38
BİRİNCİ KİTAB
üçün xarakterik sayıla bilməz. Bu hala Balaxanı ləhcəsində “bax”
sözünə təsadüf olunmuşdur1 ki, bu da “bağ” - bağça mənasındadır.
Tat dilinin ş, c, g, fonemləri haqlı olaraq bəzi mütəxəssislər
tərəfindən iki fokuslu fonemlər adlandırılmışlar.
Orta dil samitləri olan bu fonemlər ön damaq saitləri ilə qon
şuluqda olduqca yumşalır, incə tələffüz olunurlar. Şərbət, Məcnun,
mujnə - qarışqa, coru (süpürgə), curub (corab), joju (kirpi) və s. ki
mi sözlərdə. Əksinə, həmin fonemlər arxa damaq saitləri ilə yanaşı
gəldikdə kobudlaşır, boğuqlaşır və qalın tələffüz olunurlar. Məs. cı
ra - çığırtı, ceyran, şe - köynək, jiringə (sırsıra), şari (şadlıq) və s.
Diş-dodaq samiti olan “v” bütün ləhcələr üçün xarakterikdir
və öz fonetik yaranma mühitinə (diş-dodaq vəziyyətinə) sadiqdir.
V.S.Sokolova doğru olaraq qeyd edir ki, bu fonem sürətli tələffüzdə
dodaqlanan saitlər arasında “dodaqlanan-dodaqlanan şəklinə dü
şür”3 və zəif tələffüz olunur.4 Məs: Sovuk, suvuk - yüngül, ovul -
qabar, cuvab - cavab, kovur - göy rəng və s.
N fonemi tat dilində əsasən burunda tələffüz olunan ön diş sa
mitidir: nun - çörək, nümük - duz, nalin (döşək), səməni, bülündi
(yüksəklik), nərm (yumşaq) və s. Lakin başqa İran dilləri üçün
(fars, tacik, əfqan və s.) də xarakterik olan bir fonetik hal tat dili
üçün də istisna deyildir. O da budur ki, “n” fonemi arxa dil-damaq
samitləri olan k(g) və q(ğ)-dan qabaq gələrsə, özü də onların təsiri
altında arxa dil-damaq samitinə çevrilir və bununla da “n” fonemi-
nin yeni variantı əmələ gəlir. Məsdüng (k) - ayaq, tüfəng (k) - tü
fəng, pələnq (g) - pələng, əng (q) - an, jirəngə (q) - salxım, qaysaq
və s. Göründüyü kimi, burada İran dillərinin özünəməxsus olan bir
variantlı “n” fonemi dəyişilərək başqa variant halını alır və tarixən
türk dillərinə məxsus olan arxa dil-damaq “n”, ya da “n” (nun
1 В.С.Соколова. Очерки... səh. 138
2 Yenə orada, səh. 139, Л. Грюнберг. Язык североазербайджанских татов, с.
23.
3 В.С.Соколова. Очерки... səh. 139
4 Yenə orada.
AZƏRBAYCAN TATLARININ DİLİ
39
səğir) şəklinə düşür ki, bu da həmin fonetik hadisəni tat dilinə
Azərbaycan dilinin fonetikasımn təsiri kimi qəbul etməyə əsas verir.
Burada tat dilindəki boğaz səslərinin, xüsusilə emfatik (bo
ğuq) səslərin xüsusiyyətindən ayrıca bəhs etmək çün fonetik əsas
vardır.
Tarixi aspektdə götürdükdə tat dili konsonantizmində olan bir
sıra faktlar qədim və müasir İran dilləri ilə müqayisə olunarsa, ma
raqlı nəticələrə gəlmək olar. Tat dilində özünü indi də qoruyub sax
lamış qədim, ya da arxaik adlandırılan fonetik hadisələr diqqəti cəlb
edir. Tat dilindəki məhz bu qədim fonetik hadisələrdən çıxış edən
bəzi alimlər tat dilini orta fars dilinin1, bəziləri isə onu “qədim Mi
diya dilinin qalıqlarından” olduğunu qeyd etmiş, tat dilini müsəl
man “pəhləvisi”, yaxud hətta “müasir Midiya dili”2 adlandırmaq nə
ticəsinə gəlmişlər.
Tat dilində sözlərin əvvəlində təsadüf olunan “o” səsi müasir
İran dillərində “a” ilə ifadə olunur. Tat dilinin bir çox sözlərində
işlədilən “p” fonemi İran dillərinin əksəriyyətində “f ’-laşmışdır. Be
ləliklə də, bir çox İran dillərində fonetik keyfiyyət dəyişikliyi olan p
< f çevrilməsi prosesi evolyusiyaya uğramamış, öz qədim şəklini
qoruyub saxlaya bilmişdir.
Tat dilində geniş yayılmış boğaz “ayn”, “ğayn” və qalın
boğaz “h” səslərinin mövcudluğu diqqəti cəlb edir.
Bir çox alimlər bir sıra İran dillərində təsadüf olunan bəzi
emfatik samitlərin ərəb mənşəli olduğunu qeyd edirlər. B.V.Miller
tat dilinin yəhudi ləhcəsindəki boğaz səslərini - h, ayn və ğayn kimi
samitləri mənşəcə semit dilinin təsiri hesab edir.3
Bəzi tədqiqatçılar isə tat dilinin yəhudi ləhcəsindəki bu boğaz
səslərinin mənşəyini Azərbaycanın Şamaxı rayonundakı tat dilli
keçmiş erməni kəndi olan Mədrəsə kəndi əhalisinin ləhcəsinin
1 В.Корш. Следы диалектикеского ротацизма в среднеперсидском языке.
«Древности Восточные», т. Щ, 1907, с. 216.
2 А.В.Жуковский. Материалы для изучения персидских наречий. М., 1893,
часть I, с. IV.
3 Б.В.Миллер. Таты, их расселение и говоры. Баку, 1929, с. 16
40
BİRİNCİ KİTAB
Azərbaycandakı tat dilli dağ yəhudilərinin dilinə təsiri kimi qəbul
etmişlər. Ona görə də M.V.Nikolskiy, F.Korş və başqalan bu
emfatik samitlərin semitizminə şübhə etmişlər.1 F.Y.Korş hətta belə
bir fikir söyləmişdir ki, haqqında bəhs olunan bu səslər heç emfatik
də deyillər; bunlar sadəcə olaraq türk dillərinin fonetik təsiri altında
tat dilində yaranmış dil hadisəsidir: türk dillərində açıq saitdən
sonra qaba, ya boğuq samitin gəlməsi ümumi qanundur.2
Biz xüsusi tədqiqatımız nəticəsində belə qənaətə gəlmişik ki,
istər yəhudilərin - dağ cuhudlarının ləhcəsində, istərsə də 1980-ci
illərin axırlarından sonra artıq Azərbaycandan kənarda öz mövcu
diyyətini saxlayan (Azərbaycanın Kilvar, Mədrəsə, Saqiyan, Meysər
və s. kimi kəndlərində sakin olmuş keçmiş erməni əhalisinin dilin
də) erməni-tat ləhcəsində açıq təzahür edən bu emfatik samitlər tat
dilinin bütün başqa müsəlman ləhcələrində də özünü göstərir və tat
dili fonetikası üçün bu hal ümumi qaydadır. Maraqlıdır ki, bəzi İran
dillərində, məsələn, İşkaşim dilində yuxan farinqal boğaz h və onun
boğuq variantı olan “ayn”a (?.M.H.) heç təsadüf olunmur.3 Ərəb
səsi olan “ayn” ərəb sözləri tərkibində talış dilinə keçərkən öz
emfatiklik xüsusiyyətini itirir, ərəb sözlərində olan yuxan farinqal -
“h” kimi tələffüz olunur. Başqa sözlə ərəb dilindəki haye - hotti
talış dilində haye - həvvəzə çevrilir, öz emfatiklik mənşəyini itirir.4
(İngilis dilindəki have sözündə tələffüz olunan “h” ilə müqayisə et).
İşkaşim dilində boğazda tələffüz olunan aşağı farinqal olan
“h” kənddə yaşayan işkaşimlilərin adi danışığında heç təsadüf olun
mur. Buna ancaq savadlı, tacik ədəbi dilini bilən şəhərli işkaşimlilə
rin tələffüzündə rast gəlmək olar.5 Məlumdur ki, sözün əvvəlində və
həmçinin sözün ortasında saitlər arasında ərəb dilinin “ayn” səsi sa
dəcə olaraq heç tələffüz olunmur. Məsələn, ərəb dilində mütləq
1 Древности Восточные. Труды Восточной Комиссии Императорского
Археологического Общества. Т. 2, М., 1901, стр. 178-179.
2 Yenə orada.
3 В.С.Соколова. Göstərilən əsəri, səh. 126
4 Б.В.Миллер. Талышский язык. стр.. 63
5 Т.Н.Пахалина. Ишкашимский язык. с. 4
AZƏRBAYCAN TATLARININ DİLİ
41
“ayn” ilə tələffüz olunan “elm” sözü fars dilində açıq “e” ilə - yəni
“elm”, həmin qayda üzrə “sa”ət” də “saət” kimi tələffüz olunur.
Sözün sonunda isə fars dilində “ayn” sadəcə olaraq düşür: “mən” -
“n ə f’ və s. kimi sözlərdə olduğu kimi. Bəzi hallarda isə bu samit
fars dilində keçmiş ərəb sözlərində tamam düşür. Buna ən çox
qapalı hecalarda saitdən sonra (samitdən qabaq) təsadüf olunur.
Ərəb dilində m ə’lum - fars dilində məəlum, tə’til - təətil və s. Sö
zün ortasında samitdən sonra növbəti saitdən qabaq da fars dilində
ərəb “ayn”-ı düşür. Məsələn, “q ef’e (tikə, parça) sözü fars dilində
“qete” kimi tələffüz olunur.1 Başqa ərəb boğaz səsləri olan h, ğayn
da fars dilində xas deyil və əsl fars sözlərində təsadüf olunmur. Bu
səslərlə ancaq ərəb dilindən fars dilinə keçmiş sözlərdə rast gəlinir.2
Tərkibində ərəb boğaz səsləri ayn, ğayn, h olan ərəb sözləri
tat dilinə keçdikdə isə aşağıdakı şəkildə özünü göstərir:
a) Bütün ərəb xüsusi isimlərində bu səslər tam şəkildə tat di
lində də özünü saxlaya bilmişdir. Məsələn: Ərəb xüsusi adlan olan
Məhəmməd, Həsən, Əli sözləri tat dilində eynilə boğazda Əli, Mə
həmməd, Həsən kimi tələffüz olunur.Bunu ümumi ərəb vəzifə adla-
nna da aid etmək olar. Məsələn: Ərəb dilinin məhkəmə, hakim söz
ləri həmin mənada tat dilində də boğaz səsləri ilə məhkəmə, hakim
kimi tələffüz olunur.
b) Bəzi ərəb samitləri tat dilinə keçdikdə başqa samitlərlə
əvəz olunur, lakin bir qayda olaraq bu dəyişiklik ancaq başqa boğaz
səslərinin hesabına olur. Məsələn: Ərəb sözü olan ləhaf (yorğan) tat
dilində lə’əf, tale - talih, saat - səhət və s. olur. Tat dilinə keçən
bə’zi ərəb sözlərinin əvvəlində işlənən bu samitlər çox vaxt başqa
samitlərlə, hətta saitlərlə də əvəz olunur. Məsələn, ərəb sözü ğorbət
- tat dilində qürbət, ğərib - qərib olur. Ya da tat dilində aynın açıq
a-ya çevrilməsi də müşahidə olunur: Ərəb dilindəki “ətəş” tat dilin
də ataş (yanğı) kimi səslənir və s.
1 В.С.Расторгуева. Краткий очерк грамматики персидского языка. Приложе
ние к «Персидско - русскому словарью», составленный Б.В.Миллером. М.,
1953. с. 620
2 Yenə orada, с. 621
Dostları ilə paylaş: |