M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə24/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   229

53 

 

ilk  məhsuldarlıq  adlanır.  Praktikada  tənəffüs  tezliyi  və  təmiz  ilk  məhsul-



darlıq  ayrı-ayrılıqda  öyrənilir.  Sonra  onları  birləşdirib  ümumi  ilk  məhsul-

darlıq  hesablanır.  Nəticəsi  q/m

2

.sutka;  kq/m



2

.il;  ton/ha.il  və  s.  hesabı  ilə 

göstərilir.  İkinci  məhsuldarlıq  –  üzvi  maddələrin  konsumentlərdə  toplan-

ması sürətidir. Bitkilərdə ümumi ilk məhsulun yaranması prosesi heyvanlar-

da assimilyasiya adlanır. Ekosistemin ikinci məhsulu onun ilk məhsulundan 

həmişə  az  olur.  Ona  görə  ki,  enerji  bir  qənimət  səviyyəsindən  digərinə 

keçdikdə  termodinamikanın  ikinci  qanununa  əsasən  istiliyə  çevrilib  ətrafa 

yayılır, yəni sistemdən çıxır.  

Məhsuldarlığın biokütləyə nisbəti mühüm ekoloji göstəricidir. Təsər 

rüfat  sahələrində  bu  göstərici  yüksək  olur.  Lakin  buna  səbəb  ekosistemin 

cavanlığı, böyüməkdə olması və kənardan enerji almasıdır. Təsərrüfat sahə-

lərində torpağın  vaxtaşırı işlənməsi,  ona  gübrə verilməsi,  xəstəliklərinə,  zi-

yanvericilərinə və alaq otlarına qarşı mübarizə aparılması hesabına biokütlə 

çoxalır. Belə ekosistemlər ona edilən qulluqdan asılı olaraq heç vaxt sabitlik 

mexanizmi qazana bilmir.  

İnkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatının  yüksək  məhsuldarlığı 

böyük enerji ehtiyatları və seleksiya işləri  hesabına saxlanılır. Enerjinin bu 

köməkçi  axını  enerji  subsidiyası  adlanır.  Əgər  XIX  əsrdə  dünya  ölkələri 

inkişaf etmiş ölkələrə bölünürdüsə, XX əsrdə yeni situasiya yarandı, ölkə nə 

qədər inkişaf etmiş hesab olunursa, onun kənd təsərrüfatı məhsuldarlığı bir o 

qədər  yüksək  olmalıdır.  Məhz  inkişaf  etmiş  ölkələr  kənd  təsərrüfatında 

münasib enerji subsidiyalarını  özünə rəva görə bilər.  

Enerji  və  materiya  davranışında  prinsipial  fərqlər  var.  Materiya  sis-

temdə sirkulyasiya edir;  canlının tərkibində olan elementlər və maddələr öz 

tsikllərinə  və  dövranına  malikdir.  Ekosistemin  istifadə  etdiyi  enerji  istiliyə 

çevrilir və sistem üçün sərf olunur.  

 

1.7.4.  Qida zəncirləri və qida şəbəkələri  

 Maddə  və  enerjinin  onun  mənbəyindən  –  yaşıl  bitkilərdən  –  bir  sıra 

orqanizmlərdən  keçərək  bir  istehlakçı  həlqəsindən  digərinə  daşınması  qida 

və  ya  trofik  zəncir  adlanır.  Trofik  zəncirin  həlqələrinin  rasional  davranışı 

qidanın tapılmasının effektliyi ilə deyil, mötədilliyi (orta qiyməti) ilə təyin 

olunur. Buna görə də ekosistemdə yalnız o növlər qalır ki, onlar öz bioloji 

funksiyalarını – yaşayır və başqalarına yaşamağa imkan verir – yaxşı yerinə 

yetirir. Trofik zəncir fotosintez orqanizmlərilə başlayırsa, o otluq zənciri və 

ya  istehlak  zənciri  adlanır.  Ölmüş  qalıqlar  ilə  başlayan  zəncir  isə  parça-

lanmanın  detrit  zənciri  adlanır.  Trofik  zəncirlər  biri  digərindən  izolyasiya 

olunmayıb,  əksinə  sıx  bağlıdırlar  və  ümumi  trofik  zəncir  yaradırlar.  Qida-




54 

 

lanmanın  trofik  zənciri  termodinamikanın  ikinci  qanununa  əsaslanır.  Bu 



qanuna görə enerjinin bir hissəsi həmişə istilik enerjisi kimi ətrafa yayılır. 

Trofik  zəncirdə  bioloji  növ  kimi  insanın  əhəmiyyəti  aşağıdakılardan 

ibarətdir:  

 ●  insan  hər  şey  yeyir,  buna  görə  də  gah  bu,  gah  da  digər  trofik 

zəncirin  həlqələri  hesabına  yaşaya  bilir;  bu  onun  üzərindən  mötədillik 

yüyənini çıxarır;  

 ●  o  resursları  özünə  yaxınlaşdıra  bilər  (mədəni  bitkilər  və  ev  hey-

vanları) və ya onları bir yerdən başqa yerə daşıya bilər;  

 ●    insan  onun  tərəfindən  pozulmuş  trofik  zəncirdən  çıxıb,  başqasına 

gedə bilir. Bu insana azadlıq hissi verir, lakin bu azadlıq dərhal cavab təsirin 

dən və nəsillər qarşısındakı məsuliyyətdən azadlıqdır.  

Ekosistemin  trofik  strukturu  bir  sıra  paralel  və  çarpazlaşan  qida 

zəncirlərindən ibarətdir və qida və ya trofik şəbəkə adlanır.   

 

1.7.5Metabolizm və fərdlərin ölçüləri 

ida  zəncirində  dəyişməyən  enerji  axınında  daha  kiçik  orqanizmlər 

daha  yüksək  mübadilə  intensivliyinə  malikdirlər  –  daha  yüksək  xüsusi 



metabolizm  (1  kq  kütlə  hesabında  metabolizm),  nəinki  iri  orqanizmlər.  Bu 

zaman  xırda  orqanizmlər  nisbətən  az  biokütlə  yaradırlar,  nəinki  iri  orqa-

nizmlər. Belə ki, hazırda ekosistemdə olan bakteriyaların biokütləsi məmə-

lilərin  biokütləsindən  dəfələrlə  azdır.  Bu  qanunauyğunluq  Odum  qanunu 

adlanır.  Bu  qanun  xüsusi  diqqətə  layiqdir,  belə  ki,  təbiətin  antropogen 

pozulmasından orqanizmlərin xırdalanması baş verir, hansı ki, anında məh-

suldarlığın ümumi azalmasına və ekosistemdə nizamsızlığa  səbəb olur.   

Ekosistemin  trofik  zəncirini  ekoloji  piramidalar  kimi  təsəvvür  edirlər 

– çox vaxt buna Elton piramidası da deyilir. Piramida qaydasına görə qida 

zəncirinin  hər  sonrakı  həlqəsində  ümumi  biokütlə  azalır.  Piramidanın  üç 



əsas tipini müəyyənləşdiriblər:  say, biokütlə və enerji piramidaları.  

Fərdlərin xırdalanması zamanı sahə vahidindən biokütlə çıxımı gücün-

dədir,  məkanın  daha  sıx  məskunlaşması  yüksəlir.  Fillər  sahə  vahidindən  o 

qədər  biokütlə  və  məhsuldarlıq  vermir,  nəinki  çəyirtgələr.  Bu  xüsusi 



məhsuldarlıq qanunudur.   

Belə  ki,  kiçik  müəssisələr  və  fermalar  birlikdə  daha  böyük  həcmdə 

təsərrüfat məhsulları yaradırlar, nəinki irilər və daha nəhəglər.  

İri  fərdlərlə  təmsil  olunan  növlərin  itməsi  ekosistemin  strukturunu 

dəyişir.  Bu  zaman  bir  trofik  qrupun  orqanizmləri  bir-birinə  qarışırlar.  Yəni 

dırnaqlıları çöl və savannalarda gəmiricilər, bir çox  hallarda  isə  bitkiyeyən  




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə