M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə29/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   229

64 

 

insana  lazım  olan  zülalların,  vitaminlərin,  mineral  maddələrin  və  digər  la-



zımi  inqridientlərin  olması,  eləcə  də  arzu  olunmaz  komponentlərin  olma-

ması və ya azaldılması – birinci dərəcəli funksional vəzifələrdir (cədvəl 2.1). 

   

Cədvəl 2.1 

1998-ci ildə kənd təsərrüfatı məhsullarının bəzi növlərinin dünya istehsalı 

 

Məhsul 

İstehsalın рəcmi 

Mln.ton 

1990-a görə %-lə 

Dənli  və  dənli-paxlalı  bitkilər,  o 

cümlədən: 

Buğda,  


günəbaxan,   

 kartof  

şəkərçuğunduru   

meyvə,  giləmeyvə, sitrus, üzüm  

tərəvəz, bostan  

kəsilmiş ət  

süd                                                                            

 

585 



25 

295 


258 

419 


566 

213 


466 

 

98,6 



110,9 

110,8 


83,5 

119,0 


123,0 

122,4 


96,6 

 

Onların  həllı  həm  bərpa  olunan,  həm  də  bərpa  olunmayan  təbii  ehti-



yatlardan  istifadə  ilə  bağlıdır  ki,  bu  da  müəyyən  dərəcədə  ekoloji  prob-

lemlərin kəskinləşməsinə səbəb olur.  

XIX  əsrin  sonu  və  XX  əsrin  birinci  yarısında  planetin  məhsuldar 

sahəsinin aktiv məskunlaşması və mənimsənilməsi qeyd olunur. Antropogen 

təsirlərdən hələ ki, nisbətən azad olan sahələr – mənimsənilməsi kifayət qə-

dər çətin olan, çoxlu xərc tələb edən, eləcə də biosferin stabilliyini saxlamaq 

üçün çox mühüm ekoloji funksiya rolu oynayan, məsələn: tropik meşələrdir.   

XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan 

gəlir  və  onları  yedizdirmək,  geyindirmək  və  evlə  təmin  etmək  lazımdır. 

2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25 

il  ərzində bu qədər adamı  yedizdirmək üçün,  əkinçilik  yaranan vaxtdan in-

diki günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miq-

darından da artıq ərzaq tələb olunur. 

Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir 

çox  mürəkkəb  və  qarşılıqlı  əlaqəli  problem  sayılır.  Digər  mühüm  problem 

isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər 

və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsə-

lədir. Bu elə  aparılmalıdır ki,  istehsal və  ərzaq məhsullarının bölünməsinin 

ətraf mühitə zərərli təsiri minimuma endiril-sin. 



65 

 

Məlum  olduğu  kimi,  torpaq  kənd  təsərrüfatı  bitkilərindən  məhsul 



almağın  əsası  kimi  başlıca  zəruri  sərvət  olub  mövcudluğumuz  ondan  ası-

lıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas 

mənbəyidir.  Dəniz  və  suni  istehsal  sahələri  (hidroponika,  istixanalar)  qida 

məhsulünün əldə edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-

40 min. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldə edir. 

Quruda  hazırda  80  min  qida  bitkisi  növü  mövcuddur,  bəşəriyyət  isə 

əsasən  cəmi  30  kənd  təsərrüfatı  bitkisi  ilə  qidalanır.  Buğda,  düyü  (çəltik), 

qarğıdalı,  kartof  əsas  bitki  sayılıb,  daha  yüksək  məhsuldarlığı  ilə  seçilir. 

FAO-nun  məlumatına  görə  Avrasiya,  Avstraliya,  Afrika  və  Amerikanın 

torpaqlarından hər il 300 min. tona yaxın buğda, bir o qədər də düyü, 250 

min.  ton  qarğıdalı,  200  min.  ton  arpa,  vələmir,  çovdar,  100  min.  ton  kalış 

(sorqo), darı, 300 min. ton kartof, 100 min. ton meyvə, 60 min. ton paxla-

lılar, 30 min. ton  pomidor və soğan, 60 min. ton təmiz səkər, 20 min. ton 

bitki yağı, 100 min. ton ət, 400 min. ton süd alınır. 

Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən 

bitkilər və heyvanlar 100 min. əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd 

təsərrüfatı  inkişaf  etdikcə  torpaqlarm  10%-i  insan  tərəfındən  şumlanmış, 

gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu tor paqlar 5 milyard 

insanın yaşamasını təmin edirdi. 

Oturaq  kənd  təsərrüfatı  yarandıqdan  sonra  neolitin  başlangıcında 

(b.e.ə.  1-8  minilliklərdə)  insanın  biosferə  təsiri  köçəri  təsərrüfata  nisbə-tən 

bir neçə qat  yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali surətlə artır. 

Bitkilərin  becərilməsi  üçün  torpağın  hazırlanması  üsulları  və  mal-qaranm 

saxlanma  texnologiyası  təkmilləşdirilir.  Ötən  dövr  ərzində  baş  verimş  də-

yişikliklər  ikinci  texniki  inqilab  adlanır.  Kənd  təsərrüfatının  inkişafı  çox 

vaxt  geniş  ərazilərdə  ilkin  bitki  örtüyünün  tamamilə  məhv  edilməsi  ilə 

müşahidə olunurdu. Qida üçün faydalı olan bitki növləri olan kiçik sahələr 

insanlar  tərəfindən  saxlanılır  və  bu  növlər  tədricən  mədəniləşdirilir  və 

onların daimi yerdə becərilməsi təşkil olunur. 

Kənd  təsərrufatının  genişlənməsi  yerüstü  təbii  ekosistemlərə  böyük, 

çox vaxt isə faciəli təsir göstərir. Geniş ərazilərdə meşələrin məhv edilməsi, 

mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən 

formalaşmış  ekosistemlərin  birdəfəlik  dağılmasına  səbəb  olmuşdur.  Təbii 

biosenozlarm,  ekosistemlərin,  landşaftlarm  yerində  aqrosferlar,  aqroekosis-

temlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. 

Aqrosfer  -  insanın  kənd  təsərrüfatı  fəaliyyəti  ilə  yer  ərazisində  dəyi-

şilmiş bütün sahələrin məcmusunu əks etdirən qlobal sistemdir. 

Aqroekosistemlər - kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərə- 




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə