M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə25/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   229

55 

 

həşaratlar əvəz edirlər. Bu  - ekoloji ikiləşmə (surətini çıxarma) prinsipidir.     



Trofik  zəncir üzrə  enerji daşınarkən enerji  itirilməsi  və  metabolizmin 

fərdlərin ölçüsü ilə bağlı olması kimi faktorlardan  asılı olması nəticəsində, 

hər bir ekosistem  müəyyən trofik struktura malikdir. Onu ekoloji piramida 

kimi təsəvvür etmək olar. Əgər qəbul etsək ki, canlının bədəninə onun qəbul 

etdiyi qidanın enerjisinin orta hesabla 10%-i daxil olur, onda 1 t bitki kütlə-

sindən 100 kq otyeyən heyvanın  kütləsi  yarana bilər, sonuncunun hesabına 

isə 10 kq yırtıcı kütləsi yarana bilər.  

 

1.8. Biogeosenologiya – biogeosenozların ekologiyası 



 

1.8.1.  Biogeosenoz    anlayışını  elmə  ilk  dəfə  1942-ci  ildə  akademik 

V.N.Sukaçev daxil etmişdir 

O, yazır ki, biogeosenoz Yer səthində müəyyən ərazidəki oxşar  təbii  

hadisələrin (atmosfer, dağ suxurları, torpaq, bitki, heyvan, mikroorqanizm  

və hidroloji şərait) cəmi olub, onun komponentləri daxili ziddiyyətli vəhdət  

təşkil  edən  qarşılıqlı  əlaqələrlə  öz  aralarında  və  ətraf  mühitlə  maddə  və 

enerji mübadiləsinin xüsusi tipinə əsasən birləşirlər, daimi hərəkət və inkişaf 

edirlər. Ekosistem konsepsiyası ilə paralel olaraq biogeosenoz konsepsiyası 

da inkişaf edir. Ekosistem və biogeosenoz – mahiyyətcə bir-birinə yaxındır, 

lakin sinonim deyil. Əgər ekosistem istənilən səviyyədə (həm quruda, həm 

də  suda)  maddələr  dövranını  təmin  edirsə,  biogeosenozda    yalnız  qurunun 

fitosenozlarla əhatə olunmuş konkret ərazilərində baş verir.   

Biogeosenozun  təyinatı  altına  ekosistem  düşmür,  belə  ki,  ona  bu 

təyinatın bəzi əlamətləri  (məsələn, ərazi məhdudiyyətləri) xarakterik deyil. 

Əksinə ekosistem bir neçə biogeosenozu əhatə edə bilər, başqa sözlə desək, 

―ekosistem‖  anlayışı  ―biogeosenoz‖  anlayışından  geniş  məvhumdur.  Belə-

liklə,  istənilən  biogeosenoz  ekoloji  sistemdir,  lakin  hər  ekosistem  biogeo-

senoz  hesab  oluna  bilməz.  Biogeosenozlar  dəqiq  sərhədləri  olan  yerüstü 

formalaşmalardır.  

Biogeosenozu  öyrənən    biogeosenologiya  elmi  Yer  səthinə  qonşuluq 

edən  biogeosenozlar  şəbəkəsi  kimi  baxır,  dağ  suxurları,  relyef,  torpağın 

xassəsi,  bitkilər,  heyvanlar,  mikroorqanizmlər,  eləcə  də  maddələrin  miqra-

siyası  ilə  onların  öz  aralarındakı  əlaqədən  asılı  olaraq,  landşaftın  konkret 

şəraitində onların funksiyalaşmasını öyrənir. Hər iki konsepsiya – ekosistem 

və biogeosenoz – biosenoz və onları əhatə edən qeyri-üzvi mühitin müxtəlif 

aspektlərdən  və  müxtəlif  nöqteyi-nəzərlərdən  funksional  əlaqələrinə  bax-

mağa imkan verərək, bir-birini tamamlayır və zənginləşdirir.  



 


56 

 

1.8.2Biogeosenozun strukturu 

Fitosenoz  biogeosenozun struktur elementlərinin və onun törəmələri-

nin məkanca yerləşməsinin struktur əsasıdır.  

Biogeosenozun bir neçə əsas əlamətini dərindən dərk etmək vacibdir.  

1.

 



Biogeosenozun Yer səthində müəyyən sahə (ərazi) ilə əlaqəsi, yəni 

onun bioxoroloji kateqoriyası. Yer kürəsinin biocoğrafi vilayətləri: 1– holar-

ktika  vilayəti,  2–neotropika  vilayəti,  3–efiopiya  vilayəti,  4–  indomalay 

vilayəti, 5–avstraliya vilayəti, 6– polineziya vilayəti, 7– antarktika vilayəti. 

Biocoğrafi vilayətlərin hər birini təkraredilməz ekosistemlər səciyyələndirir.  

2.

 



Biogeosenozun  tərkibinin  canlı  hissədən,  yəni  bitki,  heyvan  və 

mikroorqanizmlərdən,  cansızdan  (dağ  suxurları)  və  biokos  hissədən,  yəni 

torpaqdan  ibarət  olması.  Yer  kürəsinin  quru  ərazisində  bitki  örtüyünə  görə 

əsas  formasiyalar:  tundura,  mülayim  meşə,  çöllər,  buzlaqlar,  tayqa,  seyrək 

meşə, ekvator meşəsi, savanna, səhra, yüksək dağlar. 

3.

 



Biogeosenozdakı maddə və enerji mübadiləsinin ətraf mühitlə və  

onun öz komponentlərilə əlaqəli getməsi.   

4.

 

Biogeosenozun biokos hissə ilə dinamik vəhdəti, daimi hərəkəti və 



inkişafı.  

Biogeosenozun  əsas  əlamətləri  göstərir  ki,  o,  Yerin  qabığının  elə  bir 

hissəsinə (ərazi və akvatoriya) deyilir ki, onu təkcə biosenoloji xüsusiyyətlər 

deyil,  həm  də  hidroloji,  geomorfoloji,  geokimyəvi,  mikroiqlim  və  torpaq 

xüsusiyyətləri sərhədləndirir.  

Biogeosenozun  biosferlə  ümumi  əlaqəsini  qavramaq  çox  vacibdir. 

Biogeosenoz biosferin əsas bioxoroloji vahididir (―xoros‖ – sahə deməkdir). 

Biogeosenozlar  biosferi  təşkil  edən  bloklardır,  bu  bloklardan  canlılar  vasi-

təsilə maddələr mübadiləsi gedir və onlar (bloklar) birləşib biosfer səviyyəli  

- qlobal maddələr və enerji dğvranı yaradır.  

―Ekosistem‖  anlayışı  ―biotop‖  anlyışından  ayrılmaz  surətdə  bağlıdır. 

Biotop  şəraiti  yekcinsolan  müxtəlif  ölçülü  və  ya  həcmli  coğrafi  rayondur. 

Biotop  və  ya  ekotop  eyni  relyef,  iqlim,  torpaq  və  digər  abiotik  amillərə 

malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı 

sahədir. Aşağıdakı biotoplar ayrılır: polipedop, yəni torpaq sudibi məskəni; 

klimatop  –  fitosenozun  yerüstü  hissəsi  məskəni;  hidrotop  –  su  dibinin  üst 

hissəsi  məskəni.  Bunlardan  asılı  olmayaraq  müxtəlif  mikropopulyasiyalar 

məskən  salan  mikrotoplar  da  ayırırlar.  Biotop  bəzən  üzvi  təbiətli  (para-

zitlərdə) ola bilər.  

                



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə