə 14,7-10

16

 kC təşkil etmişdir. 



Aqrosenozlarda  tez-tez  ayrı-ayrı  növlərin  hədsiz  çoxalması  baş  verir. 

Bu  hadisəni  Ç.Elton  «ekoloji  partlayış»  adlandırır.  Tarixən  belə  «ekoloji 

partlayişlar»  müşahidə  olunmuşdur.  XIX  əsrdə  fitoftor  göbaləyi  Fransada 

bütün kartof sahəbrini məhv etmiş və açlığa səbəb olmuşdur. Kolorado bö-

cəyi  Amerikada  Atlantik  okeanına  qədər  yayılmış,  XX  əsrin  başlangıcında 

Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın  Avropa hissəsinə keçmişdir. 

Müharibənin  sonraki  ağır  illərinda  bu  böcək  Rusiyanın  bütün  tarlalarını 

«boşaltmışdır».  Bu  hadisənin  qarşısnıı  almaq  üçün  zərərvericilərin  sayını 

suni yolla nizamlamaq tələb olunur. Lakin kənd təsərrüfatı praktikasında bu 

yol  bəzən  yaxşı  nəticə  vermir.  Odur  ki,  insanı  əhatə  edən  təbiətin  sadələş-

dirilməsi  ekoloji  baxımdan  təhlükəlidir.  Bunu  nəzərə  alaraq  bütün  təbii 

landşaftları  aqrotəsərrüfat  landşaftına  çevirmək  olmaz,  onun  müxtəlifliyini 

qorumaq üçün toxunulmayan qoruq sahəları saxlanılmalıdır. Bu sahəlar təbii 

qruplaşmalarm suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır. 

 

2.1.6. Aqroekosistemlərdə maddələr mübadiləsi və enerji axını  

Kənd  təsərrüfatı  bitkilərinin  yüksək  məhsuldar  qarışıq  əkinlərinin 

(səpinərinin)  yaradılması  aqroekosistemlərdə  məhsuldarlığın  effektliyinin 

yüksəldilməsinin  ən  təsirli  və  real  (düzgün)  yolu  hesab  edilməlidir.  Aqro-

ekosistemlərdə  qarışıq  və  birgə  səpinəri  mexaniklaşdirmək  işlərini  yüksək 

səviyyədə  təşkil  etməklə  aparmaq  olar.  Kənd  təsərrüfatı  bitkilərinin  səpini 

bir-birini əvəz edən zolaqlarla və ya cərgələrlə aparılır. Mülayim iqlimə ma-

lik  olan  rayonlarda  bitkilərin  müxtəlif  kombinasiyasından  istifadə  olunur: 

noxud və vələmir soya ilə və ya qarğıdalı ilə; soya vələmir və qarğıdalı ilə; 

soya və lobya (maş) qarğıdalı ilə; soya buğda ilə; noxud günabaxanla; raps 

qarğıdalı ilə. Taxıl və paxlalıların optimal seçimində səpinərin məhsuldarlığı 

və zülalın çıxımı yüksəlir.                                                                                             

Zülalın  artımı  yalnız  paxlalıların  dəninin  hesabına  deyil,  həm  da 

paxlalı  bitkilərin  fıksə  etdiyi  azotdan  istifadə  edən  taxıl  bitkisinin  dənində 

olan zülalın hesabına formalaşır. İqlim zonalarından asılı olaraq ekosistemin 

enerji  (energetik)  balansı  dəyişir.  Planetin  müxtəlif  təbii  zonalarının  enerji 

xüsusiyyatləri 5 əsas (qlobal) aqroekosistem tipini ayırmağa imkan verir. 

1.  Tropik  tip  -  fasiləsiz  vegetasiya  üçün  şərait  yaradan  yüksək  istilik 

təminatı  ilə  səciyyələnir.  Burada  əkinçilik,  əsasən,  çoxillik  bitkilərin  üs-

tünlük  təşkil  etdiyi  (ananas,  banan,  kakao,  kofe,  çoxillik  pambıq  və  s.) 

aqroekosistemlərin  fəaliyyətinə  əsaslanır.  Birillik  bitkilərdən  ildə  bir  neçə 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə