86
ġəkil 2.3. Əlvan metallurgiya müəssisələri rayonunda bitki örtüyünün
vəziyyəti (Lazanovski və b., 1998)
Şəkil 2.3 texnogen proseslərin formalaşması və sonrakı təsirlərini gös-
tərir. İntensiv qaz-kül tullantıları mənbələri olan regionlarda bitki örtüyünün
deqradasiya dərəcəsinə görə zonalar kəskin fərqlənir: bitki olmur və ya
güclü məhv olur (―texnogen səhra‖ zonası); zəif məhv olmuş və zədələn-
məmiş (fon). Baxılan halda çirklənmiş torpaq və bitki sahəsi 19 min hektar,
onlardan 1,7 min hektarı çox güclü məhv olmuş zonadır.
İ.N.Lozanovskaya (1998) atmosfer havasının və torpağın qaz-gil tullan-
tıdan çirklənməsindən, təbii fitosenozların pozulması və hətta tam məhvindən,
bitki növlərinin mümkün olan floristik dəyişkənliklərindən, texnogen geokim-
yəvi əyalətlərin formalaşmasından və s. danışarkən ona diqqət yetirir ki, aktiv
çirklənmə zonası 5-10 km, bəzi hallarda otlarla km-lərlə uzana bilər.
Əgər aqroekosistemlərə diqqət yetirsək aşağıdakıları qeyd etmək olar.
Texnogenezin nəticələri torpağın vəziyyətinə mənfi təsir edir. Məsələn, tor-
pağın şum qatında yağış qurdlarının sayı tullantı mənbələrinə məsafəsindən
və istiqamətindən asılıdır. (E-şərq, W –qərb) (Luks 1981)
U* 250 E 600 E 750 E 950 E
S** 0 0,5 5 7,5
U 1150 E 1400 E 1500 E 400 W
87
S 9 16 33 63
U
*
-tullantı mənbəsindən uzaqlığı, m
S
**
torpağın 100 l şum qatında yağış qurdlarının sayı.
Bu arealın torpaqlarının tərkibində mində 200...2000 hissə As,
mində 100..200 hissə Pb və mində 1000 hissə Zn olur. Şum qatına qədər
600 m məsafədə yağış qurdları praktiki olaraq olmur, bu torpağın
―ölməsini‖ təsdiq edir.
Çirklənmənin təsiri nəticəsində aqroekosistemin məhsuldarlığı aşağı
düşür (cədvəl 2.8). İki il ərzində sağılan inəklərin çirklənmiş yemlərlə yem-
lənməsində süd məhsulu təmiz yemləmələrlə yemləndirilənlərdən 19,8%
aşağı olur. Çirklənmiş yemlərlə yemləndirilən iri buynuzlu mal-qaranın çə-
kisi 19,4-37,5% aşağı düşür.
Cədvəl 2.8
Kənd təsərrüfat bitkilərinin məhsuldarlığının azalmasını %-ə atmosferə atılan
zəhərli maddələrin mənbələrindən məsafəsindən asılılığı (Balatskiy, 1979)
Bitki
Məsafə, km
2-3
5
Buğda
18,7
9,4
Çovdar
15,2
7,6
Arpa
24,4
12,2
Yulaf
31,1
15,5
Qarğıdalı
25,0
12,5
Kartof
35-47
18-24
Çuğundur
25-62
13-31
Kətan
62,6
31,3
Yonca (hibrid)
33,1
16,6
Yonca
37,8
18,9
2.4 və 2.5-ci şəkillərdə formalaşmış funksional əlaqəli sistemin
qarşılıqlı əalaqələri və istiqamətini yaxşı başa düşmək üşün sxema verilir:
texnogen təsir - ətraf mühit – bitki – heyvan – insan münasibətləri, eləcə də
bu təsirlərin mürəkkəbliyi verilir. Texnogenezin məhsulları müxtəlif
çirkləndirici məhsullar kimi çoxmərhələli çevrilmələrə məruz qalır ki, bunu
məhsuldar aqroekosistemin formalaşmasında nəzərə almaq lazımdır.
Aqroekosistemlərdə mərkəzi yeri mədəni bitkilərin geniş dəstini əhatə
edən produtsentlər tutur (avtotrof həlqə). Məhz bu həlqədə texnogenezin
məhsulları, xüsusilə qaz-toz tullantıları, birbaşa və dolayı yolla toplanır.
(Şəkil 2.6.) Bitkliyə çirklənmənin görünməyən təsirləri və görünən zədələri
88
müəyyən olunur.
ġəkil 2.4. Zəncirdə mümkün olan əsas əlaqələr: zərərli təsirlər- bitki-
heyvan (Dassler və Bortitz, 1971)
Əsas görünməyən təsirlərə daxil edilir: bitki materiallarının zəhərli
maddələrin qazformalı və bərk komponentləri ilə çirklənməsi, hansı ki,
bitkinin ayrı-ayrı hisələrilə udulur, daxildə toplanır və ya yapışır (bəzi
komponentlər ilkin olaraq bitki və onun ayrı-ayrı orqanları üçün təhlükəli
olmasalar da, bitki materialının sonrakı istifadəsi zamanı zəhərli ola bilər);
bitkilərdə qısa müddətdə baş verən maddələr mübadiləsi reaksiyalarında
(məsələn, çirkləndirici inqridientlərin yüksək qatılığında) onlar gizli ilkin
təsirlər kimi özünü büruzə verirlər, hansı ki, mühitin digər fgaktorları ilə
birləşdikdə neqativ təsirləri güclənir; hüceyrə daxilində struktur dəyişmələri
baş verir.
89
Cədvəl 2.9
Əsas atmosfer çirkləndirici maddələrin müxtəəlif kənd təssərüfatı
bitkiləri üçün zəhərlilik dərəcəsi
Bu və ya digər dərəcədə görünən xarici dəyişmələrə aşağıdakılar daxildir:
çirklənmə (məsələn, hisdən, uçan küldən, sement tozundan, dəmir oksidindən və
s.), xüsusilə tükcüklərlə örtülü olan, bitkinin yapışan və ya nəmli hissələri; yapışan
passiv toz (müəyyən şəraitdə köklərin formalaşmasına qədər); tərkibində Pb, As və
ya F olan yapışan zəhərli toz; SO
2
, HF, SiF
4
, SO
3
, HCl təsirindən yarpaqlarda və
iynə yarpaqlarda və bitkinin digər orqanlarında yaranan yanıqlar və rəngin
dəyişməsilə üzə çıxan nekroz (şəkil 2.7.); zəhərləyici çirkləndiricilər bitkilərdə
müxtəlif xəstəliklərə və məhsuldarlığın azalmasına səbəb olur. Çirkləndirici
maddələrin təsiri onların növündən, qatılığından, təsir müddətindən asılıdır. Kənd
təsərrüfatı bitkiləri toksikantlara müxtəlif dözümlülük göstərir. Bu toksiki qazların
xroniki təsiri (bitkilərin məhsuldarlığında və başqa funksiyalarında üzə çıxan)
bitkilər üçün müxtəlif dərəcədə təhlükəlidir (cədvəl 2.9) .
Bitkilər
SO
2
HF
HCl
Dənli bitkilər, qarğıdalı daxil olmaqla
2
2
2
Günəbaxan və digər yağlı bitkilər
1
1
1
Kartof
1
1
2
Çuğundur, kələm
2
3
2
Balqabaqkimilər ailəsi
1
1
1
Yem bitkiləri
Dənli bitkilər və taxıl otları
2
5
3
Paxlalı yem bitkiləri
3
5
3
Yem kələmi
1
5
1
Meyvə və giləmeyvələr
Günəbaxankimilər
4
4
5
Çəyirdəkkimilər
2
5
3
Giləmeyvəlilər, yunan qozu
5
5
4
Üzüm
3
5
5
Bağ çiyələyi
1
5
5
Meşə bitkiləri
Şam, küknar
5
5
5
Tuya, sərf, yarpaqlı ağaclar
3
3
3
Dekorativ
Süsənkimilər
1
5
2
Qızılgülkimilər.
2
2
2
Dostları ilə paylaş: |