M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə18/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   229

39 

 

ehtiyac duyan növlər. Çox vaxt bu kateqoriyaya az məlum növlər aid edilir, 



onlar,  bəlkə  də,  itmə  təhlükəsi  altındadır,  lakin  informasiya  qıtlığı  onların 

populyasiyalarının  vəziyyətini  yüksək  ehtimalla  qiymətləndirməyə  imkan 

verir.    

İtən  növlər  kateqoriyasına  yırtıcı  quşlar  və  məməlilər  kimi  qida 

zəncirində  yuxarı  səviyyədə  olan  heyvanlar  daha  çox  aiddir.  Onlar  hətta 

pozulmamış  məskunlaşma  mühitində  də  nadirdir  və  antropogen  təsirin 

istənilən  formasına  çox  həssasdır.  Endemik  növlərin  həssaslığı  yüksəkdir, 

onların yayılması olduqca məhduddur. Nəhayət, I və II kateqoriyaya xüsusi 

məskunlaşma mühiti tələb edən növlər, məsələn, qidasını yarpaqlı ağacların 

çürümüş  gövdələrində    yaşayan  həşarat  sürfələri  təşkil  edən  ağ  ağacdlən 

aiddir.  

Yabanı    buğdanın  bütün  dünya  üçün  əhəmiyyət  daşıyan  müxtəlifliyi 

itmək təhlükəsi ilə üzləşir, onlarda areal daralması müşahidə edilir.  

Respublika  ərazisində  olan  bir  çox  meyvə,  giləmeyvə,  dərman  və 

sənaye əhəmiyyətli bir çox yabanı bitki sortları kütləvi surətdə məhv olurlar.  

Kənd təsərrüfatı bitkilərinin xalq seleksiyası və elmi seleksiya yolu ilə 

yaradılmış bir sıra növləri fermer təsərrüfatlarında az əkildiyindən və ex-situ 

saxlanma şəraitinin lazımi şəraitdə olmaması nəticəsində itmiş, ya da itmək 

təhlükəsi altındadır.  



 

1.5.5.Qırmızı kitablar 

Saylarının  azalması  həyacan  doğuran  növlərin  tədqiqi  əsasında  nadir 

və  itən  bitki  və  heyvan  növlərinin  siyahısı  tərtib  olunur.  Təbiətin  və  Təbii 

Ehtiyatların  Mühafizəsi  üzrə  Beynəlxalq  İttifaqın  himayəsi  altında  itmək 

təhlükəsi  olan  müxtəlif  heyvan  və  bitki  növlərinin  populyasiyalarının 

vəziyyəti  haqqında  məlumatlar  olan  ―Qırmızı  Kitab‖  və  ―Qırmızı  siyahı‖ 

çap  olunur.  ―Qırmızı  Kitab‖  ilk  dəfə  1963-cü  ildə  çap  olunmuşdur.  Onun 

1978-1980-ci  illərdə  buraxılmış  4-cü  nəşrinə  məməlilərin  226  növ  və  70 

növaltı,  quşların  181  növ  və  77  növaltı,  sürünənlərin  77  növ  və  21  yarım-

növü  və  s.  daxil  edilmişdir.  Təhlükə  altında  olan  növlərin  "Qırmızı  siya-

hı"sının  sonuncu  versiyası  2006-cı  ildə  hazırlanmışdır.  Bu  siyahının  tutul-

ması üçün meyarlar sonuncu dəfə 2001-ci ildə müəyyən edilmişdir. Bu me-

yarlara görə, növlər bu cür qruplaşdırılır: 1) nəsli kəsilmiş; 2) təbiətdə nəsli 

kəsilmiş;  3)  kəskin  təhlükə  altında  olan;  4)  təhlükə  həddində  olan;  5)  zəif-

ləmiş;  6)  təhlükəli  həddə  yaxın  olan;  7)  az  təhlükəli;  8)  az  öyrənilmiş;                 

9)  qiymətləndirilməmiş.  Ümumdünya  Ətraf  Mühitin  Monitorinqi  Mərkəzi 

tərəfindən də 1981-ci ildən ―Mərkəzi Qırmızı Kitabı‖ nəşr edilir. Son üç yüz 

əlli ildə Yer üzərində 60 növdən çox vəhşi heyvan və demək olar ki, 100 quş 

növü itmişdir. Bu siyahı artımı bu gün də davam edir.  



40 

 

Azərbaycanın ―Qırmızı Kitabı‖ 1989-cu ildə nəşr edilmişdir. Kitab altı 



hissədən  ibarət  olmaqla  itmək  təhlükəsində  olan  növlərin  siyahısını  ver-

məklə  yanaşı,  onların biologiyası   və hazırkı  vəziyyəti haqında  məlumatlar 

da  verir.  Azərbaycanda  itmək  təhlükəsi  altında  olan  400-ə  qədər  bitki  nö-

vündən 140-ı bu kitaba  daxil edilmişdir və s.  

Azərbaycanın  ―Qırmızı  Kitabı‖nın  yeni  nəşri,  təəssüf  ki,  daha  çox 

növü əhatə edəcəkdir.  

 

1.5.6.

 

 Bitki müxtəlifliyinin mühafizə strategiyası 

Biomüxtəliflik üzrə beynəlxalq elmi tədqiqat proqramı DİVERSİTAS-

ın  məqsədi  biomüxtəlifliyin vəziyyətinə dair dəqiq  elmi  informasiyanı,  qa-

baqlayıcı  modelləri  və  Yer  kürəsinin  biotik  ehtiyatlarının  davamlı  istifadə-

sini  təmin  etmək  və  biomüxtəliflik  elminin  ümumdünya  imkanlarını  yarat-

maqdır. DİVERSİTAS 5 sahədə Özək Proqram Elementlərini yaratmışdır:   

1.

 

Ekosistemin fəaliyyətində BM-in rolu;   



2.

 

BM-in mənşəyi, saxlanması və dəyişmələri;  



3.

 

Sistematika, inventarlaşdırma və təsnifat;  



4.

 

Biomüxtəlifliyin monitorinqi;   



5.

 

BM-in mühafizəsi, bərpası və davamlı istifadəsi.   



In  –  situ  mühafizə  BM-in  regionlarda xüsusi mühafizə  olunan təbiət 

ərazilərinin:  milli  parkların,  qoruqların,  yasaqlıqların,  təbii  parkların  və  s. 

təşkil edilməsidir. Hirkan MP(2004), Şirvan MP (2003), Ağ göl MP (2003),  

akad.H.Ə.Əliyev adına Ordubad MP (2003),  Abşeron MP (2005),  Altıağac 

MP (2004),  Şahdağ MP (2005).  

Ex  –  situ  mühafizə:  genetik  fondun  toplanaraq  toxum  və  tarla  gen-

banklarında, nəbatat və dendrologiya bağlarında ex-situ şəraitində mühafizə 

olunması  xüsusi  diqqətə  layiqdir.  Azərbaycanda  Milli  Genetik  Bankı  da 

qlobal  əhəmiyyətli  genbankların  sırasındadır:  2008-ci  ilin  əvvəllərinə  olan 

məlumata görə, burada milli və qlobal əhəmiyyətli bitkilərin 5000-ə   yaxın 

toxum  nümunəsi  mühafizə  olunur.  13  təşkilatın  nəzdində  34  ex-situ  kol-

leksiya mövcuddur, xarici seleksiya sortlarının, nadir, endem, relikt forma-

larının 13000-ə qədər nümunəsi toplanmışdır.  



Ex -  situ mühafizə  strategiyasından biri də NB bitki müxtəlifliyinin 

toplanması,  iqlimləşdirilməsi,  öyrənilməsi  və  qorunub  saxlanmasından  iba-

rətdir.  Dünyanın  160  ölkəsində  2500  NB  fəaliyyət  göstərir.  Azərbaycanda 

NB statusu AMEA Mərkəzi Nəbatat Bağı, AMEA-nın Mərdəkan dendrarisi, 

AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitunun nəbatat bağlnl qeyd etmək 

olar. Onlarda qiymətli nadir və itmək təhlükəsində olan,  Azərbaycan mən 

şəli və introduksiya olunmuş zəngin genofond cəmləşmişdir.  

Dağıdıcı fəlakətlərlə,  o  cümlədən  müharibələrlə  üzləşmiş  ölkələrdə 




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə