M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə20/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   229

43 

 

adlanır.  



Bir  çox  müəlliflər  (C.Əliyev,  Z.Əkbərov,  2010)  hesab  edirlər  ki,  ən 

yaxşı ölçü polidominantlıq indeksidir:  

 

S

λ 



 = 1/D, S

λ  


= N(N-1) / ∑ n

(n



-1),    


 

burada i = 1,2,3,....S;  S

λ 

=[1; ∞]. 



 

Berqer- Parker indeksinin üstünlüyü hesablanmasının sadəliyindədir:  

d  =  N

max 


/  N,  burada    N

max 


-  ən  çoxsaylı  növün  fərdlərinin  sayıdır. 

Simpson  indeksi  halında  olduğu  kimi,  Berger-Parker  indeksinin  artması 

müxtəlifliyin azalmasını və bir növün dominantlığını göstərir. Ona görə də 

adətən Berger-Parker indeksinin tərs qiyməti istifadə olunur: 1/d.   

Hazırda  biosenozda  növ  müxtəlifliyinin  qiymətləndirilməsi  üçün  40-

dan  artıq  indeksdən  istifadə  olunur.  Növmüxtəlifliyinin  göstəricisi  olan 

indekslər bir-birindən tarazlığa və ya növ zənginliyinə üstünlük vermələrinə 

görə fərqlənirlər.  

İki  biosenozun  müxtəlıfliyini  müqayisə  etmək  üçün  oxşarlıq  əmsalı 

düsturundan istifadə olunur:  

 

J =2a / (A+B) .100%    (Çekanovski, Seransov); 



 

burada,  J-  oxşarlıq  əmsalı,  a  –  2  biosenoz  üçün  ümumi  olan  göstəri-

cilər, A və B biosenozların kəmiyyəti.    

 

Biosenozda  elə  növlər  yaşayıb  inkişaf  edə  bilir  ki,  onun  ekoloji 



mövqeyinə öldürücü təsir edən faktor olmasın.  

 

1.6.3.Yaşama yeri və ekoloji mövqe 

Növün yaşama yeri onun ünvanıdır. Ekoloji mövqe həmin növün ya-

şama yerindəki ixtisasını, yəni oradakı kompleksə təsirini göstərir. Deməli, 

ekoloji mövqe növün harada yaşamasından başqa, həm də nə rol oynamasını 

bildirir. Ekoloji  mövqe  dedikdə, orqanizmin  yaşadığı  yerdə nə ilə qidalan-

ması, başqa  canlılara münasibəti, ətraf mühitdə tempratura, işığa, rütubətə, 

torpağa, havaya və s. faktorlara uyğunlaşması nəzərdə tutulur. Beləliklə, or-

qanizmin ümumi ekoloji mövqeyinə onun sahə mövqeyi, qida mövqeyi, ailə 

mövqeyi, iqlim mövqeyi  və s. daxildir. Bunlar hamısı isbat edir ki, ekoloji 

mövqe funksional göstəricidir. ―Ekoloji mövqe‖ əvəzinə ―ekoloji təbəqə‖ və 

başqa ifadələr işlətmək düzgün deyildir.    



44 

 

1.6.4. Biosenozun strukturunun sxematik öyrənilməsi  

Biosenozların ekologiyasını öyrənən bölmə sinekologiya adlanır. Sin-

ekologiyada növlər müxtəlif prinsiplər əsasında qruplaşdırılır:  

Qohumluğa görə olan qrilar – taksonomik qruplar.  

Hərəkət  qaydasına  görə  olan  qruplar  (suda  üzən,  ağaca  dırmaşan. 

Uçan, torpağı qazanlar və s.)   

Yemin xarakterinə görə olan qruplar: həşarat yeyənlər, balıq yeyənlər, 

ot yeyənlər, yırtıcılar və parazitlərin ekologiyası.  

Yaşama yerinə görə olan qruplar: meşə heyvanları, çöl heyvanları, dağ 

heyvanları,  su  heyvanları  və  bitkiləri,  torpaq  heyvnları,  bitkiləri  və  mikro-

orqanizmləri ( biotop).  

Mühitə görə olan qruplaşmalar: su, torpaq və atmosfer biosenozlarının 

ekologiyası.  

Nəsl  vermə  qabiliyyətinə  görə  olan  qruplar:  biseksual  heyvanların 

ekologiyası,  aqam  heyvanların  ekologiyası,  partenogenez  heyvanların  eko-

logiyası.  

 Sosioloji  xarakterinə  görə  olan  qruplar:  monoqam  və  poliqam  hey-

vanların  ekologiyası,  kaloniya  və  ailə  halında  yaşayan  heyvanların  ekolo-

giyası.  

 Məskən salma xarakterinə görə olan qruplar: oturaq, köçəri, qışlayan 

heyvanların ekologiyası, köçəri quşların və balıqların ekologiyası. 

 Sutkalıq  fəallığa  görə  olan  qruplar:  gündüz,  gecə,  alaqaranlıq  hey-

vanların ekologiyası.   

 Yemləmə  qaydasına  görə  olan  qruplar:  havada,  ağacda,  yerdə,  suda 

yemlənənlərin ekologiyası.  

 Təkamül  səviyyəsinə  görə  olan  qruplar:  tək-,  çoxhüceyrəlılərin  eko-

logiyası, çənəsizlərin, kəlləli və kəlləsizlərin ekologiyası və s.  

 Biomorflara  –  həyat  formalarına  görə  olan  qruplar:  fanerofitlər,  ha-

mefitlər,  hemikriptofitlər,  kriptofitlər,  terofitlər.  Biomorflar  bitkilərin  eko-

loji  pasportlarıdır.  Təkamül  prosesində  bitkilərin  ekoloji  amillərin  təsirinə 

uyğunlaşaraq formalaşmasıdır.   



Biosenozda suksessiya – fitosenozlarda eyni ərazidə bitkilərin növbə-

ləşməsində  geri  dönməyən  prosesdir.  Böyük  Qafqazın  subnival  qurşağında 

baş verən suksessiya sxemi ilə tanış olaq: mikro 

Biosenozda  fluktasiya  –  fitosenozlarda  hava  şəraitindən  asılı  olaraq 

dominant bitkilərin növbələşməsidir.  

 

1.6.5. Biosenozda qida zənciri 

Təbiətdə  mövcud  olan  növ  tərkibinə  görə  1,5  mln-dan  çoxdur,  lakin 

bu qədər bitki və heyvan növü təbiətdə enerji axınına qulluq edir.  



45 

 

1.



 

Produtsentlər ilkin bioloji məhsul istehsal edən avtotrof bitkilərdir.  

2.

 

 Konsumentlər (heterotroflar) qida zəncirində avtotrofların yaratdı- 



ğı  ilkin  bioloji  üzvi  maddələrlə  qidalanan  canlılardır.  Heterotroflar  hey-

vanlar,  bakteriyalar  və  parazit  bitkilərdir.  Heterotrof  heyvanlar  öz  növbə-

sində otyeyənlərə və  ətyeyənlərə (yırtıcılara)  ayrılırlar.   

3.

 



 Redutsentlər  (destruktorlar  və  saprofitlər)  mikroblardan  və  gö-

bələklərdən  ibarətdir.  Mikroblar  üzvi  maddələri  mineral  komponentlərə 

qədər parçalayır.  

Qida  zəncirində  iştirak  edən  heyvanların  miqdarı  ekoloji  sistemdən 

asılı  olaraq  dəyişə  bilir.  Quruda  yaşayan  heyvanların  qida  zənciri  suda 

yaşayan heyvanların qida zəncirindən gödək olur. Qida zəncirində avto-trof-

lar  birinci  trofik  səviyyədir,  heterotroflar  ikinci  trofik  səviyyə  və  birinci 

konsumentlərdir.  Heterotrof  növlərin  sayı  qida  zəncirində  artdıqca  üçüncü 

trofik  səviyyə  və  ikinci  konsumentlər  və  s.  bu  ardıcıllıqka  artır.  Məsələn, 

bitki-qoyun-insan;  bitki-dovşan-canavar.  Su  mühitində  qida  zəncirinin  işti-

rakçıları 4-5-ə çatır. Hidrosfer üçün qida zəncirini aşağıdakı misaldan aydın 

görmək olar:  



Yosun→zooplankton→xərçəng→balıq→baklan 

 

Zooloqlar  sübut  etmişlər  ki,  qida  zəncirinin  bir  pilləsindən  digərinə 

keçən  zaman  əvvəlki  biokütlədə  toplanan  enerjinin  90%-i  ititirilir.  Başqa 

sözlə  desək,  qida  silsiləsinin  hər  yüz  kiloqramı  sonrakı  pilləni  tutan  can-

lılarda 10 kq biokütlə yaradır.  

Qida  silsiləsindəki  heyvanların  trofik  əlaqə  prinsipini  bilməklə  daha 

sərfəli heyvan növü yetişdirmək olar. Məsələn, 1kq durna balığı üçün yuxa-

rıda göstərilən sxemə görə 1ton yosun, 100kq zooplankton, 10kq aterina tə-

ləb olunduğu halda, ağ balığın 1kq çəkisinə 10kq su bitkisi kifayət edir. Gö-

ründüyü kimi ekologiyanın qida zənciri prinsipinə əsasən heyvanların həyat 

tərzinio  dərindən  bilmək  vacibdir.  Məhz  bu  qanuna  əsasən,  bir  çox  döv-

lətlərdə  vətəgə  əhəmiyyətli  heyvanların  süni  surətdə  yettişdirilməsi  zamanı 

qida zəncirinin daha qısa olması əsas götürülür. Deməli, nəzərdə tutulan son 

məhsulun əmələ gəlməsində nə qədər az mərhələ olarsa, enerji itkisi də bir o 

qədər ixtisar edilər və qısa müddətdə yüksək məhsul alınar.  

Ekoloji  qanuna  əsasən,  qida  silsiləsində  toplaşan  canlılar  arasında 

neytral münasibətə təsadüf olunmur, lakin qida rəqabətini təbiət özü müm-

kün  qədər  ―insaflı‖  tənzimləyir.  Heyvanlar  yemləmə  vaxtını  və  qaydasını 

dəyişməklə  rəqabətdən  qaçırlar:  uçan  sincab  gecə,  burunduk  sincab  isə 

gündüz həyat tərzi keçirirlər. Qida zəncirinə əsasən, heyvan və bitkilər ara-

sında  bir  neçə  əlaqə  formaları  mövcuddur:  amensalizm,  kommensalizm, 

protokooperasiya, mutalizm, yırtıcılıq, parazitlik.  




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə