Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
81
beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola
bilmərik. Xarici aləmdə nə olduğunu bilməyimiz əsla mümkün deyil. Beynə
ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün
bu mövzu ən əsas elmi kitablarda yer alan və məktəbdə yuxarı siniflərdən
etibarən insanlara öyrədilən açıq həqiqətdir. Problem ondadır ki, insanlar bu
həqiqət üzərində düşünmürlər.
Bütün bu hissləri yaşayan kimdir?
Bura qədər olan bölmələrdə həyatımıza aid bütün hisslərin beynimizdə
əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın
soruşacağı çox vacib sual ilə qarşılaşırıq.
Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları
beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi
elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil.
Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq
yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı
olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü
bu mənzərədən zövq alan kimdir?
Heç bir səsin girə bilmədiyi beyində qulağa ehtiyacı olmadan elektrik
siqnallarını ən yaxın dostunun səsi kimi eşidən, bu səsi eşitdikdə sevinən,
eşitmədikdə onun üçün darıxan kimdir?
Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyacı olmadan pişiyinin
tüklərini oxşadığını hiss edən kimdir?
İsti, soyuq, qatılıq, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını
əslinin eynisi ilə beyində kim yaşayır?
Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş,
qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu
duyduqda iştahaya gələn kimdir?
Bura qədər daima duyğularımızın beynimizdə meydana gəldiyindən bəhs
etmişik. Elə isə beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı
kimi seyr edən, seyr etdiklərindən sevinən, kədərlənən, həyəcanlanan, razı
qalan, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini
şərh edən şüur kimə aiddir?
Həyatı boyu qapqaranıq, səssiz kəlləsinin içində ona göstərilən görüntüləri
seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?
Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların
əmələ gətirdiyi su, yağ, zülal kimi maddələrdən ibarət olan beyin olmadığı
aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır.
Daniel Dennet
materialist olmasına
baxmayaraq, kitabında bu sualı belə açıqlayır: