Maddenin sirri indd


Böyük salonda diqqətlə nitqi dinləyən insanların hamısı natiqin ağzından çıxan



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə20/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

83
Böyük salonda diqqətlə nitqi dinləyən insanların hamısı natiqin ağzından çıxan 
hər səsi eşitdiklərini zənn edirlər. Natiq də eyni əminliklə düşüncələrini anladır və 
dinləyicilərin onu eşitdiklərini zənn edir. Əslində isə həqiqət çox fərqlidir və o anda 
salondakı heç kimin fərqinə varmadığı qeyri-adi möcüzə baş verir. 
Nitq söyləyən şəxs beynindəki dinləyicilərə bir şey danışır, eyni şəkildə dinləyicilər 
də danışılanları beyinlərində dinləyirlər. O anda salonun içində olduqlarından 
olduqca əmin olan  o qədər insan bütün bunları əslində beyinlərində yaşayırlar və 
salondakı dinləyicilərin hər birinin beynində elektrik axınlarını natiqin səsi 
kimi qulağa ehtiyac olmadan eşidən varlıq var.
Bu varlıq hər şeyi o qədər həqiqi yaşayır ki, heç kim 
eşitdiyi səsin əsli ilə təmasda olmadığını anlamır. Bu 
varlıq Allahın bənzərsiz elmlə yaratdığı RUHdur. 
Beynin içindəki dərin səssizliyə baxmayaraq, ruh 
hər şeyi qüsursuz dərəcədə aydın və əslinin eynisi 
kimi eşidir.
BEYNİNİZDƏKİ DƏRİN SƏSSİZLİKDƏ KONFRANSI 
DİNLƏYƏN RUHUNUZDUR


XƏYALIN DİGƏR ADI: MADDƏ
84
qoxumuş  qara  palçıqdan  insan  yaradacağam!  Mən  ona  surət  verib 
ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, 
sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Yəni insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü 
“görürəm” deyən, beyninin içində eşitdiyi səsləri “eşidirəm” deyən, öz varlığının 
dərk edən və “mən mənəm” deyən bu varlıq Allahın insana verdiyi ruhdur. 
Ağıl  və  vicdan  sahibi  olan  hər  insan  həyatı  boyu  yaşadığı  hər  hadisəni 
beyninin  içindəki  ekranda  seyr  edən  varlığın  ruhu  olduğunu  dərhal  başa 
düşəcəkdir.  Hər  insan  gözə  ehtiyacı  olmadan  görə  bilən,  qulağa  ehtiyacı 
olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.
Tək  mütləq  varlığın  maddə  olduğunu  iddia  edən,  insan  şüurunun  da 
yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist 
düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün 
hər hansı materialistə bu sualları verə bilərsiniz:
- Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim 
seyr edir?
- Hal-hazırda yanınızda olmayan aşağı mərtəbədəki qonşunuzu gözünüzün 
qarşısına gətirin.  Onu  aydın  şəkildə görürsünüz.  Paltarının  detalları,  üz 
cizgiləri, saçlarındakı ağlar, səsinin tonu, danışıq tərzi, yerişi ilə xəyalınızda 
çox aydın şəkildə canlandırdığınız bu insanı kim seyr edir?
Bu  və  buna  bənzər  sualları  materialistlərə  verdikdə  heç  bir  cavab  ala 
bilməzsiniz.  Çünki  bu  sualların  tək  cavabı  Allahın  insana  verdiyi  ruhdur. 
Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə, 
bu kitabda izah edilən qeyri-adi həqiqət Allahın varlığını inkar edən materialist 
düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında 
danışmaqdan ən çox çəkindikləri  mövzudur.
Bu görüntüləri ruhumuza seyr etdirən kimdir?
Burada  bir  sual  da  verilməlidir:  ruhumuz  beynimizdə  əmələ  gələn 
görüntüləri seyr edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qapqaranlıq 
beynimizin  içində  işıqlı,  rəngarəng,  aydın,  kölgəli  görüntüləri  əmələ  gətirən, 
elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin 
ola bilərmi? Beyin nəm, yumşaq, qırışlı bir ət parçasıdır. Belə bir ət parçası ən 
qabaqcıl  texnologiya  ilə  istehsal  edilmiş  televizorlardan  daha  aydın,  heç  bir 
pozulma və ya tutqunluq olmayan, rəngləri son dərəcə canlı olan aydın görüntü 
əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu 


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
85
qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.
Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə 
birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq 
olduğuna  görə,  beynimiz  də  kölgə  varlıqdır.  Elə  isə  görüntü  olan  varlığın 
görüntü meydana gətirdiyini deyə bilmərik. 
Bertrant Russel “Nisbiliyin əlifbası” adlı əsərində “Şübhə yoxdur ki, maddə 
ümumi şəkildə formalaşma qrupu kimi şərh ediləcəksə, bunu gözə, optik sinirə və beyinə 
də aid etmək lazımdır”.
26
 deyərək bu həqiqətə diqqət çəkir.
Bu həqiqəti dərk edən tanınmış filosof Bergson isə “Maddə və hafizə” adlı 
kitabında: “dünya görüntülərdən ibarətdir, bu görüntülər ancaq bizim şüurumuzda 
var;  beynin  özü  də  bu  görüntülərdən  biridir”
27
,  -deyir.  Onda  ruhumuza  bu 
görüntüləri göstərən, ona həqiqisi ilə eyni dərəcədə aydın görüntü və hisslərlə 
həyat yaşadan, üstəlik bu görüntüləri fasiləsiz davam etdirən kimdir?
Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun 
zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, 
hər şeyin Yaradıcısı olan Allahdır. 
Materializmin qarşılaşdığı ən əsas müəmmalardan biri: İnsan 
şüuru
Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin 
mənbəyini əsla açıqlaya  bilməz. Çünki  materialist  fəlsəfədə ancaq  maddənin 
varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, 
həyəcanlanma,  darıxma,  zövq  alma,  şənlənmə,  mühakimə  və  rəy  söyləmə 
kimi  xüsusiyyətlər  heç  bir  maddi  anlayış  ilə  açıqlana  bilməz.  Materialistlər 
bu  mövzunu  “insan  şüuru  beynin  fəaliyyətlərinin  məhsuludur”  -deyərək 
məsələdən  yayınmağa  çalışırlar.  Bu  materialist  elm  adamlarından  biri  olan 
Francis Crick sözügedən materialist iddianı belə izah edir:
Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz 
və  iradəniz  əslində  çox  sayda  sinir  hüceyrəsinin  və  onlara  bağlı  molekulların 
birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.
28
Əslində isə bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia 
deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlər belə bir açıqlama verməyə 
məcbur  edən  onların  maddəçi  rəyləridir.  Maddənin  fövqündə  bir  varlığın 
mövcud  olması  həqiqətini  qəbul  etməmək  üçün  insan  zehnini  maddə  ilə 
“məhdudlaşdırmağa” çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan 
iddialara üz tuturlar. Elmi yazıçı John Horgan “məhdudlaşdırma” adlandırılan 
sözügedən materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Francis Crickin 
bu iddiasının qəbul edilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf 
edir: 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə