Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə67/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   63   64   65   66   67   68   69   70   ...   131

268
BİRİNCİ KİTAB
gülüşürlər.  12.  Padşah vəzirdən soruşur ki,  burada nə baş vermişdir? 
Vəzir  deyir:  -   Dəli  Bəhlul  şam  ağacı  satır,  kim  bilir,  kimsə  onu 
aldatmışdır  ki,  bazara  şam  çubuğu  çıxarıb  sat.  13.  Padşah  vəzirə 
deyir:  -   Get  onu1 yanıma  çağır,  çubuqlarını  da  özü  ilə  gətirsin.  14. 
Vəzir gedib Bəhlulu çağırır.  15. Padşah Bəhluldan soruşur: -  Bu çu­
buqların əvəzində nə istəyirsən, onlara nə qədər pul verim?  16.  Bəh­
lul  deyir:  -   Uşaqlarımın  axşam  naharı  üçün  arpa  çörəyi  lazımdır. 
Səhər  üçün  isə  Allah  yetirər.  17.  Padşah  öz  dəstəsinə  deyir  ki,  hər 
kim  mənim  xətrimi  istəyir,  bu  çubuqlan  yüksək  qiymətə  alsın.  18. 
Vəzir,  vəkil  ciblərində  olan  bütün  qızılları  Bəhlulun  ətəyinə  boşal­
dır,  çubuqlarından  götürürlər.  19.  Bəhlulun  ətəyi  pulla  dolur.  20. 
Padşah Artaşar öz üzüyünü də çıxanb В əhl ula verib soruşur:  -  Sənə 
kim deyib ki, bazara şam çubuğu çıxardıb satasan? 21. Bəhlul deyir: 
-   Mənim  bir  dövlətli  qardaşım  var,  o  dedi,  ona  allah  ömür  versin. 
22.  Bu  qızılları bu  gün  mənə  o verdi,  ömrümün  axınna qədər mənə 
bəsdir.  23.  Padşah  görür  ki,  Bəhlul  təmiz ürəkli  bir adamdır,  qarda­
şının onu doladığım,  ələ  saldığını başa düşməmişdir,  gülüb  deyir:  -  
qardaşına  deyərsən  ki,  padşah  çubuqları  məndən  satın  aldı.  İndi  o, 
mənə şam çubuğu gətirsin.  24.  Bəhlul  sevinə-sevinə evə  gəlib qızıl- 
lan  qardaşına  göstərir.  25.  Qardaşının  gözləri  kəlləsinə  çıxır:  “Mən 
onu  ələ  salmaq  istəmişdim,  o  isə  gedib  məndən  də  dövlətli  oldu”.
26.  Bəhlul  padşahın  sözünü  ona  dedi.  27.  Dövlətli  qardaş  tez  dörd- 
beş  nökər  götürüb  meşəyə  getdi,  dörd  at  yükü  çubuq  kəsdi,  səhər 
tezdən  gedib padşahın  qapısını  kəsdirdi.  28.  Padşaha xəbər getdi  ki, 
dünən çubuq satanın qardaşı dörd at yükü çubuq gətirib, özü də  şam 
çubuğu.  Deyir  ki,  padşah  tapşırıb  (hərfən:  istəyir).  29.  Padşah:  -  
dörd  at yükü?  Çubuğu çox  gətirib  ki,  pul  da çox  aparsın.  30.  Əmr 
edir  ki,  bütün  çubuqlar  sınana  qədər  onu  döysünlər.  Onu  (böyük 
qardaşı) o qədər döydülər ki, canı çıxdı.
1 Yəni Bəhlulu
AZƏRBAYCAN  TATLARININ  DİLİ
269
VII.  Lazımsız şey də lazım olur
1.  Bir  kişinin  bir  oğlu  olur,  bu  kişi  oğluna  deyir:  -   Ey  oğul, 
hər gün  əlinə nə düşdü,  bir şey evə gətir,  lazım olar.  2.  Kişinin oğlu 
da  hər  gün  əlinə  nə  düşərsə  evə  gətirir.  Bir  gün  şüşə  qırığı,  bir gün 
bir parça  sicim,  bir  gün  bir  tikanlı  şax,  bir  gün  bir  odun.  Belə-belə 
yığır,  axır  ki,  evə  əliboş  gəlmir.  3.  Bir gün  bu  oğlanın  əlinə  heç  nə 
keçmir  və əliboş  gəlməli  olur.  4.  (Oğlan) görür ki,  yolun içərisində 
bir ölü koramal ilan düşüb qalıb. 5.  (Oğlan)  bu ölü ilanı  götürüb evə 
aparır  ki,  bu  gün  əliboş  getməsin  (hərfən:  getməyim).  6.  (Oğlan) 
gətirib  ölü  ilanı  çəpərin  üstünə  atır.  7.  Atasına  deyir ki,  bir ölü  ilan 
gətirdim,  atdım  çəpərin  üstünə.  8.  Kişi  oğluna  deyir:  -   sağ ol,  axır 
ki,  lazım olar.  Səndən ki  su,  çörək  istəmir,  sənə ki bir ziyanı  yoxdu. 
9.  O  günün  sabahı  bir  qaraquş  bir qoca qarının  əlindən  qırmızı  bir 
kisəni ət bilib vurub alır.  10.  Sən demə bu kisə də qızıl ilə dolu olur, 
özü  də  hamısı  onluq.  11.  Qaraquş  uçub  bu  kişinin  çəpəri  üstündən 
keçəndə gözü koramala sataşır.  12.  Qaraquş da koramalı yaxşı yeyər 
(hərfən:  od  vurar).  13.  Quş  pəncəsindən  kisəni  çəpərin  üstünə  bu­
raxır,  ilanı  götürüb  uçur.  14.  Oğlan  bunu  görür,  atasına  deyir  ki, 
qaraquş koramalı  götürüb getdi.  15.  Kişi deyir ki,  (hərfən:  deyər ki) 
axı  pəncəsindən  çəpərin  içinə  bir  şey  buraxdı,  özü  də  qırmızı  şey 
idi.  16.  Gəzib  bu  qırımızı  şeyi  tapdılar.  17.  Görürlər  ki,  bir  kisə 
qızıldı,  bunlar daha dövlətlənər, özləri üçün keflə yaşayarlar.


270
BİRİNCİ  KİTAB
TATCA-AZƏRBAYCANCA  QİSA  LÜĞƏT
(Qonaqkand ləhcəsi əsasında)
A
avaz 
as taran'
-  yenə; buradan da avazgə
-  almaq
astara2
-  ulduz
ataş
afta
- o d
1)  günəş;  2)  aftaran  -   düşmək  felin­
dən:  düşdü
afta batmiş birə
-  günbatan (qərb)
alat3
-   1) paltar; 2) yorğan-döşək
amburun
-  armud
aga birən
-  oyanmaq
ardic
-  ələk
anbar4
-  çox
arakərə
-  çay (axan su)
ardava
-  sıyıq (xörək  adıdır,  un  və  suyun qa- 
tışığı)
aqade, aqasde
-  kimi (qoşma.  Əhməd kimi və s.)
aftavərmarəyi5
-  gündoğan (şərq)
1  Abşeron və başqa bir sıra ləhcələrdə:  “ustaran”, “vustaran”, “əstaran”
2 Göy  cisimlərinə:  aya,  günəşə,  ulduza  sitayiş  etməyi  təbliğ  edən  qədim  din  də 
“astral  din”  adlanır,  (bax:  Yampolski.  Azərbaycanda  qədim  dinlər.  Bakı,  1958, 
səh.  17);  İ,Beryozin.  Astara  şəhərinin  etimologiyasından  bəhs  edərkən  bu  sözü 
bizcə, haqlı olaraq “astara” -  ulduz sözü ilə bağlayır (bax:  И.Березин  «Путешес­
твие по Северной Персии», Казань,  1852, стр.  142).
3 Abşeron ləhcəsində də: “alət”, “alat”.
4 Taxıl  və  s.-nin  saxlandığı  yeri  bildirən  “anbar”  sözü  ilə  müqayisə  et.  Azərbay­
can dilindəki bu söz fars dilindən keçmişdir və “ənbaştən” felindəndir.
5 Abşeron ləhcəsində: “aftavərma” .
AZƏRBAYCAN  TATLARININ  DİLİ
271
В
Јв
biyar
bəğ
bəqələ
bəli
be
beybut
binlo
bonlo
birən
binərə
birar
birarzərə
bürüştən
buz
bürcundan
bürg
büsk
bastən
bətən
başirən
-   1)  yaddaş;  2)  avardən  -   gətirmək 
felinin əmr forması
-  qurbağa
-  böyürtkən
-  gilas
-  üçün (önqoşma)
-  xəncər
-  bu tərəfə
-  o tərəfə
-  olmaq
-  çılpaq
-  qardaş
-  qardaşoğlu
-  bişmək
-   1) pıçağın ucu; 2) burun1
-  bişirmək 
- q a ş
-  şiş (kabab şişi)
-  bilir (indiki zaman, tək, III şəxs)
-   1)  yanma  (onun  və  s.);  2)  deyir 
(indiki zaman, tək,  III şəxs)
-  oxşamaq
bə çığatay kəşirən 
-  ciddi haqq-hesab çəkmək
bəyistən 
-  donmaq
bəyə 
-  buz
1 İkinci  mənada  bu  söz  Lar  dialektində  “puz”  kimi  işlənir  (bax:  A.Romaskeviç. 
Göstərilən  əsəri);  Fars  dilində  və  onun  dialektlərinin  bir  çoxunda  isə  bu  sözə 
“puzə” formasında da rast gəlmək olur.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə