M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə23/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   229

51 

 

varsa, hansı ki, onlardan hər biri öz temperatur diapozonuna malikdir, onda 



ekosistemdə  fotosintezin  sürəti  temperaturun  dəyişmısinə  baxmayaraq,  

dəyişməz olaraq qalacaqdır.  

İnsan beyni kiçik energetik xüsusiyyətli və nəhəng idarəetmə qabiliy-

yətli qurğudur, belə ki, kiçik enerji itkisi ilə müxtəlif güclü ideyalar yarada 

bilər. Bu insanı Yer üzərində ən bacarıqlı etdi.  Ən azı bu onun ekosistemin 

funksiyalaşmasını, eləcə də biosferi dəyişmək qabiliyyətinə aiddir. 

 

 1.7.2.  Ekosistemin  əsas  xarakteristikaları  –  onun  ölçüləri,  onun 



davamlılığı, özünü tənzimləmə və özünü təmizləmə prosesləridir   

Ekosistemin  ölçüləri  –  ekosistemi  təşkil  edən  bütün  komponentlərin 

və elementlərin özünü tənzimləmə və özünü bərpa etmə proseslərini həyata 

keçirdiyi məkandır.     

Təbii  ekosistemlərin  özünü  bərpa  etməsi  –  təbii  və  antropogen 

təsirlərdən öz dinamik tarazlığından çıxmış  təbii ekosistemin sərbəst olaraq 



dinamik tarazlıq vəziyyətinə qayıtmasıdır. Ekosistemin dinamik tarazlığının 

dörd  əsas  kateqoriyasını  ayırırlar:  nisbi  tarazlıq  (fluktasiya),  bu  zaman  də-

yişkənlik orta qiymət ətrafında dəyişir; uyğun iqlim dövriyələrindən yaranan 

dövri  suksessiyalar;  ekosistemin  istiqamətlənməmiş  dəyişmələrindən  yara-

nan suksessiyalar;  təbii ekosistemlərin antropogen dəyişdirilməsi.  

Özünü  təmizləmə  -  ekosistemdə  baş  verən  proseslər  nəticəsində 

mühitdə çirkləndiricinin təbii parçalanmasıdır.      

Ekosistemləri  müxtəlif  əlamətlərinə  görə  təsnifləşdirmək  olar.  Eko-

sistemin  biom  təsnifatı  böyük  ərazilərdə  bitkiliyin  üstünlük  təşkil  edən 

tipinə əsaslanır. Su  yaşayış  yerlərində bitkilik az nəzərə çarpdığından, eko-

sistemin  ayrılmasının  əsasında  mühitin  başlıca  fiziki  əlamətləri  durur,  mə-

sələn, ―durğun sular‖, ‖axar sular‖ və s.  

Ekosistemin biom təsnifatı.Yerüstü biomlar: tundra- arktika və alp 

tundrası,  iynəyarpaqlı  müşələr,  mötədil  zonanın  enliyarpaqlı  meşələri, 

mötədil  zonanın  çölləri,  tropik  cəngəlliklər  və  savannalar,  səhralar-otlu  və 

kolluqlu,  həmişəyaşıl  tropik  yağışlı  meşə;  Yerüstü  su  ekosistemləri:  lentik 

(durğun  sulu)-  göl,    nohurlar  və  s.,  lotik    (axar  sulu)-  bulaqlar,  çaylar 

daxildir,  bataqlaşmış  ərazilər-  bataqlıqlar  və  bataqlaşmış  meşələr;  Dəniz 



ekosistemləri: açıq okean (pelagik), kontinental şelf suları (sahilyanı sular), 

apvellinq  ərazilər  (məhsuldar  balıqçılıq  rayonları),  estuarilər  (sahilyanı 

körfəzlər, boğazlar, çay ağızları və s.)ş 

 Ekosistemlərdə  müxtəlif mənbələrdən  enerjinin  istifadə  olunması  - 

Günəş,  kimyəvi  yanacaq  –  energetik  əlamətə  görə  ekosistemi  dörd  funda-

mental növə ayırır:  




52 

 

●  Günəşlə  hərəkət  edən  subsidiyasız  ekosistemlər  -  təbii  ekosistem-



lərdir.  Birbaşa  günəş  süaları  enerjisindən  tamamilə  asılıdır.  Onların  siyahı-

sına  açıq  okean  sahələri,  dağ  meşələrinin  böyük  sahələri  və  böyük  dərin 

göllər aiddir.  Bu tip ekosistemlər azenerji alırlar və az məhsuldarlığa malik 

olurlar. Lakin onlar olduqca vacibdirlər, belə ki,  nəhəg əraziləri əhatə edir-

lər.  Bu  biosferin  həyat  təminatının  əsas  moduludur.  Havanın  böyük  həşmi 

burada təmizlənir, su dövranına qayıdır, iqlim şəraiti formalaşır və s.  

●  Günəşlə hərkət edən ekosistemlərdir, lakin digər təbii mənbələrdən 

kömək olunur. Belə ekosistemə misal olaraq, çay estuarilərini, dəniz boğaz-

larını və laqunları göstərmək olar. Boğazlar və axınlar mineral qida element-

lərini daha sürətlə maddələr dövranına qatır, buna görə də durğun okean və 

ya quru ərazilərə  nisbətən daha məhsuldardır.  

●  Günəşlə hərəkət edən ekosistemlər və insan tərəfindən subsidiyalı  

olanlar.  Onlara  misal  olaraq  aqroekosistemləri  (tarla,  fermalar,  donuzçuluq 

fermaları, quşçuluq fabrikləri və s.).  

●  Yanacaqla hərəkət edən ekosistemlər – sənaye-şəhər ekosistemləri. 

Burada yanacaq enerjisi Günəş enerjisini tamamlamır, əksinə onu əvəz edir. 

Sıx  məskunlaşmış  şəhərlərdə  enerjiyə  tələbat,  təbii  ekosistemlərdə  həyatı 

təmin edən Günəş enerjisi axınından 2-3 dəfə çoxdur. Buna görə də o qədər 

də böyük olmayan şəhər ərazisində çoxsaylı insanlar məskunlaşa bilir.  

 

1.7.3. Məhsuldarlıq konsepsiyası 

 Ekosistemdə  müşahidə  zamanında orqanizmlərin cəmi  biokütlə,  bio-

kütlənin yaranma sürəti isə məhsuldarlıq adlanır. Biokütlə - bitkinin yeraltı 

və yerüstü hissələrinin ümumi kütləsidir. Məhv olmuş bitkilərin miqdarı ölü 



kütlə adlanır. Məhsuldarlıq isə müəyyən fitosenoz və  ya aqrosenozun əhə-

miyyətli  məhsulunun  kütləsidir.  Bioloji  məhsuldarlıq  ayrı-ayrı  fitosenoz-

larda hesablanır. İlkin məhsuldarlıq -  fotosintez prosesində yaşıl bitkilərin 

günəş  enerjisini  toplayaraq,  onu  üzvi  maddələr  formasında  toplaması 

sürətidir.  İlkin  məhsuldarlıq:  ümumi  ilk  məhsuldarlıq  və  təmiz  ilk  məh-

suldarlıqla olmaq iki qrupa bölünür. Ümumi ilk məhsuldarlıq – fotosintezin 

ümumi tezliyini göstərir. Məhsuldarlıq yoxlanan vaxtda bitkinin öz tənəffü-

sünə sərf etdiyi maddələr də onun ümumi ilk məhsuldarlığına daxildir. Buna 



brutto-fotosintez və ya ümumi fotosintez deyilir. Ekosistemdə günəş enerji-

sindən  nə  qədər  effektli  istifadə  olunmasını  bilmək  üçün  brutto-fotosintezi 

bilmək  lazımdır.  Dünyanın  əsas  ekosistemlərinin  təmiz  ilk  məhsuldarlığı 

tropik  meşə  və  dəniz  sahilləri  ekosistemlərində  ən  yüksəkdir.  Təmiz  ilk 

məhsuldarlıq  – bitki  toxumalarında üzvi  maddələrin toplanma  sürətini  gös-

tərir.  Başqa  sözlə  desək,  məhsuldarlıq  yoxlanan  vaxt  ərzində  ümumi  ilk 

məhsuldan bitkinin öz tənəffüsünə sərf etdiyini çıxdıqdan sonra qalanı təmiz 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə