54
BİRİNCİ KİTAB
monqol xanlarının böyük, dövlət möhürünə deyilərdi.1 Monqol xan
larının həmin möhürlə möhürlənmiş bütün yazışmaları da tamğa ad-
landınrlardı. Bu möhür vurulmuş fərman əsasında xalqdan vergi yı
ğan şəxslərə tamğaçı deyərdilər. T. d. də heyvanlara damğa vuranla
ra (hətta dalaşqan, onun-bunun ağız bumunu əzməyi, qaraltmağı
xoşlayan adamlara) bu gün belə “dəmğəçi” deyilir. Göründüyü kimi
bu söz sənət, peşə bildirən öz şəkilçisi ilə birlikdə T. d. keçmişdir.
İz-iz - Az. sözüdür. Buradan da T. d. “izləmiş saxtən” - izlə
mək mürəkkəb feli yaranmışdır. T. d eyni mənalı “ləpür” sözü ilə
paralel işlənir.
Yaqi - yağı, düşmən. Buna tat dilinin “gəri” şəkilçisini qoş
maqla yaqigəri - düşmənçilik mürəkkəb sözünü yaratmaq olur.
Əttuq - ətlik. Az. sözüdür. 1. Dövlətə təhvil verilən ət planı;
2. kəsilmək üçün bəslənən heyvan mənaslarında işlənir. Hər iki (ət
tuq) komponenti Az. d. alınmalıdır. Bunun T. d ətluq forması da
vardır.
Ədəş - Az. d. adaş. Eyni adı daşıyan mənasında. Mahmud
Qaşqarinin “Divan lüğət-et-türk” əsərində (bundan sonra MQ) bu
söz “adaş” (MQ, səh. 42) şəklindədir (Bax. DTS, səh. 9).
A yird - ayırd (etmək), seçmək, həmin mənada olan klassik
arit (DTS, 53) - muas. Az. d “an t” sözlərindəndir.
Aqnə - aqna (o yan, bu yana diyirlənmək). T. d. buradan
aqnəmiş birən - aqnamaq (DTS, səh. 22-də aqna).
Oğu - zəhər. Qədim türk dillərində ağu (DTS, səh. 24). T. d.
Az. d. keçmişdir.
Ağız - ağız südü, birinci süd. (DTS, səh. 24-də ağuz, həmin
mənada).
A n q ir - anqırmaq (eşşəyin anqırması). Qədim T. d. anqilə
(DTS, səh. 47.) türk dillərində “çığırmaq”, “bağırmaq” mənaların
da” ayqir” sözü olmuşdur (DTS, səh. 30). T.d. bu söz Az. d. kimi an
qir (anqır) şəklində keçmişdir ki, buradan da “anqirmiş birən” - an
qırmaq, “anqiıtmiş saxtən” - anqırtmaq kimi mürəkkəb fellər yaranır.
1 Персидско - русский словарь. M., 1960. с. 132
AZƏRBAYCAN TATLARININ DİLİ
55
Alaçu - alaçıq. MQ bu söz “alaçu” şəklindədir (səh.80). Gö
ründüyü kimi, T. d. bu sözün daha klassik forması özünü saxlaya
bilmişdir.
Alda, aldaq - aldatmaq, çaşdırmaq, azdırmaq. Qədim T. d.
həmin mənalarda “alda” (DTS, səh. 34) Az. d.-dən T. d.-nə keç
mişdir.
Alxuş - alqış, (“alqiş” şəklində bax: DTS, səh. 38).
Anduz - anduz (su həşəratı, DTS, səh. 47-də “anduz” kimi).
Çülaq - çolaq. (DTS, səh. 49-da “çolaq”).
Azqun - azğın (yolunu azmış, qudurmuş mənasında. DTS,
səh. 49-da aqsun).
Ara - ara (divann arası, adamların içində və s. mənalarında).
Ərx - arx, su axan yer (DTS, səh 52-də “ariq”. R.d həmin mə
nada olan “ank” sözü ilə müq. et).
Bəq - qurbağa, (qəd. T.d. bəqə. DTS, səh. 82).
Bariş - barışıq, barışmaq mənasında. Az.d. “barışmaq” məs-
dəri mənasında T. d mürəkkəb fel olan “bariş birən”, “barışdırmaq”
mənasında isə “bariş saxtən” işlədilir. Məlumdur ki, Az. d. “barışıq”
sözünün ilkin klassik forması qəd. T.d. “bariş” kimi olmuşdur (DTS,
səh. 84). İndi bu söz Az.d. aradan çıxmışdır, onu həmin sözdən dü
zəlmiş “barışıq” sözü əvəz edir. T.d. isə qədim türk dillərində həmin
mənada olan “bariş” sözü eynilə qalmışdır. Məs.: bariş başind
(barışın), uşunə bariş san (onları barışdır), bariş mənə arzumənü
(barışıq mənim arzumdur) və s. kimi cümlələrdə bu qədim türk sözü
Azərbaycan dilindən çıxmış isim mənasında işlənir.
Batman - batman, çəki vahidi. 180 kq-dan 300 kq-a qədər çə
kiyə qədim türk dillərində “batman” deyilmişdir. (DTS, səh. 88).
T.d. həmin mənada qalır.
Bilə - bülöv (itiləmək vasitəsi). Qədim türk dillərində “bilə”.
Bilək - bilək (qol, bilək mənasında), qədim türk dillərində
“bilək”.
Biliş - tanış mənasında. Az.d “tanış-biliş” tərkibində qalmış
dır. Qədim türk dillərində həmin mənada “biliş” kimi olmuşdur.
(DTS, səh. 100).
56
BİRİNCİ KİTAB
B uyuruq - buyuruq, göstəriş vermək. Türk dillərində bu söz
“biruq”. (DTS, səh. 100) və eynilə tat dilində olduğu kimi, ortada
ikinci hecadan sonra “u” ilə buyuruq (DTS, səh. 121) kimi
işlənmişdir.
Buq - boğ (boğmaq sözünün kökü). T.d bu söz müxtəlif bir
ləşmələrdə, qədim türk dillərində olduğu kimi, (boğ, DTS, səh.
109) özünü saxlamışdır: buqmiş saxtən - boğmaq, boğulmuş, bu-
qulmiş birən - boğulmaq, buğma - 1. düyüm, 2. azar; boğma (qar
ğış), buğum - boğça, ciğə-buğa - boğuşma və s.
Bülük - dəstə, bölük, qrup. Qədim türk dillərində eynilə indi
tat dilində olduğu kimi bölük (DTS, səh. 118).
Buğa — buğa, erkək dana. Qədim türk dillərində, o cümlədən
Dədə Qorqud dastanlarının dilində, tat dilində də işlənən bu söz də
vənin erkəyi mənasında buğra (DTS səh. 120), həm də öküz məna
sında buğa (DTS, səh. 125) işlənmişdir.
B ü trü m - müasir Az.d. - bütöv, tam, kamil mənasında. Tat
dilində qalan bu söz demək olar ki, eyni şəkildə yazılan qədim türk
sözü ilə (bax: bütrü. DTS, səh. 134) eyniyyət təşkil edir. Təkcə “m”
hərfi alınma türk sözünün sonuna əlavə olunmuşdur.
Baydəq - bayraq. Qədim türk dillərində badruq (DTS, səh.
134).
Çalpaş - müasir Az.d. qanşılıqlıq, toqquşma, basabas. Qədim
türk dillərində eynilə çalpaş (DTS, səh. 137). T.d. bu sözdən “çalpa-
şuq” ismi də yaranır ki, bu da müasir Az.d. qarışıqlıq mənasını verir.
Çaq - vaxt, zaman. Türk dillərində çaq (DTS, səh. 139).
Çiilpək - gözdə irin. Qədim türk dillərində həmin mənada
yelpək (DTS, səh. 145). Göründüyü kimi, T. d. bu söz ilkin alınma
formasından az seçilir.
Çəpiş, çöpüş - çəpiş, altı aylıq keçi balasına deyilir. Bu söz
qədim türk dillərində çepiş (MQ, 185; DTS, 144) kimi olmuşdur.
Ciqi - cırıq yeri, tikiş yeri (paltarda). T.d paltarın sökük ye
rinə deyilir. Fel formasında “ciq xardən” - sökülmək, şəkilçisiz -
“ciqi” formasında isə isim kimi çıxış edərək “sökük” mənasını verir.
Qədim türk d. bu söz “tikiş yeri” mənasında eynilə tat dilində
AZƏRBAYCAN TATLARININ DİLİ
57
olduğu kimi ciqi (MQ, 546; DTS, 145) kimi mövcud olmuşdur.
Göründüyü kimi, tat dilində bu türk alınması eynilə qalmışdır.
Q irçə - diş sürtünməsi. Tat dilində dişləri bir-birinə sürtmək
“dandu qirçə saxtən” kimi deyilir. Bu söz qədim türk dillərində çiqir
(DTS, 145; MQ, 183) kimi olmuşdur. Bizcə tat dilində bu söz
özünün qədim alınmasının hərf dəyişməsindən (metateza) başqa bir
şey deyildir.
Çil - çil, üzdə ləkə. Bunun tat dilində, Az. dilində olduğu ki
mi, sözün təkrarı yolu ilə yaranan çil-çil forması da vardır. Qədim
tat dilində çil (DTS, 150).
Çiçələq - kiçik, çeçələ barmaq. Tat dilində bu söz tərkib da
xilində və ümumiyyətlə, sifət mənasında da kiçicik, bapbalaca)
işlənir. Çiçələ əngüşt - çeçələ barmaq, çiçələqə əyəl - bapbalaca
uşaq, in ki lap çiçələqü - bu ki, lap dıqqılıdır və s. kimi işlənir. Qə
dim Türkü dilində bu söz tat dilindən fərqli olaraq bu söz tat dilində
kiçik fonetik dəyişikliklə “çiçalaq” (DTS, 150) kimi işlənmişdir. Tat
dilində olduğu kimi görünür, Azərbaycan dilində də bu sözün
vaxtilə müxtəlif mənalan olmuşdur.
C ir - cırmaq, sökmək. Qədim türk dillərində bu söz həmin
mənada “cir” kimi işlənmişdir (DTS, 151). Bu söz, görünür, İran
dillərinə (məs.: fars, tacik, əfqan, kürd, talış və s.) ciğ kimi keçmiş
dir. Bu söz tat dilində də cir şəkli ilə bərabər “ciğ” formasında da iş
lənir: cir dərən - cırmaq, ciğ xardən - sökülmək, ciğ - sökük.
Çülaq - çolaq. Qədim türk dillərində də “çolaq” kimi olmuş
dur (DTS, 153).
Çüxa - üst paltarı, plaş. Tat dilində bunun “çüxə” variantı da
vardır. Qədim türk dillərində “çoqa” kimi mövcud olmuşdur (DTS,
154). Tat dilində geniş işlənən bu söz Azərbaycan dilinin bəzi dia-
lekt və şivələrində qalmışdır.
Danq - gurultu, küylü səs. Bunun tat dilində “danq-dunq” -
“taraq-turuq” forması da vardır. Bu söz qədim türk dillərində hər iki
variantda həmin mənada “danq” və “dunq” şəklində ayn-aynlıqda
işlənmişdir. (MQ., III, 357; DTS, 158).
Dostları ilə paylaş: |