M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə27/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   229

59 

 

 çox su iştirak edir.  



Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə 

əsas  rol  oynayır.  Suyun  bitkilər  tərəfindən  transpirasiyası  və  onun  biogeo-

kimyəvi  tsikldə  udulması  nəzərə  alındıqda  Yerdə  su  ehtiyatının  hamısı  2 

milyon ilə bölünür və parçalanır.  



Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı böyük dövrandan 

fərqli  olaraq  yalnız  biosfer  daxilində  tamamlanır.  Bu  dövranın  mahiyyəti 

fotosintez  nəticəsində  qeyri-üzvi  maddədən  üzvi  maddənin  yaranması  və 

parçalanma  zamanı  üzvi  maddələrin  yenidən  qeyri-üzvi  maddələrə  çevril-

məsindən ibarətdir.  

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın  

yaradıcısıdır.  Canlı  maddə  dəyişərək,  yaranaraq  və  ölərək  planetimizdə 

həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir.  

Bir sıra ekosistemlərdə maddə və enrji mübadiləsi əsasən trofik zəncir 

vasitəsilə  yerinə  yetirilir.  Belə  dövran  adətən  bioloji  dövran  adlanır.  O, 

dəfələrlə trofik zəncirdə istifadə olunan maddələrin qapalı tsikli sayılır. Ki-

çik dövran su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda 

yer  ala  bilər,  ―yağışlı‖  tropik  meşələr  istisna  olmaqla  yer  ekosistemlərində 

kiçik  dövran  olmur.  Belə  ki,  kök  sistemi  səthə  yaxın  yerləşən  tropik 

meşələrdə  qida  maddələrinin  ötürülməsi  ―bitkidən-bitkiyə‖  təmin  oluna 

bilər, lakin bütün biosfer miqyasında belə dövran mümükün deyil. 

    

1.9.4.  Biosferə  antropogen  təsirlərin  güclü  geoloji  və  geokimyəvi 

faktor olması konsepsiyası 

V.İ.Vernadskinin  dövründə  biosferə  antropogen  təsirlər  indiki  qədər 

deyildi, lakin o, uzaqgörənliklə ―insan və biosfer‖ problemini irəli çəkib za-

manı qabaqlamışdır. Məsələn, keçmiş geoloji dövrlərdə biosferin üzvi mad-

dəsi  olan  kaustobiolitlərin,  yəni  qazıntı  yanacağının  çıxarılıb  yandırılması 

nəticəsində  atmosferə  çoxlu  karbon  qazı  buraxılır.  Tropik  meşələrin  tələf 

edilməsi və geniş sahələrdə torpaqların şumlanması da karbon qazının miq-

darını artırır. Bunların nəticəsidir ki, hər 10 ildən bir onun miqdarı 3%  artır. 

Belə  getsə  atmosferdə  karbon  qazının  miqdarı  insanın  dözümlülük  həddini 

aşar.  


Əkin sahələrinə həddindən çox gübrə verilməsi nəticəsində şirin sular-

da, dəniz və okeanların  sahil sularında  evtroflaşma baş verir. Mineral  güb-

rələrin tərkibində olan civə ətraf mühiti çirkləndirən zəhər təsirli maddədir. 

Litosferdən  çıxarılıb  ətraf  mühitə  düşən  xrom,  kadmium  və  bu  kimi  ağır 

metal birləşmələri də  ekosistemlərə zəhərləyici təsir göstərir. Ətraf mühitin 

radioaktiv çirklənməsini də bu deyilənlərə əlavə etsək,  ―insan  və  biosfer‖ 




60 

 

 probleminin nə qədər çətinləşməsi daha qabarıq görünər.  



1.9.5. Biokos sistem konsepsiyası.  

Vernadskini  elmə  daxil etdiyi  biokos sistem konsepsiyasının  əhəmiy-

yəti  getdikcə  çoxalır.  Ekosistemin  həyatını  riyazi  modelləşdirəndə  bir 

tərəfdən  bioloji  göstəricilər,  digər  tərəfdən  hidroloji,  fiziki-kimyəvi,  hava-

iqlim  şəraiti  eyni  əhəmiyyətli  faktorlar  kimi  birləşdirilir.  Belə  modellər 

Dokuçayevin  irəli  sürdüyü  və  Vernadskinin  inkişaf  etdirdiyi  vahid  biokos 

sistem  konsepsiyasını,  yəni  ekosistemdə  canlı  və  cansızların  vəhdətdə 

olmasını  isbat  edir.  Vernadski  biokos  sistem  anlayışına  torpağı,  suyu  və 

bütövlükdə biosferin qabığını daxil edir. Hazırda Vernadskinin davamçıları 

biokos  sistemə  Yerin  küləkdəyən  qabığını,  açıq  suları,  lilli  yerləri  və  su 

toplayan  sahələri  də  daxil  edirlər.  Sukaçevin  biogeosenoz  təlimi  biokos 

sistem konsepsiyasının inkişafıdır.     

     

1.9.6. Biosferi deqradasiyaya uğradan faktorlar  

Ehtimal olunur ki, ilk insana bənzər məxluqlar yaranana kimi təbiətdə 

mövcud olan canlı aləm biosferin sabitliyinə mənfi təsir göstərməmişdir. İn-

sanların  ən  qədim  əcdadlarının  qalıqları  Tanzaniyanın  Olduvan  vadisində 

tapılmışdır ki, onların yaşı 1,7 milyon ildir. İnsanların sayı artdıqca onların 

hegemonluğu və təbii tarazlığın pozulmasına təsirləri də artmışdır. Məsələn, 

Şimali Amerika preriləri  – nəhəng otlaqları 10 min il qabaq  yerli hindlilər 

meşələri  yandırmaqla  yaratmışlar.  İnsanın  biosferə  sarsıdıcı  zərbəsi  onun 

kənd  təsərrüfatı  ilə  məşğul  olmasından  başladı.  Haqlı  olaraq,  belə  hesab 

edirlər  ki,  kənd  təsərrüfatı  dəyişdirən  ilkin  faktordur.  Bu  baxımdan  Kux-

nixolts-Lordun  məşhur  reqressiv  qanununu  yada  salmaq  lazımdır:  sulva- 

saltus – aqer. Neolit dövründə Çinin ərazisinin 90%-ni meşələr təşkil edirdi, 

hazırda bu rəqəm 5%-ə enib. Dünya sivilizasiyasının beşiyi sayılan Fələstin, 

Şimali  Suriya,  Mesopotomiyadan  Şərqi  İrana  qədər  olan  sahələrdəki  boş 

sahələr  10  min  il  əvvəl  bütün  il  boyu  məhsul  verən  münbit  torpaqlar  imiş. 

Bununla  belə,  elmin,  texnikanın  və  mədəniyyətin  inkişafı  həmişə  aqrar 

sektorun ―çiyinlərində‖ durur, çünki heç bir texniki tərəqqi torpağın verdiyi 

nemətlərin hamısını icad edə bilmir və etməyəcək də.  

XIII  əsrin əvvəllərində  baş  verən bir çox elmi  kəşflər müasir istehsal 

sahələrinin  və  cəmiyyətin  inkişafı  üçün  əsas  təkan  hesab  olunur.  Texniki 

bitkilərin  becərilməsi  texnikanın  inkişafı  ilə  əlaqədar  olaraq  genişləndirilir. 

XIX  əsrin  ikinci  yarısında  sənaye  sahələri  daha  mürəkkəb  və  çoxcəhətli 

şəkildə  inkişaf  etmiş  və böyük  həcmdə  tullantılar  əmələ  gəlmişdir.  Müasir 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə