Maddenin sirri indd


Dünya Həyatının Beynimizdəki Əksi



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə22/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
89
vəziyyəti göstərən məsələlərdən bir neçəsidir:
-  Düşüncələrin,  həyəcan  və  duyğuların  neyronların  məhsulu  olduğunu 
söyləmək,  bütün  bunların  əslində  neyronları  meydana  gətirən  şüursuz 
atomların, hətta atomun hissəcikləri olan kvarkların elektronların məhsulu 
olduğunu iddia etmək ilə eynidir. 
-  Şüursuz  atomlar  sevinməyi,  ağrını,  həyəcanı,  musiqidən  zövq  almağı, 
ləzzəti, dostluğu, söhbət zövqünü bilmirlər.
-  Şüursuz  atomlar  darvinist  və  materialist  olaraq  birləşib  kitab  yaza 
bilməzlər.
-  Şüursuz  atomlar  elektron  mikroskopunun  altında  özlərini  və  ya 
özlərinin birləşərək əmələ gətirdiyi sinir hüceyrələrini tədqiq edərək bu 
tədqiqatlarından elmi nəticələr çıxara bilməzlər.
-  Görəsən,  “şüur  beynimizdəki  neyronlardadır”  -deyərkən  əslində  nəyi 
nəzərdə  tuturlar?  Neyronlar  da  digər  hüceyrələr  kimi  hüceyrə  qılafı, 
mitoxondri, DNT, ribosom kim tərkib hissələrdən ibarətdir. Görəsən, şüur 
materialistlərin  fikrincə  bunların  harasında  yerləşir?  Şüurun  neyronlar 
arasındakı kimyəvi reaksiyalar və elektrik siqnallarından əmələ gəldiyini 
zənn edirlərsə, yanılırlar. Çünki bizə onlara məlum olan “şüurlu kimyəvi 
reaksiya”  nümunəsi  verə  bilməzlər.  Müəyyən  voltajda  “düşünməyə” 
başlayan  “elektrik axını” nümunəsi göstərə bilməzlər.
 Materialistlər bu mövzular üzərində səmimi şəkildə düşündükdə özlərinin 
də,  digər  bütün  insanların  da  neyron  yumağından  və  ya  atom  yığınından 
çox  fərqli  varlıqlar  olduğunu  dərk  edəcəklər.  Beyin  mütəxəssisi  Wolf  Singer 
materialist olmasına baxmayaraq, qarşılaşdığı bu həqiqəti belə ifadə etmişdir:
Kainatın bu ən qarışıq maddəsində özünü “Mən” olaraq dərk edən bir “şey” var.
34
Bu elm adamının ifadə etdiyi “şey” Allahın insana verdiyi ruhdur. İnsan 
sahib olduğu bu ruh ilə düşünən, sevinən, həyəcanlanan, fikirləşən, əks fikirlərə 
qarşı çıxan, şərəf, hörmət, sevgi, dostluq, vəfa, səmimiyyət kimi anlayışları bilən 
varlıqdır. Neyronlar və onları əmələ gətirən atomlar isə düşünə bilməzlər, qərar 
verə bilməzlər, fəlsəfi fikirlər irəli sürə bilməzlər, sevgi, şəfqət hisslərini bilməzlər. 
Bunu materialistlərin çoxu da tək başına qaldıqda bilir və qəbul edirlər. Ancaq 
materialist rəylərini elmiliyin və ağlın gərəyi hesab etdikləri üçün yanılırlar və 
bu açıq-aydın həqiqəti qəbul etmirlər. Əslində isə materializmi müdafiə etmək 
üçün içinə düşdükləri vəziyyət və qəbul etdikləri ağıldankənar məntiq onlara 
daha çox zərər verir. “Düşüncələrimiz atomlarımızın, sadəcə neyronlarımızın 
məhsuludur” -deyən bir insanın xəyallarını həqiqi zənn edən 
və ya ağlasığmaz 
nağıllar uydurub sonra bunlara özü inanan insandan heç bir fərqi yoxdur. 
Həqiqət  budur:  insan Allahın  ona  verdiyi  ruhu  daşıyan,  bu  ruh  ilə  düşünən, 
danışan,  sevinən,  qərarlar  qəbul  edən,  sivilizasiyalar  quran,  ölkələri  idarə  edən 
varlıqdır.


90


91
MADDƏNİN 
HƏQİQƏTİ NİYƏ 
ƏHƏMİYYƏTLİ BİR 
MÖVZUDUR?


XƏYALIN DİGƏR ADI: MADDƏ
92
İ
nsanların  gördükləri,  eşitdikləri,  toxunduqları,  qoxuladıqları  və  mütləq 
varlıq hesab etdikləri hər şeyin əslində hisslərdən ibarət olması və həyatımız 
boyu  sadəcə  xəyali  görüntülərlə  təmasda  olmağımız  eynilə  kainatın 
yoxdan var edilməsi, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz həyat 
üçün yenidən dirildiləcəyimiz kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz 
və saymaqla bitməyəcək qədər çox detala malik olan kainatı hər an, qüsursuz 
şəkildə yaratmaqdadır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə 
bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin 
xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını 
düşünmüşlər.
XXI əsrdə elmi tapıntılar qəti şəkildə sübut etmişdir ki, maddənin əsli ilə 
təmasda olmaq heç bir zaman mümkün deyil. Ancaq bəzi insanlar hələ də bu 
məsələ ilə bağlı özlərini bilməməzliyə vururlar. Əlində isə bu mövzuda özünü 
bilməməzliyə qoymaq, nəzərə almamaq və ya rədd etmək doğru deyil. Ona görə, 
bu mövzu ilə qarşılaşan insanların bu mövzunun əhəmiyyətini düşünmələri 
və qavramaları çox vacibdir. Maddənin gerçək mahiyyətini oxuyan bəzi insanlar 
bu  mövzuya  nə  üçün  bu  qədər  əhəmiyyət  verildiyini  başa  düşmədiklərini 
bildirirlər. Hətta bu mövzunun iman ilə əlaqəsi olmadığını hesab edir, nə üçün 
hər imani mövzunun ardından bu mövzunun izah edildiyini soruşurlar. Əslində 
isə bu mövzunun əhəmiyyəti ortadadır. Materialistləri qorxudan, onların bütün 
fikirlərini məhv edən bu həqiqətin əhəmiyyətini bütün müsəlmanlar anlamalı 
və insanlara da çatdırmağa çalışmalıdırlar.
Maddənin  həqiqi  mahiyyətinin  məlum  olması  insanların  bəzi  iman 
mövzularını  anlaması  baxımından  böyük  əhəmiyyət  daşıyır  və  digər  iman 
mövzuları qədər vacibdir. Hər şeydən əvvəl maddənin həqiqi yönünün başa 
düşülməsi  ilə  insanlar  həm  dünyaya  olan  bağlılıqlarından  əl  çəkir  və  yalnız 
axirətə  yönəlirlər,  həm  böyük  xətadan  qurtulur,  həm  də  bu  xətalarına  görə 
qavraya  bilmədikləri  bəzi  həqiqətləri  də  asanlıqla  dərk  edə  bilirlər.  Allahın 
harada  olduğu,  Cənnət  və  Cəhənnəmin  varlığı,  ruhun  mahiyyəti,  ölümdən 
sonrakı həyat, sonsuzluq kimi mövzular materialist dünyagörüşünə malik və 
ya  bu  fikrin  təlqini  ilə  yetişmiş  insanlar  tərəfindən  dərk  edilə  bilmir. Ancaq 
maddənin  xəyal  kimi  qavranılması  bu  sualların  doğru  cavablandırılmasına 
kömək edir. Beləliklə, insanlar Allahın tək mütləq varlıq olduğunu açıq şəkildə 
görə  bilirlər.  Maddənin  nə  olduğunun  başa  düşülməsi  ilə  insanlar  dünya 
həyatında  bağlandıqları  hər  şeyin,  həvəslərinin,  istəklərinin,  onlara  Allahı 
və axirəti unutduran hər şeyin boş və aldadıcı olduğunu dərk edirlər. Bu isə 
dünya həvəslərindən qurtularaq ixlasla Allaha yönəlmələrinə və şirkdən uzaq 
olmalarına səbəb olur.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə