M ü n d ə r I c a t


 Qlobal ekosistem – Biosfer haqqında təlim



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə26/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   229

57 

 

1.9. Qlobal ekosistem – Biosfer haqqında təlim 

 

1.9.1.Biosfer  sözünü  ilk  dəfə  elmə  1875-ci  ildə  avstraliyalı  geoloq 

Eduard Zyuss daxil etmişdir 

Lakin o, biosferi Yerin digər sferlərindən – litosfer, hidrosfer, atmos-

fer – biri kimi əsaslandırmaqla kifayətlənib, özünün əsas ixtisaı olan tekto-

nika sahəsinə keçmişdir.  Biosferi yerin həyat olan sahəsi hesab edirlər. Bio 

– həyat, sfer – təbəqə. Əslində biosferin hüdudları daha genişdir. Akademik 

V.İ.Vernadski biosferə təkcə müasir canlıları və onların ətraf mühitini deyil, 

Yerin keçmiş dövrlərində orqanizmlərin təsirinə məruz qalmış hissələrini də 

daxil edir. Deməli paleontoloji qalıq kimi tapılan keçmiş orqanizmlərin ətraf 

mühiti  də  biosferə  daxildir.  Beləliklə,  biosfer  litosferin  çox  hissəsini, 

hidrosferin hər yerini və atmosferi əhatə edir.  

Biosfer  təliminin  banisi  olan  akademik  V.İ.Vernadskinin  xidmətləri 

çoxdur. Canlı maddə anlayışını elmə daxil etmişdir. Müasir dünyada və keç 

mişdə yaşayan bütün canlıların əmələ gətirdiyi biokütlə canlı maddə adlanır.  

Canlı maddə konsepsiyasına görə orqanizmlərin geokimyəvi rolunun hərtə-

rəfli etiraf edilməsi və tətbiq olunması müasir ekologiyada əsas bazisdir: 

 



Yerin  təkinin  dəyişdirilməsində  canlı  maddənin  qlobal  geoloji  və 

geokimyəvi rolunun göstərilməsi.  

 

Təbiətə, o cümlədən biosferin ayrı-ayrı komponentlərinə antropogen 



təsir haqqında ümumi konsepsiyanın  əsaslandırılması.  

 



Ətraf  mühitin  biokos  hissəsi  haqqında  geniş  konsepsiyanın  yaradıl-

ması.  

Vernadski  təliminin  əsas  mahiyyəti  budur  ki,  o,  biosferin  bütün 

hissələrini  qlobal  dialektik  bütövlükdə  və  dinamik  hərəkətdə  görməklə, 

müasir sistemli ekologiyanı xeyli qabaqlamışdır.  Vernadski müasir biosferə 

keçmiş  biosferlərdən  qalan  maddələri  daxil  etməklə,  indiki  həyatın  qlobal 

qanunauyğunluqlarının tarixi mənşəyini açmağa imkan yaratmışdır.  

 

1.9.2. Canlı maddənin qlobal rolu  

Vernadski canlı maddəni yer kürəsinin ən güclü geokimyəvi maddəsi 

hesab edir. O, canlı maddənin aşağıdakı əsas biogeokimyəvi funksiyalarını 

göstərir:   

● Canlı maddənin qaz funksiyası – planetdə atmosferin tərkibinin can-

lı maddə vasitəsilə formalaşdırılması. Canlı maddənin fəaliyyəti nəticəsində 

atmosferdə sərbəst oksigenin miqdarı artmış, karbon qazı isə azalmışdır. 

●  Canlı  maddənin  yüksək  konsentrasiya  yaratmaq  xassəsi.  Orqaniz-

min  toxumasında  bəzi  kimyəvi  elementlər  toplanıb  yüksək  konsentrasiya 

əmələ gətirir. Məsələn, kömürün tərkibində karbohidrat Yer səthinə nisbətən 



58 

 

min dəfələrlə çoxdur. Canlı maddənin bu tipli yüksək konsentrasiyalı funk-



siyası müasir litosferin yuxarı təbəqəsindəki kalsium, yod, dəmir, marqans, 

kükürd,  fosfor  və  s.  elementlərin  geoloji  tarixində  və  yayılmasında  özünü 

göstərir.  

●  Canlı  madənin  oksidləşdirici-bərpaedici  funksiyası.  Oksidləşmə  və 

bərpa  olunma  reaksiyalarına  məruz  qalmış  bir  sıra  elementlərin  tarixində 

canlı  maddənin  mühüm  rolu  olubdur:  dəmir,  kükürd,  marqans,  azot,  mis, 

selen, uran, kobalt, molibden və s. element birləşmələri. 

 

●  Canlı  maddənin  biokimyəvi  rolu.  Orqanizmlərin  böyüməsi,  çoxal-

ması və sahədə  yerləşməsi onların biokimyası ilə bağlıdır. Canlı maddənin 

biokimyası  geoloji  əhəmiyyətə  malik  olub,  onun  tarixi  yayılmasını  tənzim 

edən mexanizmlərə daxildir. 

 

●  Canlı  maddənin  biogeokimyəvi  fəaliyyəti.  Vernadski  faktik  olaraq 

ilk  dəfə  Yerin  təkinə  insanın  kompleks  təsiri  konsepsiyasını  əsaslandırmış-

dır. Yalnız son vaxtlar bu hadisə ətraf mühitə antropogen təsir adlandırılır. 

Vernadski  bəşəriyyətin  geokimyəvi  fəaliyyətini,  yəni  onun  biosferə  təsirini 

canlı  maddənin  funksiyalarından  biri  kimi  göstərir.  Amma  Vernadski  heç 

vaxt  insanı  biosferə  qarşı  qoymurdu.  Bu  aydın  göstərir  ki,  insanla  ətraf 

mühit  arasındakı  antoqonizm  son  bir  neçə  10  illər  ərzində  əsassız  çoxal-

mışdır.  

 

 1.9.3. Biosferdə maddələr dövranı 

Maddələr  dövranı  böyük  (geoloji)  və  kiçik  (biogeokimyəvi)  olmaqla 

iki  qrupa  bölünür.  Maddələrin  böyük  dövranı  Günəş  enerjisi  ilə  Yerin  də-

rinlik enerjisisnin  qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin 

qatlarında  maddələrin  paylanması  ilə  yerinə  yetirilir.  Maqmatik  suxurların 

aşınması  nəticəsində  əmələ  gələn  çökmə  suxurları  yer  qabığının  hərəkətdə 

olan  zonasında  yenidən  yüksək  temperatur  və  təzyiq  zonasına  daxil  olur. 

Onlar orada əriyərək maqmanı – maqmatik suxurların yeni mənbəyini əmələ 

gətirirlər.  Bu  suxurlar  yerin  səthinə  çıxdıqda  aşınma  proseslərinin  təsirilə 

onlar təzədən çöküntü suxurlara trasformasiya olunurlar. Maddələr mübadi-

ləsinin  simvolu  dairə  deyil  spiraldır.  Bu  yeni  mübadilə  tsiklinin  köhnədə 

olduğu kimi təkrarlanmasını deyil, onun yenilik gətirdiyini göstərir və vaxtı 

gəldikdə böyük dəyişikliyə səbəb olur.  

Quru  ilə  okean  arasında  atmosfer  vasitəsilə  suyun  dövranı  da  böyük 

dövran adlanır. Dünya Okeanı səthindən buxarlanan su quruya aparılır, ora-

da yağıntı şəklində düşərək, səth və yeraltı axınlar halında  yenidən okeana 

qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən su-

yun buxarlanması–su buxarının kondensasiyası – həmin okeanın səthinə ya-

ğıntıların düşməsi. İl ərzində   Yerdə suyun dövranında  500 min  km

3

–dən 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə