34
BİRİNCİ KİTAB
həmin sözlərdə tat dilində qısa tələffüz olunma formasının tat dilin
də ancaq qısa şəklində qalmağını deməklə sonuncu dildə saitlərin,
ümumiyyətlə, ancaq qısa şəklinin qaldığını, onların uzun tələffüz
formalarının tat dilindən çıxdığını deməyə əsas vermir. Bizim yuxa
rıda gətirdiyimiz nümunələr isə sübut edir ki, tat dilində mövcud
olan fonoloji qısalıq və uzunluq bu dildə, hətta semantik fərqlərə də
səbəb olur ki, özlüyündə tat dilinin bu maraqlı fonetik hadisəsinin
аупса və ciddi tədqiqata ehtiyacı vardır.
IX. “E” saiti İran və türk dilləri üçün xarakterik olan açıq sa
itdir. Bu saiti tələffüz edərkən dil bir qədər qabağa və yuxarı dama
ğa doğru hərəkət edir. Məs, yek - bir, geznə - gicitkən, deydi - dü
nən, bəce - hanı? Harada?, xeyr, seyr (hər iki söz Azərbaycan dilin
də eyni mənalarda).
Bəzən “e” səsi “ə”-yə çevrilir: temiz - təmiz (eyni mənada),
bestən - bəstən (bağlamaq), beçrən - bəçrən (dərir, dənnək məsdə-
rindən), keştən - kəştən (gəzmək), yedəmkə - yedəmkə (bayaq), bi-
lek - bilək (bilək) və s.
Konsonantiznı (samitlər). Tat dili konsonantizmini 24 (bo
ğaz h emfatikası və ərəb aynmı verən apostrofla 26) samit səs təşkil
edir.
Tat dili samitlərinin işlənməsinə dair misallar:
B. bi - heyva, sib - alma, bəq - qurbağa, bəqələ - böyürtkən və s.
D. dar - ağac, dər - qapı, dahar - qaya, dərzən - iynə, dandun
- d iş .
R. ra - yol, ard - un, dar - ağac, dər - qapı, bar - yük, rub -
rıçal.
Z. zunə - kilid, zər - 1. qızıl, 2. zər (nərdtaxtada), zərd - san.
T. tar - 1. çalğı aləti, 2. yaş, nəm, təb - qızdırma, təvər - bal
ta, təhəl -acı.
N. nar, nun - çörək, nərd, danə, tonur - təndir.
S. əs - at, sə - üç, sou - səhəng, dəs - əl, sad - yüz, sər - baş,
sərd - soyuq.
AZƏRBAYCAN TATLARININ DİLİ
35
Ş. aş, şari - şadlıq, şir - süd, şib - əyri, şirin, təşnə - susuz,
şar birən - sevinmək, şərbət, şe - gecə, niştən - oturmaq, başirən -
minmək (ata), nişan, şal, maşə - maşa.
M. mahi - balıq, miz, mar -- ilan, mərd -kişi, maşin - maşın,
imu - biz, şümu - siz, muy - tük, mum.
L. Əli, lələ, lamad - palçıq, bəli - gilas, silə - dolu (qab), liivə
- budaq, nalin - döşəkçə, şətəl - corab.
У. may - ana, əyəl - uşaq, bəyə - buz, əsyo - dəyirman, əyaz
- şaxta, biya! - gəl! (əmr forması, II şəxs, tək), biyar! - gətir! (əmr
forması, II şəxs, tək), yazi - çöl, birar - qardaş.
K. kolxuz - kolxoz, kələm, Kərim, məktəb, kafir, kələk, bərk
və s.
G. Göy - öküz, güyo - ot, dəgəştən - yatmaq (xəstə), gal
(zəı ən( - çağırmaq, mərəgoy - inək, tərsəgün - qorxaq, gərmi - isti.
P. par - keçən il, pur - dolu, pir, pirzən - qan, pəmbə -
pambıq, palud - palıd, püşt - arxa, paylimə - nərdivan, pişin -
qabaqkı, əvvəlki, pərdü - tir, paya, piyər - ata, pana - gizli.
H. hüzüm - odun, ləhə - bulanlıq, nohur - göl, hənəgi -
zarafat, hamin - yay (fəsil), zuhun - dil, pərəha ~ srağagün, kələhə
- böyük, nügbəhər - nübar (meyvə).
H. (boğaz səsi, ərəb dilindəki ha) - səhət - saat, ləhə - palçıq,
həppa - yumru daş, Həsən, məhsul - məhsul, hüıs - acıq, təhəl -
acı, təhləpusi - çöl sanmsağı, həcətxanə - ayaqyolu, hülbə -
sarıçiçək və s.
Q. qəlağ - qarğa, qəy - çox, qəd - boy, qəbəq - alın, qaqlə -
bardaq, qüyüq - qıyıq, qəmqəl - qabsürtən, qəyilı - paya, qərqul -
aftava.
Ğ.(ğayn, ərəb əlifbasında ğayn) - tüğ - damcı, duğ - ayran,
dağ - qaynar.
X. xunə - ev, xiyə - kürək (qar süpürən), xari ~ yer, xüşk -
quru, xaygərg - yumurta, xərguş - dovşan, mix - mıx.
V. vəlk - yaıpaq, var - külək, vasal - yaz, bahar; variş -
yağış, varastən - qurtarmaq, vini - burun, vərəzə - yoxuş, vagaştən
- qayıtmaq, vardərən - fırlatmaq.
36
BİRİNCİ KİTAB
Ç. çin - oraq, çu - odun, taxta; çüm - göz, çüp - çöp, çanə -
çana, mərgiçə - sərçə, çarundən - otarmaq, çanta, çənəm? - necə?
C. com - süpürgə, cum - ziriş, cigə - yer, cücə, cıra - çığırtı.
F.
Afta
-
günəş, gaf
-
söz, raf - rəf, fil, finduq
-
fındıq, vərf
-
qar, fırə - geniş, enli; fağır - fəqir, cəftə, güftən - tutmaq.
J.
joju - kirpi, dürüjd - iri (dənələr), qəjqun - qazan, müjnə -
qanşqa, mijə - kirpik, qıjə - dəvədabanı, gij - dəli və s.
’ (ayn) - Ərəb dilində ayn: lə ’ə f - yorğan, cə’ - zibil, ’ənc -
dişlək, məcm ə’i - məcməyi, nə’əlbəki - nəlbəki və s.
Bu samitlər boğazdan çıxmasına, dil və dodağın, dişlərin və
sair səs orqanlarının iştirakına görə müxtəlif qruplara bölünürlər. Bu
bölgü özünü aşağıdakı şəkildə göstərir.
a) dodaqlann iştirakı ilə əməl gələn samitlər: “m”, “p”, “f ’,
“v”, “b”. Bu dodaqlanan samitlər həm də kar konsonantlardır;
b) dilin iştirakı ilə əmələ gələn samitlərdir ki, bunlar da öz
növbəsində iki qrupa bölünür:
1. Kar samitlər: “t”, “ş”, “ç”, “j ”, “s”.
2. Cingiltili samitlər: “d”, “z”, “c” , “n”, “1”, “r”.
Hər iki qrupda (kar və cingiltili samitlər) iştirak edən samitlə
rin yaranmasında dilin iştirakı aktivdirsə, bunu “y” samitinin əmələ
gəlməsində dilin iştirakı haqqında demək mümkün deyil. Burada dil
passivdir və “y”-nm yaranması zamanı dil aşağı çənədən azca arala
naraq damağa doğru meyl edir və damağa doğru əyilir.
v) Arxa dil samitləri: “g”, “k”, “q”, “x”.
q) Boğaz samitləri: “h”, ayn (apostrof), “ğayn” (ğ)
Qeyd etmək lazımdır ki, tat dili konsonantizmi, məsələn: fars
dili, ümumiyyətlə isə İran dilləri konsonantizmindən o qədər də cid
di fərqlənmir.
Bununla bərabər, tat dilinin bəzi fonemlərinin özlərinə
məxsus səslənmə şəkillərinə də təsadüf olunur. Məsələn, tat dilinin
Balaxanı ləhcəsində aydın eşidilən “q” fonemi Qonaqkənd, Quba,
Ərüsküş ləhcələrində dəyişikliyə uğrayaraq “q” ilə “g” arasındakı
bir səsə, ya da tam “g” səsinə çevrilir, yəni arxa dil samiti olan q
orta dil samiti g-ya dönür: quş (Balax.) - qulaq-guş - qonaq (həmin
AZƏRBAYCAN TATLARININ DİLİ
37
mənada), qur (qəbir) - gur, qal (çağırış) - gal (zərən), qou (inək) -
gou, nuq (təzə) - nug, raftaqar (gedən adam) - raftagar və s. Bəzən,
g, məs,
Abşeron, Balaxanı ləhcələrində arxa dil yuxan damaq
samiti kimi çıxış edən “q” fonemi başqa ləhcələrdə ön dil, yuxan
diş fonem sayılan “y”-ya çevrilir: əqər - əyər (bağlayıcı rolunda),
diqər - diyər (daha, bir də qoşmalan mənasında) və s.
“K” fonemi tat dilinin bütün ləhcələrində, demək olar ki, iki
variantlı kimi çıxış edir: yumşaq və qalın formalarında (Azərbaycan
dilindəki məs, kələm və kolxoz sözlərindəki fərqli tələffüz olunan
“k”-lər kimi). Məs., tat dilinin Q. və D. ləhcələrindəki bu “k”-nın
müxtəlif variantlığını aşağıdakı misallarda göstərmək olar: kar - iş
(“k”-nin tələffüzündə dil damağa doğru qalxır, boğaz boşluğu geniş
və sərbəst qalır), kar - kar adam. Burada sonuncu halda semantik
fərqi yaratmaq üçün “k” fonemi nisbətən yumşaq tələffüz olunur, bu
zaman dil yuxan damağa, demək olar ki, toxunmur, əksinə arxa da
mağa doğru əyilir.
“ K” foneminin müxtəlif variantlı olmasını aşağıdakı misallar
dan da görmək olar. Qalın tələffüz olunan “k” - ya dair misallar:
pak - təmiz, xak - torpaq, xuk//xuq - donuz, kyk - oğul, sovuk -
yüngül və s.
Yumşaq tələffüz olunan “k”-ya dair misallar: kək - birə, key -
nə vaxt?, kəmər - 1. bel, 2.qayış, kəmər; kinar - sahil (kənar məna
sında), nümük - duz,'kitab (Azərbaycan dilindəki həmin mənada),
nəəlbəki - nəlbəki və s.
Bu da bir həqiqətdir ki, tat dilində “k” foneminin müxtəlif səs
(cingiltili və kar) məxrəclərində tələffüzü özündən əvvəlki saitlər
dən asılıdır. Bu hal İran dilləri üçün xarakterik olmaqla, Azərbaycan
dilinin fonetik mühitində yaşayan tat dili üçün də xarakterikdir.
Tat dili ləhcələrinin əksəriyyətində “q” fonemi sözün əvvəlin
də və sonunda çox vaxt cingiltili tələffüz olunur. Məs.: qəm, qəyiş -
qayış, qəbür - qəbir, qunşi - qonşu, qəymaq - qaymaq, qəbəq (alın),
qəlaq (ala qarğa), faqır, ruqan (yağ), əı əq - 1. araq, 2. tər və s. Bə
zən tələsik tələffüz zamanı “q” cingildlikdən çıxaraq boğuqlaşır və
bir növ “ğ” ilə “x” arasında bir səsə çevrilir ki, bu da bütün ləhcələr
Dostları ilə paylaş: |