58
BİRİNCİ KİTAB
Darğa - darğa, kəndin böyüyü, başçı. Qədim türk dillərində
“daruğa” (DTS, 158).
Dədə - dədə, ata. Qədim türk dillərində dedə (MQ, Ş, 220;
DTS, 160).
Yəhər - yəhər. Qədim türk dillərində “edər” (DTS, 162).
Qülüq - xasiyyət. Tat dilində “qülüq” Az. dilindəki qılığ -
“qılığına girmək” mənasında deyil, məhz xasiyyət, davranış mə
nasında işlənir. Xasə qülüğə ədəminü - yaxşı xasiyyəli adamdır. Bu
söz eynilə qədim türk dillərində də məhz “xasiyyət, əxlaq”
mənasında “qülüq” kimi işlənmişdir (DTS, 163). Qədim türk dillə
rində yaxşı əxlaqlı, xoş xasiyyət adama “edqülüq” (DTS, 163) de
yərdilər. Bu sözün qədim türk dillərində “qiliq” şəkli də olmuşdur
(DTS, 442) ki, bu da tat dilində eynilə “qiliğ” kimi qalır.
Ə lig -d iş i keçi. Qədim türk dillərində “elik” (DTS, 171).
Aqlaş - ağlaşma. Tat dilində şəkilçisiz (azərbaycan dilindəki
“ma” - sız) işlənir. Üç ağlaş aftare bə arayşmu? - hərf. Aranıza nə
aqlaşma düşüb? (yəni nə aqlaşırsınız?). Qədim türk dillərində də bu
söz müasir dildəki “ma” - sız həmin aqlaşma mənasında “iqlaş”
şəklində işlənmişdir (DTS, 218).
Qədəş - qohum mənasında, in mərd qədəştürü? - Bu kişi qo
humundur? Qədəş, bəcə bərtani? - Qohum, hara gedirsən? Qə-
dəşemu amarund - qohumlarımız gəldilər və s. Azərbaycan dilində,
məs., Bakı dialektində işlənən “qədeş” sözünü çoxları ədəbi dildəki
“qardaş” sözünün təhrif olunmuş şəkli hesab edirlər ki, bu da kö
kündən səhvdir. Tat dilində olduğu kimi, qədim türk dillərində mü
asir dildəki “qohum” sözünün sinonimi kimi “qadaş” sözü işlənmiş
dir (DTS, 221). Bu söz Azərbaycan dilinin sonrakı inkişafı nəticə
sində “qardaş”a çevrilmiş “qanndaş” (bir qarında daşman) sözünün
təhrif olunmuş şəkli deyildir, qədim türk sözü tat dilində “qədəş”
şəklində indi də qalan arxaik “qadaş” (bəzən, qaqaş) kimi “qohum”
mənasında işlənmişdir.
Yalğuz - tək, yalqız. Həmin mənada olan qədim “yalğuz”
türk sözüdür (DTS, 228). Tat dilində bunun “yalğuzaq” variantı da
vardır və Az. dilindən tat dilinə keçmişdir.
AZƏRBAYCAN TATLARININ DİLİ
59
Yal - yal (it yeməyi). “Yalamaq” sözünün köküdür. Qədim
türk dillərində də həmin mənada “yal” kimi işlənmişdir.
Yalvan - yaltaqlanmaq, kiminsə dalınca sülənmək mənasında.
Bə m ə’əlim çü yalvanmiş bəbrəni - müəllimə yaman yaltaqlanırsan.
Yuxarıdakı “yal” it yeməyi sözündəndir: birinin qabağından qalan
yalı (yeməyi) it kimi yalvanmaq mənasındadır.
Yan - tərəf, yan
Yapuşqan - yapışqan, kley mənasında. Qədim türk dillərində
tat dilində olduğu kimi həmin mənada “yapuşqan” kimi işlənmişdir
(DTS, 237).
Yaraş - yaraşmaq. Az. dilində isim kimi çıxış etmir, yalnız
fel və sifət köklərində (yaraşmaq, yaraş-ıq və s.) özünü saxlaya bil
mişdir. Tat dilində isim kimi çıxış edir: in bətü yaraş nəmtünü - bu
sənə yaraşmaz, bətü yaraş mütünü ki, in kafə küni - sənə bu sözü
demək yaraşarmı və s. Bu söz tat dilində olduğu kimi qədim türk di
lində də “yaraş” kimi (isim) işlənmişdir (DTS, 240). Tat dilində bu
söz “raş” kimi də işlənir ki, bu da həmin “yaraş” sözünün qısaldıl
mış şəklidir. Tat dilində bu söz fel kimi “yaraşmiş birən” şəklində
işlənir.
Tartu - ağac yonqan, talaşa. Bu söz həmin mənada qədim
türk dillərində “yartu” (MQ, III, 30; DTS, 243) kimi işlənmişdir.
Tat dilində bu sözün “tartə” forması da vardır ki, bu da həmin “yar
tu” qədim türk sözünün fonetik dəyişikliyə uğramış variantıdır.
Yügrüg - qaçağan (at). Həmin mənada qədim türk dillərində
“yügrüg” şəklində olmuşdur (MQ, III, 45; DTS, 284). Göründüyü
kimi tat dilində bu qədim türk sözü eynilə qalmışdır (müasir Azər
baycan dilində yüyrək şəklindədir).
Yügrüm - məsafə mənasında “qaçmaq” sözünün sinonimi
“yüyürmək” sözündəndir. Ra dur nist yə yügrüm rayü - yol uzaq
deyil, bir yüyürməklik (qaçışlıq) yoldur. Eyni mənada qədim türk
dillərində “yügrüm” kimi işlənmişdir (MQ, III, 45; DTS, 284).
Gələci - nağıl. Müasir Azərbaycan dilindən çıxmış bu leksik
vahid qədim türk dillərində “keləçi” kimi həmin mənada mövcud
olmuşdur (MQ, I, 445; DTS, 296). Göründüyü kimi bu sözü bəzi
60
BİRİNCİ KİTAB
fonetik dəyişikliklə tat dilində (Məl., M. və s. ləhcələrdə) bu gün də
işlənir.
кәш (söz tərkibində: kəmkəsad - xəstəlik) - xəstəlik, ağrı,
dərd. Qədim türk dilində bu söz həmin mənada аупса müstəqil lek
sik vahid kimi “kern”
(MQ, II, 363; DTS, səh. 297) şəklində
mövcud olmuşdur. Bu söz müasir Azərbaycan dilindən çıxmışdır.
kəndü - böyük saxsı qab (un tökməyə). Tat dilində bu söz un
tökülən böyük saxsı qab və ya həmin məqsəd üçün olan böyük taxta
sandığa deyilir. Qədim türk dilində bu söz “kendün” kimi həmin
mənada işlənmişdir (MQ, II, 129; DTS, 298).
Gərək - gərək, lazım olan. Qədim türk dilində bu söz “gerək”
(DTS, 300) kimi mövcud olmuşdur. Bu sözün inkarı (lazımsız, gərək
siz şey mənasında) tat dilində “gərəkməz” kimi işlənir ki, bu söz qədim
türk sözüdür və bu dildə “gerəkməs” kimi işlənmişdir (DTS, 300).
Q irçin - ( ya da sözünün təkrarı ilə tərkib daxilində qirçin-
qirçin gaf saxtən - bumunda anlaşılmaz danışmaq) - fıs-fıs danış
maq, anlaşılmaz mızıldanan. Müasir Azərbaycan dilindən çıxmış bu
söz (buradakı mənada) qədim türk dilində “gerçin” kimi tat dilində
qalan mənada mövcud olmuşdur (DTS, 300).
kəsük - yazıq, bədbəxt, yetim mənalarında. Qədim türk di
lində həmin mənalarda “kesil” sözü mövcud olmuşdur (DTS, 302).
Köçə - 1. dənli bitkilərin ölçü vahidi, 2. çömçə. Hər iki mə
nada tat dilində işlənən bu söz həmin mənalarda qədim türk dilində
“kevçi” (DTS, 302) kimi mövcud olmuşdur.
Kürpi, kurpi - Müasir Azərbaycan dilində körpü. Qədim
türk dilində “köprük” kimi işlənmişdir (DTS, 395).
Qəcil - ümidsiz, xəstə, hədsiz zəifləmiş bədən mənasında. Bu
söz “qəcil” şəklində qədim türk dilində (DTS, 401) tat dilindən
fərqli olaraq əks mənada, “xəstəlikdən nicat tapmaq” məzmununda
işlədilirdi.
Qədəğə - tapşırmaq, qorumaq. Qədim türk dillərində bu söz
həmin mənalarda “qadağla” (DTS, 401) şəklində mövcud olmuşdur.
AZƏRBAYCAN TATLARININ DİLİ
61
Q ətit - qurudulmuş ət mənasında. Bu söz qədim türk dillərin
də həmin mənada “qatit”, “qadit” formalarında mövcud olmuşdur
(DTS, 403).
Qəc - donmaq, soyuqdan əl-ayağın işləməməsi mənasında.
Qədim türk dillərində bu söz eynilə “qəc” kimi var idi (MQ, III,
440; DTS, 404).
Qayın - qayın (arvadın qardaşı).
Qəyiş - qayış.
Q out - qovut, qovrulmuş buğdanın üyüdülmüş şəklinin adı.
Qədim türk dillərində bu söz “qoğut”, “qovut” kimi möcud olmuşdur.
Q ayqiq - qayıq. Tat dilində bu söz müasir Azərbaycan dilin
dəki kimi “qayıq” şəklində işlənmir və türk dillərindəki qədim for
masını (qayğuğ, qayğiğ) saxlaya bilmişdir.
Qəmqəl - bitki növüdür, qabığından qab yumaq üçün istifadə
olunur. Qədim türk dillərində bu söz həmin mənada qamğaq” (DTS,
415) şəklində mövcud olmuşdur.
Q ap - qab, kasa mənasında. Qədim türk dillərində “qap”
(DTS, 420) kimi işlənmişdir. Tat dilində bu sözün Azərbaycan
(həmçinin türk dillərində də) dilinin “qapmaq “ məsdərindən (qapı
lan, əldən-ələ verilən) əmələ gəldiyini demək olar. Qədim türk dillə
rində, məs., Mahmud Qaşqari “divan”ında, qapmaq məsdərinin kö
kündən “qap” (tutmaq, dartmaq) mənalarında, “qapil” (tutulmuş),
“qapin” (götürülən), “qapis” (qarət, çal-çap, talan) və s. kimi sözlər
yaranardı (Bax. DTS, 420-421). Fars dilində işlənən “qapidən” məs
dərinin (eynilə müasir Azərbaycan dilində olduğu kimi - “qapmaq”
mənasında ) kökü, əsası olan “qap” sözü türk dillərindən bu dilə
keçmişdir.
Tuluq - tuluq. Bu söz qədim türk dillərində “tolğuq” kimi iş
lənmişdir (DTS, 420).
Q apaq - Tat dilində bu sözün üç mənası vardır: 1. qabın ağzı,
2. kirpik, 3. bakirəlik. Türk dillərinə məxsus olan bu söz qədim türk
dillərində tat dilində işlənən hər üç mənada işlənmişdir (DTS, 420).
Q əri - qan. Eynilə həmin mənada qədim türk dillərində
“qəri” (DTS, 426).
Dostları ilə paylaş: |