Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə15/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   11   12   13   14   15   16   17   18   ...   131

54
BİRİNCİ KİTAB
monqol  xanlarının böyük,  dövlət möhürünə deyilərdi.1 Monqol  xan­
larının həmin  möhürlə möhürlənmiş  bütün yazışmaları  da tamğa ad- 
landınrlardı.  Bu  möhür vurulmuş  fərman  əsasında xalqdan  vergi  yı­
ğan  şəxslərə tamğaçı  deyərdilər. T. d. də heyvanlara damğa vuranla­
ra  (hətta  dalaşqan,  onun-bunun  ağız  bumunu  əzməyi,  qaraltmağı 
xoşlayan  adamlara) bu gün belə “dəmğəçi”  deyilir. Göründüyü kimi 
bu söz sənət, peşə bildirən öz şəkilçisi ilə birlikdə T.  d. keçmişdir.
İz-iz -  Az.  sözüdür.  Buradan da T.  d.  “izləmiş  saxtən” -   izlə­
mək  mürəkkəb  feli  yaranmışdır.  T.  d  eyni  mənalı  “ləpür”  sözü  ilə 
paralel işlənir.
Yaqi  -   yağı,  düşmən.  Buna  tat  dilinin  “gəri”  şəkilçisini  qoş­
maqla yaqigəri -  düşmənçilik mürəkkəb sözünü yaratmaq olur.
Əttuq  -   ətlik.  Az.  sözüdür.  1.  Dövlətə  təhvil  verilən  ət planı; 
2.  kəsilmək  üçün bəslənən heyvan  mənaslarında  işlənir.  Hər iki  (ət­
tuq)  komponenti  Az.  d.  alınmalıdır.  Bunun  T.  d  ətluq  forması  da 
vardır.
Ədəş  -   Az.  d.  adaş.  Eyni  adı  daşıyan  mənasında.  Mahmud 
Qaşqarinin  “Divan  lüğət-et-türk”  əsərində  (bundan  sonra  MQ)  bu 
söz “adaş”  (MQ, səh. 42) şəklindədir (Bax. DTS,  səh. 9).
A yird  -   ayırd  (etmək),  seçmək,  həmin  mənada  olan  klassik 
arit (DTS, 53) -  muas. Az.  d “an t”  sözlərindəndir.
Aqnə  -   aqna  (o  yan,  bu  yana  diyirlənmək).  T.  d.  buradan 
aqnəmiş birən -  aqnamaq (DTS,  səh. 22-də aqna).
Oğu  -  zəhər.  Qədim  türk  dillərində  ağu  (DTS,  səh.  24).  T.  d. 
Az. d. keçmişdir.
Ağız  -   ağız  südü,  birinci  süd.  (DTS,  səh.  24-də  ağuz,  həmin 
mənada).
A n q ir  -   anqırmaq  (eşşəyin  anqırması).  Qədim  T.  d.  anqilə 
(DTS,  səh.  47.)  türk  dillərində  “çığırmaq”,  “bağırmaq”  mənaların­
da” ayqir”  sözü olmuşdur (DTS,  səh.  30).  T.d.  bu  söz Az.  d.  kimi  an­
qir  (anqır)  şəklində  keçmişdir ki,  buradan  da  “anqirmiş  birən”  -   an­
qırmaq, “anqiıtmiş saxtən” -  anqırtmaq kimi mürəkkəb fellər yaranır.
1 Персидско -  русский словарь.  M.,  1960.  с.  132
AZƏRBAYCAN  TATLARININ  DİLİ
55
Alaçu  -  alaçıq.  MQ  bu  söz  “alaçu”  şəklindədir  (səh.80).  Gö­
ründüyü  kimi,  T.  d.  bu  sözün  daha  klassik  forması  özünü  saxlaya 
bilmişdir.
Alda,  aldaq  -   aldatmaq,  çaşdırmaq,  azdırmaq.  Qədim  T.  d. 
həmin  mənalarda  “alda”  (DTS,  səh.  34)  Az.  d.-dən  T.  d.-nə  keç­
mişdir.
Alxuş -  alqış, (“alqiş” şəklində bax:  DTS, səh.  38).
Anduz -  anduz (su həşəratı, DTS,  səh. 47-də “anduz” kimi).
Çülaq -  çolaq.  (DTS,  səh. 49-da “çolaq”).
Azqun  -   azğın  (yolunu  azmış,  qudurmuş  mənasında.  DTS, 
səh. 49-da aqsun).
Ara -  ara (divann arası, adamların içində  və s.  mənalarında).
Ərx -  arx,  su axan yer (DTS, səh 52-də “ariq”.  R.d həmin mə­
nada olan “ank” sözü ilə müq. et).
Bəq -  qurbağa,  (qəd. T.d.  bəqə. DTS, səh. 82).
Bariş  -   barışıq,  barışmaq  mənasında.  Az.d.  “barışmaq”  məs- 
dəri  mənasında T.  d mürəkkəb fel  olan  “bariş birən”,  “barışdırmaq” 
mənasında isə “bariş saxtən”  işlədilir. Məlumdur ki, Az. d.  “barışıq” 
sözünün  ilkin klassik forması qəd.  T.d.  “bariş” kimi  olmuşdur (DTS, 
səh.  84).  İndi  bu  söz  Az.d.  aradan  çıxmışdır,  onu  həmin  sözdən  dü­
zəlmiş “barışıq”  sözü əvəz edir. T.d.  isə qədim türk dillərində həmin 
mənada  olan  “bariş”  sözü  eynilə  qalmışdır.  Məs.:  bariş  başind 
(barışın),  uşunə  bariş  san  (onları  barışdır),  bariş  mənə  arzumənü 
(barışıq mənim arzumdur) və s.  kimi cümlələrdə bu qədim türk sözü 
Azərbaycan dilindən çıxmış isim mənasında işlənir.
Batman -  batman, çəki vahidi.  180 kq-dan 300 kq-a qədər çə­
kiyə  qədim  türk  dillərində  “batman”  deyilmişdir.  (DTS,  səh.  88). 
T.d. həmin mənada qalır.
Bilə -  bülöv (itiləmək vasitəsi). Qədim türk dillərində “bilə”.
Bilək  -   bilək  (qol,  bilək  mənasında),  qədim  türk  dillərində 
“bilək”.
Biliş  -   tanış  mənasında.  Az.d  “tanış-biliş”  tərkibində  qalmış­
dır.  Qədim  türk  dillərində  həmin  mənada  “biliş”  kimi  olmuşdur. 
(DTS, səh.  100).


56
BİRİNCİ  KİTAB
B uyuruq  -   buyuruq,  göstəriş  vermək.  Türk  dillərində  bu  söz 
“biruq”.  (DTS,  səh. 100)  və  eynilə  tat  dilində  olduğu  kimi,  ortada 
ikinci  hecadan  sonra  “u”  ilə  buyuruq  (DTS,  səh.  121)  kimi 
işlənmişdir.
Buq  -   boğ  (boğmaq sözünün  kökü).  T.d  bu  söz  müxtəlif bir­
ləşmələrdə,  qədim  türk  dillərində  olduğu  kimi,  (boğ,  DTS,  səh. 
109)  özünü  saxlamışdır:  buqmiş  saxtən  -   boğmaq,  boğulmuş,  bu- 
qulmiş  birən -  boğulmaq,  buğma  -   1.  düyüm,  2.  azar;  boğma  (qar­
ğış), buğum -  boğça, ciğə-buğa -  boğuşma və s.
Bülük -   dəstə,  bölük,  qrup.  Qədim  türk  dillərində  eynilə  indi 
tat dilində olduğu kimi bölük (DTS, səh.  118).
Buğa  — buğa,  erkək  dana.  Qədim  türk dillərində,  o cümlədən 
Dədə  Qorqud dastanlarının dilində,  tat dilində  də  işlənən bu söz də­
vənin  erkəyi  mənasında buğra (DTS  səh.  120),  həm  də  öküz  məna­
sında buğa (DTS, səh.  125) işlənmişdir.
B ü trü m   -   müasir  Az.d.  -   bütöv,  tam,  kamil  mənasında.  Tat 
dilində qalan  bu  söz  demək olar ki,  eyni  şəkildə  yazılan qədim  türk 
sözü ilə  (bax:  bütrü.  DTS,  səh.  134) eyniyyət təşkil edir. Təkcə “m” 
hərfi  alınma türk sözünün sonuna əlavə olunmuşdur.
Baydəq  -   bayraq.  Qədim  türk  dillərində  badruq  (DTS,  səh.
134).
Çalpaş -  müasir Az.d.  qanşılıqlıq,  toqquşma,  basabas.  Qədim 
türk dillərində eynilə çalpaş (DTS,  səh.  137). T.d. bu sözdən “çalpa- 
şuq” ismi də yaranır ki,  bu da müasir Az.d. qarışıqlıq mənasını verir.
Çaq -  vaxt,  zaman. Türk dillərində çaq (DTS,  səh.  139).
Çiilpək  -   gözdə  irin.  Qədim  türk  dillərində  həmin  mənada 
yelpək  (DTS,  səh.  145).  Göründüyü  kimi,  T.  d.  bu  söz  ilkin  alınma 
formasından az seçilir.
Çəpiş,  çöpüş  -   çəpiş,  altı  aylıq  keçi  balasına  deyilir.  Bu  söz 
qədim türk dillərində çepiş (MQ,  185; DTS,  144) kimi olmuşdur.
Ciqi  -   cırıq  yeri,  tikiş  yeri  (paltarda).  T.d  paltarın  sökük  ye­
rinə  deyilir.  Fel  formasında  “ciq  xardən”  -   sökülmək,  şəkilçisiz  -  
“ciqi” formasında isə isim kimi çıxış edərək “sökük” mənasını verir. 
Qədim  türk  d.  bu  söz  “tikiş  yeri”  mənasında  eynilə  tat  dilində
AZƏRBAYCAN  TATLARININ  DİLİ
57
olduğu  kimi  ciqi  (MQ,  546;  DTS,  145)  kimi  mövcud  olmuşdur. 
Göründüyü kimi,  tat dilində bu türk alınması eynilə qalmışdır.
Q irçə  -  diş  sürtünməsi.  Tat  dilində  dişləri  bir-birinə  sürtmək 
“dandu qirçə saxtən” kimi deyilir. Bu söz qədim türk dillərində çiqir 
(DTS,  145;  MQ,  183)  kimi  olmuşdur.  Bizcə  tat  dilində  bu  söz 
özünün qədim  alınmasının  hərf dəyişməsindən  (metateza) başqa  bir 
şey deyildir.
Çil  -  çil,  üzdə  ləkə.  Bunun  tat dilində,  Az.  dilində  olduğu  ki­
mi,  sözün  təkrarı  yolu  ilə  yaranan  çil-çil  forması  da  vardır.  Qədim 
tat dilində çil (DTS,  150).
Çiçələq  -  kiçik,  çeçələ  barmaq.  Tat dilində  bu  söz  tərkib  da­
xilində  və  ümumiyyətlə,  sifət  mənasında  da  kiçicik,  bapbalaca) 
işlənir.  Çiçələ  əngüşt  -   çeçələ  barmaq,  çiçələqə  əyəl  -   bapbalaca 
uşaq,  in ki  lap çiçələqü -  bu ki,  lap  dıqqılıdır və  s.  kimi  işlənir.  Qə­
dim Türkü dilində bu söz  tat dilindən fərqli  olaraq bu söz tat dilində 
kiçik fonetik dəyişikliklə “çiçalaq” (DTS,  150) kimi işlənmişdir.  Tat 
dilində  olduğu  kimi  görünür,  Azərbaycan  dilində  də  bu  sözün 
vaxtilə müxtəlif mənalan olmuşdur.
C ir  -   cırmaq,  sökmək.  Qədim  türk  dillərində  bu  söz  həmin 
mənada  “cir”  kimi  işlənmişdir  (DTS,  151).  Bu  söz,  görünür,  İran 
dillərinə (məs.:  fars,  tacik,  əfqan,  kürd,  talış  və s.) ciğ  kimi  keçmiş­
dir. Bu söz tat dilində də cir şəkli  ilə bərabər “ciğ” formasında da iş­
lənir: cir dərən -  cırmaq, ciğ xardən  -  sökülmək, ciğ -  sökük.
Çülaq  -  çolaq.  Qədim  türk dillərində  də  “çolaq” kimi  olmuş­
dur (DTS,  153).
Çüxa -  üst paltarı,  plaş. Tat dilində bunun  “çüxə”  variantı  da 
vardır.  Qədim  türk  dillərində  “çoqa”  kimi  mövcud  olmuşdur (DTS, 
154).  Tat  dilində  geniş  işlənən  bu  söz  Azərbaycan  dilinin  bəzi  dia- 
lekt və şivələrində qalmışdır.
Danq  -   gurultu,  küylü  səs.  Bunun  tat  dilində  “danq-dunq”  -  
“taraq-turuq” forması da vardır. Bu  söz qədim türk dillərində hər iki 
variantda  həmin  mənada  “danq”  və  “dunq”  şəklində  ayn-aynlıqda 
işlənmişdir.  (MQ., III, 357; DTS,  158).


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə