46
BİRİNCİ KİTAB
ara (məsələn, divarın arası), “açuq” - açıq, “basma” - basma,
“qazanmış (saxtən)” - qazanmaq, “qazanc” - qazanc, “qalayçi” -
qalayçı, “qarağac” - qarağac, “quş” - quş, “qunşi” - qonşu, “qızmiş
(birən)” - qızmış, “dana” - dana, “gimiş” - gümüş, “damar” -
damar, “cərgə” - cərgə, “igid” - igid, “ilxi” - ilxı, “incimiş” (birən)
- incimək, “içki” - içki, “üzmək (buradan üzgümçi)” - üzgüçü,
“tapmacə” - tapmaca, “yəzuq” - yazıq, “yaqluq” - yaylıq, “yaltaq”
- yaltaq, “yaramaz” - yaramaz, “yeylaq” - yaylaq, “qişlaq” - qışlaq,
“yemiş” - yemiş (qovun), “yulçi” - yolçu, “yoxsa” - yoxsa,
“keçmiş” - keçmiş (zaman), “açər” - açar, “laqqürti” - laqqırtı,
“qanacaq” - qanacaq, “siçan” - siçan, “tuz” - toz, “yüzbaşi” -
yüzbaşı, “istiot” - istiot, “çəküc” - çəkic, “çiçək” - 1. çiçək
(xəstəlik), 2. gül, “çulaq” - çolaq,1 “qarınquli” (Məl.) - qarınqulu,
“bayir” (M.) - bayır, çöl, “yola” (M.) - ...yola namıraftan... - yola
getmir, “çay” (M.) -1 . çay (axar su) 2. çay (içməli), “balağ” (M.) -
1. ətək 2. camışın balası; “qalın” (Məl.) “qəlin” (Q.) - qalm,
“dönet” - dönə-dönə, təkrar; ye döneş çinni kora məni -b ir də
(təkrarən, dönüb) belə iş görmə, “danlamiş” - danlamaq, “külok”
(Məl.) - külək.
Gəlib, gəlmişdir (Məl.). Bu fel M. ləhcəsində həmin mənada
olan
“amarə” tat feli ilə paralel işlənir. Kiloun əsərxuni gəlib
(amarə) - qızlar bulaqdan gəliblər,
quruş (M.,Q.) - qəpik
qəjqun (qazan) - türk dillərinə məxsus “qazqan” sözündəndir.
əngaz - çənə
əıkohun - ərköyün
əyaz - ayaz (şaxta)
gəbə - xalça
çıra - çığırtı (“cırmaq” sözündən)
ciq - sökülmə, cırılma
çapundən - yarmaq, doğramaq
çapqun - talan, çapqın
1 Əgər Azərbaycan dilindən alınmaların qabağında ləhcənin adı verilməmişdirsə,
bu onu göstərir ki, bu sözlər bütün tat dili ləhcələri üçün eyni və müştərəkdir.
AZƏRBAYCAN TATLARININ DİLİ
47
çatun - çətin
üzək - özək
üzgüm - üzmək (üzgü)
tən - ...dək (yaşma dək)
yazi - çöl, biyaban (MQ, 111, 30., DTS, 243)
qüyüq - qıyıq (çuval, palan və s. tikmək üçün işlədilən alət,
adətən əyri olur; mənşəcə az.d. qıyılmaq, əyilmək sözündəndir),
qulp - qulp, dəstə
qəncuq - az. d. qancıq sözündən
cır dərəgar - cıran (az. D. Cırmaq məsdərinin kökü)
yorğan (Məd.) - yorğan
bayır (Məd.) - çöl, bayır
sağ (Q., M., Məd. Ab) - sol (Məd.) - sağ-sol
təpik (Məd.) - təpik
don (Məd.) - paltar
boluq (Q.) - balıq
keçi (M., Məd.) - keçi
başmaq (M.) - başmaq
çəkmə (Məd.) - çəkmə
əyaqqabi (Q.) - ayaqqabı
qəbəq (M., Q.) - Klaz. sözü “qabaq” - alın (surətdə üzv).
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə və qabağında eyib yox.
M.P.Vaqif
Əlişir Nəvai “Mühakimətül-lüğəteyn” əsərində yazır: “Xubla-
nn göz və qaşlan arası ki, “qabaq” derlər farsidə bu üzvün atı yox
dur. Məsnəvidə bir cəmaət xub tə’rifıdə bundağ deyibdir: Məngizlə-
ri gül-gül, müjələri xar, qabaqları gen-gen, ağızları dar. (Əlişir Nə
vai, əsərləri, III cild, Daşkənd, 1948, səh.I81).
Sağdüş, soldüş, hər ikisi az, sözü sağdış, soldış.
Turac - quş adıdır. Az. sözüdür, türkmən dilində “turac”
(ms dilinə “turaç” kimi keçmişdir). Etimoloji cəhətdən sözün kökü
48
BİRİNCİ KİTAB
türk mənşəli t/d/ur - t/d urmaq məsdərinin kökü ilə bağlıdır.1 Bu
quş, adətən, bir ayağı üstündə durur. Tat və rus dillərinə bu söz Az.
dilindən keçmişdir.
Buxov-buxov (atın buxovu, Məd.), (qəlaq - (qəraq)) qələq -
Az. dilində qarğa; türk mənşəli sözdür. Mənşəyi “qara + qa” sözlə
rindəndir. Qa-qa səsi çıxardan “qara quş” deməkdir. Bu söz rus dili
nə “karqa” (boposa) şəklində (bəzi rus dili ləhcələrinə) keçmişdir.2
Bir sıra İran dillərinə, o cümlədən fars dilinə “kəlağ” tacik dilində
“kalağ” və s. şəklində keçmişdir. Maraqlıdır ki, Azərb. dilində oldu
ğu kimi rus, tat, fars və tacik dillərində də bu quş adı “ifritə qan”,
“xeyir söyləməz”, “şər əlaməti” və s. mənalannı da verir. Məsələn,
Atalar deyirlər: ağasde qəlaq və s. xeyr söyləməzü - qarğa kimi xe
yir söyləməzdir (göründüyü kimi, ifadənin ikinci hissəsi olan “xeyir
söyləməz” eynilə Az. dilindən alınmışdır).
Dodaq - quş adıdır. Az. “dovdaq”, qıığ. - tosdak, qazax -
duadak, özbək - dudak, tuvin - toqduk, xakas - todax, noqay -
duvadok, tatar - düdək. Türk mənşəli bu söz rus dilinə “dudak”
kimi keçmişdir. L.A.Kubanova bu sözün mənşəyini türk dillərindəki
tu (tutu, toğ, doğ, tok) - “doğmaq”, “doğulmaq” əsası və az
məhsuldar olan “dak” affıksi ilə (hərəkət aləti mənasında isim
yaradır, məs.: özbək dilində “yaqurdak” - qaçqın, “yaqurmok” -
qaçmaq sözündən) bağlayır.3
Qirqi - quş adıdır. Az. dilində “qırğı”. Qədim türk dillərində
kırğuy, kırkuy; qırq. - kırqıy; türkm. - quığı, özbək - kirqiy, uyqur
- kargay. Qədim slavyan dillərinə bu söz “kraquy” kimi keçmişdir.
Bu sözün kıtmak - qm naq felinin kökü olan kir, qır və fel kökü ilə
birlikdə isimdən əmələ gəldiyini (Məs.: çalmaq (biçmək) sözündən
“çalğı” (biçmək aləti və s.) qəbul etmişdir.4
'. С.Сетаров. Тюркизмы в русских названиях птиц. «Сов.тюркология», N2,
1970, с.86.
2 Yenə orada. Səh. 89.
3 Л.А.Кубанова. Тюркизмы в диалектной лексике русского языка.
Автореф.канд.дисс., М., 1968; Д.С.Сетаров. Тюркизмы в русских названиях
птиц. Göstərilən mənbə, səh.90.
4 D.S.Setarov. Göst. əsəri, səh.90
AZƏRBAYCAN TATLARININ DİLİ
49
Balaban - bu sözün tat dilində iki mənası vardır:
1. Balaban, ümumiyyətlə, çalğı aləti, bundan da “balabançi” -
çalğıçı (ümumi mənada “çalğıçı”, təkcə balaban çalan deyildir).
2. Sifət mənasında “böyük”, “uzun”. Az. dilindən tat dilinə
keçmiş bu söz Az. dilində birinci mənada indi də qalsa da, ikinci
mənası müasir Az. dilindən çıxmışdır. Görünür az. dilində bu sözün
ikinci mənası da olmuşdur. V.V.Radlov qədim türk dillərində bu
sözün iki mənada işləndiyini qeyd etmişdir:
1. Böyük başı olan, böyük, yoğun; 2. Yırtıcı quşlardan birinin
ad ı.1 P.M.Melioranski də yazır ki, türk dillərində “balaban” sö
zünün “böyük”, “iri”, “nəhəng” mənalan da olmuşdur. Göründüyü
kimi, bu söz özünün ikinci - sifət mənasını bu gün də tat dilində
saxlamışdır. Zühunu həcan balabanü (Q., X., M.,) - dili balaban ki
midir (yəni böyükdür); İnə ki sərü balabanü (Q. X. M.) - bu ki lap
yekəbaşdır, balabanə-balabanə pahayü histü (Q., X., M.) - nəhənk
ayaqlan var, çumay xiştənə balaban saxte (Q., M., X.) - gözləri
domba-domba olub (iriləşib) və s.
Bağrıqara - Az. dilindəki eyni adlı quşun adıdır (Az. dilin
də bağrıqara). Türk mənşəli söz olub, Az. dili vasitəsilə tat dilinə
keçmişdir: hərfən - döşü, sinəsi qara. Özb. dilində bu quşun adı
korabovurdur, bu dildə kora (qara) və (bovur) ciyər sözlərindən
əmələ gəlmişdir. Türkmənlərin dilində həmin quşa “bağııtlak”
deyirlər. Az. dilindən fərqli olaraq özbək dilində addakı sözlər yer
lərini dəyişmiş, həmin şəkildə də Orta Asiyada yaşayan (məs.: Bu
xara vilayətində) ruslann dilinə daxil olmuşdur (karabaur şəklində
cüzi fonetik fərqlə).2
Qaşqaldaq (qaşqəldaq) - eyni adlı quşun adını bildirən Az.
sözüdür, Az. dilindən tat dilinə keçmişdir. Qədim türk dilində “qaş-
qalıq”, noqay dilində “kaskalak”, özb. dilində kaşkaldok, qırğ. və
tatar dilində kaşkaldak. Bu söz Az. (türk) sözü olan qaşqa-alın
1 В.В.Радлов. Опыт словаря тюркских наречий. Т.4, стр. 1494
2 D.S.Setarov. Göstərilən əsəri. Səh. 93
Dostları ilə paylaş: |