M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə19/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   229

41 

 

kənd təsərrüfatı sistemini ex situ kolleksiyaların köməyilə bərpa etmək olar. 



Onlar  fermerləri  və  seleksiyaçıları  kənd  təsərrüfatına  daim  zərər  vuran 

ziyanvericilərə,  xəstəliklərə  və  iqlim  dəyişkənliklərinə  tab  gətirən,  keyfiy-

yətli  və  yüksək  məhsuldarlığa  malik  olan  kənd  təsərrüfatı  bitkilərinin 

yetişdirilməsi üçün zəruri xammalla təmin edir.  



On  -  farm  mühafizə.  Növlərin  genetik  ehtiyatlarının  on-farm  idarə 

olunması  in  – situ  mühafizə  strategiyasının  bir  istiqaməti  olmaqla,  mədəni 

bitkilərin xalq seleksiyası sortlarının, onların yabanı əcdadlarının və ot bitki-

lərinin  ənənəvi  kənd  təsərrüfatı,  bağçılıq  və  aqro-meşə  sistemləri  çərçivə-

sində  becərilməsi  və  qorunub-saxlanmasını  nəzərdə  tutur.  Beləliklə,  qiy-

mətli  əlamətlərə  malik,  lokal  təbii-ekoloji  şəraitə  daha  uyğun  bitki  sortları 

və  heyvan  cinsləri  öz  fərdi  xüsusiyyətlərini  qazandığı  mühitdə  mühafizə 

edir.  Genetik  ehtiyatların  on-farm  idarəolunmasının  təşkilində  ən  mühüm 

amillərdən  biri  fermerlərin  beynəlxalq  və  milli  səviyyədə  təsbit  olunan 

hüquqlarının  qorunmasıdır.  Bu  hüquqlar  fermerlərin  bugünkü  və  gələcək 

nəsillərinə  əldə  olunan  gəlirin fermerlərə  çatacağına zəmanət,  onları  əmək-

daşlığa,  eləcə  də  beynəlxalq  öhdəliklərin  bütün  niyyət  və  nailiyyətlərinə 

ruhlandırmaq üçün bir himayə kimi verilmişdir. 

 

1.6.Sinekologiya - Biosenozların öyrənilməsi haqda elmdir 

 

1.6.1.Qədim yunan dilində “bios”-həyat,“kaynos”-ümumi deməkdir  

Biosenoz  –  anlayışını  1877-ci  ildə  alman  zooloqu  K.Mebius  təklif 

edib. Dokuçayev və Morozov bu anlayışa böyük əhəmiyyət vermişdir. Mo-

rozov qeyd edir ki, meşə və onun ərazisi vəhdət təşkil edən coğrafi vahiddir, 

başqa  sözlə  desək,  biosenozdan  biogeosenoza  keçiddir,  yəni  biosenoz 

biotopun  sakinləridir.  Biotop  isə  ətraf  mühitin  ən  kiçik  ekoloji  vahididir, 

biosenozun  məskunlaşdığı  məkandır.  Biosenozun  quruluşu  və  funksiyası 

təkamül prosesində formalaşır. Təbii biosenozlar stabil olduğu halda, antro-

pogen  biosenozlar  dəyişkəndir  (dözümsüzdür).  Antropogen  biosenozların 

aqrosenozlar adlandırılması daha düzgündür. Biosenozda canlılar arasında 3 

səbəbdən əlaqə yaranır: qidalanma (trofik), məskunlaşma (ərazi) və çoxalma 

(repraduktiv).  

V.N.Beklemişova  görə  biosenozda  növlər  arasındakı  əlaqəni  4  qrupa 

bölmək olar:  

1. Trofik əlaqə - biosenozda canlılardan bir növü digərini və ya onun 

yaratdığı məhsulu yeyir.  

2.  Topik  əlaqə  -  biosenozda  bir  növün  ətraf  mühitdə  əmələ  gətirdiyi 

fiziki-kimyəvi dəyişkənliklər başqasına müsbət və ya mənfi təsir edir.  

3. Forik əlaqə - biosenozdakı növlərdən biri başqa növün yayılmasın- 




42 

 

da iştirak edir.  



4.Fabrik  əlaqə -  biosenozda bir növ  yuva tikməsində başqa növdən  və  ya 

onun yaratdığı məhsuldan istifadə edir.  

 

 1.6.2.  Biosenozda növlərin sayını, başqa sözlə biosenozun kəmiyyət 



xüsusiyyətini müxtəliflık indeksi göstərir  

Şennonun müxtəliflik indeksinin hesablanması nəzərdə tutur ki, fərd-

lər seçimə təsadüfi olaraq, sonsuz baş çoxluqdan düşür, üstəlik bu seçimdə  

baş çoxluğun bütün növləri təmsil olunur. Bütün hadisələr (N) eyni baş ver-

mə  ehtimalına  (p

=  n



/  N)  malik  olduqda  qeyri-müəyənlik  ən  böyük  olur. 

Şennonun müxtəliflik indeksi aşağıdakı düsturla hesablanır:  

 

Hꞌ = 



i

i

P

loq

P

2



      (Şennon qanunu) 

Burada, P

i  

- biosenozda hər növün payına düşən fərdlərin sayını və ya 



kütləsini  göstərir.  Seçimdə  həqiqi  P

i   


məlum  deyil,  o,  n

i   


/  N  kimi  qiymət-

ləndirilə  bilər.  loq

2

P

i



  –  hər  növün  payına  düşən  göstəricinin  ikiqat  laqorif-

masını əks etdirir. Şennon indeksinin dispersiyası aşağıdakı düsturla hesab-

lanır:   

               

 

              VarHꞌ =  { ∑p



i

 (ln p


i

)

2



 -     (∑p

i

 ln p



i

)

2  



} /N + (S-1)/2N

 



Əgər Şennon indeksinin qiymətini bir neçə seçim qrupu üçün hesab-

lasaq, qiymətlərin alınmış paylanması normal qanuna tabe olacaq. Bu xassə 

imkan verir ki,  dispersiya analizi  daxil olmaqla güclü  parametrik statistika 

tətbiq  edilsin.  Şennon  indeksi  əsasında  tarazlaşma  göstəricisini  (E)  ölçmək 

olar (müşahidə olunan müxtəlifliyin maksimuma nisbəti):  

 

E = Hꞌ /ln S 



 

E=  [0;1], bütün növlərin bərabər bolluğu zamanı  E = 1 olur.    



Simpson indeksi Dominantlıq indeksindən ən yaxşısı hesab olunur. O, 

qeyri-müəyyən  böyük  qrupdan  təsadüfən  seçilmiş  ixtiyari  iki  fərdin  fərqli 

növlərə aid olmasının ehtimallığını aşağıdakı düsturla təsvir edir:  

 

D = ∑ n



(n



-1) / N(N-1) 

 

Burada, n



i  

-i növündən olan fərdlərin sayı, N isə fərdlərin ümumi sayı-

dır. D böyüdükcə, müxtəliflik azalır. Ona görə də çox vaxt Simpson indeksi 

(1-D) formasında istifadə olunur. Bu kəmiyyət ―növlərarası görüş ehtimalı‖ 




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə