Ma qs ud ha c I y e V



Yüklə 468,88 Kb.
Pdf görüntüsü
səhifə120/131
tarix24.12.2017
ölçüsü468,88 Kb.
#17648
1   ...   116   117   118   119   120   121   122   123   ...   131

496
İKİNCİ  KİTAB
adamları  düz yoldan çıxardanlara, bir də o kəslərə ki, sevinc və şadlıq 
içində  öküzü  qurban  kəsir273  (Yəsna,  12).  Göründüyü  kimi  Zərdüşt 
adamları  düzgün  yoldan  və  təmiz  əxlaqdan,  düzgün  davranışdan 
döndərən  adamlarla  öküzü  qurban  kəsənləri  eyni  dərəcədə  özünə 
düşmən  hesab edir.  Zərdüşt davam edərək  bu cür adamlara olan qə­
zəbinin  səbəbini  belə  izah  edir:  belə  adamlara  ona  görə  düşməndir 
ki,  onlar öküzü əzizləyib bəsləməkdənsə kəsib məhv edirlər (Yəsna, 
14).  Öküzün  təsərrüfatdakı  rolu  və  onun  Avestada  olduğu  kimi  bir 
sıra  xalqlar  tərəfindən  ilahiləşdirilməsi  A.Y.Ştemberq tərəfindən  də 
ətraflı izah olunmuşdur.274
Zərdüşt  öz  təlimi  ilə  nəinki  təsərrüfatda  mühüm  rol  oynayan 
təkcə  öküz,  bəlkə bütün ev heyvanlama mərhəmətlə  yanaşmağı,  on­
ları  döyməməyi,  haqlı-haqsız  incitməməyi  tövsiyə  edir,  heyvana  in­
sani  münasibəti  təbliğ  edirdi.  Çünki  bu  heyvanlann  hamısı  hərəsi 
bir cür,  özünə görə  xidmət edir,  insan  arzularının və  maddi ehtiyac­
larının  yerinə  yetirilməsində  əhəmiyyətli  rol  oynayırdı.  Zərdüşt  on­
lara rəhm etməyi öz şagirdlərindən və tərəfdarlanndan tələb edirdi.
Avestada  göstərildiyi  kimi  “bir  çox  tayfalar  devlərlə  dostluq 
edərək insaniyyətlik yolunu və rəhimlilik hissini itirmiş,  bir sıra tay­
faların adamları  isə  “heyvanları  işgəncə  ilə öldürür,  diri-diri  onların 
sümüklərini  çomaqla  vurub  sındırır,  hələ  heyvan  ölməmiş  diri  ikən 
gözlərini  çıxardırdılar”.  (Bəhram-Yəşt,  bənd  56).  Zərdüşt  təlimini 
belə adamlarla -  o  adamlarla ki,  onların heyvanlara olan  münasibəti 
qeyri-insani  idi,  ciddi  mübarizə  aparırdı.  Zərdüşt  ilk  gündən  hey­
vanlara,  xüsusilə  ev  heyvanlarına  olan  bu  qeyri-insani  münasibətə 
cihad elan edərək bu məsələyə öz münasibətini  qəti  surətdə belə bil­
dirmişdi:  Eşq  olsun  dördayaqlılara,  xoş  sözlər  -   dördayaqlılara, 
zəfər  -   dördayaqlıların,  dördayaqlılara  -   otlaqlar,  əkin-biçin  dörd­
ayaqlıların,  bizi  yedizdirən  dördayaqlılar  yaşasın!  (Yəsna,  20/10). 
Avestanın  təsərüffat  heyvanlarına  münasibətində  qarşıya  qoyduğu 
bu  yeni  tələb  əsrlərin  keçməsinə  və  bir sıra xalqlarda  ancaq  sağlam 
heyvanları  kəsməyi  tələb edən qurbanlar məsələsində bəzən qəddar­
lığa yol verilsə də, hələ indi də bir sıra xalqların, o cümlədən tatların 
da məişətində  bu  gün  belə  heyvana  əsl  insani  münasibətin  nümunə­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
497
lərini  görə  bilərik.  Belə  ki,  Avestada  yazıldığı  kimi  heç  bir  tat  indi 
də  başı  kəsilmiş  heyvanın  qanı  tamamilə  axmamış  və  əl-ayaq  hərə­
kətləri  qurtarmamış,  onun  sümüklərini  sındırmağa  və  gözünü  çı­
xartmağa  qəti  surətdə  cəhd  edə  bilməz.  Çünki  tatlarda  heyvanlara 
olan  ehtiram  hissi  yol  vermir.  Şübhəsiz,  onlarda  bu  hiss  qədim  Zər­
düşt təliminin müasir qalıqlarıdır. Maraqlıdır ki,  Avestada təsvir olu­
nan  Şər  qüvvəsi  Əhrimən  və  onun  devləri  heyvanı  qurban  kəsəndə 
məstedici  və  baş  gicəlləndirici  şərab  içərək  kəsilmiş  qurbanın  ətra­
fında atılıb-düşür, rəqs və şadlıq edirdilər.275
Zərdüşt  isə  heyvan  kəsiləndə  şərab  içib  qanı  axan  heyvanın 
başı  üzərində  məst  halda  rəqs  və  şənlik  etməyi  ləğv  etdi  (Yəsna, 
10/48).
Qeyd etməliyik ki,  tatlarda hətta indi belə heyvam kəsəndə sü­
kut edər,  deyib-gülməz,  toy və şadlıqlarda belə  araq  və ya çaxır içib 
heyvan  kəsilən  yerə  ayaq  basmazlar.  Bu  bir  qayda  olaraq  heyvana 
və  məclis  sahibinə  hörmətsizlikdir.  Çünki  məst adam  yeni  kəsilmiş 
və  ya hələ can verməmiş heyvanın üstünə getsə deyib-gülə bilər,  ya­
xud zarafat edib  heyvanı  kəsməklə məşğul olanları  da güldürə  bilər, 
Buna  isə  əsla yol  vermək olmaz.  Əksinə,  kəsilən  heyvana -  insanın 
həyatında,  yaşayışında,  dolanmasında özünəməxsus  rol  oynayıb,  in­
sanı  geyindirən,  yedirdən,  içirdən  heyvanın  halına  acımalı,  heç  ol­
mazsa onun canı  tamamilə çıxana qədər sükutu  mühafizə etməlidir. 
Buna tatlar indi də bir qanun,kimi riayət edirlər.
Tatların  əqidəsincə,  insanın  öz  ətrafmdakılara,  yoldaşlarına, 
öz  həmcinslərinə  ehtiram  və  qayğı  ilə  yanaşmağı,  bir-birinin  xeyi­
rində  və  şərində  iştirak  etməyi,  köməklik  göstərməyi  insanlığın  gö­
zəl  simasını  təcəssüm  etdirən,  qəlbin  paklğmı  sübut  edən  ən  yaxşı 
amildir.  Tatların fikrincə,  yalan danışmaq şeytana aldanmağın,  onun 
əsiri olmağın nəticəsidir. Yalan danışan adamın ruhu həm bu dünya­
da,  həm  də  “axirət  dünyasında”  əzab-əziyyət  içərisində  dolanacaq­
dır.  Bu tələblərin  hamısı,  demək olar ki,  Zərdüşt  təlimi,  ruhu  atəş­
pərəstlik ideologiyası ilə eynilik təşkil edir ( Avesta,  Yəsna 5/28).
Tatların  fikrincə,  bir-birinə  ev  tikməkdə,  köçəri  həyat  keçirən 
bir  şəxsin  oturaq  yaşayış  formasına  keçməsində  kömək  etmək,  ona


498
İKİNCİ KİTAB
bu  və  ya  başqa  ev  əşyaları,  imkan  daxilində  təsərrüfat  alətləri  ver­
mək  insanın  ən  gözəl  əxlaqlarından biridir.  Tatlar indi  də  biri  ev  ti­
kəndə  hərə  bu  və  ya  başqa  bir  yolla  köməklik  göstərir.  Bu  yardım 
çox  vaxt hətta fiziki  işlə də  ifadə  olunur və bu  xeyirxah  əməldə  de­
mək  olar  ki,  bütün  kənd  -   qadınlar,  uşaqlar,  kişilər  iştirak  edirlər. 
Biri  su  gətirir,  başqaları  torpaq  qazır,  palçıq  tutur,  daş  tökür,  “hey- 
hey” edə-edə bir-birinə daş,  taxta və ya kərpic ötürüb ustaya çatdırı­
lar.  Bu işdə iştirak  etməyi  heç kəs  özü  üçün qəbahət saymır,  əksinə, 
bunu özünə bir şərəf və  vəzifə bilir.  Ona görə ki,  öz  həmcinsinə kö­
məklik  edib  ona  ev  tikmək,  onu  özü  kimi  təsərrüfatçı,  mal-qara  sa­
hibi  etmək,  onu  tatlar demişkən,  səglü-pişiklü  saxtən  (itli-pişikli  et­
mək) -  yəni bu evi bərəkətli, çörəkli  və məhsulla görmək tatlar üçün 
şərəf işdir.  Bu onların  zehnində,  ictimai  şüurunda  əsrlərlə yer etmiş, 
nəinki yaddan çıxıb getməmiş,  əksinə hələ Zərdüşt təlimində bu mə­
sələ haqqında rast gəldiyimiz yığcam fikri -  Zərdüştün öz tərəfdarları 
içərisində  təbliğ  etdiyi  xeyirxah  əqidələr  daha  da  möhkəmlənmişdir. 
Zərdüşt insanlarda xeyirxahlıq, işə,  təsərrüfata məhəbbət, ehtiram aşı- 
layır.  Hamını  firavan yaşayış  sahibi,  bolluq,  əmin-amanlıq içində do­
lanan  görmək  istəyir.  O,  “Avesta”nm  “Vendidat”  kitabında  üzünü 
ulu  Hürmüzdə  (Ahuramazdaya)  tutaraq  soruşur  ki,  dünyanın  ən 
gözəl  torpağı  haradır? Bu  sualın cavabı  isə  tatlarda olduğu  kimi  be­
lədir:  “O, yer ki,  kişi  orda ev  tikə,  orada od ola,  öküz ola, qoyun ola, 
qadın ola, çoxlu oğul-qız ola,  it ola, yaşayış üçün zəruri olan hər şey 
ola.  Ən  səfallı  yer  o  yerdir  ki,  bolluca  otu-ələfi  ola,  çoxlu  meyvə 
ağacı  ola,  o  yer  ki,  kişi  orada  su  çıxara,  bol  məhsul  ala,  o  yer  ki, 
doğub-törəməsi  arta”  (Vendidat,  3).  Sasanilər dövründə bərpa olun­
muş  “Vendidadm” qədim nüsxəsində oxuduğumuz bu xeyirxah Zər­
düşt  təlimi  tələblərinə  biz indi  də  bir çox  xalqların  şüurunda,  cəmiy­
yətdə  bir-birinə  yardım  göstərib  tərki  dünyalıqda  həyat  sürmək,  bir 
guşədə  tək-tənha  yaşamaq  kimi  mistik  hissləri  təbliğ  edən  sufizmin 
və  bu  dünyaya  çox  da  bel  bağlamamağı,  bu  üzünə  vuranda  o  biri 
üzünü  çevirməyi  və  yaşamaq  üçün  çox  da  əl-ayaq  atmamağı,  artıq 
cəhd  göstərməməyi  beyinlərə  aşılamış  müasir  dinin  bədbin  ruhun­
dan  fərqli  olan  Avesta  ruhuna  uyğun  olan  nikbin  ruhun  yaşadığım
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
499
görürük.  Bu  nikbin  əqidənin  tatların  şüurunda  indi  də  möhkəm  su­
rətdə qaldığı dediklərimizə ən gözəl  sübutdur.
Tatlann  fikrincə,  üç  şey  iki  cür olur:  I.  1)  Yaxşı  danışıq,  I.  2) 
yaxşı'fikir,  I.  3) yaxşı iş və II.  1) pis danışıq,  II.2) pis fikir,  II.  3) pis 
iş.  Tatlann  əqidəsincə  hər  adamın  özünəməxsus  yolu  olmalı,  bu  iki 
əxlaqdan  birini  seçməlidir.  Hər bir kəs  öz  əqli,  əməlləri  və  hərəkət­
ləri  ilə bu  iki  yoldan  özünə uyğun gələn birini  seçir. Tatlann fikrin­
cə  bu  iki  yolun  ortalıq  vəziyyətini  seçməyə  cəht  etmək  mümükün 
deyil,  çünki  bu  orta  və  ya  neytral  yol  yoxdur.  İnsan  gərək  yaxşı  iş 
görsün (xasə kar),  yaxşı fikirləşsin (xubə fikir),  yaxşı danışsın (xubə 
gaf).  Bunları  bir  adam  etməmişsə  deməli  həmin  şəxs  pis  danışmış 
(pisə  gaf),  pis  fikirləşmiş  (pisə  fikir)  və pis  iş  görmüşdür  (pisə kar). 
Bunun  ortabab  yolu  yoxdur,  tatlann  əqidəsincə  “nə  ət,  nə  balıq” ! 
formasına uyğun gələn neytral-orta adam olmaq olmaz.  Ya ət olma­
lı,  ya  balıq.  Biz  bu  fəlsəfi  fikrin  -   islam  dininin  banşdığı  mistikası 
ilə  əsla  uyğun  gəlməyən  bu  banşmaz  və  üsyankar  ictimai  əqidənin 
bariz  nümunəsini  Zərdüşt  təlimində  də  görə  bilərik.  Zərdüşt  insan- 
lan iki  yoldan birini  tutmağı  təbliq edirdi:  1.  Yaxşı fikir,  yaxşı  əməl, 
yaxşı  söz.  2.  pis  fikir,  pis  əməl,  pis  söz.  Zərdüşt  təlimi  ilə  məşğul 
olarkən ilk nəzərdə diqqəti cəlb edən əsas prinsip budur:  “bu dünya­
nın maddi  nemətlərini  artır,  yaxşı  dolan”.  Bunu əldə etmək üçün  isə 
gecə-gündüz  işləmək,  müasir Azərbaycan  dilində  “tənbəllik”,  lakin 
“Avesta”dilində  kahali  -   adlanan  qorxunc  düşməni  özündən  uzaq­
laşdırmalı,  torpağın  hörmətini  iş  və  alın  təri  ilə qazanmaq  lazımdır. 
Tatlar da Avestanın  bu  təliminə rəğbət  bəsləmiş,  işləməkdən çəkin­
məmişlər. Onların danışıqlarında dəfələrlə belə bir ifadəni eşitmişik: 
Ə  ərəq qəbəqü  xari  lamad  güfte  -  onun  alın  tərindən  torpaq palçığa 
dönüb.  Şərq  ruhuna,  Şərq  lirikasının  yüksək  təşbihləri  tələblərinə 
cəsarətlə cavab  verə  biləcək  bu  tat  ifadəsi  onların  iş  sevən,  iş  üçün 
can yandıran,  əlləri qabarlı zəhmətkeş həmkəndlilərinə  verdikləri  ən 
yüksək  qiymətdir.  Öz  işgüzarlığı  ilə  bu  ifadəyə  layiq  görülmüş 
adam,  tatlann  fikrincə,  hamının -  bütün  kənd əhlinin  hörmət və eh­
tiramına  layiqdir.  Qeyd  etməliyik  ki,  bir  sıra  başqa  şərq  xalqlan 
kimi  tatlar  da  işə,  zəhmətə  olan  bu  qədim  münasibətlərini  hifz  et­


Yüklə 468,88 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə