XƏYALIN DİGƏR ADI: MADDƏ
84
qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib
ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O,
sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Yəni insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü
“görürəm” deyən, beyninin içində eşitdiyi səsləri “eşidirəm” deyən, öz varlığının
dərk edən və “mən mənəm” deyən bu varlıq Allahın insana verdiyi ruhdur.
Ağıl və vicdan sahibi olan hər insan həyatı boyu yaşadığı hər hadisəni
beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal başa
düşəcəkdir.
Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı
olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.
Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da
yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist
düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün
hər hansı materialistə bu sualları verə bilərsiniz:
- Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim
seyr edir?
- Hal-hazırda yanınızda olmayan aşağı mərtəbədəki qonşunuzu gözünüzün
qarşısına gətirin. Onu aydın şəkildə görürsünüz. Paltarının detalları, üz
cizgiləri, saçlarındakı ağlar, səsinin tonu, danışıq tərzi, yerişi ilə xəyalınızda
çox aydın şəkildə canlandırdığınız bu insanı kim seyr edir?
Bu və buna bənzər sualları materialistlərə verdikdə heç bir cavab ala
bilməzsiniz. Çünki bu sualların tək cavabı Allahın insana verdiyi ruhdur.
Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə,
bu kitabda izah edilən qeyri-adi həqiqət Allahın varlığını inkar edən materialist
düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında
danışmaqdan ən çox çəkindikləri mövzudur.
Bu görüntüləri ruhumuza seyr etdirən kimdir?
Burada bir sual da verilməlidir: ruhumuz beynimizdə əmələ gələn
görüntüləri seyr edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qapqaranlıq
beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən,
elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin
ola bilərmi? Beyin nəm, yumşaq, qırışlı bir ət parçasıdır. Belə bir ət parçası ən
qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, heç bir
pozulma və ya tutqunluq olmayan, rəngləri son dərəcə canlı olan aydın görüntü
əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
85
qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.
Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə
birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq
olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan varlığın
görüntü meydana gətirdiyini deyə bilmərik.
Bertrant Russel
“Nisbiliyin əlifbası” adlı əsərində
“Şübhə yoxdur ki, maddə
ümumi şəkildə formalaşma qrupu kimi şərh ediləcəksə, bunu gözə, optik sinirə və beyinə
də aid etmək lazımdır”.
26
deyərək bu həqiqətə diqqət çəkir.
Bu həqiqəti dərk edən tanınmış filosof Bergson isə
“Maddə və hafizə” adlı
kitabında:
“dünya görüntülərdən ibarətdir, bu görüntülər ancaq bizim şüurumuzda
var; beynin özü də bu görüntülərdən biridir”
27
, -deyir. Onda ruhumuza bu
görüntüləri göstərən, ona həqiqisi ilə eyni dərəcədə aydın görüntü və hisslərlə
həyat yaşadan, üstəlik bu görüntüləri fasiləsiz davam etdirən kimdir?
Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun
zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi,
hər şeyin Yaradıcısı olan Allahdır.
Materializmin qarşılaşdığı ən əsas müəmmalardan biri: İnsan
şüuru
Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin
mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin
varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə,
həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə
kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər
bu mövzunu “insan şüuru beynin fəaliyyətlərinin məhsuludur” -deyərək
məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan
Francis Crick sözügedən materialist iddianı belə izah edir:
Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz
və iradəniz əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların
birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.
28
Əslində isə bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia
deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlər belə bir açıqlama verməyə
məcbur edən onların maddəçi rəyləridir. Maddənin fövqündə bir varlığın
mövcud olması həqiqətini qəbul etməmək üçün insan zehnini maddə ilə
“məhdudlaşdırmağa” çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan
iddialara üz tuturlar. Elmi yazıçı John Horgan “məhdudlaşdırma” adlandırılan
sözügedən materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Francis Crickin
bu iddiasının qəbul edilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf
edir: