44
BİRİNCİ KİTAB
vurmaq, tatca “zərən”, farsca “nəhadən” - qoymaq, tatca “narən”,
farsca “pusidən” - çürümək, tatca “pusirən” və s.1
Göstərdiyimiz bu qədim fonstik hadisələrə tat dili ilə coğrafi
qonşuluqda yerləşən qohum talış dilində də rast gəlmək olar ki, bu
da talış dilinin də qədim İran dilləri çərçivəsinə daxil edilməsi üçün
tam əsas verir.
Arxaik bir fonetik xüsusiyyətin tat dili ilə bərabər uzun əsrlər
boyu Azərbaycan ərazisində mövcud olmuş talış dilində də qalması
bu dillərin yaxınlıq və qohumluğunu təsdiq edən mühüm bir amil
dir.2 Bu baxımdan həmin dillərin fonetika, morfologiya və leksika-
sınm müqayisəli tədqiqi nəinki təkcə İran dilləri, həm də türk dilləri,
o cümlədən Azərbaycan dilinin tarixi inkişafının bəzi məsələlərini
işıqlandırmağa kömək edərdi.
1 Bu maraqlı fonetik hadisə barəsində ətraflı məlumat üçün bax: M.İ.Hacıyev.
Seyid Əhməd Kəsrəvinin “azəri” dili materiallarının
təhlilinə dair (tat dili
əsasında). “Azərb SSR EA Xəbərləri” (İctimai elmlər seriyası). N 6, 1965.
2 Əli Əbdüli. Tatha və Taleşan. Tehran, 1369.
AZƏRBAYCAN TATLARININ DİLİ
45
TAT DİLİNİN LEKSİKASI
Tat dili leksikasının əsasını bütün İran dilləri qrupu üçün
ümumi olan sözlər təşkil edir. Tat dilində fars və Azərbaycan dilləri
vasitəsilə bu dilə keçən ərəb sözləri də, az da olsa, müəyyən yer tu
tur. Əlbəttə, ərəblərin istilasından sonra qılınc gücünə islam dinini
qəbul edən tatların dilinə ərəbcədən birbaşa keçmiş sözlər də olmuş
dur. Qeyd etmək lazımdır ki, tat dilinin leksikasmda ərəb sözlərinin
tutduğu mövqe fars dilinə nisbətən çox azdır. Bunlar əsasən dildə,
artıq vətəndaşlıq hüququ qazanmış, danışıqda işlənməsi lazım olan
sözlərdir. Məsələn: “kitab”, “İslam”, “təşəkkür”, “təbrik”, “istis
mar”, “şükr” kimi onlarca söz ya ərəb dilində olduğu kimi eyni ilə,
ya da cüzi fonetik dəyişikliklə ifadə olunur. Demək olar ki, tat dilinə
keçən ərəb sözlərinin əksəriyyəti Azərbaycan dilində də işlənir.
TAT DİLİNDƏ AZƏRBAYCAN SÖZLƏRİ
Tat dili leksikası tərkibində çoxlu miqdarda Azərbaycan söz
ləri də vardır. Bu da təbiidir. Çünki qarşılıqlı iqtisadi, mədəni və
ictimai əlaqələr bir çox Azərbaycan sözlərinin tat dilinə daxil
olmasını təmin etmişdir. Məsələn: “sərin” - sərin, “dirsək”
- dirsək,
“ucuz” - ucuz, “seçmə” - seçmə, “üzük” - üzük, “pis” - pis,
“gözəl” - gözəl, “burğu” - burğu, “daban” - daban, “sırtıq” - sırtıq,
“çəngə” - çəngə, “qucə” - qoca, “qəri” - qan, “piy” - piy, “tava” -
tava (qab), “kük” - kök (insan, heyvan), “əxtərmiş (birən)” -
axtarmaq, “qəyğənaq”, “pusqu” - pusqu, “dayi” - dayı, “kərpic” -
kərpic, “sinixçi” - sınıqçı,1 “ağciyər” - ağciyər, “yaralu” - yaralı,
əlləş (küftən) - əlləşmək, “süpürləmiş” (saxtən) - süpürləmək,
“qaralamiş (saxtən)” - qaralamaq, “alış-veriş” - alış-veriş, “ara” -
1 Bu söz İran Azərbaycanın İbrahimabad və Səgzabad tatlarının dilinə də daxil
olmuşdur (bax: Cəlal ale Əhməd. Tatnişinhayi bəluke Zəhra. Səh.55