M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə37/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   229

81 

 

ərazilər  təxminən  belədir  (%):  Şimali  Amerikada  –  37,5;  MDB-də  -  33,6; 



Avstraliya  və  Okeaniyada  –  27,8;  Afrikada  –  27,5;  Cənubi  Amerikada  – 

20,8‖ Asiyada – 18,6; Avropada – 2,8,  yalnız Antarktida antropogen təsir-

dən  zərər  çəkməyib.  Lapin.  V.  L.  və  başqa  (1996)  qeyd  edir  ki,  təsərrüfat 

fəaliyyətindən  yaranan  ekoloji  ziyanın  dərəcəsi  aydın  görünən  regional 

xarakter daşıyır.  

 

2.2.2. Ətraf mühitin çirklənməsi 



Çirklənmə.  Texnogeniz  təsirin  inteqral  göstəricisi  təbii  ətraf  mühitin 

çirklənməsidir.  Dar  mənada  çirklənmə  hər  hansı  mühitə  yeni,  onun  üçün 

xarakterik olmayan fiziki, kimyəvi və bioloji agentlərin gətirilməsi və ya bu 

agentlərin orta çoxillik təbii miqdarının  yüksəldilməsidir. Məsələn, ―Təbiət 

mühafizəsinin lüğətində‖ (1995) belə təyinat verilir: çirklənmə - öz yerində 

olmayan,  öz  vaxtında  və  öz  miqdarında  (təbiət  üçün  təbii  olan)  olmayan, 

təbii  sistemi  tarazlıqdan  çıxaran,  adət  müşahidə  olunan  normadan 

fərqləndirən  hər  şeydir.  Çirklənmə  istənilən  agentdən  baş  verə  bilər. 

çirklənmə antropogen təsirlərdən baş verə bilər. 

Ekoloji  nöqteyi-nəzərdən  çirklənmə  təkcə  yad  komponentlərin 

gətirilməsi  deyil.  İstənilən  halda  çirklənmə  obyekti  biosferin  elementar 

struktur  vahidi  –  biogeosenoz  olur,  yadcinsli  maddələrin  olması  ekoloji 

faktorların  təkamüldə  formalaşmış  rejimini  dəyişir.  Bu  da  mübadilə  - 

məhsul proseslərinin pozulmasına uyğun olaraq, bütövlükdə biogeosenozun 

məhsuldarlığının  düşməsinə  səbəb  olur.  Çirklənmə  ekoloji  sistemlərin 

deqradasiyasına gətirən ―maneələr‖ kompleksidir.  

Q.V.Stadnitski  və  A.L.Radionovun  fikrincə  ekoloji  nəzərdən  çirklən-

dirici təsirlər daha adekvat əks olunur: istənilən ekoloji sistemin canlı kom-

ponentin  struktur  dəyişkənliyinə,  maddələr  dövranını  qırır  (arası  kəsilir), 

onların  assimilyasiyasını  enerji  axınını  dayandırır,  nəticədə  verilən  ekosis-

temin məhsuldarlığını azaldır və ya ekosistemi dağıdır. 

Əlbəttə ―çirklənmə‖ termininin Ağ  evin  (ABŞ,  1965) komissiyasının 

məruzəsinin  geniş  mənası  verilib.  ―Ətraf  mühitin  keyfiyyətini  bərpa  etmək 

üçün‖:  çirklənmə  ətraf  mühitin  əlverişsiz  dəyişkənliyidir,  hansı  ki,  bütöv-

lükdə və ya qismən insan fəaliyyətinin nəticəsidir; birbaşa və ya dolayısı ilə 

ötürülən  enerjinin  paylanmasını  dəyişir,  radiasiyanın  səviyyəsini,  ətraf 

mühitin fiziki-kimyəvi xassələrini və canlıların yaşama şəraitini dəyişir. Bu 

dəyişikliklər insana birbaşa və ya dolayısı ilə kənd təsərrüfatı resurslarından 

təsir edə bilən, sudan və ya digər bioloji məhsullardan keçə bilər. Əşyaların 

 fiziki xassələrini pisləşdirməklə də insana təsir edə bilərlər. 

Öz  fəaliyyətinə  görə  çirklənmə  arzuolunmaz  maddələr,  (itkisidir) 

enerji,  əmək  və  vəsait  itkisidir,  hansı  ki,  xammal  və  materialların  alınma-




82 

 

sında  istifadə  olunur,  geriyə  dönməyən  tullantıların  artmasına,  biosferdə 



paylanmasına  səbəb  olur.  Çirklənmə  ekoloji  sistemlərin  dönməyən  dağıl-

masına  səbəb  olur,  mühitin  qlobal  fiziki-kimyəvi  parametrlərinə  təsir  edir; 

çirklənmə nəticəsində məhsuldar torpaqların itkisi baş verir. Ekoloji sistem-

lərin  məhsuldarlığı  aşağı  düşür  və  bütövlükdə  biosferin  çirklənməsinin  in-

sanların  fiziki  və  mənəvi  vəziyyəti  birbaşa  və  ya  dolayısı  ilə  pisləşir.  Bey-

nəlxalq konvensiyanın materiallarında (1991) istehsal və obyektlərin aşağı-

dakı növləri ekoloji təhlükəli hesab olunur. 

Atom sənayesi; energetika (atom, hidroqrafik və istilik elektrik stansi-

yaları, iri yanacaq yandırma qurğuları); qara və əlvan metallurgiya (dönmə-

yə  marten  peşələrinin  qurulması,  əlvan  və  qara  metalların  təşkili,  maşın-

qayırma və metal emalı müəssisələri); neft-kimya, neft və qaz emalı; kimya 

sənayesi  (kimyəvi  kombinatlar,  asbest  istehsalı,  şüşə,  mineral  gübrələr, 

pestisidlər və  b.); faydalı qazıntı  yataqları (neft və  qaz daxil  olmaqla);  neft 

və  qazın,  onların  emalı  məhsullarının  daşınması;  sellüloza,  kağız,  karton 

istehsalı;  toksiki  və  zəhərli  tullantıların  daşınması;  döyüş  ehtiyatlarının, 

partlayıcı maddələrin və raket yanacaqlarının istehsalı, saxlanması və məhv 

edilməsi,  neft,  neft-kimyəvi,  kimyəvi,  kimyəvi  məhsulların,  pestisidlərin 

saxlanası  üçün iri  anbarlar;  yol  salınması  (avtostrad) dəmir  yol  trasları,  en-

mə zolağı 2000 m-dən çox olan aeroportlar; kənd təsərrüfatı obyektləri (hey-

vandarlıq kompleksləri, quşçuluq fabrikləri, meliorasiya sistemləri); səthi və 

yeraltı  suların  iri su bəndləri; iri platinlər və su  anbarları, böyük sahələrdə 

meşələrin  qırılması;  yüngül  sənaye  (təmizləmə  fabrikləri,  yunların  ağardıl-

ması,  dəri  zavodları,  boyayıcı  fabriklər).  Göstərilən  daimi  mənbələrdən 

başqa təbii ətraf mühiti böyük şəhərlərdə avtotransport, onlardan çıxan qaz 

tullantıları böyük miqdarda çirklənmə mənbələridir.  

Çirkləndirici faktorların təsnifatı. Çirkləndirici faktorlar fiziki-kimyəvi 

parametrlərinə  görə  mexaniki,  fiziki  (energetik),  kimyəvi  və  bioloji  olurlar 

(bölünürlər). Çirklənmənin mexaniki mənbəyi atmosferdə inert kül hissəcik-

ləridir,  bərk  hissəciklər  suda  və  torpaqda  müxtəlif  cisimlər  çirklənmənin 

kimyəvi  mənbəyi  qaz  formalı,  maye  və  bərk  kimyəvi  elementlər  və  birləş-

mələrdir. Atmosferə düşən və təbii ətraf mühitin komponentləri ilə qarşılıqlı 

təsirdə olan, çirklənmənin fiziki (energetik) mənbəyi istilik, səs-küy, vibra-

siyalar, ultrasəs, görünən infraqırmızı və ultrabənövşəyi işıq enerjisi spektr-

ləri, elektromaqnit sahələri, ionlaşdırıcı şüalar.  

Bioloji çirklənmələr müxtəlif növ orqanizmlərlə bağlıdır, (insanın işti-

rakı ilə yaranan, onun özünə və canlı təbiətə ziyan vuran) son vaxtlar təbii 

landşaftların  və  peyzajların  urbanizasiyasının  pozulması  da  çirklənməyə 

daxil olub. 




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə