62
BİRİNCİ KİTAB
Qart - qoca. Qədim türk dillərində eynilə “qart” - qoca mə
nasında (DTS, 429). Tat dilində bu sözdən “qartimiş” (qocalmaq,
əldən-ayaqdan düşmüş qoca), qartimiş birən qocalıb heydən düş
mək) kimi sözlər də yaranır.
Qaşqəlaq, qaşqaldaq - qaşqaldaq (quş adı). Qədim türk dil
lərində bu söz tat dilində qalmış bir variantı kimi “qaşqəlaq” şəklin
də mövcud olmuşdur. (DTS, 431).
Qazmaq - isimdir, qazmaq (plovun qızarmış altı mənasında).
Bu sözü səhv olaraq Az. dilinin “qazımaq” (qoparmaq, qaşımaq mə
nasında) felindən əmələ gəldiyini güman etmişdik.1 Sonrakı tədqi
qatlardan göründü ki, qədim türk dillərində “xəzinə” mənasında
“qaznaq” sözü olmuşdur (DTS, 439).
Tat dilində bu söz (müasir Azərbaycan dilində də) qədim türk
sözü olan “qaznaq” sözündəndir, söz cüzi fonetik dəyişikliyə uğra
mışdır (“n” sonralar “m”-ə çevrilmişdir), mənası da plovun, qazanın
xəzinəsi, dibi, ən yaxşı, ən gizli yeri deməkdir.
Mac - söz tərkibində (sözün sonunda) şəkilçidir. Tat dilində
yemək, xörək adlan yaradır: buzlamac (südlü sıyıq), bulamac (duru
xəmir xörəyi) və s. Bu şəkilçi həmin funksiyada, yəni xörək adlan
yaradan şəkilçi kimi qədim türk dillərində eynilə “mac” şəklində,
məs., qovurmac sözündə (DTS, 438) işlənmişdir. Tat dilinə Azərb.
və türk dillərindən keçmiş “umac” sözü də (“un” + “mac” - un xö
rəyi) həmin şəkilçinin köməyi ilə yaranmışdır. Həmin sözün - xörək
adının tat dilində ardavac (ardəmac kimi variantları da vardır ki, bu
da həmin şəkilçinin tat dilində dəyişmiş variantı (“vac” > mac ilə tat
sözü “ard” - un sözlərindən yaranmışdır) yuxarıdakı Azərb. sözü
olan “umac”-ın tat variantıdır.
Qicilə - qıdıq. Qədim türk dillərində eynilə həmin mənada
“qicilə” (MQ, III, 323; DTS, 440). Azərb. dilindən çıxmış bu arxaik
söz tat dilində qalmışdır.
Qiğ - peyin, qoyun qığı. Qədim türk sözüdür, eynilə həmin
mənada “qiğ” şəklində (DTS, 440) mövcud olmuşdur.
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, 1971
AZƏRBAYCAN TATLARININ DİLİ
63
Qilinc, qilic - qılınc. Eynilə həmin mənada qədim türk sözü
dür, ilkin şəkli “qilic” olmuşdur (DTS, 442).
Gimiz - tat dilində heyvan sidiyi mənasında. Qədim türk dil
lərində bu söz “qizim” kimi “atsüdü” mənasında (DTS, 444; MQ, I,
366; “Kutadqu bilik”, 264) olmuşdur. Bəzi müasir türk dillərində
(məs., qazax, özbək, türkmən və s.) bu söz “kumıs” kimi “at südü”
mənasında işlənir. Tat dilinə keçəndən sonra mənasını dəyişmiş, at
südünü içməyi murdar hesab edən tatların dilində sözün mənfi - at
sidiyi mənasını qəbul etmişdir. Qədim türk şəkil ilə, demək olar ki,
eyniyyət təşkil edir.
Qisir, qüsür - qısır, doğmayan (heyvan, ya insan); qədim
türk dillərində həmin mənada “qisir” şəklində olmuşdur (DTS, 452;
MQ, III, 128).
Çüğ - gözə düşən çöp. Həmin mənada qədim türk dillərində
“çoğ” formasında rast gəlinir (DTS, 452; MQ, III, 128).
Qoğuş - 1. çala, dərinlik; 2. ağac ovuğu. Qədim türk dillərin
də tat dilindəki kimi “qoğuş” şəklində “su çalası” mənasında işlən
mişdir (MQ, I, 369; DTS, 453).
Qulac - qulac. Türk dillərindən alınma sözdür, iki kompo
nentdən əməl gəlmişdir: qul (qol) + aç (aç). Azərbaycan dilində
“qulac” kimi fonetik quruluşa yiyələnəndən sonra həmin şəkildə tat
dilinə keçmişdir, (müq. Et. tat dilində quşqun (qoşul + qan şəkilçisi)
qoşulan sözlərdən əmələ gəlmişdir).
Qartan (tərkibdə: qaıtanmiş birən) - qartanmaq, qaşınmaq.
Qədim türk dilində “qurtan” (DTS, 469) şəklində həmin mənada ol
muşdur.
Səqri - sağrı (atın sağrısı). Qədim türk dillərində eynilə “səğ-
ri” kimi olmuşdur (MQ, III, 350; DTS, 481).
Şalqam (tərkib daxilində: şəxtə-şalqam - bərk şaxta, buz-bal
ta şaxta). Tat dilində bu söz həmin mənalı qədim türk sözü olan
“salqim” sözündəndir (DTS, 483). Bu sözün müasir Azərbaycan di
lindəki “qırov” mənasında işlənmiş “sarqim” sözündən (MQ, I, 485;
DTS, 489) olduğunu da güman etmək olar. Çünki qədim türk dillə-
rindəki “salqim” və “sarqim” sözləri də istər forma, istərsə də se-
64
BİRİNCİ KİTAB
mantik nöqteyi-nəzərdən oxşar və ya-xmdırlar, müasir Azərbaycan
dilində isə bunların hər ikisinin mənasını verən “şaxta-qırov” sözləri
də paralel işlənərək sinonim sözlər yaradırlar.
Sarmaş - sarmaşmaq. Tat dilində şəkilçisiz (maq - sız) iş
lənərək fel deyil, isimdir. Çini sarmaş bu bəgərdənmə - boynuma
elə sarıldı (hərfən: sarmaş oldu); ondan əmələ gələn fel isə “sarmaş-
miş birən” - sarılmaq formasındadır. Həmin sözdən tat dilində “sar-
maşuq” sözü də yaranır ki, bu da müasir Azərbaycan dilindəki “sar
maşıq” (gül adı) sözüdür. Maraqlıdır ki, tat dilindəki “sarmaş” sözü
qədim türk dillərində də eynilə “sarmaş” (MQ, I, 460; DTS, 489)
şəklində işlənərək isim funksiyası da ifadə etmişdir.
Siriqli - üstdən geyinilən qalın pambıq, qollu gödəkçə (rus
dilindəki teloqreika formasında). Qədim türk dillərindəki möhkəm,
qalın sarınmış, qalın toxuma üst paltarına “siri” deyilirdi. (MQ, III,
262; DTS, 505). Müasir Azərbaycan dilindəki “smqlı” sözünün kö
kü, tat dilindəki bu söz sözdüzəldici “lı” şəkilçisi qəbul etmiş həmin
türk sözüdür.
Sirt - hündürlük, təpə. Eynilə həmin mənalarda, qədim türk
dillərində “sirt” kimi mövcud olmuş (MQ, I, 342; DTS, 505) bu söz
müasir Azərbaycan dilindən çıxsa da onu qəbul edən tat dilində ey
nilə qalmışdır.
Sulami (sulaxa) - solaxay (sol əli ilə yazan, iş görən və s.).
Qədim türk dillərində həmin mənada işlənmiş “solamuq” sözü
(MQ, I, 487; 508) tat dilinin Ərüsküş-Daqquşçu və Mədrəsə ləhcə
lərində yuxanda göstərdiyimiz kimi “sulami” şəklində qeydə alın
mışdır.
Süküt - söyüd. Qədim türk dillərində “söqüt” şəklində (MQ,
I, 506; DTS, 510). Tat dilində həmin sözdən düzələn “sükütluq”
(söyüd çox olan yer, söyüdlük) qədim türk dillərində (“söqüt” sözü
haqqında mənbələrə bax) “söqütlüq” şəklində ifadə olunmuşdur ki,
buna yaxın arxaik forma da tat dilində qalmışdır.
Sügüş - söyüş. Qədim türk dillərində t.d kimi eynilə “sügüş”
olmuşdur. (DTS, 507).
AZƏRBAYCAN TATLARININ DİLİ
65
Süluq - anat. dalaq. Tat dilindəki bu söz qədim türk dillərində
“sulaq” kimi həmin mənada işlənmişdir. (MQ, I, 411; DTS, 153).
Tat dilinə türk dillərindən keçmiş bu söz Azərbaycan dilindən çıxsa
da tat dilində, demək olar ki, sabit şəkildə qalmışdır. Tat dilində bu
sözün sinonimi kimi “su lu f’ sözü də eyni mənada (dalaq mənasın
da) işlənir. Bundan başqa tat dilində müasir Azərb. dilində işlənən
“dalaq” sözünün özü də həmin mənada “dəlaq” şəklində işlənir. Bu
sözə qədim türk dillərində həmin mənada “talaq” kimi təsadüf
olunur (MQ, I, 411; DTS, 528).
Sürtük - sırtıq, üzlü, abırsız. Qədim türk dillərində bu söz ey
nilə tat dilində olduğu kimi “sürtük” kimi işlənmişdir (MQ, I, 447;
DTS, 518), sürtülmüş sözündəndir.
Tumo - zökəm. Qədim türk dillərində həmin mənada “tunıağ-
” kimi olmuşdur (MQ, I, 447; DTS, 585). Müasir Azərb. dilində bu
xəstəliyin adı ərəb sözü (zökəm) olduğu halda, tat dilində öz qədim
türk mənşəli söz hüququnu qoruya bilmişdir.
Uyuq - müqəvva (bağda, bostanda quşları, heyvanları qor
xuzmaq üçün). Tat dilində bu sözə eynilə qədim türk dillərində
həmin mənada olan “uyuq” sözüdür (MQ, I, 81; DTS, 608).
Ülgü - ölçü, ıazmer. Həmin mənada qədim türk dillərində ey
nilə tat dilində olduğu kimi “ülgü” (DTS, 624).
Ürüg - hörüy (heyvanı bir yerə bağlamaq mənasında). Qədim
türk dillərində eynilə tat dilində qaldığı kimi “ürüg” (DTS, 627) və s.
Yuxarıdakı misallar qəbilindən olub tat dilində bu gün də qa
lan türk dilləri alınmaları hesab etdiyimiz bu sözlər heç şübhəsiz
heç şübhəsiz əsasən qədim Azərbaycan dili vasitəsilə keçmişdir.
Yazılı, ədəbi dil kimi həmişə inkişaf edən Azəbaycan dili öz arxaik
sözlərini aradan çıxarmış, eyni mənalı sözlərin sayını azaltmış, ya
da onları yeni sözlərlə əvəz etmişsə də, tat ili yazısız dil olduğuna
görə öz leksikasına qəbul etdiyi alınmaları dəyişdirməyə ehtiyac
hiss etməmiş, onları öz leksik tərkibində bir növ “əridərək” “daşlaş
dırmış”, “özününküləşdirmişdir”. Məhz bu cəhətdən də Azərbaycan
ərazisindəki İran, həm də İber - Qafqaz dillərini həıtərfli və dərin
dən öyrənməklə Azərbaycan dilinin inkişaf yollarını dəqiq izləmək,
Dostları ilə paylaş: |